Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

 
223 
Kallabadı işğal etdilər. Həmçinin onlar Misir və Liviyaya 1940-cı ilin 
sentyabrında hücum edərək məşhur strateji  məntəqə olan Sdi-barranı 
tutdular. İngiltərə bu hadisələri laqeyd qarşılaya bilməzdi. Ona görə 
də 1940-cı ilin dekabrında yaxşı hazırlıqdan sonra İngiltərə İtaliyaya 
qarşı Afrikada müharibəyə başladı. Dekabrın 11-də ingilis qoşunları 
Sdi-barranı və bütün Kirenaikanı tutdular. 1941-ci ilin aprelinə qədər 
ingilislər Britaniya Somalisini, Keniyanı, Sudanı 
İtaliya 
qoşunlarından təmizləməklə  bərabər, italyan müstəmləkələri olan 
Somalini və Eritoriyanı da tutdular. 1941-ci ilin martında İngiltərənin 
Ekspedisiya ordusu Yunanıstana daxil oldu. Cənub-Şərqi Avropa 
ölkələrinin işğalı  və satillet vəziyyətinə düşməsi hitlerçilərin Yaxın 
Şərqdə öz fəaliyyətini fəallaşdırmağa imkan verdi. 1941-ci ilin 
aprelin 3-də İraqda Almaniyanın köməyi ilə dövlət çevrilişi oldu və 
hakimiyyətə faşistlərin agenti Vişd-el  Haylani gəldi. Bu, İngiltərənin 
İraq və  İran neftindən məhrum edilməsinə, həmçinin Aralıq 
dənizində mövqelərin itirilməsinə səbəb olardı. Bu səbəbdən 1941-ci 
ilin mayın 2-də ingilis qoşunları  İraqdakı alman-faşist qoşunlarına 
hücuma keşdilər və  bunun nəticəsində yenidən öz hakimiyyətlərini 
bərpa etdilər. Suriya və Livanda da hitlerçilər məğlubiyyətə 
uğradılar. Ona görə  də onların Yaxın  Şərqi tutmaq planı pozuldu. 
Lakin 1941-ci ilin yazında Afrika və Aralıq dənizində yenidən hərbi 
vəziyyət  İngiltərə üçün əlverişli olmayan şəraitdə  dəyişildi. 1941-ci 
ilin mart-aprel aylarında alman-italyan qoşunları birgə  İngiltərəyə 
qarşı hücuma keçdilər və Misirdə müəyyən əraziləri tutdular.  
 
İngiltərə-SSRİ münasibətləri 1940-1941-ci ilin birinci 
yarısında müxtəlif istiqamətlər üzrə davam edirdi. Bir tərəfdən hakim 
dairələr SSRİ  əleyhinə  təbliğatı gücləndirir, digər tərəfdən isə başa 
düşürdü ki, SSRİ ilə münasibətlərin normallaşması  zəruridir. 
İngiltərə xarici siyasətində bu iki istiqamətin hər biri ziddiyətli və 
qeyri-ardıcıl xarakter daşıyırdı. Bu dövrdə SSRi, İngiltərə-Fransa və 
başqa dövlətlər arasındakı münasibətlərə ehtiyatla yanaşır və 
bitərəflik siyasəti yeridirdi. 1941-ci ilin mayında Almaniya təkrar 
cəhd göstərdi ki, İngiltərə ilə danışıqlar aparsın və onunla birgə SSRİ 
üzərinə hücuma keçsin. Bu məqsədlə missioner Rudof Hess Londona 
göndərildi. Lakin onun hersoq Kanfatenlə danışıqları faydasız oldu. 
Hess Hitlerin adından  İngiltərəyə  təcili sülh bağlamağı  təklif etdi. 
Sülhün şərtləri belə idi ki, Almaniya Avropada, İngiltərə də Britaniya 
imperiyasında sərbəst siyasət yeridə bilərdi. Keçmiş Almaniya 
 
224
müstəmləkələri isə Almaniyaya qaytarılmalı idi. Rusiya Almaniyanın 
həyat sahəsinə daxil edilməli idi. İngiltərə  İraqdan  əl çəkməli idi. 
İngiltərə  və Almaniya ərazisində ingilis və alman əhalisi 
yerləşdirilməli idi. Çörçill hökuməti isə başqa hökumətlə  əvəz 
edilməli idi. Hessin təklifləri Britaniya hökumətində dar tərkibdə 
müzakirə olundu. İngiltərədə xalq bu danışıqlardan hiddətləndi. 
İngiltərədə çoxsaylı mitinqlər keçirildi ki, Hitlerlə heç bir danışığa 
gedilməsin. Hitlerin təklif etdiyi şərtlər  İngiltərə üçün əlverişli 
olmadığı üçün qəbul edilmədi.  
 
1941-ci il iyunun 22-də Hitler Almaniyasının  elan etmədən  
Sovet İttifaqına hücum etməsi İngiltərədə də böyük narahatlığa səbəb 
oldu. Çörçill elə  həmin gün saat 9-da radio ilə  çıxışında bildirdi ki, 
İngiltərə Sovet İttifaqına öz imkanları daxilində istənilən iqtisadi və 
texniki köməyi edəcəkdir. Çörçill və onun hökumət üzvləri  Sovet 
hökumətində sosialist quruluşu olduğunu unutmamışdılar. Bəyanatda 
məqsəd o idi ki, Sovet İttifaqına kömək  İngiltərənin özünün 
müdafiəsi üçün zəruri idi. Çörçill özü bu barədə Kolbillə söhbətində 
demişdi ki, əgər Almaniya inanırsa  ki, öz ətrafında  İngiltərənin 
silahlı qüvvələrini toplayacaq, o səhv edir. Çünki İngiltərə Sovet 
İttifaqının tərəfində vuruşacaq.  Çörçill deyirdi ki, “mənim ancaq bir 
məqsədim var, o da Hitleri məhv etməkdir.  Əgər Hitler cəhənnəmə 
düşərsə, mən icma palatasında bu şeytanın ünvanına xoşagələn bir 
bəyanat verərəm”. Çörçill qarşısına belə bir sual qoyurdu ki, nə üçün 
Hitler Rusiya ilə müharibə aparır. Bu barədə o 1941-ci ilin  avqustun 
24-də radio ilə  çıxış etdi və öz sualına  aşağıdakı cavabı verdi: 
“Almaniyanın məqsədi odur ki, Rusiyadan sonra öz qüvvələrini 
Britaniya adasına atsın. Əgər ona bunun üçün ruh verilsə, o bundan 
sonra bizi, daha sonra ABŞ-ı, sonda isə bütün Qərb yarımkürəsini 
özünə tabe edəcək”. İngiltərə müharibənin birinci dövründə ikitərəfli 
siyasət yeridirdi. Çörçill Sovet hökumətinə münasibətdə əvvəlki kimi 
qalırdı. O, özü etiraf edirdi ki, “son 25 il ərzində heş kim mən qədər 
kommunizm  əleyhinə olmayıb. Mən heç bir sözümü geri 
götürmürəm”.  Çörçill SSRİ ilə ittifaqa girsə  də, bundan hər iki 
dövləti zəiflətməkdə istifadə etməyə çalışırdı. Çörçill 1942-ci iln 
yanvarın 8-də  İdenə yazırdı: “Heç kim qabaqcadan deyə bilməz ki
hansı ordu qalib gələcək. SSRİ-nin bizim köməyimizə daha çox 
ehtiyacı olacaq.  


 
225 
Çörçill Sovet İttifaqı ilə münasibətlərin inkişafına həm də o 
baxımdan yanaşırdı ki, müharibədən sonra SSRİ-yə istədikləri 
tələbləri qəbul etdirsinlər. Bununla belə antifaşist koalisiyasının 
yaranması Sovet İttifaqının xarici siyaəstinin böyük qələbəsi və 
SSRİ-yə qarşı ABŞ və İngiltərənin istər-istəməz mühüm məsələlərdə 
razılaşması idi. 1941-ci ilin  iyunun12-də Moskvada Almaniyaya 
qarşı müharibədə birgə  hərəkət haqqında  İngiltərə-Sovet sazişi 
bağlandı. 1941-ci ilin  avqustun14-də Nyufaundlend adasında 
“Ardjenşiya” limanının bazasında  İngiltərənin baş naziri Çörçillə 
ABŞ prezidenti Ruzvelt arasında 8 maddədən ibarət deklarasiya 
imzalandı. Bu tarixə “Atlantika xartiyası” adı ilə daxil oldu. İngiltərə 
və ABŞ-ın rəhbərləri bu deklarasiya ilə bildirdilər ki, onlar nasist 
tiranın qqəti məhvinə nail olacaqlar, dünyada yeni ərazi 
dəyəişikliklərinə imkan verməyəcəklər, Xalqların mənafeyi əleyhinə 
gedilməyəcək. Bununla bərabər xalqların hansı idarəetmə formasını 
seçmək arzusuna da maneçilik göstərilməyəcək. Bütün ölkələrlə 
iqtisadi, sosial təminat, yüksək həyat səviyyəsinin təmin edilməsi 
sahəsində  əməkdaşlıq həyata keçiriləcək. Həmçinin göstərilirdi ki, 
dünya silahlanma yükündən azad olacaq. Sovet hökuməti 1941-ci ilin  
sentyabrın 24-də  Atlantika xartiyasına qoşuldu. Atlantika xartiyası 
ingilis-amerkan blokunun formalaşmasında mühüm mərhələ oldu.  
1941-ci ilin avqustunda Sovet İttifaqı və İngiltərə İran haqqında yeni 
aksiya qəbul etdilər. Nəticədə eyni vaxtda İran  ərazisinə  şimaldan 
sovet, cənubdan ingilis qoşunları daxil oldu. 1942-ci ilin  yanvarın 
29-da  İngiltərə-Sovet-İran szişi bağlandı. Həmin sazişdə göstərilirdi 
ki,  İngiltərə  və SSRİ  İranın suverenliyinə, müstəqilliyinə 
toxunmayacaq.  
 Sağ qüvvələr bütün vasitələrdən istifadə edərək Sovet 
ittifaqına qarşı xalqda nifrət yaratmağa çalışırdılar.  Hətta  İngiltərə 
müdafiə nazirliyinin ekspertləri bildirirdilər ki, Sovet ittifaqı ilə 
müharibə 6 aydan sonra Almaniyanın qələbəsi ilə başa çatacaq. 
İngiltərənin hakim dairələri Sovet İttifaqı ilə yaxınlaşmaqda iki 
məqsəd güfürdü. Bir tərəfdən SSRİ-nin köməyi ilə Almaniyanı 
zəiflətmək, digər tərəfdən isə Alamniyanın köməyi ilə SSRİ-ni 
zəiflətmək,. birini  digəri ilə toqquşdurmaq planı hazırlayırdılar. 
Çörçilll bu barədə 1941-ci ildə aviasiya sənayesi naziri Mur-
Barabazona da etiraf etmişdir.  
 
226
 
1941-ci ilin sonunda müharibə Sakit okean hövzəsinə  də 
yayıldı. Burada ingilis-amerikan ziddiyətlərinin uzun illərdən bəri 
davam etməsi  və  kəskinləşməsi müharibəyə  gətirib çıxartdı. Eyni 
zamanda Sakit okeanda və Asiyada İngiltərə  və Yaponiya 
münasibətləri kəskinləşdi. Çünki Yaponiya İngiltərənin Uzaq Şərqdə 
marağı olan ölkələrə soxulmağa başladı.  İngilis və amerikan hakim 
dairələri çalışırdılar ki, Yaponiya da Sovet İttifaqına qarşı 
müharibəyə  cəlb olunsun. Bu Uzaq Şərqdə Münxen siyasəti idi. 
Avropada olduğu kim Uzaq Şərqdə  də bu plan baş tutmadı .Yapon 
imperialistləri belə hesab etdilkər ki, Uzaq Şərqdə SSRİ-yə yox, 
İngiltərə, ABŞ-a hücum etsələr daha yaxşı olar. Yapon silahlı 
qüvvələri 1941-ci il  dekabrın 7-də  Perl-Xarbor limanını 
bombardman etdilər. Dekabrın 8-də isə İngiltərə və ABŞ Yaponiyaya 
müharibə elan etdi. 1941-ci ilin dekabrın 5-dən 6-na keçən gecə 
Moskva  ətrafında Sovet qoşunlarının  əks hücuma keçməsi  İkinci  
dünya müharibəsinin gedişində mühüm hadisə idi. “Məğlubedilməz 
ordu” haqqında əfsanə puç oldu. Uzaq Şərq və Sakit okeanda gedən 
müharibə  İngiltərə   və ABŞ-ı belə bir qənaətə gəlməyə məcbur etdi 
ki, SSRİ-nin köməyi olmadan İkinci dünya müharibəsində  qələbə 
çalmaq mümkün olmayacaq. 1942-ci il may ayının 26-da Londonda 
Hitler Almaniyasına qarşı müharibədə ittifaq və Avropada 
müharibədən sonra əməkdaşlıq  və qarşılıqlı kömək haqqında 
müqavilə  bğlandı. Müqavilə 1942-ci ilin iyunun 1-dən qüvvəyə 
mindi. Həmçinin həmin müqavilədə Avropada ikinci cəbhənin 
açılması məsələsi də öz əksini tapmışdı.  
 
İngiltərənin hakim dairələrinin xalq kütlələrinin diqqətini 
ikinci cəbhənin açılması məsələsindən yayındırmalarına baxmayaraq, 
bu məsələ ingilis xalqının və ölkənin siyasi həyatında mühüm yer 
tuturdu. Müharibənin müddətini qısaltmaq üçün ikinci cəbhənin 
açılması vacib idi. Hələ 1942-ci ilin avqustunda Çörçill Moskvaya 
gəldi. O, Sovet İttifaqına söz verdi ki, 1943-cü ilin yayında ikinci 
cəbhə açılacaq. Etiraf etmək lazımdır ki, o zaman ingilis xalqında 
Sovet  İttifaqına böyük rəğbət var idi. Stalinqrad altında alman 
faşizmi üzərində qələbə bütün dünya xalqları kimi ingilis xalqında da 
qələbəyə inam hissini gücləndirdi. Baş nazir Çörçill istəyirdi ki, 
ikinci cəbhə  Şimali Fransadan deyil, Avropanın yumşaq qarınaltısı 
adlanan Balkanlardan açılsın. Bu yolla SSRİ-nin silahlı qüvvələrinin 
Mərkəzi və  Cənub-Şərqi Avropa ölkələrinə daxil olması üçün  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə