Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

 
151 
mərkəzində saxladığı ölkələrdəndir. Xüsusilə ABŞ-ın milli 
təhlükəsizlik sistemində enerji təhlükəsizliyi amili aparıcı roil 
oynadığından Azərbaycanın zəngin neft ehtiyatlarına bu dövlətin 
olduqca böyük marağının olması təsadüfi sayılmamalıdır.  
 Azərbaycanın 
əlverişli geosiyasi mövqeyi ABŞ-ın 
maraqlarına tamamilə uyğundur. Dövlətimiz  şimaldan Rusiya, 
cənubdan isə  İranla həmsərhəddir və regionda üstünlük uğrunda bu 
dövlətlər də mübarizə aparırlar.  
 ABŞ-ın respublikamıza marağının artmasında ölkəmizdə 
demokratik inkişaf yolunun seçilməsi, iqtisadi islahatların aparılması 
və bazar iqtisadiyyatına keçilməsinin də danılmaz əhəmiyyəti vardır.  
 1991-ci 
il 
dekabrın 25-də ABŞ Azərbaycan Respublikasının 
müstəqilliyini tanımış  və 1992-ci il martın 18-dən etibarən bu 
dövlətlər arasında diplomatik münasibətlər qurulmuşdur.  
 
İkitərəfli  əlaqələrin başlanğıc mərhələsi kəşfiyyat xarakterli 
yönümü  və istiqaməti  ilə seçilir, ziddiyətlər və anlaşılmazlıqlarla 
xarakterizə olunurdu.  
 Azərbaycan – ABŞ münasibətlərinin tədqiq etdiyimiz dövr 
tarixinin ən ziddiyətli məsələsi 1992-ci il oktyabrın 24-də Konqresin 
102-ci çağırışının 2-ci sessiyasının qəbul etdiyi və keçmiş  SSRİ-nin 
Azərbaycandan savayı digər 11 respublikasına  demokratiyanın 
inkişafı  və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar 
həcmində, yardımı  nəzərdə tutan və ona “907-ci əlavə”nin qəbulu 
oldu.  
 Azərbaycana qarşı iqtisadi yardıma qadağa aksiyasının 
məzmunu belədir: “ Bu və ya digər qanunvericilik aktları 
çərçivəsində Birləşmiş  Ştatların Azərbaycana iqtisadi yardımı o 
zamana qədər mümkün olmayacaq ki, ABŞ prezidenti müəyyən 
etmiş olsun və bu haqda Konqresə  xəbər çatdırsın ki, Azərbaycan 
hökuməti bütün blokadaları, Ermənistan və Dağlıq Qarabağa qarşı 
zor gücünün istifadəsini dayandırmaq üçün əməli iş görür”. 
 Keçmiş sovetlər birliyinin yenicə müstəqillik qazanmış 
respublikaları içərisində niyə  məhz Azərbaycanın iqtisadi qadağa 
aksiyasına məruz qalmasının səbəblərini araşdırmağa çalışaq.  
 ABŞ-da güclü erməni lobbisi və diasporunun mövcudluğu, 
ABŞ-da məskunlaşmış Azərbaycan icmasının zəifliyini mühüm 
səbəblər kimi qeyd etmək olar.  
 
152
 
Nəhayət, Azərbaycanda o zamanlar hakimiyyəti təmsil edən 
iqtidarın xarici siyasət sahəsində buraxdıqları  səhvlər də öz mənfi 
rolunu oynamışdır.   
1993-cü ilin aprelində Vaşinqtonda Azərbaycan səfirliyinin 
açılması ilə ikitərəfli  əlaqələr intensivləşməyə başladı.  
 Azərbaycan – ABŞ əməkdaşlığı BMT çərçivəsində də davam 
etdirilmişdir. BMT təhlükəsizlik  şurasının beş daimi üzvündən biri 
olan ABŞ Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri 
tərəfindən işğal olunması ilə bağlı sözügedən təşkilatın qəbul etdiyi 7 
bəyannamə  və 4 qətnamənin (822 saylı – 1993-cü il 30 aprel, 853 
saylı – 1993-cü il 29 iyul, 874 saylı – 1993-cü il 14 oktyabr və 884 
saylı – 1993-cü il 11 noyabr) lehinə  səs vermişdir. Adı  çəkilən 
sənədlərdə Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin 
pozulmazlığı və ərazilər ələ keçirmək üçün qüvvə tətbiq olunmasının 
yolverilməzliyi prinsipi təsdiqlənmiş, ölkəmizin bütün zəbt olunmuş 
ərazilərindən işğalçı erməni hərbi birləşmələrinin dərhal,  tamamilə 
və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.  
 Azərbaycan Respublikasının ABŞ prezidenti B. Klintonun 
xarici siyasət təşəbbbüsü olan “sülh naminə tərəfdaşlıq” proqramına 
qoşulması da (1994-cü il mayın  4-də) ölkəmizin rəsmi Vaşinqtonla 
hərbi – siyasi əməkdaşlığına təkan verən amillərdəndir.  
 Azərbaycan – ABŞ münasibətlərində baş vermiş mübət 
dəyişikliklər 1994-cü ilin dekabrında ATƏM-in Budapeşt zirvə 
görüşü zamanı öz konkret nəticələrini verdi.  
Budapeşt sammitində ilk dəfə olaraq Dağlıq Qarabağ 
problemi xüsusi bir məsələ kimi gündəliyə salındı  və müzakirə 
olundu. ABŞ-ın yaxından köməkliyi nəticəsində Budapeşt 
sammitinin qəbul etdiyi qətnamədə Avropanın müxtəlif bölgələrində 
baş verən münaqişələrin, o cümlədən Ermənistan – Azərbaycan 
münaqişəsinin həll edilməsi ayrı-ayrı dövlətlərin inhisarından 
çıxarılıb, birbaşa ATƏT-in ixtiyarına verildi. Eyni zamanda münaqişə 
zonalarında, o cümlədən Dağlıq Qarabağ  ətrafında baş verən  
problemin həllində hansısa bir ölkənin deyil, ATƏT sülhməramlı 
qüvvələrindən istifadə edilməsi qərara alındı.  
 Azərbaycan – ABŞ münasibətlərində dönüş 1996-cı ildən 
etibarən özünü göstərməyə başladı.  
 1996-cı il yanvarın 26-da ABŞ Konqresinin Nümayəndələr 
Palatası,  sonra isə Senatı Azərbaycana birbaşa humanitar yardım  


 
153 
göstərilməsini nəzərdə tutan qanun layihəsini (konqresmen Çarlz 
Vilsonun düzəlişi) təsdiq etdi.  Elə həmin gün ABŞ prezidenti qanun 
layihəsini imzaladı.  
 
  Konqresmen Çarlz Vilsonun təşəbbüsünün hədəfi “Azadlığı 
Müdafiə Aktı”na “907-ci əlavə”yə düzəlişdir.  “Vilson düzəlişi”nə 
qədər Azərbaycana yalnız qeyri-hökumət təşkilatlarının xətti ilə 
yardım göstərilməsi mümkün idi. Qəbul edilmiş  yeni düzəlişdə isə 
deyilirdi: “Azərbaycan hökumətinə humanitar yardım o halda 
göstərilə bilər ki, prezident müəyyən etsin ki, qeyri-hökumət  
təşkilatları tərəfindən Azərbaycana göndərilən yardım qaçqınların  və 
məcburi köçkünlərin ehtiyaclarını lazımi səviyyədə ödəmir”.  
 Bu 
sənəd Azərbaycanı  hər cür dövlət yardımından məhrum 
edən və bütünlükdə erməni maraqlarına xidmət göstərən  “907-ci 
əlavə”nin ləğvi istiqamətində    ABŞ konqresinin ilk uğurlu addımı 
kimi qiymətləndirilir.  
 1996-cı il iyulun 11-də ermənipərəst konqresmenlərin 
Azərbaycan  əleyhinə yönəlmiş növbəti addımı  “Porter düzəlişi” 
meydana gəldi.  
 “Porter 
düzəlişi”nə görə ayrı-ayrılıqda  həm Azərbaycanın, 
həm də  Dağlıq Qarabağın qaçqın və köçkün düşmüş əhalisinə uyğun 
olaraq 7:1 nisbətində humanitar yardım göstərilməsi  nəzərdə 
tutulurdu.  
 Azərbaycan və ABŞ ali icra hakimiyyəti orqanlarının 
qarşılıqlı  səmərəli fəaliyyəti son nəticədə “Porter düzəlişi” adlı 
bədnam sənədin   Nümayəndələr Palatası  və Senatın uzlaşdırıcı 
komissiyasının sentyabrın 17-də  keçirilmiş iclasında tamamilə rədd 
edilməsini təmin etdi.  
 Respublikamızın  ən ağrılı  Dağlıq Qarabağ probleminin də 
geniş müzakirələr obyektinə çevrildiyi ATƏT-in Lissabon sammiti ( 
1996 dekabr) Azərbaycan – ABŞ münasibətlərinin strateji 
 
tərəfdaşlığa doğru istiqamətləndiyini növbəti dəfə  təsdiqlədi.  
Sammitdə Ermənistan – Azərbaycan münaqişəsinin həllini 3 prinsip 
əsasında  tənzimləməyi nəzərdə tutan  formul  ATƏT-in  sədri F. 
Kottinin  bəyanatında irəli sürüldü. ATƏT-in  əsas prinsiplərini  
nəzərdə tutan  bu formul, Ermənistan istisna olmaqla qalan bütün 
iştirakçı  dövlətlər, o cümlədən ABŞ tərəfindən qəbul edildi.  
 
154
 Beləliklə başlamaqda olan 1997-ci ildə Azərbaycan – ABŞ 
münasibətlərinin vəziyyəti yuxarıda bəhs etdiyimiz real mənzərə ilə 
şərtlənirdi.    
 
Həmin ildə  təhlükəsizlik sahəsində  də Azərbaycan – ABŞ 
münasibətləri inkişaf etdirilmişdir.  Belə ki, martın 12-13-də Bakıda 
Azərbaycan və ABŞ arasında təhlükəsizlik və silahlara nəzarət 
məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparılırdı. 
Məsləhətləşmələr gedişində geniş spektrli təhlükəsizlik məsələləri 
araşdırılmış, o cümlədən: 
-  Regional məsələlər, sərhədə nəzarət; 
-  Avropada Ali Silahlı Qüvvələr məsələsi və onunla bağlı 
narahatlıq doğuran suallar; 
-  “Sülh naminə tərəfdaşlıq” proqramının yaratdığı imkanlar; 
-  NATO-nun genişlənməsi və Avropa təhlükəsizliyin  
arxitekturası, habelə enerji və  nəqliyyat dəhlizinin 
təhlükəsizliyi problemlərinə dair ətraflı fikir mübadiləsi 
aparılmışdır.  
1997-ci il iyulun 27-dən avqustun 7-dək Azərbaycan 
prezidenti H. Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu. Bu səfərlə iki 
dövlət arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni 
mərhələnin əsası qoyuldu. 
Səfər zamanı 5 mühüm sənəd: 
-  ABŞ – Azərbaycan münasibətləri haqqında birgə bəyanat; 
-   Sərmayə qoyuluşunun qarşılıqlı  qorunması  və  təşviq 
edilməsi haqqında Azərbaycan Respublikası ilə ABŞ  
hökuməti arasında müqavilə; 
-  ABŞ ilə Azərbaycan arasında müdafiə  və  hərbi sahələrdəki 
gələcək münasibətlər barəsində birgə bəyanat; 
-  Azərbaycan Respublikası  və Amerika Birləşmiş  Ştatları 
arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq 
yaradılması niyyətləri haqqında bəyanat; - Layihələrin 
təşviqinə dair baş saziş – imzalandı.  
Bununla yanaşı, dəyəri 8 mlrd. ABŞ dolları  məbləğində 
qiymətləndirilən yeni 4 neft müqaviləsi bağlandı.  
Ölkə prezidentinin  ABŞ-a ilk rəsmi səfəri gedişində 
qazanılmış  uğurların  daha da möhkəmləndirilməsini  təmin etmək 
məqsədilə  Azərbaycanın dövlət başçısı 1997-ci il sentyabrın 2-də  
“Azərbaycan  Respublikası ilə  Amerika Birləşmiş  Ştatları arasında 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə