Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

 
163 
qorxuya salan məsələ Üçlər ititfaqının üzvlərinin birgə  çıxış etməsi 
təhlükəsi idi. Onların birgə  çıxışı ölkənin bütün iqtisadiyyatını iflic 
vəziyyətinə sala bilərdi. İngiltərə fəhlə sinifinin ən böyük çıxışı 1919-
cu ildə Klayd çayı  sənaye raoynunda və onun paytaxtı Qlazqoda 
oldu. Yanvarın 27-də başlanan tətil tezliklə 100 min nəfəri əhatə etdi. 
Onların əsas tələblərindən biri 40 saatlıq iş günü idi. Polisin yanvar 
ayının 31-də  tətilçilər üzərinə hücumu bütün ölkədə  fəhlə sinfi 
tərəfindən güclü narazılığa səbəb oldu. Lakin həmkarlar ititfaqları 
üzvlərinin güzəştə getməsi nəticəsində  tətil yanvar ayının 31-də 
dayandırıldı. Bu hadisə ölkədə yeni tətillərin başlanması üçün siqnal 
oldu. 1919-cu ilin yanvarın 14-də  mədənçilərin Federasiyasının 
konfransı hökumətdən «əmək haqlarının 30% artırılması, 7 saatlıq iş 
gününə keçirilməsi, ordunun tərxis edilmiş  mədənçilərin tam 
tənminatı üzərində  fəhlə  nəzarəti qoyulmaqla şaxtaların tam 
milliləşdirilməsi tələbinin həyata keçirilməsini tələb etdi. Tələblərin 
içərisində hökumət üçün ən təhlükəlisi  şaxtaların milliləşdirilməsi 
məsələsi idi. Mədənçilər bildirdilər ki, onların tələbi ödənilməsə, 
onlar martın 15-də  tətilə başlayacaqlar. Hökumət vəziyyətdən fəhlə 
sinifini aldatmaqla çıxa bildi. Belə ki, hökumət vəziyyəti öyrənmək 
üçün komissiya yaratdığını bildirdi. Komissiya martın 3-də fəaliyyətə 
başladı. Komissiyanın sədri isə hakim Senki oldu. Komissiya 
hökumətə  təklif etdi ki, əmək haqqı gündə 2 şlinq artırılsın və 7 
saatlıq iş gününə keçirilsin. Milliləşdirmə tədbiri təxirə salındı. 1919-
cu ilin payızında ordu tərxis edildi, kömür ehtiyatı yaradıldı. 
Ştreykbrekerlər dəstəsi hazırlandı ki, tətil pozmaq üçün ondan 
istifadə edilsin.  
1919-cu ilin yayında İngiltərədə yenidən tətil hərəkatı başladı. 
Dəmiryoçuların birliyi onların tələblərinin ödənilməsinə səbəb oldu. 
Dəmiryolçuların qələbəsi Lloyd Corc hökumətinin mənəvi-siyasi 
məğlubiyyəti demək idi. Fəhlə  hərəkuatının güclənməsi  İngiltərə 
Kommunist partiyasının yaranması ilə  nəticələndi.  İngiltərədə bu 
dövrdə Britaniya sosialist partiyası, Sosialist fəhlə partiyası, Cənubi-
Uels sosialist cəmiyyəti, Sosialist fəhlə federasiyası,  Şotlandiya 
Kommunist fəhlə partiyası kimi fəhlə təşkilatları fəaliyyət göstərirdi. 
1920-ci ilin iyul ayının 31-dən avqustun 1-nə  qədər Londonda 
keçirilən konfransda İngiltərə Kommunist partyası  təşkil edildi. İlk 
vaxtlar  İngiltərə Kommunist partiyasının tərkibində 10 minə  qədər 
üzv var idi! Bunun belə olmasının əsas səbəbi İngiltərədə həmkarlar 
 
164
ittifaqlarının fəhlə  hərəkatı içərisində daha güclü nüfuzunun olması 
idi. İngiltərə fəhlə sinfi Lloyd Corc hökumətinin antisovet siyasətinə, 
ingilis qoşunlarının Rusiyaya hərbi müdaxilədə iştirak etməsinə qarşı 
çıxırdı. Onlar tələb edirdilər ki, Rusiyadan İngiltərə hökuməti əlini və 
gözünü çəksin. Bu isə hökuməti düşünməyə vadar etdi. «Mən 
Rusiyaya 14 dövlətin hücumunu təşkil etmişəm ki, bolşevizmin 
körpəsini beşiyində  məhv edəm»» deyən Çörçill özü ingilis 
qoşunlarının Rusiyadan çıxarılmasına razılıq verməli oldu. 
Qısa müddətli müharibədən sonrakı yüksəliş 1920-ci ildə dərin 
iqitsadi böhranla əvəz olundu. Bu dünya iqtisadi böhranı deyildi, 
lakin qabaqcıl kapitalist ölkələri olan ABŞ  və  İngiltərə böhrandan 
ciddi zərər çəkdilər. Böhran uzun sürmədi.  İngiltərədə böhran 
nəticəsində sənaye indeksi 1913-cü illə müqayisədə 100-dən 1920-ci 
ildə 61,5-ə düşdü. Daş kömür çıxarılması 1913-cü illə müqayisədə 
163 milyon ton azalaraq 230 milyon tona, çuqun məhsulları istehsalı 
8 milyon tondan 2,6 milyon tona, polad istehsalı 9,1 milyon tondan 
3,7 milyon tona, pambıq istehsalı 10,5 min sentrə endi. Böhran 
dövründə İngiltərənin xarici ticarət dövriyyəsi azalaraq ixrac 44,6 %, 
idxal isə 39,8% endi. Sənaye məhsulu istehsalı  ən çox 1921-ci ilin 
ikinci kvartalında azaldı. 
Böhran maliyyə sahəsinə xüsusilə  ağır təsir göstərdi və 
iflasların sayı çoxaldı. Böhran zamanı qiymətlərdə  də ciddi 
dəyişikliklər baş verdi. Artıq 1920-ci ilin əvvəllərində qiymətlər 
aşağı düşməyə başladı. Kəd təsərrüfatı mallarının qiyməti də  aşağı 
düşməyə başladı.  
Böhrandan sonra İngiltərə iqtisadiyyatı birdən-birə yüksəliş 
dövrü keçirmədi, 1922-1923-cü illərdə  İngiltərə iqtisadiyyatı 
durğunluq dövrü keçirdi. Bu da onunla izah olunurdu ki, bu dövrdə 
müharəbədən  əvvəlki dövrlə müqayisədə  sənaye və ticarət xeyli 
geridə qalırdı. Sənaye indeksini 1913-cü ildə 100 götürsək 1922-ci 
ildə bu rəqəm 76,6, 1923-cü ildə isə 82,9% təşkil edirdi. 
İngiltərənin hakim dairələri birinci dünya müharibəsindən 
sonra da iri maliyyə dairələrinin mənafeyini müdafiə edən siyasət 
yeridirdilər. Ölkədə bu dövrdə  fəhlə sinfinin həyat səviyyəsi çox 
aşağı  səviyyədə idi. Şaxtaçıların maaşının aşağı olduğunu nəzərə 
alaraq Federasiya onların maaşının artırılmasını hökumətdən tələb 
etdi. Bildirdilər ki, əks təqdirdə  şaxtaçılar sentyabrın 25-də  tətilə 
başlayacaqlar. Sentyabrın 25-də başlanan tətilə başqa peşə sahibləri 


 
165 
də qoşuldu bu hərəkat noyabrın 3-nə  qədər davam etdi. Lakin tətil 
hərəkatın iştirakçılarına uğur qazandırmadı.Tətil hərəkatından 
qorxuya düşən burjuaziya 1920-ci ilin avqustunda parlament 
tərəfindən belə bir antifəhlə qanununun qəbul edilməsinə nail oldu ki, 
kral ölkədə antihökumət çıxışları baş verən zaman fövqaladə vəziyyət 
elan edə bilər. Bu qanunla o, Napaleon müharibəsi və birinci dünya 
müharibəsi dövründə verilmiş hüququ yenidən bərpa etmiş oldu.Bu 
qanundan sonra şaxta sahiblərinin lokaut elan etmələri  şaxtaçıları 
narazı saldı. Burjuaziya ümumi tətilin başlanacağından ehtiyat edərək 
əvvəldən ehtiyat tədbirləri gördü. Şaxtaçıların təşəbbüsü nəqliyatçılar 
və  dəmiryolçular tərəifndən müdafiə edilmədiyindən və bu 
burjuaziyanın fəhlələr üzərinə hücuma keçməsinə  şərait yaratdığına 
görə 1921-ci ili naprel ayının 15-i İngiltərənin fəhlə hərəkatı tarixinə 
«qara cümə günü» kimi daxil oldu. 1919-1921-ci illərin tətilləriin 
mübariz xarakteri burjuaziyanı öz siyasətini dəyişməyə, manevrlərə 
əl atmağa məcbur etdi. 1921-ci ildə 6 milyon  fəhlənin hər biririn 
əmək haqqı  həftədə 8 şilinq aşağı salındı. 1923-cü ilin dekabrında 
İngiltərə  fəhlələrinin  əmək haqqı müharibədən  əvvəlki səviyyənin 
67%-ni, həyat səviyyəsinin 77%-ni təşkil edirdi. 
Birinci dünya müharibəsindən sonra İngiltərədə  işsizlik 
ölkənin bütün tarixi ərzində ən yüksək həddə çatdı. Bu hadisə 1921-
ci ilin sonunda işsizlər hərəkatının Milli Komitəsinin yaranmasına 
gətirib çıxartdı. Bununla bərabər  şaxtaçılar tərəfindən 1923-cü ildə 
«Azlıqlar hərəkatı» deyilən təşkilat da meydana gəldi. 
Birinci dünya müharibəisndə sonrakı illərdə müstəmləkə  və 
asılı ölkələrdə  İngiltərə  ağalığının böhranı başlandı ki, bu da 
müharibənin ölkə üçün nəticələrindən biri idi. 1919-1921-ci illərdə 
İrlandiyada baş vermiş hadisələr  İngiltərə müstəmləkə sistemi 
böhranının ən parlaq təzahürü oldu. 1918-ci ildə İngiltərədə qüvvədə 
olan qanuna görə  İngiltərə parlamentində  İrlandiyanın 105 deputat 
yeri vardır. 1918-ci ilin dekabrında keçirilən parlament sekilərində 
105 yerdən 73-nü İrlandiyanın tam azadlığı və İrlandiya respublikası 
yaratmaq uğrunda mübarizə aparan burjua-millətçi  şinfeynlər 
partiyası tutdu. Onlar İngiltərə parlamentində iclas etməkdən boyun 
qaçırdılar. Onlar 1919-cu il yanvarın 21-də Dublin şəhər bələdiyyə 
idarəsinin binasında toplaşaraq  İrlandiya parlamentini təşkil etdilər. 
Bu parlament İrlandiyanı «suveren və müstəqil dövlət» elan etdi və 
İrlandiya respublikasının qurulduğunu bildirdi. Şinfeynlər 
 
166
partiyasının rəhbərlərindən biri olan De Valera respublikanın 
prezidenti seçildi. Şinfeynerlər İrlandiya xalqının yardımına və silahlı 
könüllü dəstələrindən ibarət olan «İrlandiya respublika ordusu»na 
arxalanaraq, ölkədə öz dövlət aparatlarını – yerli hakimiyyət 
orqanlarını, məhkəmələri, polis və s. təşkil etməyə başladılar. 
İngiltərə hakimiyyət orqanlarının  şinfeynerlərin yaratdıqları 
dövlət aparatını zorla ləğv etmək təşəbbüsləri silahlı müqavimətə rast 
gəldi. Lloyd Corc hökuməti güzəştə getmək məcburiyyətində qaldı. 
1921-ci il dekabrın 26-da İngiltərə hökuməti ilə şinfeynerlər arasında 
müqavilə bağlanda. Bu müqaviləyə görə, İrlandiyanın cənub hissəsi - 
26 qraflıq «Azad İrlandiya dövləti» elan edildi və dominion hüququ 
aldı. Sənayenin inkişaf etdiyi Şimali  İrlandiya – 6 qraflıq – 
İngiltərənin tərkibində qaldı. Müqavilə  İngiltərənin  İrlandiya 
ərazisində ingilis hərbi-dəniz bazalarının saxlanılmasını, ingilis 
qoşunlarının olmasını  və  İrlandiya xarici siyasəti üzərində ingilis 
nəzarətinin qoşulmasını nəzərdə tuturdu. 
1921-ci il müqaviləsini Qriffits başda olmaqla şinfeynlərin 
ancaq bir hissəsi qəbul etdi. Şinfeynlərin De Valeranın başçılıq etdiyi 
və  İrlandiyanın tam azadlığını  tələb edən  ən çox radikal cinahı isə 
müqaviləni qəbul etməkdən imtina etdi. Bundan sonra əmələ gəlmiş 
təfriqə  nəticəsində «Azad İrlandiya dövləti»nin prezidenti Qriffits, 
baş naziri isə Mayel Kolina oldular. Sağ  şinfeynlər  İngiltərə 
hökuməti ilə sazişə girərək onlara qarşı  qəddarcasına mübarizəyə 
başladılar. Belə olduqda De Balera və onun tərəfdarları gizli 
fəaliyyətə keçdilər. Ölkədə  qızğın vətəndaş müharibəsi başlandı  və 
1923-cü ilin yazında De Balera «atəşin dayandırılması» haqqında 
bəyənat verənə qədər davam etdi. 
İngiltərə-İrlandiya müharibəsi ilə bir zamanda İngiltərənin  ən 
böyük və  ən zəngin müstəmləkəsi olan Hinidstanda da ingilis 
müstəmləkəçilərinə qarşı  qızğın milli-azadlıq hərəkatı genişləndi. 
Birinci dünya müharibəsi illərində Hindistanın sənayesi artmış, fəhlə 
sinfinin sayı çoxalmışdı. Həm də müharibə Hindistan 
zəhmətkeşlərinin vəziyyətinin xeyli pisləşməsinə  səbəb olmuşdu. 
Ağır vergilər və kənd təsərrüfatı məhsullarının məcburi surətdə təhvil 
verilməsi üzündən kəndli  əhalisinin çoxu var-yoxdan çıxmışdı. 
Sənayedə  iş günü çox uzun – 14-15 saat, əmək haqqı isə  aşağı idi. 
Hindistanın milli-azadlıq hərəkatına Rusiyadakı oktyabr çevrilişi 
böyük təsir göstərmişdi. Bundan təşvişə düşən  İngiltərə hökuməti 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə