Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

 
235 
işsiz sənayedə  işə  cəlb edildi və ya silahlı qüvvələrə çağırıldı. Əgər 
1939-cu ildə  rəsmi məlumata görə  İngiltərədə 1270 min işsiz var 
idisə, 1944-cü ildə bu rəqəm ixtisar dilərək 54 min oldu. İşsizlik 
ancaq o sahələrə qalırdı ki, hansı ki, onlarda xammalla təminat yox 
idi. İngiltərə hökumətinin məlumatına görə, ordu və sənayedə iş üçün 
səfərbərliyə alınanların sayı 1939-cu illə müqayisədə 3500 min adam 
artmışdı. Səfərbərliyə alınan bütün kişlərin 93,6%-i 14 yaşdan 64 
yaşa qədər olan kişlər idi. Səfərbərliyə alınan qadınların 44,4%-i isə 
14 yaşdan 59 yaşına qədər olan qadınlar idi. Bu yaşda olan 16 milyon 
qadından 7,1 milyonu istehsalla və  hərbi xidmətlə  məşğul idi. Bu 
qadınlardan 2 milyonu ilk dəfə  İkinci dünya müharibəsi zamanı 
işləməyə başlamışdır.  
İngiltərə silahlı qüvvələrinin köməkçi hissələri  əhəmiyyətli 
dərəcədə qadınlardan ibarət idi. Belə hissələrdə çalışan qadınların 
sayı 467 min nəfər idi. İkinci dünya müharibəsi dövründə qadınların 
orduda və istehsalatda rolu xeyli dərəcədə böyük idi. Lakin 
qadınların daha fəal iştirakına qadın  əməyi ilə kişi  əməyi arasında 
fərq qoyulması mane olurdu. Əvvəllər işsiz qalan və  işləməyən 
qadınların hesabına sənaye  əlavə 3 milyon işçi qüvvəsi  əldə etmiş 
oldu.  İş  həftəsinin uzadılması  sənaye sahələrində 15-20 %-ə, hərbi 
sənayedə isə 30%-ə çatdı. Bu yolla ingilis sənayesinə yenidən 1 
milyon işçi cəlb edilmiş oldu.  
İşçi qüvvəsindən istifadənin dövlət tərəfindən nizama 
salınması 1914-1918-ci illərlə müqayisədə hərtərəfli deyildi. 1940-cı 
ilin   mayın 22-da fövqaladə  səlahiyyətlər haqqında qanun fəhlə 
sinfini müəssisələrə  təhkim edirdi. Milli mükəlləfiyyətlər haqqında 
qanun isə, kişi və qadınları təkcə xidmət və ordu üçün deyil, həm də 
sənaye və nəqliyyatda məcburi icbari əməyə cəlb edirdi. Mühüm işlər 
haqqında 1941-ci il 5 martda verilmiş  əmrdə  fəhlələrə  əmək 
nazirliyinin xəbəri olmadan işi tərk etməyi qadağan edirdi. Eyni 
zamanda bu əmrdə sahibkarların da fəhlələri özbaşına işdən azad 
etməsi qadağan edilirdi. Həyat göstərdi ki, bu qanunlar müəyyən 
dərəcədə inhisarçıların mənafeyinə uyğun gəlmir. Ona görə  də 
onların narazılığı başladı. Məşhur iqtisadçılar Kuçinski və Xeyni 
Man 1944-cü ildə yazırdılar ki, “məcburi tədbirlərə ancaq fəhlə sinfi 
riayət edir. İntizam sahibkarlar üçün deyildir”  
Fəhlə sinfi fədakarlıqla çalışaraq Hitler qarşısında faşizmdən 
xilas olmaqla öz doğma vətəni olan İngiltərəyə kömək etməyi başlıca 
 
236
məqsədi hesab edirdi. Fəhlə sinfinin vətənpərvərlik  əhval-ruhiyyəsi 
müharibənin gedişində daha da artdı. Əmək təşəbbüsçüləri gücləndi. 
Fəhlələr müharibə dövründə çoxsaylı  təkliflər irəli sürdülər ki, 
bunlarında 
əksəriyyəti istehsalın maksimum artmasına 
yönəldilmişdir. Bu işdə daha fəal rolu sex starostaları və hər şeydən 
əvvəl maşınqayırma sənayesinin sex starostalarının milli şurası 
oynayırdı. 1941-ci ilin yayında təşkil edilən istehsal komitələri əmək 
məhsuldarlığının yüksəldilməsində mühüm rol oynayırdılar. 1941-ci 
ilin  avqustun 23-də onların Londonda konfransı keçirildi. Bu 
konfransda  İngiltərənin iri hərbi müəssisələrinin nümayəndələri 
toplanmışdı.  Milli konfrans Avropada ikinci cəbhənin açılması 
ideyasını müdafiə etdi və istehsalın artırılması üçün yeni təkliflər 
hazırlamağı  məsləhət gördü. 1941-ci ilin sentyabrında Britaniya 
tridionlarının növbəti konqresi belə bir qərar qəbul etdi ki, hər  şey 
cəbhə  və  qələbə üçün səfərbərliyə alınmalıdır. 1943-cü ilin sonuna 
yaxın artıq maşınqayırma müəssisələrində 2850 istehsal komitəsi 
fəaliyyət göstərirdi ki, onların da hər birinin 150 nəfər üzvü var idi.  
Komitələr həmçinin bütün xüsusi və dövlət, sənaye müəssisələrində 
fəaliyyət göstərirdi. 40 mindən artıq istehsal komitələri kömür 
şaxtalarında çalışırdı.  İstehsal komitələri tikintilərdə  də mövcud idi. 
Bəzi hallarda sənaye komitələri fəhlə nümayəndələri ilə müəssisənin 
inzibati orqanları arasında toqquşma meydanına çevrilirdi. Buna 
səbəb o idi ki, fəhlələr komitəyə faşizm üzərində  qələbəni 
sürətləndirən hərəkət orqanı kimi baxırdılar.  İstehsal komitələrinin  
təşəbbüskarlığının nəticəsi idi ki, hansı idarələrdə istehsal komitələri 
fəaliyyət göstərirdisə orada məhsuldarlıq 52%, digərlərində isə 42% 
idi.  
İngiltərə iqtisadiyyatının yenidən qurulması 
kənd 
təsərrüfatına da şamil edilirdi. Kənd təsərrüfatının geri qalması 
İngiltərə kapitalizminin keyfiyyətinin parlaq nümayişi idi. 
Koloniyalardan və dominionlardan alınan ucuz ərzaq və xammal 
ingilis hakim dairələrinin kənd təsərrüfatının inkişafı üçün bütün 
mümkün imkanlardan istifadə etməkdən uzaqlaşdırmışdır. Bunun 
nəticəsi idi ki, İngiltərə xalqı, əsasən xaricdən gətirilmiş ərzaqlardan 
istifadə edirdi. İkinci dünya müharibəsi zamanı xaricdən  ərzaq 
gətirilməsinin çətinləşməsi, nəqliyyat çətinlikləri, həmçinin bir çox 
ölkələrin düşmənlər tərəfindən tutulması hökuməti məcbur etdi ki, 
ölkə daxilində  kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər 


 
237 
görsün. Bu məqsədlə fermerlərə subsidiyalar verildi. Mühüm kənd 
təsərrüfatı  məhsullarına satınalma qiymətləri qoyuldu.  İşçi 
qüvvəsinin kənd təsərrüfatına cəlb edilməsi və mexanikləşmənin 
güclənməsi üçün tədbirlər görüldü. Bütün bunlar əkin sahələrinin 
ümumi sahələrinin xeyli artmasına səbəb oldu. 1939-cu ildə  əkin 
sahəsi 11870 min akr idisə, 1945-ci ildə o 17866 min akra çatdı. 
Taxıl bitkilərinin məhsul yığımı çoxaldıldı. 1939-cu ildə  əgər 1642 
min ton taxıl yığılırdısa, 1945-ci ildə 2174 min tona çatdı. Arpa 
istehsalı 880 tondan 2096 tona çatdı. Darı isə 1783-dən 2862 tona 
çatdı. Kartofun yığımı isə 4364 min tondan 8702 min tona çatdı. 
Əgər müharibəyə qədər ölkə ərazisində əldə olunan ərzaq məhsulları 
ölkə  əhalisinin təlabatının 30 %-ni ödəyirdisə, artıq 1943-cü ildə o 
ölkə  əhalisinin təlabatının 40 %-ni ödəməyə başladı. Beləliklə, 
İngiltərənin ərzaq vəziyyəti bütün müharibə ərzində ABŞ-dakı Lend-
liz qanunu əsasında Britaniya imperiyasından böyük miqdarda 
yeyinti məhsulları  gətirilməsinə  baxmayaraq, yenə də gərgin olaraq  
qalmaqda idi. 
İngiltərənin fəhlə sinfi bütün müharibə  ərzində uzadılmış  iş 
həftəsi şəraitində işləməli oldu. İş həftəsi rəsmi məlumatlara görə 72 
saata çatırdı. Demək olar, fəhlələr bazar günü də  işləyirdi.  İllik 
məzuniyyətlər və  əlavə  məzuniyyətlər təxirə salınmışdı. Bütün 
müharibə ərzində istehsalat səriştəsi olmayan yeni işçilərin istehsalata 
gəlişi bədbəxt hadisələrin də müharibə  ərzində külli miqdarda baş 
verməsinə  gətirib çıxarmışdı. 1938-1942-ci illərdə  bədbəxt 
hadisələrin sayı 75% artmışdı. Ümumiyyətlə müharibənin ilk illəri 
ərzində yarım milyona qədər adam belə hadisələrin qurbanı oldu ki, 
onların da əksəriyyəti qadınlar və gənclər idi. İngiltərə fəhlə sinfinin 
real  əmək haqqı müharibəyə  qədərki dövrlə müqayisədə müharibə 
illərində aşağı səviyyədə idi. Nominal əmək haqqı artsa da, bu bazar 
zənbilini doldura bilmirdi. Lakin nominal əmək haqqı bir də onunla 
vəziyyəti çətinləşdirirdi ki, o, vergilərin artmasına səbəb olurdu. 
Sosial konfliktləri müharibə  şəraitində  həll etmək üçün İngiltərə 
hökuməti 1941-ci ilin yazında zəruri təlabat malları üzərindəki 
qiymətin artımının qarşısını almaq üçün müəyyən ölçü götürməyə 
məcbur oldu. İlk növbədə  ərzaq üzərində subsidiyalar yaradıldı. 
Minimum  əmək haqqı  məsələsi də hesaba alınmağa başlandı. Üç 
uşağı olan fəhlələr üçün ailəni fiziki cəhətdən saxlamaq üçün normal 
əmək haqqı müəyyən olundu. Bu qayda 1943-cü ildən qüvvəyə 
 
238
mindi. Belə ailələrə  hər həftə 105 şillinq verilirdi. Doğrudur, bu 
sağlamlıq üçün o qədər də kifayət deyildi. Lakin hər halda minimum 
təlabatı ödəyirdi. Kərpic, kirəmid, toxuculuq, şüşə, dəri, tikiş, yeyinti 
sənayesində əmək haqqı aşağı idi və onlar minimum əmək haqqının 
80-90%-ni alırdı. Kənd təsərrüfatı  fəhlələri isə minimum əmək 
haqqının cəmi 80 %-ni alırdı. Bu qayda ilə fəhlələrin bir hissəsi bütün 
müharibə ərzində onun iş qabilliyətini bərpa etmək üçün lazım olan 
əmək haqqını ala bilmədi.  
İkinci Dünya müharibəsi dövründə  İngiltərə Britaniya 
imperiyasının resurslarından daha çox istifadə etdi. 1943-cü ildə 
İngiltərə silahlı qüvvələrində Kanadadan 750 min, Avstraliyadan 800 
min, Cənubi Afrika İttifaqından 200 min, Yeni Zelandiyadan 95 min 
adam iştirak edirdi.  
Bütün müharibə  ərzində  İngiltərədə  tətil hərakatı xeyli 
zəiflədi. Bununla belə, bəzən fəhlələr sahibkarların özbaşınalığına 
qarşı cavab verməli olurdular. Məsələn: 1942-ci ildə fəhlələr öz əmək 
haqlarının gündə 2 şillinq  artırılmasına nail oldular. Kömür 
sənayesində  vəziyyətlə  əlaqədar bu sənaye sahəsində  1944-cü ildə 
tətillər artdı. Nəticədə hökumət təminat verdi ki, minimum əmək 
haqqı artırılsın, gənc mədənçilərin vəziyyəti yaxşılaşdırılsın.  
İkinci Dünya müharibəsi  İngiltərə  fəhlə sinfinin siyasi 
şüurunun artmasında mühüm rol oynadı. Müharibə  ərzində  
həmkarlar ittifaqının rəhbərliyinə çoxlu gənc mütəxəssislər gəldi ki, 
onlar mübariz əhval-ruhiyyədə idilər. Xalqa yaxşı  gələcək ümidi 
vermək üçün İngiltərənin hakim dairələri iqtisadi həyatı yenidən 
qurmaq üçün hazırlaşmağa başladılar. Bu plan Birinci Dünya 
müharibəsi ilə müqayisədə xeyli geniş idi. Bu ümidlə onlar ölkədəki 
inqilabi  əhval-ruhiyyəni zəiflətməyə çalışırdılar. Hələ 1941-ci ildə 
hökumət başda leyborist Artur Qrannud olmaqla xüsusi komitə təşkil 
etdi. Qrannud hökumətdə portfelsiz nazir vəzifəsini tuturdu. Bu 
komitə ayrı-ayrı nazirliklərin yenidən qurma və koordinasiya üzrə 
problemlərini öyrənmək üçün təşkil edilmişdir. Gələcək üçün 
planlaşdırılırdı ki, müxtəlif hökumət elmi və digər orqanlar təşkil 
edilsin. Yenidənqurma problemi təkcə  İngiltərə  zəhmətkeşləri üçün 
deyil,  İngilis inhisarçıları üçün də maraqlı idi. Yenidənqurma 
prosesində Britaniya sənaye federasiyası mühüm rol oynayırdı. Bu 
federasiya hökumətdən tələb edirdi ki, vergi və qiymətlər üzərində 
nəzarət üzrə mükəmməl sistem yaradılsın. Səhiyyə və xalq təhsilinin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə