Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

 
183 
səlahiyyətləri haqqında 1920-ci il qanununa əsaslanaraq ölkədə 
fövqaladə vəziyyət elan etdi. Tətilləri yarıtmaq üçün xüsusi komissar 
təyin edildi. Ancaq Tred-yunion konqrsinin Baş  şurasının 
xəbərdarlığı hökuməti belə bir addım atmaqdan çəkindirdi. 1924-cü 
ilin yazında daş kömür sənayesində ümumi tətil başlandı. 1924-cü 
ilin iyulunda tərəflər kompromisə gələrək mədənçilərin  maaşlarının 
artırılması  qərarına gəldilər. 1925-ci ilin ortalarına yaxın bu həyata 
keçirlirdi. 
1924-cü ildə  işsizlər hərəkatı  işsizlərin xartiyasını  qəbul etdi. 
Xartiyada tələb olunurdu ki, işsizlər ya işlə  təmin edilsinlər, ya da 
onların tam yaşayışı  təmin edilsin. Həmçinin ictimai işlər üzrə 
hökumət təşkilatlarının bu işlə  məşğul olmaları  tələb edilirdi. 
Həmçinin tələb edilirdi ki, hökümətin sifarişlərini təmin etmək üçün 
xüsusi dövlət idarələri təşkil edilsin. İş saatı ixtisar edilsin. Fəhlələr 
üçün həmçinin rahat mənzil şəraiti təmin edilsin. 
1924-cü ilin iyun ayının 1-i işsizlərin xartiyasının həyata 
keçirilməsinin milli günü kimi keçirildi. Həmin gün İngiltərənin 
bütün  şəhərlərində demək olar ki, nümayiş keçirildi və bü 
nümayişlərdə on minlərlə işsizlər iştirak etdi. 1924-cü ildə həmçinin 
həmkarlar ititfaqlarında azlıqlar hərəkətinin artması prosesi getdi. Bu 
hərəkatda daha fəal fhələlər iştirak edirdilər. Mədənçilərin, 
maşınqayırmaların və nəqliyyatçıların azlıq hərəkatları yarandı. 
Leyboristlər partiyası 1923-cü ilin parlament seçkilərində vəd 
etmişdilər ki, SSRİ ilə  İngiltərə arasında iqitsadi və diplomatik 
münasibətləri bərpa edəcəklər və Versal müqaviləsinə yenidən 
baxacaqlar.  İqitsadi  əlaqələrin bərpa edilməsi  İngiltərənin iqitsadi 
maraqlarına cavab verdiyinə görə  hətta liberallar da öz 
platformalarında bu məsələni qoymuşdular. 
Makdonald hökuməti SSRİ ilə diplomatik münasibətlər 
yaratmaq məsələsinə  dərhal başlamışdı.  İngiltərə  fəhlə sinfi bu 
məsələ ilə  əlaqədar öz hökumətinə  təzyiqi gücləndirdi. Makdonald 
hökuməti güzəştə getməli oldu. 1924-cü ilin fevralın 2-də İngiltərə ilə 
SSRi arasında diplomatik münasibətlər yaradıldı. Leyboristlər 
partiyası seçkiqaağı  vəd vermişdi ki, Versal sisteminə yenidən 
baxacaqdır. Lakin hakimiyyətə  gəldikdən sonra bu vəd yerinə 
yetirilmədi. Makdonald hökuməti Avropada Fransanın mövqeyinin 
zəifləməsindən istifadə edərək öz mövqeyini möhkəmlədirməyə 
çalışdı. 1924-cü ilin iyul-avqust aylarında Londonda keçirilən 
 
184
konfransda Almaniyanı təzminat məsələsinə həsr edilmiş Dayes planı 
qəbul edildi. «Dayes planı»nın qəbul edilməsi göstərirdi ki, Avropa 
işlərində  həlledici rol Fransadan ingilis-amerikan blokunun əlinə 
keçir. 
Leyboristlərin öz vədlərinə naxələf çıxması  «İngiltərə  fəhlə 
sinfində çox böyük pərişanlıq yaratdı. Fhələ sinfi yəqin etdi ki
leyboristlər partiyasının daxili və xarici siyasəti heç də 
mühafizəkarlarınkından fərqlənmir. Bu hal leyboristlər partiyasının 
kütlələr içərisində sürətlə nüfuzdan düşməsinə  səbəb oldu. Kütlələr 
içərisində tam etibarını itirməkdən qorxan leyboristlər 1924-cü ilin 
oktyabrında istefaya getdilər və belə bir bəyanətlə  çıxış etdilər ki, 
onlar hökumətdə olsalar da, hakimiyyətdə olmayıblar. 
Lebyoristlər hökumətinin istefaya getməsi üçün bəhanə 
«Kempbellin işi» oldu. Kempbell kommunistlərin orqanı olan 
«Uorgeçs Uukli» qəzetinin redaktoru idi. O qəzetdə bir sıra məqalələr 
çap etdirmişdi ki, bu məqalələrdə  fəhlələrin tətillərinə hökumətin 
qoşun göndərməsi pislənilirdi. Bu hərəkatın  rəhbəri Kempbell 
leyboristlər hökumətinin sərəncamı ilə  həbs edilmiş, onun haqqında 
cinayət işi qaldırılmışdır. Leyboristlər hökumətinin bu addımı 
İngiltərə  zəhmətkeşlərində hiddətə  səbəb oldu. Onların hökumətə 
təzyiqi nəticəsində Kembell həbsdən azad edildi və onun barəisndəki 
cinayət işinə xitam verildi. 
Makdonaldın zəhmətkeşlərə güzəştə getməsi hakim dairələr 
tərəfindən böyük etiraza səbəb oldu. Mühafizəkarları və liberalları ən 
çox qorxudan cəhət o idi ki, Makdonald hökumətə digər məsələlərdə 
də  zəhmətkeşlərə güzəştə gedə bilər. Parlamentdə mühakizəkarlar 
hökumətə etimad göstərib-göstərməmək  məsələsini qoydular. 
Liberallar da öz tərəflərindən təklif etdilər ki, xüsusi koalisiya 
yaratsınlar və bu koalisiya «Kempbellin işi» məsələsini təhqiq etsin. 
Səsvermədə liberalların təklifi mühafizəkarlar tərəfindən qəbul edildi 
və oktyabr ayının 8-də qəbul edildi. 
Makdonald bu hadisədən istifadə edərək bildirdi ki, parlament 
hökuməti etimad göstərmədiyi üçün o, parlamenti buraxır.  İcmalar 
palatasına seçkilər 1924-cü ilin oktyabr aynıın 29-na təyin edildi. 
1924-cü il seçkiləri mühafizəkarlara uğur gətirdi. Onlar parlamentdə 
413 yer tutdular. Leyboristlər 151, liberallar isə cəmi 40 yer aldılar. 
1924-cü ilin noyabrın 7-də mühafizəkarların hökuməti təşkil 
edildi. Hökumətin başçısı Stenli Bolduin oldu. Xarici işlər naziri 


 
185 
vəzifəsini isə Nevil Çemberlen tutdu. Maliyyə naziri vəzifəsini isə 
Uinston Çörçill tutdu. Bu hökümət özünün birinci dərəcəli vəzifəsini 
ingilis kapitalizmini sabitləşdirmək hesab edirdi. Lakin, onlar bunu 
fəhlə sinfinin əmək haqqını aşağı salmaq, sosial xərcləri ixitsar etmək 
hesabına etmək Istəyirdilər.  Bu İngiltərə  fəhl sifniinin kəskin 
etirazına səbəb oldu. 1925-ci ildə ilk tətilə  mədənçilər başladılır. 
Kömür sənayesi  İngiltərə iqitsadiyyatında mühüm rol oynayırdı  və 
metallurgiya, gəmiqayırma, maşınqayırma sənayesi üçün baza hesab 
edilirdi. Ölkə  əhalisinin 1/12 hissəsi kömür sənayesi ilə bağlı 
fəaliyyət göstərirdi. 
1925-ci ilin yazında dördlərin ititfaqı təşkil olundu ki, buraya 
mədənçilərin, dəmiryolçuların, nəqliyyatçıların və maşınqayıranların 
həmkarlar ititfaqları daxil oldular. Baş Şura Xüsusi Sənaye komitəsi 
təşkil etdi. 
Fəhlə sinfinin birgə  hərəkatı  İngiltərə hakim dairələrini 
qorxuya saldı, 1925-ci il 31 iyul İngiltərə tarixinə «qırmızı cümə 
günü» kimi daxil oldu. Hökumət məcbur oldu ki, elan etsin ki, 9 ay 
müddətində  fəhlələrin  əmək haqqı olduğu kimi qalacaqdır. Bu 
hadisədən sonra hökumət fəhlə sinfi ilə yeni toqquşmalara ciddi 
hazırlıq görməyə başladı. Tred-yunionların Britaniya konqresinin baş 
şurası sazişçi mövqe tutdu, danışıqlar yolu ilə hökumətlə razılığa 
gəldi. On aylıq müddət qurtaran kimi şaxta sahibləri lokaut elan 
etdilər, lakin mədənçilər yenidən onların  şərtlərini rədd etdilər. 
Hökumət ölkədə fövqaladə vəziyyət elan etdi. Fəhlələrin mübarizədə 
qətiyyətliliyi Baş  Şuranı ümumi tətil elan etməyə  məcbur etdi. 
Ümumi tətil 1926-cı ilin may ayının 4-də başladı, yekdililk və 
mütəşəkkillik  şəraitində keçdi. Ümumi tətil iştirakçılarının sayı 
ailələri ilə birlikdə 18 milyon nəfərə yaxın idi. Bu isə ölkə əhalisinin 
40%-i demək idi. Hər yerdə  tətil komitələri və  fəaliyyət  şuraları 
yaradıldı. Çox hallarda bu orqanlar yerli hakimiyyətin funksiyasını 
yerinə yetirirdilər.  İngilis fəhlələrinin  mübarizəsi bütün dünyada 
proletar həmrəyliyi dalğası yaratdı. Bəzi ölkələrdə тятилчилярин xeyrinə 
vəsait toplanması  işi başlandı. Ordu, polis, dövlət aparatı, təbliğat 
maşını,  ştreykbrexerlər - bütün tədbir və vasitələrdən tətilləri 
yatırmaq üçün istifadə edildi. Tredyunonların liderləri fəhlə sinfinin 
qələbəsini istəmirdilər və ondan qorxurdular. Onlar özlərinin bütün 
səylərini tətili pozmağa yönəltdilər. 1926-cı ilin mayın 12-də Baş 
Şuranın rəhbərliyi ümumi tətilin dayandırıldığını elan etdi. Fəhlələr 
 
186
bu qərarı narazılıqla qarşıladılar. Fəal tətilçilərə divan tutulmasına 
başlanıldı. Mədənçilər yeddi ay müddətində  tətil etdilər. Kömür 
sənayeçilərinin və hökumətin təzyiqi, həmkarlar ititfaqı liderlərinin 
sazişçilik siyasəti, aclıq və ehtiyac şaxtaçıları geri çəkilməyə məcbur 
etdi. 1926-cı ilin dekabrında onlar işə qayıtdılar. Mədənçilərin əmək 
haqqı  aşağı salındı, iş günü isə artırıldı. Məğlub olmasına 
baxmayaraq ümumi tətilin mühüm siyasi əhəmiyyəti var idi. Bu XX 
əsrdə Britaniyada ən böyük siyasi döyüş idi. O, fəhlələrə qiymətli 
dərs verdi.  
Tətilçilərin məğlubiyyəti burjuaziyanın fəhl sinfi üzərinə 
hücumunu asanlaşdıdı. Bu fəhlələrin istismarının güclənməsində  və 
onların həyat səviyyəsinin aşağı düşməsində  əks olundu. Parlament 
1927-ci ildə  həmkralar ittifaqları  və  sənayedə «münaqişələr 
haqqında» qanun qəbul etdi. Fhələlərin «ştreykbrekerlər xartiyası» 
adlandırdığı bu qanun ümumi tətilləri və piketləri qadağan edirdi. 
Ümumi tətil edənlərin məlğub olmasının  əsas səbəbi ingilis 
burjuaziyasıın daha təcrübəli və mütəşəkkil olması idi. Fəhlə sinfinin 
siyasi hüquqlarına və yaşayış  səviyyəsinə burjuaziyanın basqını 
sənayenin səmərələşdirilməsini və ingilis kapitalizminin 
sabitləşməsini  əldə etmək məqsədi ilə edilirdi. Tred-yunionların 
rəhbərliyində 1927-ci ildən başlanmış burjuaziya ilə tam sinfi 
əməkdaşlığa keçmək hərəkatı da bu məqsədə yönəlmişdi. Tred-
yunionların 1927-ci ilin sentyabrında keçirilmiş konqresində 
konqresin sədri Corc Hiks sahibkarları müraciət edərək «birgə  cəhd 
göstərərək sənaye məhsuldarlığını artırmaq və  fəhlələrin yaşayış 
səviyyəsini yüksəltmək» üçün əməkdaşlıq etməyi təklif etdi. 
1927-ci ilin noyabrın sonunda ən böyük ingilis inhisarı olan 
imperiya  Kimya trestinin rəhbəri Alfred Mondun başçılığı altında 20 
inhisar bildirdi ki, sənayenin və  sənaye münasibətlərinin yenidən 
təşkilinin» ümumi məsələlərini onunla müzakirə etməyə hazırdır. Bu 
«mondizm» adı ilə  məşhur olan sinfi mübarizədən tamamilə  əl 
çəkmək və burjuaziya ilə  hərtərəfli  əməkdaşlıq etmək siyasətinin 
yeridilməsinin başlanması demək idi. 
Baş  şuranın rəhbərləri mahiyyət etibarı ilə ingilis həmkarlar 
ititfaqlarını sinfi əməkdaşlıq alətinə çevirməyi və  tətillərin 
başlanmasının qarşısını almağı öz öhdələrinə götürmüşdülər. Bu 
təəhhüdün müqabilində sahibkarlar həmkarlar ititfaqlarının bəzi 
hüquqlarını qəbul etməyə razılıq vermişdilər. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə