Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

 
171 
yolla Rusiya bazarını  və xammal ehtiyatlarını ingilis inhisarlarının 
maraqlarına tabe etdirə bilər. Hələ 1913-cü ildə Rusiyanın bazarında 
birinci yer Almaniyaya, ikinci yer isə İngiltərəyə məxsus idi. 1922-ci 
ildə çağrılmış Genuya konfransının  əsas təşkilatçılarından və 
iştirakçılarından biri olan İngiltərənin Rusiyadan alınacaq pullar 
hesabına iqtisadi böhrandan çıxmaq ümidi də puca çıxdı. Rusiya ona 
qarşı irəli sürülmüş iddiaya qarşı  əks iddia ilə  çıxış etdi, bu isə 
Antanta dövlətlərinin heç bir şeyə nail olmamasına gətirib çıxardı. 
Lloyd Corcun Genuya konfransında öz planını  həyata keçirə 
bilməməsi  koalisиon hökumətdə bir ümidsizlik yaratdı. 1922-ci ilə 
yaxın fəhlə  hərəkatının zəifləməsi müşahidə edilməyə başladı. 
Koalisiyanın aparıcı qüvvələri arasında, yəni mühafizəkarlar 
arasında, koalisiyanın gələcək taleyi məsələsində ciddi fikir ayrılığı 
meydana çıxdı. Mühafizəkarlar pariyasının lideri Ostin Çamberlen, 
hansı ki, koalision hökumətdə baş nazirin müavini vəzifəsini 
daşıyırdı, belə hesab edirdi ki, ölkədə siyasi vəziyyətin qeyri-sabitliyi 
tələb edir ki, liberallarla koalisiya gələcəkdə də saxlanılsın. 
Onu mühafizəkarlar partiyasından olan Balfur və başqaları 
müdafiə edirdilər. Çemberlen belə hesab edirdi ki, leyboristlər 
partiyasına qarşı vahid burjua partiyaları  cəhbəsini saxlamaq 
lazımdır. O, belə hesab edirdi ki, leyborist partiyasının hakimiyyətə 
gəlməsinə imkan vermək lazım deyildir. Mühafizəkarlardan Boldinin 
və Bonar Lou başda olmaqla başqa bir hissəsi isə belə hesab edirdi 
ki, koalisiyanı parçalamaq lazımdır. Onların fikrincə, koalisiyanın 
saxlanılması mühafizəkarlar partiyasının özündə birliyin pozulmasına 
səbəb ola bilər, liberallar partiyasının kədərli taleyi onun da başına 
gələ bilər. Onlar ənənəvi ingilis praktikası olan бир partiyalı sistemə 
qayıtmağı lazım bilirdilər. 
Bu dövrdə  İngiltərə burjuaziyasının  əhəmiyyətli hissəsində 
Lloyd-Corc hökumətinin yeritdiyi daxili və xarici siyasətlə əlaqədar 
olaraq narazılıq var idi. Fəhlə  hərəkatının yüksəlişi zamanı Lloyd-
Corc hökumətinin fəhlələr bir sıra güzəştlərə getməsinə burjua 
dairələri mane olmalıdılar. Lakin fəhlə  hərəkatının vüsətinin aşağı 
düşdüyü dövrdə onlar bu güzəştlərdən narazı olduqlarını bildirirdilər 
və bunun üçün məsuliyyəti Lloyd Corcun üzərinə qoydular. Onlar 
Lloyd Corcu 1918-ci ildə yeni seçki qanunu verməkdə, tərxis 
olunmuş  əsgərlərə, işini itirmiş  hərbi zavodların fəhlələrinə  əlavə 
vəsait ayırmaqda, işçizlərə müavinat verməkdə, mənzil quruculuğunu 
 
172
genişləndirməkdə, Hindistanda islahat keçirməkdə,  İrlandiyaya 
dominion hüququ verməkdə, Uzaq və Yaxın  Şərqdə, xüsusilə «rus 
məsələsində»  İngiltərənin xarici siyasətinin uğursuzluğa düçar 
olmasında günahlandırırdılar». 
1922-ci ilin sonunda ingilis liberalizmi tam iflasa uğradı. 
İngiltərə  zəhmətkeşlərinin çoxuna artıq aydın oldu ki, Lloyd Corcla 
mühafizəkarlarla arasında  əslində heç bir prinsipial fərq yoxdur. 
Lloyd Corcun koalisiyalı mühafizəkar – liberallar hökuməti 
liberalların mühüm rol oynadıqları sonuncu ingilis hökuməti oldu. 
1922-ci ilin sonunda mühafizəkar liberalların koalisiyasının taleyi 
həll olunmuş oldu. 
1922-ci ilin oktyabrın 19-da Karlton klubunda 
mühafizəkarların sonuncu iclası oldu və bu yığıncaqda Bolduin 
liberallarla koalisiyanın parçalanması təklifi ilə çıxış etdi. Boldunini 
Bonar-Lou müdafiə etdi. Təklifə 187 lehinə, 87 səs  əleyhinə  səs 
verildi. Elə həmin gün Lloyd Corc baş nazir vəzifəsindən istefa verdi. 
Bonar-Lou yenidən siyasi həyata qayıdaraq 1922-ci il 
oktyabrın 24-də ancaq mühafizəkarlardan ibarət hökumət təşkil etdi. 
Bu hökumətdə Stenli Bolduin başlıca rol oynayaraq maliyyə naziri 
vəzifəsini tutdu. Bolduin İngiltərənin ağır sənaye nümanyədələrindən 
biri idi, iri poladəritmə firmalarının sahibi idi. Xarici işlər naziri 
vəzifəsini Kerzon tutdu. 
Bonar-Lon hökuməti parlamenti buraxdı  və 1922-ci il 
noyabrın 15-də yeni sekilər təiyn etdi. Bu seçkilərdə mühafizəkarlar 
344 yer olaraq qələbə qazandılar. Leyboristlərin  əldə etdiyi səslərin 
sayı bu seçkilərdə xeyli çoxaldı. Belə ki, əgər keçən seçkilərdə onlar 
59 yer almışdılarsa, bu seçkilərdə 142 yer aldılar. Liberallar 
partiyasının Lloyd Corcun başçılıq etdiyi qanadı 57 namizəd, 
Askvitin başçılıq etdiyi qruppu isə 60 namizəd keçirə bildi. Müxtəlif 
partiya və qruplar isə 16 namizəd keçirdilər. 
1922-ci il seçkilərinin  ən mühüm nəticələrindən biri 
leyboristlər partiyasına verilən səslərin təxminən 2 (iki) dəfə artması 
və bu partiyanın parlamentdə ikinci yeri tutması idi. Bonar-Lou-
Bolduin hökuməti bir ildən bir qədər artıq - 1924-cü ilin yavarına 
qədər yaşadı. Xarici siyasət sahəsində mühafizəkarlar hökuməti 
əvvəlki hökumətin xarici siyasətini davam etdirirdi. Avropada 
Fransanın hegemon olmasından ehtiyat edərək Fransanın mövqeyini 
zəiflətməyə çalışırdı. O, Rur böhranın Fransanın məğlubiyyəti ilə 


 
173 
nəticələnməsinə səy edənlərdən biri idi. Bu dövrdə İngiltərə ilə ABŞ 
arasında da münasibətlər gərgin idi. Müharibə borclarının  İngiltərə 
üçün çox ağır olan şərtlərlə ödənilməsinin ABŞ-ın tələb etməsi 
Bonor-Lou hökumətinin ABŞ-la münastbətlərini daha da 
çətinlişdirirdi. 1923-cü ilin fevralında Bolduin Vaşinqtonda ABŞ ilə 
İngiltərənin ABŞ-la olan borclarını 30% azaldan, İngiltərəni qalan 
brcları 62 il müddətinə ödəməyə  məcbur edən sazişi imzalamağa 
məcbur oldu. 
1922-ci ilin sonunda SSRİ-nin təşkil edilməsi böyük 
beynəlxalq  əhəmiyyət kəsb edirdi. Çünki bu sovet hakimiyyətinin 
gələcəkdə daha da möhkəmlənməsi təhlükəsini doğururdu. Bundan 
narahat olan dövlətlərdən birincisi isə  İngiltərə idi. Mühafizəkarlar 
hökuməti  İngiltərəyə qarşı düşmənçilik siyasətini davam etdirirdi. 
İngiltərənin xarici işlər naziri Kerzon tərəfindən 1923-cü ilin may 
ayının 8-də Sovet hökumətinə belə bir ultimatum təqdim edildi ki
SSRİ  İranda və  Əfqanıstanda Böyük Britaniya əleyhinə  təbliğatı 
dayandırsın, bu ölkələrdən öz nümayəndələrini geri çağırsın, 
həmçinin ingilis cəsus Levisonun və ingilis agenti Hardinqin 
güllələnməsi ilə əlaqədar kompensasiya ödəsin. Kerzon həmçinin ona 
da nail oldu ki, Sovet orqanları  tərəfindən tutulmuş balıqçı gəmiləri 
buraxılsın və oların tutulub saxlanması ilə  əlaqədar sovet hökuməti 
kompensasiya ödəsin. İngiltərə hökuməti bildirirdi ki, bu tələblər 10 
gün  ərzində yerinə yetirilməzsə, onda 1921-ci il sovet-ingilis ticarət 
sazişi pozulacaqdır. 
Bütün bunlar əslində sovet hökumətinə yeni müdaxilə  təşkil 
etmək üçün göstərilən təşəbbüs idi. İngiltərə zəhmətkeşlərinin yekdil 
etirazı nəticəisndə İngiltərə hökumətinin planları iflasa uğramış oldu. 
Bu hadisədən sonra may ayının 21-də Bonar-Loy baş nazir 
vəzifəsindən istefa verdi. Onun yerini Stenli Bolduin tutdu.  
Bonar-Lou-Bolduin hökumətinin daxili siyasət sahəsində 
tədbirləri və  fəaliyyəti  İngiltərə iqtisadiyyatını düşmüş olduğu 
durğunluqdan çıxarmaq üçün çıxış yolu axtarmaqdan ibarət oldu. Bu 
məqsədə hökumət müxtəlif tədbirlər qəbul etdi ki, bunlardan da ən 
mühümü proteksionizm siyasətinə keçirilməsi idi. Ümumiyyətlə, bu 
İngiltərədə mühafizəkarlar partiyasının ənənvi siyasəti idi. Bu isə ilk 
növbədə ixracı artırmağı,  İngiltərəyə idxalı azaltmağı  nəzərdə tutan 
bir siyasət idi. Lakin bu siyasət də  sənayenin canlanmasına, 
durğunluğun aradan qaldırılmasına  ən başlıcası, işsizliyin aradan 
 
174
qaldırılmasına gətirib çıxartmadı. Hətta 1923-cü ildə digər kapitalist 
ölkələrində olduğu kimi, İngiltərədə  də iqtisadi böhranın 
qurtarmasına baxmayaraq, İngiltərənin sığortalanmış  fəhlələrinin 
11,7%-nin işi yox idi. 
1923-cü ilin sonunda Bolduin hökuməti belə hesab etdi ki, 
proteksioniz siyasətini davam etdirmək üçün ən yaxşı vasitə, 
parlamenti buraxmaq və yeni seçkilər təyin etməkdir. Onlar buna 
İngiltərə burjuaziyasını  və  İngiltərə iqitsadiyyatını xilas etməyin 
yeganə yolu kimi baxırdılar və özlərinin seçkilərdə  qələbə 
qazanacaqlarına tam əmin idilər. Ona görə  də Bolduin parlamenti 
buraxdı və 1923-cü il dekabrın 6-da yeni seçkilər təyin etdi. Seçkilər 
mühafizəkarlara məğlubiyyət gətirdi. Onlar yeni parlamentdə 259 yer 
aldılar, liberallar 155, leyboristlər isə 191 yer aldılar. 
Mühafizəkarların seçkilərdə  məğlubiyyəti oların apardığı  uğursuz 
daxili və xarici siyasətin nəticəsi idi. 
 
Ingiltərə kapitalizmin nisbi sabitləşməsi dövründə 
(1924-1929-cu illər) 
 
1924-cü ilə yaxın kapitalizmin nisbi sabitləşməsi dövrü 
başlandı.İqtisadiyyat sahəsində  kapitalizmin sabitləşləsi özünü onda 
göstərdi ki, müharibədən sonrakı ilk illərdə başlanmış istehsal, 
ticarət, maliyyə böhranından kapitalizm dünyası çıxmağı bacardı. 
Ticarət və istehsal sahəsində kapitalist ölkələri 1913-cü il 
səviyyəsinə yaxınlaşdılar. Kapitalizmin sabitləşməsi prosesində 
həlledici rol ABŞ-a məxsus idi. Əgər  əvvəllər dünyanın maliyyə 
cəhətdən istismarında  İngiltərə, Fransa, Alimaniya əsas rol 
oynayırdılarsa, müharibədən  sonra dünyanın maliyyə mərkəzi ABŞ 
oldu. Avropada  kapitalizmin sabitləşməsində ABŞ kapitalizminin 
köməyi müəyyən dərəcədə rol oynadı. Bu isə nəticədə ona səbəb oldu 
ki, ABŞ-ın Qərbi Avropaya aid  problemlərin həllinə təsiri gücləndi.  
Kapitalist ölkələrinin, o cümlədən  İngiltrənin daxili vəziyyəti 
bu dövrdə  bir qədər möhkəmləndi. Avropa inqilabi vəziyyətdən 
çıxdı. 
Beynəlxalq münasibətlər sahəsində kapitalizsin sabitləşməsi 
özünü Almaniyaya aid  təzminat məsələsində ABŞ,  İngiltərə  və 
Fransanın dil tapmağı bacarmasında göstərdi. Həmçinin müstəmləkə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə