Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə47/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

 
187 
1928-ci ildə seçki islahatı keçirərək yaşı 21-ə çatmış qadınlara 
seçki hüququ verməklə  də mühafizəkarlar hökumətinin xarakteri 
dəyişilmədi. 1928-ci ilin seçki hüququ islahatı xalq kütlələrinə güzəşt 
idi, lakin o, yaxın gələcəkdə olacaq növbəti seçiklərdə hakim 
partiyanın üstünlüyünü əldə etmək məqsədini güdürdü. Bu islahat 
həm də ona görə lazım idi ki, 1928-ci ilin sonunda ingilis 
burjuaziyasının fəhlə sinfini cilovlamaq təşəbbüslərinin boşa 
çıxacağını göstərən  əlamətlər meydana gəlmişdi. 1928-ci ilin 
sonunda və 1929-cu ilin əvvəlində olan tətillər göstərdi ki, İngiltərədə 
tətil hərəkatı yenidən fəallaşmağa başlamalıdır. 
Birinci dünya müharibəsi vaxtında və müharibədən sonrakı 
dövrdə  İngiltərə ilə onun dominionları arasındakı münasibətlərdə 
böyük dəyişikliklər əmələ gəldi. Dominionlarda kapitalizmin inkişaf 
etmiş və möhkəmlənmişdi, bunun əsasında isə dominionlarda ayrıca 
millətlər və dövlətlər formalaşmağa başlamışdı. Bu amillərin təsiri 
İngiltərə imperializminin zəifləməsi dominionlara, İngiltərədən bir 
sıra siyasi və iqtisadi xarakterli güzəştlər almağa  imkan verirdi. 
Dominionlar muxtariyyət hüququna malik olduqlarından 
müharibədən sonra onların cəhdləri xarici siyasət sahəsində öz 
hüquqlarının genişləndirilməsinə yönəldilmişdi. Metropoliyalarla 
dominionların münasibətlərini tənzim edən hüquq normaları ilə 
Britaniya imperiyasındakı dominionların  əsil vəziyyətləri arasında 
əmələ gəlmiş uyğunsuzluq ildən-ilə daha aydın nəzərə çarpırdı. 1926-
cı ilin oktyabr-noyabr aylarında  İngiltərə  və dominioların 
nümayəndələrinin iştirakı ilə keçirilən imperiya konfransı bu 
normaları faktiki vəziyyətə uyğun şəklə salmalı idi. 
İmperiya konfransı  qərara aldı ki, İngiltərə  və dominionlar 
«nizamnaməyə əsasən bərabərdirlər, daxili və ya xarici işlərdə heç bir 
cəhətdən biri digərinə tabe deyildir, ümumi dövlət tərkibində  və 
Britaniya millətlər birliyinin üzvü kimi azad surətdə birləşmiş olsalar 
da Britaniya imperiyasının tərkibində muxtar cəmiyytələrdir». 
Bununla da daxili və xarici siyasət sahələrində dominionların 
sərbəstliyi və onların İngiltərə ilə hüquq bərabərliyi elan edilirdi. Bu 
dominionların hakim dairələrinin arzularına uyğun gəlirdi. Eyni 
zamanda dominionlar Britaniya imperiyasının tərkibində qalırdılar ki, 
bu da İngiltərənin mənafeyinə uyğun idi. 
İngiltərənin hakim dairələri nisbi sabitləşmə dövründə 
antisovetizm siyasəti yeridirdilər ki, bu da 1927-ci ilin fevralında 
 
188
İngiltərə  tərəfindən SSRİ ilə diplomatik münasibətlərin kəsilməsinə 
səbəb oldu. 
 Nisbi  sabitləşmə illərində  İngiltərə ilə digər kapitalist 
dövlətlər arasında münasibətlərdə soyuqluq artdı. 1926-cı il dekabr 
ayının 12-də qalib ölkələr Almaniya iqtisadiyyatı üzərindəki hərbi 
nəzarəti götürdülər. Bununla da, Versal sülh müqaviləsinin 
müddəalarından birindən imtina etməli oldular. Almaniyanın iqtisadi 
qüdrəti ona imkan verdi ki, O, İngiltərə, Fransa  və ABŞ qarşısında 
məsələ qaldırdı ki, qoşunlarını tezliklə Reyn zonasından çıxartsınlar, 
həmsinin təzminatın miqdarını aşağı salsınlar. Bu məsələ ilə əlaqədar 
1929-cu ilin avqustunda Haaqada keçirilən konfransda kəskin 
müzakirələr oldu. Təzminat məsələsi ilə əlaqədar «Yunq planı» qəbul 
edildi. Təzminatın miqdarı  aşağı salındı. Haaqa konfransı  həmçinin 
qərar qəbul etdi ki, qalib dövlətlərin qoşunlarının Reyn zonasından 
köçürülməsi 1930-cu ilin ortalarından başlansın. 
Bu dövrdə  İngiltərə ilə ABŞ arasında xammal mənbələri 
üstündə mübarihə gücləndi. 
1924-1929-cu illərdə hakimiyyətdə olan mühafizəkarlar ingilis 
kapitalizminin sabitləşməsinə nail olmaq uğrunda inadlı mübarizə 
aparmalarına baxmayaraq buna tam nail ola bilmədilər. 
İngiltərə iqtisadiyyatı 1929-cu ilə qədər 1913-cü il səviyyəsini 
keçə bilmədi, ona isə çox çətiniklə çata bildi. İngiltərə tarixçiləri 
etiraf edirlər ki, “İkinci Bolduin hökumətinin fəaliyyətinin nəticələri 
təsəlliverici deiyldir”. 
Növbəti parlament seçkiləri 1929-cu ilin may ayının 13-də 
eçirildi. Leyboristlər bu seçkilərdə parlamentdəki yerlərin 287-ni 
mühafizəkarlar – 260-nı, liberallar isə 59-nu tutdular. 
Lebyoristlər partiyası icmalar palatasında digər iki partiya ilə 
müqayisədə çoxluq qazandı. 
1929-cu ilin iyun ayının 7-də Makdonald ikinci leyborist 
hökumətini təşkil etdi. Portfellər leyborist rəhbərlərindən olan 
Makdonald, Tomas, Snouden, Klaynç, Hendersona verildi. Baş nazir 
Makdonald, Xarici işlər naziri Henderson, maliyyə naziri Snouden, 
daxili işlər naziri Klayns oldu. İkinci leyborist hökuməti birinciyə 
nisbətən daha sağ mövqedə dayanırdı. Leyborist hökumətinin ilk 
tədbirlərindən biri Lankaşir toxucularının  əmək haqqının aşağı 
salınması oldu. Toxucuların həmkarlar ittifaqı buna kəskin etirazını 
bildirdikdə, sahibkarlar lokaut elan etdilər. 


 
189 
Leyboristlər partiyası seçkiqabağı platformalarında SSRİ ilə 
diplomatik münasibətləri bərpa edəcəklərini vəd etmişdilər. Lakin 
onlar hakimiyyətə  gəldikdən dərhal sonra bunu etmədilər. Ancaq 
1929-cu ilin oktyabr ayının 3-də SSRİ ilə  İngiltərə arasında 
diplomatik münasibətlər bərpa edildi. 
Ümumiyyətlə nisbi sabitləşmə illərində  İngiltərə iqitsadiyyatı 
durğunluq dövrü keçirdi. 1930-cu ilin birinci kvartalında İngiltərədə 
istehsalın səviyyəsi özündən qabaqkı illərlə müqayisədə aşağı düşdü, 
bu da onu göstərirdi ki, ölkə iqtisadi böhranının başlanğıcı fazasına 
daxil olmuşdur. 
 
Böyük Britaniya dünya iqtisadi böhranı illərində  
(1929-1933-cü illər) 
 
1929-cu ilin oktyabrında ABŞ-da başlanan iqtisadi böhran öz 
miqyasına görə 20-ci əsrin  ən böyük böhranı kimi tarixə daxil oldu.  
1929-1933-cü illərin iqtisadi böhranı kapitalizmin bütün 
tarixi boyu ən dərin böhran kimi səciyyələndirilə bilər. Demək olar 
ki, dörd il ərzində kapitalist ölkələrinin iqtisadiyyatı tam təşkil edilə 
bilməyəcək durğun  bir vəziyyətdə qalmış oldu.  
Böhran, dünyada 50 milyondan daha çox insanın işsiz 
qalmasına səbəb olmuşdur. Dünyada ümumi istehsalın həcmi 42%,  
dünya ticarətinin həcmi isə 65% azalmışdır.  Bu rəqəmlərin hansı 
dərəcədə təsirli olduğunu başa düşmək üçün  1929-cu ildən əvvəl baş 
verən heç bir iqtisadi böhran nəticəsində dünya ticarətinin 7%-dən 
daha çox kiçilmədiyinə nəzər salmaq kifayətdir.  
Dünya iqtisadiyyatına belə güclü təsir edən böhranın səbəb 
və nəticələrini araşdırmaq üçün Birinci dünya müharibəsi sonrasında  
yaranan sosial – iqtisadi  və siyasi almiləri nəzərdən keçirmək 
vacibdir.  
Müharibədən sonra kapitalist dünyasında hegemonluğu 
əlində saxlayan ABŞ 1924-1929-cu illərdə stabilizasiya dövrü 
keçirdi. ABŞ bu dövrdə dünya dövlətləri arasında yeganə kreditor idi. 
Sənayenin yeni sahələrinə olan  çox yüksək təlabat, iqtisadiyyatın 
inkişafına zəmin yaratmaqla bərabər, eyni zamanda ölkədə iqtisadi 
mühitin olduqca spekulativ xarakter almasına  şərait yaradırdı.  Buna 
misal olaraq 1926-1928-ci illərdə Floridada  yaşanan daşınmaz əmlak 
böhranını göstərmək olar. 1926-cı ildən başlayaraq təbii  şəраитlərə 
 
190
əlaqədar olaraq (Bu əyalətdə  qış  qonşu  ərazilərlə müqayisədə daha 
münasib idi) Floridadakı daşınmaz əmlakların qiymətinin həddindən 
artıq dəyər qazanması  ümüdi ilə  buraya böyük investisiyalar 
qoyulmuşdu.  1928-ci il 18 sentyabrda isə gözlənilmədən baş verən 
qasırğa  bütün planları alt-üst etdi və bu əraziyə qoyulan 
investisiyalar böyük zərərə səbəb oldu. Yüksək qiymətə satın alınmış 
daşınmaz mülk və torpaq sahələrini  nəinki öz dəyərinə, dəyərindən  
bir neçə dəfə ucuz qiymətə belə satmaq mümkün olmadı.  
Yuxarıda qeyd edilən spekulasiyanın iqtisadiyyatın normal 
fəaliyyətinə nə qədər güclü təsir etdiyini nəzərə alsaq dünya böhranı 
öncəsi ABŞ iqtisadiyyatının nə dərəcədə həssas olduğunu görərik.  
Dünya böhranının baş vermə səbəbləri:                                                      
1. ABŞ-dakı böyük şirkətlərin maliyyə gücləri idi.  Birinci 
dünya müharibəsindən sonra bir çox xırda və orta müəssisələr 
birləşməiş  və iri inhisar birlikləri meydana gəlmişdi. Böhran 
astanasında ABŞ iqtisadiyyatının 50%-dən çoxunu cəmi 200-ə qədər 
holdinq təşkil edirdi. Bu hpldinqlərdən hər hansı birinin iflası  
ümumilikdə iqtisadiyyata ciddi zərbə vura bilərdi ki böhran dövründə 
də gözlənildiyi kimi oldu.  
2. İkinci səbəb Amerikada həmin dövr üçün Bankçıqla bağlı 
qanunvericiliyin təkmil olmaması ilə  əlaqədar bankların ehtiyat 
limitlərinin olmaması idi. Bank sisteminin iqtisadiyyatın “qan – 
damar  sistemi” funksiyasını olduğunu nəzərə alsaq bu sahədəki 
problemlər iqtisadi sistem üçün böyük təhlükə idi.  
3. Böhranla bağı ən mühüm səbəblərdən biri isə Amerikanın 
dünyа dövlətləri arsında yeganə kreditor olması idi.  Bu isə, hər 
şeydən  əvvəl bütün dünyanın Amerika iqtisadiyyatından asılılığını 
artırırdı.  Yəni Amerikada yaran biləcək hər hansı bir problem  бütün 
dünya ölkələrinə bilavasitə təsir edirdi.  
Yuxarıda göstərilən amillərin təsiri nəticəsində  1929-cu il 3 
oktyabr tarixindən başlayaraq artıq Nyu-York birjasında qiymətlərin 
artımı tamamilə dayanmış, hətta qiymətlər aşağı düşməyə başlamışdı. 
Bir neçə iri holdinqin səhmləri də birjada dəyərdən düşməyə başladı. 
21 oktyabr   tarixində artıq bütün investorlarын  əllərində olan 
səhmləri satmağa başlaması artıq fəlakətin  əsas xəbərçisi rolunu 
oynadı. 24 oktyabr tarixində isə artıq birjada bütün qiymətlər son 
həddə  qədər  aşağı  düşdü.  1929-cu  ilin  qiymətləri ilə  4,2  milyard  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə