191
dollar yox oldu. 21-29 oktyabr tarixlяri aras;nda 400-dən artıq bank
iflas etmiş, minlərlə insan bütün mal varlığını itirmişdi.
Bu müddətdə
pul kütləsi tamamilə tükəndiyindən alış-verişdə barter metodu
(əmtəənin əmytəəyə dəyişdirilməsi) geniş yayılmışdı. Qeyd edək ki,
bu böhranın nəticələri özünü İkinci Dünya Müharibəsinin
başlanğıcına qədər göstərmişdir.
1929-cu il oktyabr ayının 24-də dünyanın maliyyə mərkəzi
olan Nyu-yorkun birjalarında 12,8 milyon səhm satıldı ki, bu da
əvvəlkilərdən 1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan
səhmlərin sayı 16,4 milyona çatdı. Qiymətli kağızların kursu sürətlə
aşağı düşməyə başladı. Əgər 1929-cu il oktyabr ayının 1-də
səhmlərin dəyəri 87 milyard dollar idisə, cəmi bir ay sonr 0,55
milyard dollara endi. Belə sürətlə azalma daha üç il davam etdi.
1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin
dəyəri 4,5 dəfə azaldı.
Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin
iqtisadiyyatını ən azı bir rüb geri artdı. Dünya sənaye istehsalının
həcmi 38%, ticarətin həcmi 30%, kənd təsərrüfatı məhsullarının
istehsalı 30% azalmış oldu. Dünya bazarında rəqabət kəskinləşərək
ticarət müharibəsi xarakteri almağa başladı. Təkcə 1929-1934-cü
illərdə 76 ölkə gömrük vergilərini artırıldı.
Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasındakı
maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnflyasiya
ABŞ-ı dolların qızıl standardlarından əl çəkməyə məcbur etdi.
Nəticədə 56 dövlətin dollar ilə bağlı valyutası qiymətdən düşdü.
1932-ci ilin əvvəli üçün tam işsizlər 26 milyon,
işini tamam
itirməyənlərlə birlikdə 30 milyon nəfərə çatdı.
Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə də
əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə, Versal-Vaşinqton
sisteminin əməli iflası başlandı. İqtisadi böhran fərdiçilik, şəxsi
təşəbbüs, və sahibkarlığınn hüdudsuz azadlığı ideyalarının parıltısını
söndürmüş oldu.
Ümumdünya iqtisadi böhranı dünyanın ən qüdrətli ölkəsi
olan ABŞ-da 1929-cu ilin oktyabr ayında Nyu-York birjalarından
birində başladı və tezliklə bütün kapitalizm dünyasını bürüdü.
Böhran 1930-cu illərin əvvəllərində İngiltərədə də özünü göstərdi.
1932-ci ilin ikinci kvartalına qədər iqtisadi böhran daha da dərinləşdi.
192
1933-cü ildə İngiltərənin iqtisadiyyatı artıq durğunluq dövründəki
vəziyyətini aldı.
İqtisadi böhran illərində İngiltərənin sənaye məhsulları
böhrandan əvvəlki 1929-cu illə müqayisədə 82,5 % aşağı düşdü.
1933-cü ildə isə 1929-cu ildəkinin 93%-ni təşkil edirdi. Lakin həmin
dövr sənaye məhsulları ABŞ-da 52%, Almaniyada 60%, Fransada isə
74%-ə qədər aşağı düşmüşdü
5
. Sənaye məhsullarının
digər kapitalist
ölkələri ilə müqayisədə nisbətən az aşağı düşməsi faktı belə bir
həqiqəti sübut edirdi ki, İngiltərə kapitalizmin sabitləşdiyi dövrdə
yuxarıda adı çəkilən ölkələr kimi “çiçəklənmə” keçirməmişdi.
İqtisadi böhran İngiltərənin əsas və ənənəvi sənae sahələrini
daha çox sarsıtdı. Daş kömür istehsalı hiss ediləcək səviyyədə aşağı
düşdü. Əgər İngiltərə 1929-cu ildə 258 milyon ton daş kömür istehsal
edidisə, 1933-cü ildə bu rəqən 208 milyon tona düşdü. Çuqun
istehsalı həmin dövrlər arasında 7,59 milyon tondan 3,57 milyon tona
düşdü. Böhran çuqun əridilməsi sahəsində isə İngiltərəni 70 il arxaya
atdı. Polad əridilməsi həmçinin 9,6 milyon tondan 5,20 milyon tona
endi. Əgər İngiltərədə 1929-cu ildə gəmilərin ümumi tonnajı 1522
min ton idisə, 1933-cü ildə cəmi 133 min ton idi. İngiltərənin
ticarət
gəmiçiliyi də xeyli aşağı endi. 1929-cu ildən 1934-cü ilə qədər
İngiltərənin dünya dəniz ticarətində tonnajı 2,43 milyon ton ixtisar
edilmiş oldu.
Böhran kənd təsərrüfatını da əhatə etdi. 1930-1932-ci illərdə
kənд təsərrüfatı məhsullarının qiyməti 34% aşağı endi ki, bu da
ölkənin kənd təsərrüfatına ciddi çətinliklər yaratdı. İngilis fermerlər
belə bir çətin dövrdə dövlətdən heç bir yardım ala bilmədilər. Ona
görə də Ümumdünya bazarındakı rəqabətdə İngiltərənin kənd
təsərrüfatı məhsulları əlverişsiz vəziyyətə düşdü. Yeni Zellandiyanın
yağı İngiltərə bazarlarında ölkə ərazisində istehsal edilən yağlardan
daha ucuz qiymətə satılmağa başladı. Belə bir vəziyyət ölkədə Fransa
ununun satışı üçün də xarakterik idi.
İngiltərənin dəniz ticarətində vəziyyəti xüsusilə kəskin idi.
Belə ki,
1920-cu ildə İngiltərənin ixracı 729,3 milyon ton funт
sterlinq təşkil edirdisə, 1932-ci ildə bu rəqəm 365 milon funt sterlinq
idi.
Sənaye, kənd təsərrüfatı və ticarət sahəsindəki
böhran
İngiltərədə işsizlər ordusunun sayının artmasına səbəb oldu. Əgər
1930-cu ildə işsizlər bütün fəhlələrin 16,8%-ni təşkil edirdisə, 1931-
193
ci ildə bu rəqəm 23,1%, 1932-ci ildə isə 23,5% təşkil edirid. Bu
dövrdə İngiltərədə hər dörd fəhlədən biri işsiz idi.
Xüsusilə İngiltərənin ənənəvi sənaye sahələri olan daş
kömür, gəmiçilik və metallurgiyada işsizlik daha yüksək həddə
çatmışdı. Kömür sənayesinin mərkəzi olan Uelsdə, toxuculuğun
mərkəzi olan Lankamirdə, əsas gəmiçilik rayonu olan Klaydda
vəziyyət daha da ağır idi. Bu rayonlar “durğunluq” rayonları hesab
edilirdi.
1929-cu ildə leyboristlər partiyası parlament seçkiləri qabağı
vəd etmişdi ki, hakimiyytə gələcəyi təqdirdə ilk növbədə kömür
şaxtalarında çalışan mədənçilərin vəziyyətini yaxşılaşdıracaq və
orada iş gününü 7 saata endirəcəkdir.
Lakin onlar hakimiyyətə
gəldikdən sonra bu vədlərinə əməl etmədilər. Leyboristlərin bu
hərəkəti İngiltərə fəhlə sinfində, ilk növbədə isə mədənçilərdə çox
böyük narazılıq törətdi. Kömür sənayesi fəhlələrinin aramsız tətilləri
leyborist hökumətini məcbur etdi ki, 1930-cu ilin iyulunda kömür
şaxtaları haqqında yeni qanun qəbul etsin. Bu qanuna əsasən iş günü
7,5 saat müəyyən edilsin. İki həftəlik iş həftəsi isə 90 saat müəyyən
olunurdu. Lakin fəhlələr bu qanuna qaşı kəskin etiraz bildirdilər.
Fəhlələr nəhayət onlar üçün iş saatı sistemi tərtib edilməsinə nail
oldular.
Leyborist liderləri seçkiqabağı vəd etmişdilər ki,
fəhlələrin
“Ştrейkbrexerlər qanunu” adlandırdıqları 1927-ci ildə qəbul edilmiş
həmkarlar ittfaqları haqqındakı qanunu ləğv eəcəklər. Lakin hökumət
bu qanunu da ləğv etmədi. Uzun müzakirələrdən sonra ancaq bu
qanuna bəzi əlavələr edildi.
Burjuaziyanın fəhlə sinfi üzərinə basqını bütün ölkədə
inqilabi hərakatın yüksəlməsinə səbəb oldu. İngilis fəhlə sinfinin
1931-32-ci illərdəki mübarizəsi öz gərginlik dərəcəsinə və
kəskinliyinə görə yalnız müharibədən sonrakı ilk illər və 1926-cı illə
müqayisə edilə bilər.
1931-ci ilin sentyabrında işsizlərin çıxışları İngiltərənin az –
çox böyük şəhərlərinin hamısını bürümüşdü. İşsizlərin nümayişləri
kütəvi xarakter daşıyır və bir qayda olaraq polis ilə qızğın
toqquşmalara səbəb olurdu.
İşsizlərin milli hərakatı işsizlərə izah edirdi ki, yalnız onların
qüdrətli müqaviməti hakim dairələrin onların yaşayış səviyyəsinə
hücumunun qarşısını ala bilər. Təşkilat “ehtiyacı yoxlamaq” əleyhinə
194
geniş etiraz kаmpaniyası aparıdı. Hərakat tərəfindən toplanış və
1932-ci ilin mayında olmuş konfrans “ehtiyacı yoxlamağın”,
“anomaliyalar haqqında qanunun”, işsizlər üzrə verilən maddi
yardımın 10% azaldılmasını, habelə digər
ictimai ehtiyatlara çəkilən
ictimai xərclərin azaldılmasının ləğv edilməsini tələb edən ərizənin
altına imza toplamağı nəzərdə tutan planı bəyəndi. Bu kampaniya
1932-ci ilin payızında Londona aclıq yürüşü təşkil etməklə
nəticələndi. “Ehtiyacı yoxlamaq” əleyhinə etiraz ərizəsinin əleyhinə
oktyabr ayına qədər bir milyondan artıq imza toplanmışdı.
İşsizlərin mübarizəsi fabrik və zavodlarda əmək hqqının
azaldılması əleyhinə fəhlələrin etiraz çıxışları ilə bir zamanda
aparılırdı.
Böhran illərində Kompartiya işsizlər arasındakı işə ciddi fikir
verirdi. İşsizlərin nümayişlərində, yürüşlərində və digər çıxışlarında
kommunistlər fəal iştirak edirdilər.
İngiltərə Kommunist partiyasının 1932-ci ilin noyabrında
toplanmış XII qurultayı kütlələr içərisində partiya işinin bir qədər
yaxşılaşdığını qeyd etməklə bərabər, onun kütlələrlə əlaqəsinin
qeyri-qənaətbəxş olduğunu etiraf etdi.
Başda Henderson olmaqla Leyborist partiyasının yeni
rəhbərliyi öz təsirini kütlələr içərisində mühafizə etmək
üçün manevr
etməyə əl atdı. Kütlələr leyboristlərin “təcridçilik” şüarından əl
çəkməsini və möhkəm, əsl sosialist siyasəti yeritməsini tələb
edirdilər. Leyborist rəhbərliyinin “sol” bəyannamələri bu cür
tələblərə cavab oldu. Leyborist partiyasının 1932-ci ildə olmuş
konfransının qərarında göstərilirdi ki, “gələcəkdə leyborist
hölumətinin və parlamentdəki leyborist partiyasının rəhbərləri,
parlamentdə leyborist çoxluğuna əsaslanan və ya əsaslanmayan
hökumət təşkil etdikdə, müəyyən sosialist qanunvericiliyi proqramını
dərhal elan etməlidirlər. Partiya parlamentdə etiqad
etdiyi prinsiplər
uğrunda sona qədər mübarizə aparmalı və lazım gələrsə bu
mübarizədə məhv olmalıdır”.
Gələcək göstərdi ki, leyborist partiyasının rəhbərlərinin
sosializmə sədaqət haqqındakı bu andlarının onların burjuaziya
əleyhinə mübarizə aparmaq istəkləri ilə heç bir əlaqəsi yoxdur.
Leyborist partiyasının kollektiv üzvlərindən biri olan
Müstəqil fəhlə partiyası içərisində leyborist partiyasından çıxmaq
tələbləri güclənirdi. Müstəqil fəhlə partiyasının 1932-ci ilin iyulunda