Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə45/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

 
179 
elektromşınqayırmanın, kimyanın, avtomobil və aviasiya sənayesinin 
inkişafı hesabına mümkün olmuşdu. 
İngiltərə iqitsadiyyatı inkişaf tempinə görə sabitləşmə illərində 
başqa kapitalist ölkələrinin iqitsadiyyatından xeyli geridə qalırdı. 
Dünya iqtisadiyyatında onun payı xeyli azalmışdı. Əgər 1911-ci ildən 
1913-cü ilə qədər İngiltərənin ixracı dünya ixracının 15,2 %-ni təşkil 
edirdisə, 1920-1928-ci ildə bu rəqəm 12,5 %-ə düşmüşdü. 
1913-cü illə müqaiysədə 1926-cı ildə  İngiltərədə kömür 
çıxarılması 17% azalmışdı, halbuki bu dövrdə dünyada kömür 
çıxarılması 6% artmışdı.  
Həmçinin bu dövrdə  İngiltərədə çuqun əridilməsi 55% aşağı 
düşmüş, dünyada isə 12% artmışdı. Həmçinin toxuculuq məhsulları 
üzrə payı da 39%-dən 34%-ə enmişdi. 
İngiltərə istehsal apparatı kapitalizmin nisbi sabitləşməsi 
illərində bütün gücü ilə işləməyi bacarmadı. 
Daş kömür, gəmiqayırma, maşınqayırma sənayelərinin gücü 
ilə  işləyə bilməməsi kütləvi işsizlər ordusunun yaranmasına səbəb 
olurdu. 1929-cu illərdə  işsizlərin sayı, ölkə  əhalisinin 10%-ni təşkil 
edirdi. 
Kapitalizmin nisbi sabitləşməsi illərində istehsalda işləyən 
fəhlələrin sayı azalmağa, qeyri-istehsal sahələrində  işləyənləri sayı 
isə artmağa başladı. 1923-1930-cu illər arasındakı dövrdə kömür 
sənayesində  işləyən fhələlərin sayı 30,8%, toxuculuq sənayesində 
işləyən fəhlələrin sayı 24,9%, qara metallurgiyada isə 21,2% azaldı. 
Bu dövrdə 
əvəzində ticarətdə 
işləyənlərin sayı 40% 
mehmanxanalarda işləyənlərin sayı 36% artdı. 
Sabitləşmə dövründə  İngiltərə  kənd təsərrüfatı geridə 
qalmaqda davam edirdi. Əkin sahələri xeyli ixtisar edildi. Dənli 
bitkilər  əkini sahələri 1923-cü ildə 7171021 akr təşkil edirdisə, bu 
rəqəm 1929-cu ildə 613744 əkr təşkil edirdi. Nəticə kənd təsərrüfatı 
məhsullarının istehsalını da xeyli azaltdı. Kənd təsərrüfatı 
sahibkarlarının sayı  əgər 1924-cü ildə 923 805 nəfər idisə, 1929-cu 
ildə onların sayı 888 286-ya endi. Dövlətin kənd təsərrüfatına köməyi 
tamamilə hiss edilmirdi. 
1924-1929-cu illərdə İngiltərə iqtisadiyyatındakı durğunluq bir 
daha sübut etdi ki, İngiltərənin hakim dairələrinin kapitalizmin nisbi 
sabitləşməsi sahəsində gördüyü tədbirlər  əslində heç bir səmərəli 
 
180
nəticə verməmişdir.  İngiltərə hakim dairələrinin daxili, xarici və 
müstəmləkə siyasəti də həmin nəticəni verirdi. 
1924-cü ilin başlanğıcına yaxın  İngiltərə hakim dairələri son 
dərəcə fövqaladə mürəkkəb iqitsadi, daxili-siyasi və beynəlxalq 
problemlər qarşısında durmuş oldular ki, bütün bu problemlər təcili 
həllini tələb edirdi. 
Ölkənin iqitsadi vəziyyəti ağır idi. Xarici ticarət və sənayedəki 
durğunluq davam edir, işsizlər ordusu artırdı. Fransa qoşunlarının 
Rur hövzəsini tutması Avropada siyasi vəziyyəti gərginləşdirdi
Avropa iqitsadiyyatının təşkilini pozdu, ingilis-fransız ziddiyyətləri 
kəskinləçşdi ki, bunun da əsasında Avropada hegemonluq uğrunda 
mübarizə dayanırdı. 
Belə bir mürəkkəb şəraitdə hökumətin təşkili məsələsi xüsusi 
əhəmiyyət kəsb edirdi. Bununla belə, 1923-cu ildə keçirilən 
parlament seçkilərinin nəticəsi mühafizəkarların və liberalların 
möhkəm hökumət təşkil edə biləcəklərinə ümidi азалтды. Ölkədəki 
mürəkkəb  şərait ölkənin hakim dairələri arasıdakı mübarizəni 
kəskinləşdirdi. Bu şərait imkan vermədi ki, mühafizəkar və liberallar 
ya koalisiyanı, ya da birpartiyalı hökumət təşkil etsinlər. 
Mühafizəkarlar imkan vermək istəmirdilər ki, liberallar Lloyd 
Corcun başçılığı altında hökumət təşkil etsinlər. Lloyd Corc da 
həmçinin öz növbəsində razı deyildi ki, mühafizəkarlar birpartiyalı 
Bolduninin başçılığı altında hökumət təşkil etsinlər. Bundan başqa 
liberalların tərkibindən çıxmış Askvit də vardır ki, o da çalışırdı ki, 
özünün rəhbərliyi ilə hökumət təşkil etsin Askvit əslində arzu edirdi 
ki, hökumət antiproteksianist siyasət yeridən leyborist partiyanın 
üzvlərindən təşkil edilsin. Leyborist partiyasının üzvləri bu dövrdə 
artıq özlərinin kapitalizmə sədaqətini sübut etmişdir. Partiyanın lideri 
Ramsey Makdonald «Tayms» qəzetindəki məqaləsində göstərirdi ki, 
leyboristlər partiyası  İngiltərənin konstitusiya prinsipləri və 
konstitusiya ənənələrinə sadiq qalan partiyalardan biridir. 
1924-cü ilin yanvar ayının 23-də leyborist partiyasının lideri 
Ramsey Makdonald İngiltərə tarixində ilk dəfə olaraq leyborist 
hökumətini təşkil etdi. Baş nazir və xarici işlər naziri Makdonald özü 
oldu. Maliyyə naziri vəzifəsini Filipp Snouden tutdu. Tomas 
müstəmləkə naziri oldu. Artur Henderson isə daxili işlər naziri 
vəzifəsini tutdu. Bir qədər leyborist partiyası içərisində «sol» 
mövqedə dayanan Con Uitli səhiyyə naziri porfelini aldı. Hərbi-dəniz 


 
181 
donanması naziri Celmsford təyin edildi ki, hansı ki, Hİnidstanın 
keçmiş vitse-kralı idi. Birinci dünya müharibəsinin təşkilatçılarından 
biri olan   vəkil lord    Xoldeyn Palmur    lordlar palatasının sədri 
oldu. 
Lordlar leyborist hökumətinin tərkibinə ona görə daxil 
olmuşdular ki, ingilis бurjuazisyasını sakitləşdirsinlər ki, bu hökumət 
fəhlə sinfinin maraqları  çərçivəsində  fəaliyyət göstərməyəcəkdir. 
İngilis burjuazisyası on illərlə  fəhlə aristokratiyasının və leyborist 
partiyasının sağ qanadının liderlərini və tred-yunanları burjua 
ruhunda tərbiyə etmiş və ələ almışdır və bilirdi ki, bu hökumət ancaq 
onun iradəsini yerinə yetirəcəkdir.  İngilis burjuaziyası  əmin idi ki, 
leyborist hökuməti  İngiltərə hakim dairələrinin maraqları 
çərçivəsində  fəaliyyət göstərəcək və bu çərçivədən kənara 
çıxmayacaqdır. Lakin ingilis burjuaziyasının ehtiyat edə biləcəyi bir 
şey vardırsa, o da fəhlə sinfi tərəfindən leyboristlər hökumətinə 
təzyiq göstərilməsi təhlükəsi idi. Belə bir təzyiqdən  əslində 
leyboristlərin liderləri də qorxurdu. 
İngiltərədə  təşkil edilən birinci leyborist hökuməti özündən 
sonra təşkil edilən leyborist hökumətləri kimi əslində fəhlə hökuməti 
deyil, burjua hökuməti idi. Leyboristlər hökumət təşkil etdikdən 
sonra praktik olaraq ilk növbədə seçicilərə verdikləri bir neçə  vədi 
yerinə yetirməli oldular. Daxili siyasətdə onlar vəd etmişdilər ki, daş 
kömür sənayesini, dəmir yolları 
və elektrostansiyaları 
milliləşdirəcəklər. Leyboristlər söz vermişdilər ki, kapital üzərinə 
xüsusi vergi qoyacaqlar, zəhmətkeşlərin çiynində dayanmış  ağır 
dövlət borclarını yüngülləşdirəcəkdir. Leyboristlərin proqramında 
belə bir müddəa öz əksini tapmışdır ki, «Ancaq leyborist partiyası 
işsizliyin ləğv edilməsi üçün etibarlı vasitə ola bilər». Makdonald 
hökuməti təşkil edilidkdən sonra bu proqramın həyata keçirilməsinə  
müəyyən diqqət yetirildi. Çünki leyborist hökuməti belə bir faktla 
hesablaşmaya bilməzdi ki, onun üzvlərinin  əksəriyyətini fəhlələr 
təşkil edir. Ona görə də onlar fəhlələrin mənafeyini müdafiə edən bir 
sıra tədbirlər keçirməyə  məcbur oldular. Bu tədbirlər içərisində 
birinci yeri «Uintlini mənzil planı» tuturdu ki, hansı ki burada mənzil 
tikintisi üçün xüsusi təxsisat ayrılması  nəzərdə tutulurdu. Leyborist 
hökuməti işsizlər üçün sığorta sistemini yaxşılaşdırdılar, qocalara və 
işsizləə verilən pensiyanı artırdılar.1924-cü ilin avqustundan 
başlayaraq kişilər üçün işsizliyə görə verilən müavinat 15 şilinqdən 
 
182
18  şilinqə, qadınlar üçün isə 12 şilinqdən 15 şilinqə çatdırıldı. 
Valideynləri işsiz olan ailələrdə yaşayan uşaqlar üçün müavinat 
həftədə 1 şilinqdən 2 şilinqə çatdırıldı.  
Bununla belə Snouden tərəfindən işlənib hazırlanmış dövlət 
büdcəsi bütünlüklə  və tamamilə ingilis burjuaziyasının maraqlarına 
cavab verirdi, ona görə  də liberallar və mühafizəkarlar tərəfindən 
dərhal müdafiə edildi. Büdcə müharibə  və müharibədən sonrakı ilk 
illərdə  təxirə salınmış proteksionizm siyasətini təkrar nəzərdən 
keçirdi. Leyborist hökumətiin digər tədbirləri də kapitalizm 
sisteminin möhkəmləndirilməsinə xidmət edirdi. Leyborist hökuməti 
mühafizəkarlar hökumətinin silahlı qüvvələri artırmaq siyasətini 
davam etdirirdi. O beş yeni kreyser tikintisinə başladı. O, cümlədən 
əvvəlki illərlə müqayisədə  hərbi-hava qüvvələri üçün ayrılan vəsait 
2,5 milyon funt sterlinq artırıldı. 
Müstəmləkə siyasəti sahəsində leyborist hökuməti yenə  də 
mühafizəkarların siyasətini davam etdirirdi. İraqda üsyan edən 
tayfalara qarşı təyyarələrlə bormbardmandan istifadə edildi. 
Makdonald hökuməti dövründə  Hİnidstanda terror davam 
etdiridi. Bombeydə toxucuların üsyanı zamanı qoşun işə salındı, 
hindlilər məhkəməsiz həmbsxanalara salındı. 
Makdonald hökuməti fəhlə  tətillərinə münasibətdə  də  həmin 
mövqeyi tutdu. Doğrudur, bu hökumət ölkədə  tətillərin miqdarını 
xeyli azaltmışdı. Fəhlələr 1924-cü ildə  tətilə  çıxaraq belə ümid 
edirdilər ki, onlar lyboristlər hökuməti tərəfindən müdafiə 
ediləcəklər. Lakin tezliklə bunun xəyal olduğu aydınlaşdı. Hökumət 
hər bir tətildə fhələlərin tərəfində deyil, sahibkarların tərəfində çıxış 
edirdi. 1924-cü ilin yanvar ayının 21-də dəmiryolçular tətil etdilər ki, 
iş şəraitləri yaxşılaşdırılsın və əmək haqları artırılsın. Hökumətin işə 
qarışması ona səbəb oldu ki, dəmiryolçular öz tələblərinin həyata 
keçirilməsinə nail ola bilmədilər. 
1924-cü ilin fevralında nəqliyyatçıların  tətiлi başladı, onların 
yekdil çıxışı hökuməti məcbur etdi ki, əmək haqları bir qədər 
artırılsın. 1924-cü ili martında isə Londonda tramvay sürənlər tətil 
etdilər ki, əmək haqları artırılsın. Metro işçiləri də  həmrəylik tətili 
edəcəklərini elan etdilər. 
Makdonald hökuməti bildirdi ki, fəhlələr tətil etsə, lazım 
gəlsə, tətili pozmaq üçün ştreyxbrexerlərdən istifadə edəcəkdir. 
Hökumət tətillərin artdığını gördükdə hökumətin fövqaladə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə