Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

 
175 
xalqlarının istismarı prosesində  də  həmrəy ola bildilər. Onların hər 
üçü, məsələn Çində öz nüfuz dairələrini möhkəmləndirdilər. 
Lakin kapitalizsin sabitləşməsi möhkəm deyildi. Sabitləşmə 
illərində kapitalist ölkələrinin öz daxilində  və kapitalist dövlətləri 
arasında ziddiyyətlər kəskinləşdi. Həmçinin bu dövrdə 
metropoliyalarla müstəmləkələr arasındakı ziddiyyətlər də gücləndi. 
Bu dövrdə birinci dünya müharibəsindən qalib və  məğlub çıxmış 
dövlətlər arasındakı ziddiyyətlər də kəsiknləşdi. 
Müharibədən sonrakı ilk onillikdə İngiltərənin hakim dairələri 
belə hesab edirdilər ki, İngiltərənin iqtisadiyyatının bərpasına nail 
olmaq üçün ən yaxşı vasitə ingilis valyutasının, yəni funt-sterlinqin 
beynəlxalq vəziyyətini möhkəmləndirməkdir. Ona görə  də 
müharibədən sonrakı illərdə  İngiltərənin iqtisadi siyasətinin  əsasını 
funt-sternlinqin müharibəyə qədərki paritetini bərpa etmək tuturdu. 
Müharibə  nəticəsində baş verən iqtisadi böhran kapitalist 
ölkələrinin valyutasına da təsir göstərdi. Müharibə dövründə İngiltərə 
məcbur oldu ki, funt-sterlinqin qızıl paritetindən imtina etsin. 1920-ci 
ilin  əvvəllərində funt-sterlinqin kursu müharibəyə  qədərki kursun 
67,8%-ni təşkil edir. Funt-sterlinqin dəyərinin aşağı düşməsi ölkənin 
maliyyə dairələrin mənafeyinə ciddi zərər vururdu. Eyni zamanda bu 
İngiltərənin beynəlxalq aləmdə maliyyə  vəziyyətini pisləşdirir, 
dünyanın maliyyə  cəhətdən istismarında iştirakını azaldırdı. Funt-
sterlinqin stabilləşməsi  İngiltərə büdcəsinin tarazlaşması üçün də 
vacib idi. Bu dövrdə  əhalidən alınan vergilər artırıldı. 1924-1925-ci 
ilin mayında  İngiltərədə  əhalidən alınan gəlir vergisi 3,5  dəfə 
artırıldı. Həmçinin sosial xərclər üçün ayrılmış vəsait də xeyli ixtisar 
edildi.  İlk növbədə  səhiyyə, maarif, pensiyalara çəkilən xərclər 
nəzərə çarpacaq dərəcədə ixtisar edildi. 
1925-ci ilin aprelində  İngiltərə hökuməti funt-sterlinqin qızıl 
paritetini bərpa etdi ki, nəticədə bir funt-sterlinq 4,86 dollara bərabər 
oldu. Bu  hadisə İngiltərənin maliyyə dairələrinin mənafeyinə cavab 
vermiş oldu. Onların xaricə kapital qoyuluşundan, istiqrazlardan, 
qiymətli kağızlardan  əldə etdikləri gəlirlər xeyli artdı. Lakin bu 
siyasətin yeridilməsi nəticəsində  İngiltərənin xarici ticarəti və 
sənayesi  əvvəlkinə nisbətən daha ciddi problemlərlə qarşılaşmalı 
oldu. 1925-ci ildə keçirilən maliyyə islahatı dünya bazarında ingilis 
mallarının qiymətinin 12% artmasına səbəb oldu ki, bu da onun 
satılmasını  çətinləşdirirdi.  İngiltərənin məşhur burjua iqtisaddçısı 
 
176
Keyns bununla əlaqədar yazırdı ki, əgər 1924-cü ilin iyununda 
Braziliyaya İngiltərə kömrünü ABŞ kömüründən 45 sent ucuz satmaq 
mümkün idisə, artıq 1925-ci ilin ABŞ kömürü ingilis kömüründən 63 
sent ucuz idi. Eyni vəziyyəti Cənubi Amerikanın bütün ölkələrinə, 
Kanadaya da aid etmək olardı.  İngiltərə maliyyəsinin sabitləşməsi 
möhkəm deyidir və müvəqqəti xarakter daşıyırdı. 1929-cu ildə  əgər 
İngiltərənin dövlət xərcləri müharibədən  əvvəlki dövrə nisbətən 
320% artmışdırsa, milli gəlir isə  cəmi 80% artmışdı. Maliyyə 
vəziyyətinin qeyri-sabitliyini təsdiqləyən faktlardan biri də dövlət 
xərclərinin əsas hissəsinin bu dövrdə silahlanmaya sərf edilməsi idi. 
Polis aparatında işləyənlərin sayı artırılmışdı. Həmçinin dövlət 
borcları üzrə faizlər də getdikcə artırdı. 1913-cü illə müqayisədə 
İngiltərənin hərbi xərcləri 1929-cu ildə 2 dəfə artaraq 77 milyondan 
166 milyona çatmışdı. Dövlət borclarının ödənilməsi bu dövrdə 15 
dəfə artaraq 24,5 milyon funt-sterlinqdən 369 milyon funt-sterlinqə 
çatmışdı. Bu fakt həmin dövrdə  İngiltərənin maliyyə  vəziyyətinin 
sabit olmadığını göstərirdi.  
Kapitalizmin nisbi sabitləşməsi dövründə 
İngiltərə 
iqtisadiyyatı üçün xarakterik olan cəhətlərdən biri istehsalın və 
kapitalın mərkəzləşməsi, təmərküzləşməsi iri inhisar birliklərinin 
təşkili idi. Başqa ölkələrin iri inhşisar birlikləri ilə  rəqabətə davam 
gətirmək üçün İngiltərə burjuaziyası köhnə trestləri, kartelləri, 
konsernləri böyüdür, yeniləşdirir, yenilərini təşkil edirdi. Həmçinin 
çalışırdı ki, beynəlxalq bazarda ingilis mallarının rəqabət 
qabiliyyətini artırsın, müvəffəqiyyətlə  rəqabət mübarizəsi aparmağı 
bacarsın. 
1926-cı ildə İngiltərədə dörd iri konserni birləşdirən iri inhisar 
birliyi təşkil edildi ki, bu da «İmperiya kimya tresti» adlandı. Bu trest 
əvvəl öz əməliyyatlarına 42  milyon funt-sterlinqlə başladı. Bu 
qüdrətli trest İngiltərənin ancaq kimya məhsulları istehsalına deyil, 
həmçinin digər məhsullar istehsal edən onlarla kompaniyaların 
fəaliyyətini də öz nəzarəti altına aldı. Kimyadan başqa bu trest 
ingiltərinin mis və nikelinin istehsalına da nəzarət edirdi. Həmçinin 
elektrik, polad və  hərbi sənayeni də lazım olan materilalarla təchiz 
etməkdə bu şirkət xüsusi rola malik idi. Kimya tresti kömür 
kombinatları ilə sıx əlaqə saxlayırdı. Bu trestin fəaliyyəti İngiltərənin 
sərhədlərindən çox kənara çıxırdı. Kanada, Cənubi Afrika və 
Avstraliyada o əməliyyat apırırdı, ABŞ-da  mator, kimya məhsulları 


 
177 
və süni ipək üzrə iri müəsisələr ona məxsus idi. Kimya tresti 
Almaniyanın kimya sənayesi ilə  sıx  əlaqə saxlayırdı. Trest 
Yuqoslaviya, Çili, Malayziya və Çində güclü təsirə malik idi. 
Sabitləşmə illərində ərzaq məhsullarının istehsalı və satışı üzrə 
«Unilever» inhisarı meydana çıxdı ki, o özündə 400 konsern 
birləşdirərək və Yer kürəsinin bütün nöqtələrində, demək olar ki, öz 
təsirlərinin yaymağı bacarmışdılar. «Unilever» kompaniyasının 
fəaliyyətinə ingilislərdən leverlər, hollandlardan yurqener və 
vandenberqlər, almanlardan şixtlər nəzarət edirdi. 
Həmçinin bu dövrdə 
Mərkəzi 
İngiltərənin kömür 
sənayeçilərini birləşdirən «Dörd qraflığın sxemi» birliyi təşkil 
edilmişdi. Eyni zamanda buna oxşar  İrlandiya və  Cənubi Uelsdə  də 
birilklər təşkil edildi. 
İngiltərə metallurjiya sənayesinin mərkəzləşməsi nəticəsində 
dəmir və poladın 70%-inin 20 iri firmanın  əlində  mərkəzləşməsinə 
nail oldu. 1929-cu ildə «Alşed  İron Finderk» kompaniyası  təşkil 
edildi ki, bu da tikinti sənayesi üçün metal istehsalı ilə  məşğul 
olurdu. 
Həmçinin toxuculuq, spiçka, spirtli içkilər sənayesi üzrə də iri 
inhisar birlikləri yarandı. Bu isə İngiltərədə avtomobil sənayesi üzrə 
mərkəzləşmiş firmaların sayının azalmasına səbəb oldu. Belə ki, əgər 
1920-ci ildə ölkədə 90 avtomobil firması fəaliyyət göstərirdisə, 1929-
cu ildə bunların sayı 41-ə endi. Bununla belə avtomobil sənayesi 
məhsullarının sayı bu dövrdə bir neçə dəfə artdı. 
İqtisadiyyatda gedən bu mərkəzləşmə 
İngiltərə 
zəhmətkeşlərinin həyat səviyyəsinə  də öz təsirini göstərməyə 
bilməzdi. Belə ki, bu dövrdə  zəhmətkeşlərin həyat səviyyəsi xeyli 
aşağı düşdü. Digər tərəfdən bu dövrdə kapital qüvvələrinin iqitsadi və 
siyasi cəhətdən mərkəzləşməsi dövlətin diqqətini daha çox özünə 
cəlb etdiyinə görə, zəhmətkeşlərin iqtisadi və siyasi hüquqları üzərinə 
hücumlar da genişləndirildi. 
Dövlət XX əsrin 20-30-cu illərdə inhisarların mənafeyini 
nəzərə alaraq vahid energetika sistemi yaratdı  və burada bir çox 
xərclər dövlət tərəfindən ödənilməyə başladı. Dövlət isə bu xərcləri 
vergilərin artırılması hesabına ödəyirdi. 
Ölkənin maliyyə  əməliyyatlarına bu dövrdə «Böyük beşlik» 
adlanan inhisar rəhbərlik edirdi ki, burada da ingilis bankirləri, 
 
178
İngiltərə bankı  və Maliyyə maqnatları öz fəaliyyətlərini 
birləşdirmişdi. 
İngiltərədə hökumətin və inhisarların fəaliyyətinin 
koordinasiya edilməsi nəticəsində keçmiş nazirlər və dövlət 
xidmətinin yüksək rütbəli məmurları inhisarlarda rəhbər postlarda 
əyləşmiş oldular. Mühafizəkarlar hakimiyyətdə olarkən hökumətə 
daxil olmuş mühafizəkarlar partiyasının bir çox görkəmli xadimləri 
rəsmən mühafizəkar müxalifətdə olanda da inhisarlara rəhbərlik 
edirdilər. 
İngiltərə kapitalizmin nisbi sabitləşməsi dövründə 
iqitsadiyyatını inhisarlaşdırmaqla yanaşı dünya bazarında da, öz 
rəqabət qabiliyyətini yüksəltməyə xüsusi səy göstərirdi. İnhisarlaşma 
prosesi çoxlu xərc tələb edən bir çox köhnə müəssisələrin iflasına 
səbəb oldu. Çünki ingilis burjuaziyası belə müəssisələrə  xərc 
qoymaq,onu yeni avadanlıqla təzələməkdənsə, xarici ölkələrə kapital 
qoymağı  və xeyli gəlir götürməyi daha üstün tuturdu. Çünki, 
İngiltərənin bu dövrdə  təkcə öz ərazisindən 109 dəfə çox əraziyə 
malik müstəmləkələri var idi. Həmçinin bu dövrdə ölkə burjuaziyası 
bütün ağırlığı zəhmətkeşlərin üzərinə yıxmağa çalışırdı. Mərkəzləşmə 
işsizliyin sayının artmasına və  fəhlə sinfinin müəyyən hissəsinin 
bayıra atılmasına gətirib çıxartdı. Külli miqdarda işsizlər ordusunun 
yaranması ölkədə sosial ziddiyyətlərin kəskinləşməsinə  gətirib 
çıxarmaya bilməzdi. Bu isə ingilis burjuaziyasının rasionalizasiya 
prosesini həyata keçirməsinə mane olurdu. Məhz bu baxımdan, 
İngiltərə bu sahədə ABŞ və Almaniyadan xeyli geridə qalırdı. 
İngilis hakim dairələrinin ölkənin iqitsadiyatının düşdüyü ağır 
vəziyyətdən çıxartmaq üçün keçirdiyi maliyyə islahatları, kapitalı və 
istehsalı mərkəzləşdirmək siyasəti, zəhmətkeşlərin həyat səviyyəsinin 
xeyli aşağı  səviyyəyə düşməsi, sosial xərcərin ixtisar edilməsi 
gözlənilən nəticəni vermədi.  İngiltərə iqtisadiyyatı sabitləşmə 
illərində  də yerində saymaqda idi. ABŞ-dakı «çiçəklənmə»  
İngiltərəyə yad idi. Ancaq 1929-cu ildə İngiltərə sənayesi 1913-cü il 
səviyyəsinə qalxa bildi. 
Xarici ticarət də müharibədən əvvəlki səviyyədən yuxarı qalxa 
bilmədi. Sənayenin əsas sahələri, məsələn, Daş kömür, metallurgiya, 
gəmiqayırma, toxuculuq, hətta 1929-cu ildə də müharibədən əvvəlki 
səviyyəyə çatmamışdı. Sənayedə müharibədən  əvvəlki səviyyəyə 
çatmaq ancaq yeni sənaye sahələrinin maşınqayırmanın, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə