Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

 
167 
bəzi islahatlar vəd etdi. 1919-cu ildə xalqın inqilabi mübarizəsinə 
mane olmaq üçün İngiltərə hökuməti bu müstəmləkələri idarə etmək 
üçün islahatlar layihəsi ilə  çıxış etdi. Ölkədə yenə müstəmləkəçilik 
inzibati idarəsi hakim mövqeyini saxladığı üçün xalq bu layihədən 
narazı qaldı. Bu zaman Hindistandakı ingilis hökumət orqanları 
azadlıq hərəkatını amansızcasına yatırmağa başladılar. Bu özünü 
1919-cu ilin aprelində Amritsarda baş vermiş üsyanın amansızcasına 
ingilislər tərəfindən yatırılmasıda bir daha göstərdi. Bu üsyan zamanı 
hindlilər Pəncab və digər  əyalətləri tutub ingilis mallarını almaqdan 
imtina edib baykot taktikası yeridərək mübarizəni 1921-ci ilə  qədər 
davam etdirsələr də, yenə də məğlub oldular. 
Hindistan Milli Konqress partiyasının rəhbərləri kütləvi 
hərəkatı ingilis hakimiyyət orqanlarına passiv, zor işlətmədən 
müqavimət göstərmək çərçivəsində saxlamaq üçün var qüvvələri ilə 
səy göstərirdilər. Bütün bunların nəticəsində azadlıq hərəkatı bir 
qədər zəiflədi. 
İngiltərənin müstəmləkə ağalığı Misirdə də, çox kəskin böhran 
yaratdı. Zəhmətkeş kütlələrin müharibə  nəticəsində daha da 
dərinləşmiş olan ağır vəziyyəti Misir xalqının azadlıq hərəkatını 
gücləndirmişdi. Misirlilərin başlıca tələbi ölkənin tamamilə 
injilislərin ağalığından azad edilməsi idi. Nümayişlər, tətillər, polis 
ilə toqquşmalar 1919-cu ildə böyüyüb həm şəhər əhalisinin, həm də 
kəndlilərin iştirak etdikləri silahlı mübarizəyə çevrildi. İngilis 
müstəmləkəçiləri çıxışları yatırdılar, lakin 1921-ci ilin dekabrında 
Misir xalqı yenidən üsyan qaldırdı. Misir xalqının inadlı mübarizəsi 
İngiltərə hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi. O, 1922-ci 
il fevralın 28-də Misir üzərində ingilis protoktorluğunun ləğv 
edildiyini bildirdi və Misiri «müstəqil krallıq» elan etdi. Bununla 
birilkdə  İngiltərə hökuməti bildirdi ki, Misirin ingilis qoşunları 
tərəfindən işğalı davam etdiriləcəkdir. Tam istiqlaliyyət əldə etməyə 
çalışan Misir xalqı öz ölkəsini ingilis müstəmləkəçilərindən azad 
etmək uğrunda mübarizəni davam etdirirdi.  
Müharibədən sonrakı illərdə  İngiltərənin xarici siyasəti bir-
birinin ardınca uğursuzluğa düçar olurdu. Bunun əsas səbəbi isə ilk 
növbədə onunla əlaqədar idi ki, ölkədə xarici siyasətə başçılıq 
edənlər kifayət qədər təcrübəli və enerjili deyildilər.  İngiltərənin 
xarici siyasətində müharibədən sonrakı ilk dövrdə xarici siyasətdə 
böhran  ən çox Yaxın və Orta Şərqə münasibətdə özünü göstərirdi. 
 
168
Əfqanıstan bildiyimiz kimi, 1878-1880-ci illər ikinci ingilis-əfqan 
müharibəsindən sonra əslində  İngiltərəyə tabe vəziyyətdə idi. 1919-
cu ilin fevralında  İngiltərənin  əlaltısı olan əmir Həbibullaya qarşı 
üsyan baş verdi.Üsyanın gedişində Həbibulla öldürüldü. Taxta çıxan 
onun oğlu Amanulla elan etdi ki, Əfqanıstan hökuməti müstəqil və 
azad olmalıdır. Buna cavab olaraq İngiltərə hökuməti 1919-cu ilin 
mayında  Əfqanıstanda yenidən müharibəyə başladı.  Əfqanıstanla 
müharibə Hindistanda azadlıq mübarizəsi ilə bir vaxtda düşdüyünə 
görə İngiltərə hökuməti güzəştə getməli oldu. 1919-cu il avqustun 8-
də  Əfqanıstanla bağlanan sülh müqaviləsinə  əsasən  İngiltərə 
Əfqanıstanın daxili və xarici siyasətinə  nəzarətdən imtina etdiyini 
bildirdi. 
Oktyabr çevrilişindən dərhal sonra Rusiyanın öz qoşunlarını 
İrandan çıxarmasından istifadə edən  İngiltərə 1919-cu ilin avqustun 
9-da  İranın baş naziri Vöşüq-əd-Dövlə ilə «müqavilə bağladı ki, 
həmin müqaviləyə  əsasən  İran  əslində  İngiltərənin himayəsinə 
keçmiş oldu. Müqavilə  İngiltərəyə imkan verirdi ki, İranın ordusu, 
iqtisadiyyatı, maliyyəsi, kömrük sistemi üzərində  nəzarəti həyata 
keçirsin. Tehranda fövqaladə  vəziyyət elan edildi. İranın parlamenti 
müqaviləni təsdiq etməmiş İngiltərə hökuməti onu həyata keçirməyə 
başladığından bu İran xalqı  tərəfindən çox böyük narazılıqla 
qarşılandı. Belə olduqda İran məclisi müqaviləni təsdiq etmədi və 
ondan imtina etdiyini bildirdi. 
İngiltərənin xarici siyasətində  ən böyük məğlubiyyət 
Türkiyəyə münasibətində oldu. İngiltərə hökuməti belə güman» 
edirdi ki, Yaxın  Şərqdəki Türkiyə mülklərini  ələ keçirməklə strateji 
cəhətdən əlverişli, təbii sərvətlərlə zəngin yerlər onun sərəncamında 
olacaqdır. O, Türkiyənin hesabına imperiyasını yaratmaq fikrində idi. 
Həmçinin  İngiltərə Türkiyənin  ərəb mülklərindən başqa onun öz 
ərazisinin də parçalanması  tərəfdarı idi. Lakin türk xalqı bununla 
barışmaq istəməyərək Kamal Atatürkün başçılığı altında azadlıq 
müharibəsinə qalxdı  və ingilis-yunan müdaxiləçilərini ölkədən 
qovdu. Bununla da, Sevr müqaviləsi qüvvədən düşmüş oldu. 
İngiltərənin xarici siyasəti Uzaq Şərqdə  də ciddi çətinliklərlə 
üzləşdi ki, bünün da əsas səbəbi müharibədən sonrakı dövrdə Uzaq 
Şərqdə İngiltərə ilə Yaponiya, İngiltərə ilə ABŞ və ABŞ-la Yaponiya 
arasında zididyyətlərin kəskinləşməsi ilə əlaqədar idi. 


 
169 
Birinci dünya müharibəsi illərində  İngiltərə  və ABŞ  əsas 
diqqətlərini Almaniya ilə mübarizəyə  sərf etmişdilər və müttəfiq 
idilər. Bu vəziyyətdən istifadə edən Yaponiya Çində bir sıra yeni 
ərazilər  əldə etdi və Sakit okeanda mövqeyini gcüləndirdi ki, bu da 
iNgiltərə  və ABŞ-ın maraqlarına zərbə vurmaq demək idi. 1919-cu 
ildə  İngiltərə dünyada ən güclü hərbi-dəniz donanmasına malik idi. 
Onun sərəncamında 2309 min s. sututumuna malik olan 737 gəmi var 
idi, yaponiyanın sərəncamında isə 820 min m. su tutumu olan 192 
gəmi var idi. Lakin müharibədən az sonra bu vəziyyət dəyişdi. Belə 
ki, müharibədən sonra ABŞ  və Yaponiya böyük miqyasda hərbi-
dəniz quruculuğuna başladılar.  İngiltərə  də müharibədən sonra ağır 
iqtisadi vəziyyətinə baxmayaraq dənizdə  əvvəlki hökmranlığını 
saxlamağa çalışırdı. Belə bir şəraitdə 1921-ci ilin noyabrın 12-də 
Vaşinqtonda Uzaq Şərq və  dənizdə silahlanma probleminə  həsr 
edilmiş konfrans çağrıldı. Konfransda ABŞ, Britaniya imperiyası, 
Yaponiya, Fransa, İtaliya, Belçika, Hollandiya, Portuqaliya, Çin 
nümayəndələri iştirak ediridlər. 
Hələ konfransa qədər 1902-ci ilə də bağlanmış və 1911-ci ildə 
möhkəmləndirilmiş ingilis-yapon sazişi bir neçə  dəfə müzakirə 
edildi.Bu saziş  təkcə Rusiyaya qarşı deyil, həm də ABŞ-a qarşı 
çevrildiyi üçün ABŞ hər vəchlə bu sazişin ləğv edilməsinə çalışırdı. 
ABŞ bildirirdi ki, əgər  İngiltərə bu sazişin pozulmasına razılıq 
verməsə, onda müharibə dövründə ona verdiyi borcların dərhal geri 
qaytarmasını  tələb edəcək,  İrlandiyanın müstəqililk uğrunda 
mübarizəsini müdafiə edəcəkdir. Vəziyyətin mürəkkəbliyi onda idi 
ki,  İngiltərənin, dominionları da bu məsələdə ABŞ-ı müdafiə 
edirdilər.  İngiltərəni Uzaq Şərq və Çində müharibə illərində  və 
müharibədən sonrakı ilk illərdə güclənməsi də  İngiltərəni güzəştə 
getməyə məcbur edirdi. Belə ki, birinci dünya müharibəsi ərəfəsində 
Çin sularında gəmiçiliyin 45%-i İngiltərəyə məxsus idi Çinlə Xarici 
ticarətin 50%-i də  İngiltərənin payına düşürdü. Çinə kapital 
qoyuluşunun, 607,5 milyon dolları  və ya 37,7%-i də  İngiltərəyə 
məxsus idi. 
1921-ci ilin dekabrın 23-də Vaşinqtonda 1902-ci il ingilis-
yapon sazişini ləğv edən  İngiltərə, ABŞ, Yaponiya və Fransanın 
iştirakı ilə «dörd dövlət» sazişi bağlandı.  İngiltərə 1922-ci ilin 
fevralında «beş dövlət» sazişinə qol çəkməklə, ABŞ-a dəniz 
qüvvələrinin bərabərləşdirilməsində güzəştə getmiş oldu və  dəniz 
 
170
hökmranlığından yavaş-yavaş geri çəkilməyə başlamış oldu. Çinə 
dair başlanmış «doqquz dövlət»i müqaviləsini imzalamaqla İngiltərə 
əslində Çində öz hegemon mövqeyeni ABŞ-a güzüştə getmiş oldu 
İngiltərə həmçinin Veyxoveyi limanını da Çinə qaytardı. 
Bu dövrün ən mühüm xarici siyasət problemlərindən biri də 
İngiltərənin Sovet Rusiyası ilə münasibətləri problemi idi. Belə ki, 
Antantanın üç hücumunun Sovet Rusiyasında məğlubiyyətlə 
nəticələnməsi İngiltərə hakim dairələrini, artıq dinc vasitələrlə Sovet 
Rusiyasını  məhv etmək planı haqqında düşünməyə vadar etdi. 
İngiltərə ilk növbədə Sovet Rusiyası ilə ticarət  əlaqələrini bərpa 
etməyə çalışırdı. Bunun səbəbləri isə,  İngiltərədəki iqtisadi böhran, 
ingilis mallarının satılması üçün Rusiya bazarının  əlverişli olması, 
digər tərəfdən isə İngiltərənin özünün bir sıra malları, xüsusilə, meşə 
materialları  və buğda almaqda maraqlı olması idi. Həmçinin 
İngiltərənin fəhlə sinfi də Sovet Rusiyası ilə münasibətləri normal 
məcrada qurmağı öz hökumətlərindən tələb edirdilər. Bütün bu 
amilləri nəzrə alan Lloyd Corc hökuməti sovet nümayəndə heyəti ilə 
ticarət sazişi bağlamaq üçün danışıqlar aparmağa başladı. Onu da 
qeyd etmək lazımdır ki, İngiltərənin hərbi naziri Çörçill və xarici işlər 
naziri Kerzon Sovet Rusiyası ilə ticarət danışıqlarının qəti  əleyhinə 
idilər. Onlar Sovet Rusiyası ilə danışıqların kəsilməsini və hərbi yolla 
onunla  mübarizənin davam etdirilməsini tələb edirdilər. Lakin bütün 
bunlara baxmayaraq mühafizəkarların  əksəriyyətinin koalisin 
hökumətdə Lloyd Corcu müdafiə etməsi nəticəsində 1921-ci ilin 
martın 16-da İngiltərə ilə Sovet Rusiyası arasında ticarət sazişi 
bağlanmış oldu. 
İngiltərə ilə Sovet Rusiyası arasında bu sazişdən sonra ticarət 
əlaqələri bərpa edilmiş oldu, əslində bu yarı ticarət, yarı siyasi bir 
saziş idi. Bu sazişlə  İngiltərə SSRİ-ni de-fakto tannımış oldu. 
İngiltərə sovet sazişinin bağlanması əslində heç də o demək deyildir 
ki,  İngiltərə mövcud vəziyyətlə barışmışdır və Rusiyada kapitalizmi 
bərpa etmək fikrindən  əl çəkmişdir.  İngiltərənin Rusiyaya qarşı 
siyasəti yenə  də sovet hakimiyyətinin yıxmağa yönəldilmiş 
düşmənçilik siyasəti idi. Təkcə Sovet Rusiyası ilə danışıqların 
əleyhinə olan Çörçill deyil, Sovet Rusiyası ilə ticarət sazişi bağlamaq 
tərəfdarı olan Lloyd Corc da Sovet hakimiyyətinin düşməni idi. Fərq 
bunda idi ki, Çörçill bunu silahlı yolla, Lloyd Corc isə iqtisadi təzyiq 
yolu ilə həll etmək istəyirdi. Lloyd Corc belə hesab edirdi ki, iqtisadi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə