Səmayə MƏMMƏD qızı mustafayeva


partiyaya kollektiv forma ilə yanaşı  fərdi formada da üzr



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

 
159 
edildi ki, partiyaya kollektiv forma ilə yanaşı  fərdi formada da üzr 
qəbul oluna bilər. Bu isə  xırda, orta, hətta iri burjuaziyanın 
nümayəndələrinin də bu partiyaya daxil olmasına  şərait yaratmış 
oldu. 
Birinci dünya müharibəsi  İngiltərə iqtisadiyyatında mühüm 
dəyişikliklər yaratdı. Müharibədən qabaq İngiltərə iqtisadiyyatında 
özünü göstərən iqtisadi böhranın təzahürləri daha qabarıq formada 
özünü büruzə verdi. Müharibə dövründə ingilis mallarının ixracı 
əsaslı  şəkildə ixtisar edildi. İdxal isə iki dəfə artdı.  İngiltərə xarici 
dövlətlərdən istiqraz almağa məcbur oldu. Onun ABŞ-a borc 1919-cu 
ildə 850 milyon funt-sterlinqə çatdı.  Əgər müharibəyə  qədər ABŞ 
İngiltərəyə borclu idisə, müharibədən sonra İngiltərə ABŞ-a borclu 
oldu. Müharibə dövründə  İngiltərə  məcbur oldu ki, xaricə kapital 
qoyuluşunu 25% ixtisar etsin. Müharibə  ərzində  İngiltərənin daxili 
borcları 10 dəfə artaraq 645 milyon funt-sterlinqdən – 6600 milyon 
funt-sterlinqə çatdı». İngiltərə iqtisadiyyatı müharibə dövründə qeyri-
bərabər inkişaf edirdi. Ənənəvi sənaye sahələri olan kömürçıxarma, 
gəmiçilik, toxuculuq, sənayesi bu dövrdə durğunluq keçirirdi. Yeni 
sənaye sahələri olan kimya, avtomobil, aviasiya, silah istehsalı 
sənayesi isə sürətlə inkişaf etdi. 
Müharibə  İngiltərədə  kənd təsərrüfatı  məhsulları istehsalının 
xeyli artımına səbəb oldu. Lakin buna baxmayaraq əhalinin kənd 
təsərrüfatına tələbatının ancaq 43,6%-i ölkənin öz məhsulları 
hesabına ödənilirdi. 
Müharibə dövründə  İngiltərə iqtisadiyyatında baş verən  ən 
mühüm dəyişiklikdən biri dövlət-kapitalizm meylinin güclənməsi, 
inhisarçı kapitalın gücünün artması idi. 1916-cı ildə Britaniya sənaye 
Federasiyası yaradıldı. Müharibənin sonunda bu Federasiya 18 min 
firmanı özündə birləşdirirdi. Bu Federasiya İngiltərə kapitalizmin 
inkişafında mühüm mərhələ açdı. 
İngiltərə  zəhmətkeşləri üçün müharibə saysız-hesabsız 
qurbanlar və əzablar gətirdi. İngiltərənin öz donanmasından əlavə iri 
miqyasda quru qoşunların müharibəyə  cəlb etməsi böyük itkilərə 
səbəb oldu. 747, 7 min nəfər öldü, 1693 min nəfər yaralandı. Böyük 
Britaniya imperiyasının bütövlükdə itkisi isə 947 min nəfər öləndən 
və 2122 min nəfər yaralanandan ibarət idi. 
Müharibə ölkədə sinfi ziddiyyətlərin kəskinləşməisnə  səbəb 
oldu. 1918-ci ildə  tətil hərəkatı geniş miqyas aldı, ölkədə baş verən 
 
160
tətillərdə 1116 min nəfər fəhlə  iştirak edirdi. Bu dövrdə  İngiltərədə 
fəhlə hərəkatının səciyyəvi cəhəti onun mübariz xarakter daşımasında 
idi. Müharibə dövründə  İngiltərədə  həmkarlar ititfqaları üzvlərinin 
sayı sürətlə artdı. Belə ki, həmkarlar ittifaqları üzvlərinn sayı 1913-cü 
ildəki 4135 min nəfərdən 1918-ci ildə 6533 min nəfərə çatdı. 
Müharibə illərinin  ən mühüm hadisələrindən biri mədənçilərin, 
dəmiryolçuların və  nəqliyyatçıların ittifaqı olan Üçlər ittifaqının 
yaranması idi. 
Müharibələrin sonuna yaxın ingilis zəhmətkeşlərinin sosial 
quruluşu dəyişdirmək uğrunda mübarizəsi genişləndi.  İngiltərənin 
hakim dairələri xalq hərəkatını  zəiflətmək üçün bir sıra tədbirlər 
görməyi qərara aldılar. Qadınların ictimai həyatda rolu artdı. 1918-ci 
ildə artıq sənaye və  nəqliyyatda 3 milyon qadın işləyirdi, 150 min 
qadın hərbi hissələrdə çalışırdı. 
1918-ci ilin əvvəllərində Maarif naziri Fiserin rəhbərliyi 
altında xalq təhsili islahatı haqqında qanun qəbul edildi. Həmin 
qanuna görə 14 yaşına qədər uşaqlar üçün təhsil pulsuz idi. Yerli 
orqanların hüququ vardır ki, müəssisələrdə yeniyetmələrin  əməyi 
üzərində nəzarəti həyata keçirsinlər. 
İngilis burjuaziyası  fəhlə  hərəkatının təisri altında iqitsadi 
sahədə  də bir sıra güzəştlərə getməli oldu. 1917-ci ilin noyabrında 
200 min hərbi sənaye fəhləsinin əmək haqqı 12,5% artılırdı. 
Müharibə nəticəsində mühafizəkarlar partiyası ölkənin aparıcı 
siyasi qüvvəsinə çevrilərək, inhisarçı kapitalın əsas partiyası oldu. Bu 
dövrdə mühafizəkarlar partiyası ilə liberallar partiyası arasında 
prinsipial ixtilaflarda əsas məsələ  İrlandiyaya və xarici ticarət 
siyasətinə münasibət məsələsi idi. Liberallar İrlandiya özünüidarə 
hüququ verilməsini müdafiə edirdilər. Müharibə qurtardıqdan 1920-
ci ilin ortalarına qədər keçən dövrdə ölkədə  sənaye-ticarət yüksəlişi 
dövrü oldu. Bu dövrdə İngiltərə iqtisadiyyatında və xarici siyasətində 
canlanma özünü göstərdi. 1919-1920-ci illərdə çuqun istehsalı 8,1%, 
polad istehsalı 15,%, gəmiqayırma 25,4%, ixrac 38,1% artdı. 
Sənaye məhsulu istehsalı müharibənin sonuna yaxın 
ümumilikdə artsa da, 1913-cü il səviyyəsindən 10% geri qalırdı. 
İxrac isə 1913-cü illə müqayisədə 30% geri qalırdı.  Əgər 1913-cü 
ildə həmkarlar ittifaqları üzvlərinin 2,1%-i işsiz idisə, 1919, 1920-ci 
illərdə 2,4%-i işsiz idi. 


 
161 
Sənayedəki və ticarətdəki canlanmanı tezliklə güclü inflyasiya 
əvəz etdi. 1920-ci ildə artıq infilyasiyanın səviyyəsi 225%-ə qalxdı. 
Əlbəttə, bu inhisarlara daha çox gəlirlərini artırmağa imkan verdi, 
ölkənin zəhmətkeş kütlələrinin həyat səviyyəsi isə xeyli dərəcədə 
aşağı endi. 
1919-1920-ci illərdə İngiltərənin kənd təsərrüfatı da sənayedən 
fərqlənirdi. Belə ki, 1919-cu ilin oktyabrın 21-də Lloyd Corc 
fermerlərin maraqlarını müdafiə edən siyasət yürüdülməsini 
hökumətin qarşısında qoydu. Bu siyasətdən məqsəd xüsusi kənd 
sahibkarlarından daha çox ərzaq alınmasına nail omlaq idi. 
1919-1920-ci illərin ticarət-sənaye canlanması öz 
ziddiyyətliliyi ilə seçilirdi. 1920-ci ilin ikinci yarısında  İngiltərə 
iqtisadiyyatını bürüyən, müharibədən sonrakı ilk böhran ingilis 
burjuaziyasının ciddi sarsıntısına səbəb oldu. 
1919-cu ilin aprelin 10-da Lloyd Corc yeni hökuməti təşkil 
etdi. Onun səhərisi günü isə ingilis nümayəndə heyəti Paris sülh 
konfransında iştirak etmək üçün yola düşdü. 
Başlanmasından sonunadək Paris sülh konfransında  əsas 
məsələlərdən  бири  Sovet Rusiyası ilə mübarizə problemi idi. İm-
perialist dövlətləri sovet hökumətini yıxmaq üçün vahid yol tapmağa 
çalışırdılar. Birinci dünya müharibəsi ərəfəsində Rusiya İngiltərədən 
5375 milyon rubl istiqraz almışdı  və Rusiyanın hərbi borclarının 
70%-i isə  İngiltərəyə  məxsus idi. İngiltərə ona görə  də Rusiyada 
Sovet hakimiyyətinin varlığı ilə heç cür barışmağı bacarmırdı. 
İngiltərə hakim dairələrinin planında Rusiyaya güclü zərbə 
endirmək lazım olduğu göstərilirdi. Hələ 1917-ci ilin dekabrında 23-
də  İngiltərə ilə Fransa arasında saziş bağlanmışdır ki, İngiltərə  və 
Fransanın birgə  hərbi müdaxiləsi nəticəsində RUsiyada sovet 
hakimiyyətini devirsinlər. Həmçinin sazişdə  nəzərdə tutulurdu ki
Qafqaz, Ermənistan, Gürcüstan, Kürdüstan İngiltərənin, Bessarabiya, 
Ukrayna, Krım Fransanın təsiri dairəsinə daxil edilsin. İngiltərənin 
xarici işlər naziri olmuş Kerzonun tərcümeyi-halını yazan Nikolson 
göstəri ki, Kerzon həmişə Aralıq dənizindən Pamirə  qədər 
İngiltərənin tabeliyində olan vassal dövlətlərinin yaranmasını 
arzulayırmış. 
İngiltərə  və ABŞ hökumətləri Sovet hakimiyyəti ilə iqitsadi 
kömək yolu ilə də mübarizə aparmağı nəzərdən qaçırmırdılar. 1919-
cu ilin aprelində «Dördlər  şurası» Sovet Rusiyasına müəyyən 
 
162
miqdarda  ərzaq köməyi göstrəmək haqqında qərar qəbul etdi. Onlar 
əslində dolayı yolla Sovet hakimiyyətini yıxmaq məqsədinə nail 
olmaq istəyirdilər. 
Paris sülh konfransında İngiltərənin vəziyyəti digər dövlətlərlə 
müqayisədə daha əlverişli idi. Belə ki, o, Almaniyanın iqtisadi 
qüdrətinin sarsılmasına nail olmuş, beynəlxalq bazarda onun 
rəqibliiyni məhv etmiş, alman donanması təhlükəsini kənarlaşdırmış, 
Almaniya müstəmləkə imperiyasını  ləğv etmiş, təbii ehtiyatlarla 
zəngin və strateji cəhətdən  əlverişli olan türk ərazilərini tuta 
bilmişdir. 
Konfransda mühüm məsələlərdən biri də ABŞ prezidenti 
V.Vulson tərəfindən irəli sürülmüş Millətlər Cəmiyyətinin 
yaradılması məsələsi idi. Yaponiya nümayəndə heyətinin köməyi ilə 
Millətlər Cəmiyyətində rəhbər rol İngiltərə və Fransaya məxsus oldu 
ki, onlar da bundan öz mənafeləri xatirinə sovet Rusiyasına və 
Avropada inqilabi hərəkata qarşı istifadə etməyi bacarırdılar. 
Mandat üsulunun tətbiq edilməsi nəticəsində İngiltərə və onun 
dominionları Türkiyə  ərazisi və Almaniya müstəmləkələri hesabına 
geniş ərazilər əldə etdilər. İngiltərəyə mandat üsulu ilə İraq, Fələstin, 
Transiordaniya, Tanqanika, Toqo və Kamerunun bir hissəsi, Sakit 
okeanda bir sıra adalar, dominionları isə Almaniyanın Cənub-Qərbi 
Afrikadakı müstəmləkələrini, Samao adasını, Yeni Qvineya adasının 
Almaniyaya məxsus hissəsini aldılar. Bütövlükdə  İngiltərə 
dominionları ilə birlikdə 29 milyon kv.km əraziyə sahib oldu. 
İngiltərə Almaniya ərazisindən 5,5 milyon əhalisi olan 2,1 mln kv.km 
ərazi, Türkiyə mülklərindən isə 4 milyon əhalisi olan 500 min kv.km 
ərazi ələ keçirmiş oldu. 
Müharibədən sonra ilk illər İngiltərə kapitalizmi üçün xüsusilə 
çətin illər idi. Belə ki, İngiltərə fəhlə sinfinin vəziyyəti bu dövrdə o 
qədər də xoşagələn deyildi. Ölkədə bütün həmkarlar ittifaqları  iş 
gününün qısaldılmasını,  əmək haqqının artırılmasını  tələb edirdilər. 
İngiltərə burjuaziyası üçün təhlükəli amil o idi ki, müharibə dövründə 
milyonlarla fəhlə silahdan istifadə etməyi öyrənmişdi və indi bu 
silahı ona qarşı çevirə bilərdi. Bu dövrdə  İngiltərə  əsgər və 
matroslarını narazı salan əsas səbəblərdən biri o idi, onların tərxis 
olunmasını hökumət ləngidirdi. Bunun əsas səbəbi isə o idi ki, 
hökumət bundan ölkədəki inqilabi və müstəmləkələdəki azadlıq 
hərəkatına qarşı istifadə etmək niyyətində idi. Hökuməti  ən çox 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə