Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə61/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

 
243 
mövqeyini möhkəmləndirmək, ABŞ-dan asılı dövlətlər bloku təşkil 
etmək idi. 
              1948-ci ilin iyulunda Marşall planının İngiltərəyə tətbiqi ilə 
əlaqədar ingilis-amerikan sazişi bağlandı. 
              1949-cu  ilin  sentyabrın 18-də  İngiltərə hökuməti funt-
sterlinqin 30,5% devolvasiyası haqqında qərar qəbul etdi. Qərarın 
verilməsindən məqsəd qızıl və valyuta ehtiyatlarının axınının 
qarşısını almaq, ingilis mallarının ixrac üçün imkanlarını 
yaxşılaşdırmaq, həmçinin ABŞ-ın təzyiqinə qarşı davam gətirməyi 
bacarmaq idi. Funtun dəyəri 4,03 dollardan 2,8 dollara düşdü. 
              Bu hadisədən sonra Fransa, Hollandiya, Kanada, Danimarka, 
İsveç, Hindistan, Misir, Avstraliya, Norveç, Yeni Zelandiya, 
İrlandiya, Cənubi Afrika İttifaqı,  İspaniya və s. dövlətlər də öz 
valyutalarını devalvasiya etdilər. 
              Funt-sterlinqin devalvasiyası onun beynəlxalq valyuta  kimi 
mövqeyini zəiflətdi və onu daha çox dollardan asılı etdi. ABŞ bu 
yolla kapital ixracı imkanlarını genişləndirdi.  İngiltərədə dolların 
alıcıları çoxaldı, ABŞ-da funt-sterlinqin alıcıları isə azaldı. 
              1951-ci  ildə  İngiltərədə  qızıl və dollar ehtiyatları 550 
mln.f.st. aşağı düşmüşdü ki, bu da ölkənin dərin maliyyə böhranı 
keçirdiyini sübut edən fakt idi. 
              Müharibədən sonrakı ilk illərdə yenə  də ölkəyə idxalın 
strukturu dəyişməmişdi.  Əsas idxal xammal və  ərzaq idi. İxracda 
maşın və avadanlıqların xüsusi çəkisi artmışdı.  Əgər 1950-ci ildə 
toxuculuq məhsullarının ixracı 1936-cı il səviyyəsində qaldırılsa da, 
maşınqayırma sənayesi məhsullarının ixracı 250% artmışdı. 1951-ci 
ilə  qədər sənayenin  ənənəvi sahələri olan daş kömür və toxuculuq 
sənayesinin məhsul istehsalı müharibədən  əvvəlki səviyyəyə 
çatmışdı. Müharibədən sonra kömür sənayesinin milliləşdirilməsi də 
istənilən nəticəni vermədi. Əgər İngiltərədə 1937-ci ildə 240 milyon 
ton kömür çıxarıldısa, 1951-ci ildə ancaq 222 milyon ton kömür 
çıxarılmışdı. 1947-ci ilin yanvarında kömürün çatışmaması ilə 
əlaqədar ölkə yanacaq böhranı ilə qarşılaşdı.  İngiltərə  sənayesinə 
elektrik enerjisinin verilməsi 2/3 dəfə ixtisar edildi.  
              Ölkədə  işsizlərin sayı 2300 min nəfərə çatdı. 1951-ci ildə 
yanacaq böhranı yenidən təkrar olundu. Lakin bu dəfə elə  kəskin 
xarakter almadı. 
 
244
              Müharibədən sonrakı dövrdə  kənd təsərrüfatı  məhsullarının 
istehsalı artsa da,  İngiltərə yenə  də  əsas  ərzaq idxalçılarından idi. 
1951-1952-ci illərdə    öz  kənd təsərrüfatı  məhsulları hesabına öz 
əhalisinin tələbatını cəmi 41 % ödəyə bilirdi. Doğrudur, müharibədən 
əvvəl bu rəqəm cəmi 31% idi. 
              Müharibədən sonrakı dövrdə  də  İngiltərə «kapitalizminin 
sağlamlaşması»ndan söhbət gedə bilməzdi. Belə ki, İngiltərədə 1948-
51-ci illərdə elektrotexniki sənaye cəmi 30 % kimya sənayesi 33% 
gücü ilə işləyirdi. Müəssisələrin heç biri tam gücü ilə işləmirdi. 
              İngilis iqtisadiyyatının bu dövrdə xarakterik cəhətlərindən 
biri də ölkənin milli gəlirində rantyenin payının artması idi. 
Müharibədən sonrakı dövrdə kapitalın və istehsalın mərkəzləşməsi 
prosesi davam etməkdə idi. İngiltərədə kapitalın mərkəzləşməsini 
1951-ci ildəə 1929-cu illə müqayisədə bankların 22% ixtisar 
edilməsində görmək olardı. Xüsusilə «Böyük beşlik» adı altında 
birləşən Müdlend, Barkleys, Lyoyds, Vestminster və Neyşnl  əyalət 
bankının gücü daha da artdı. Bu proses istehsal sahəsini də əhatə etdi. 
1000 nəfərdən çox fəhləsi olan müəssisələrin sayı 1949-cu ildə 1935-
ci ildə müqayisədə 21,4%-dən 30,2%-ə qalxdı. Xüsusilə 
metallurgiya, maşınqayırma, kimya sənayesində istehsalın 
mərkəzləşməsi daha da artdı.  
              İngiltərə kapitalizminin iqtisadi və siyasi münasibətlərdə 
İkinci Dünya müharibəsindən zəif çıxması hakim dairələri ölkənin 
iqtisadi, siyasi və müstəmləkəçi mövqeyini möhkəmləndirmək üçün 
bir sıra iri islahatlar aparmağa da məcbur etdi. Belə mühüm 
islahatlardan biri İngiltərə bankının və bir sıra sənaye sahələrinin 
milliləşdirilməsi oldu. İngiltərə bankı, kömür sənayesi, 
elektrostansiyalar, qaz sənayesi, daxili nəqliyyat, poladəritmə 
zavodlarının bir hissəsi, mülki aviasiya, teleqraf rabitəsi və radio 
rabitəsi milliləşdirildi. Milliləşdirmənin  əsas səbəblərindən biri bu 
sahələrin zərərlə  işləməsi idi. Milliləşdirmə Amerika kapitalının 
İngiltərə  sənayesinə müdaxiləsində  əlavə  çətinliklər yaradırdı.  Əsas 
səbəblərdən biri də bu yolla İngiltərədə sinfi mübarizəni zəiflətmək 
idi. 
              1945-i  ilin  sonundan  bankların milliləşməsi nəticəsində 
bankın səhm sahibləri 58 mln.f.st. həcmində ildə 3% gəlirlə dövlət 
istiqrazı formasında kompensasiya almış oldular. 1946-cı ildə kömür 
sənayesinin milliləşdirilməsi nəticəsində  həmin müəssisələrin 


 
245 
sahibləri 400 mln.f.st.dəyərində ildə 3,5% gəlirlə istiqraz şəklində 
kompensasiya almdılar. 1947-ci ildə elektrik kompaniyalarının 
milliləşdirilməsi nəticəsində orta birja səhmlərinin dəyəri həcmində 
onlara kompensasiya ödənilməli idi. Qaz sənayesi və  nəqliyyatın 
milliləşdirilməsi zamanı verilən kompensasiya da bu prinsip əsasında 
olmalı idi. Milliləşdirilmiş müəssisələrin sahibləri birlikdə 
götürüldükdə 2,5 mlrd.f.st. dəyərində kompensasiya istiqrazı almalı 
idilər. 
              Milliləşdirilmiş müəssisələrin milli idarəsinin 87 üzvündən 
43-ü iri kapitalist, 9-u hökumət məmuru, 4-ü yüksək rütbəli hərbiçi, 
9-u yüksəktəminatlı mütəxəssis və inzibatçı, 7-si həmkarlar 
ittifaqlarının rəhbərlərindən idi. Fəhlə sinfinin nümayəndələrindən 
oraya heç kəs daxil edilməmişdi. 
              Üçüncü  leyborist  hökuməti geniş kütlələrin təzyiqi altında 
bir sıra sosial islahatlar da keçirməyə  məcbur oldu. Bunlardan biri 
həmkarlar ittifaqı haqqında 1927-ci ildə verilmiş antifəhlə qanununun 
ləğv edilməsi idi. Səhiyyənin yeni sistemi müəyyən edildi, sosial 
sığorta haqqında qanunvericilik qəbul edildi. 1949-cu ildə keçirilən 
lordlar palatasının islahatı nəticəsində bu palatanın bir sıra hüquqları 
məhdudlaşdırıldı.  Əgər  əvvəllər lordlar palatası icmalar palatasının 
qəbul etdiyi qanun layihəsini iki il müddətinə  təxirə sala bilərdisə, 
indi ancaq bir il ləngidə bilərdi.   
              1946-1948-ci ildə keçirilən səhiyyə islahatına əsasən əhaliyə 
tibbi xidmət pulsuz oldu. Bu müəssisələrin xərcləri dövlət büdcəsi 
hesabına ödənilirdi. Yeni səhiyyə sistemi 1945-ci ilin iyulun 5-də 
fəaliyyət göstərməyə başladı.  
              İngiltərə  zəhmətkeşlərinin  ən böyük nailiyyətlərindən biri 
1945-1948-ci illərdə sosial sığorta sisteminin yenidən təşkili idi. Bu 
sistem yeni doğulan uşaq üçün, uşaqların tərbiyəsi, xəstəliyə, 
işsizliyə, hamiləliyə görə müavinətlərin, dul qadın və kişilərə, 
qocalara pensiyaların və  dəfn üçün vəsaitin verilməsini nəzərdə 
tuturdu. Həmçinin, istehsalatda bədbəxt hadisə zamanı  əmək 
qabiliyyətini itirdikdə  və peşə  xəstəlikləri zamanı da müavinət 
ödənilməsi nəzərdə tutulurdu. İngiltərədə bu dövrdə 23 milyon adam 
belə bir qayğı ilə  əhatə olunmuşdu. 1949-1950-ci illərdə sosial 
sığorta fondu 524 mln.f.st.təşkil edirdi ki, onun 136 mln.f.st.(26%-i) 
dövlət büdcəsi, 185 mln.f.st. (35,3-i) sığorta edilmiş fəhlələrin üzvlük 
 
246
haqları, 175 mln.f.st.(33,4%-i) müəssisə sahiblərinin üzvlük haqları, 
28 mln.f.st. isə (5,3%-i) digər mənbələrin hesabına toplanırdı. 
              Leyborist  hökuməti vergiləri artırmaq hesabına sosial 
xərcləri artırır və xüsusilə çalışırdı ki, ərzaq məhsullarının qiymətinin 
artırılmasının qarşısını alsın. Leyboristlər  İngiltərədə «demokratik 
sosializm qurmaq», «firavanlıq dövləti yaratmaq» proqrammı altında 
çıxış edirdilər. Onların fikrincə, bu quruluş demokratiya və sosial 
ədalətə əsaslanmalı idi. Burada planlı iqtisadiyyat fərdi müstəqilliklə 
vəhdət təşkil etməli idi. 
              Leyboristlər hökuməti ölkəni iqtisadi çətinliklərdən 
çıxartmaq yolunu zəhmətkeşlərin həyat səviyyəsinə müdaxilə 
etməkdə və sürətlə silahlanmada görürdü. 1947-ci ildə yeni maliyyə 
naziri təyin edilmiş Kripps təklif etdi ki, yeyinti məhsulları da daxil 
olmaqla, idxal azadılsın, ixrac artırılsın, mənzil, məktəb, xəstəxana və 
s. tikintisinə ayrılan vəsait ixtisar edilsin. Dolayı vergilər artırıldı. 
              1949-cu  ilin  sentyabrında funt- sterlinqin devalvasiya 
edilməsi zəhmətkeşlərin həyat səviyyəsi üzərinə hücumun yeni 
mərhələsi oldu. Məktəblərdə  uşaqlar üçün ucuz və pulsuz səhər 
yeməyi, məktəblilərin məktəb avtobuslarında pulsuz getmələri təxirə 
salındı.  İngiltərə  fəhlələrinin real əmək haqqı müharibədən  əvvəlki 
dövrlə müqayisədə 20% aşağı idi. 1947-ci ildən 1951-ci ilə  qədər 
olan müddətdə ərzaq məhsullarının qiyməti 36% artmışdı. Qadınların 
əmək haqqı daha aşağı idi. İngiltərədə qadınlar bütün işləyənlərin 1/3 
hissəsini təşkil edirdilər. 1946-cı ildə  İngiltərədə  işsizlərin sayı 376 
min nəfər idi. Ordudan tərxis edilən 700 min nəfər işsiz olsa da, bu 
siyahıya daxil edilməmişdi. 
              1946-cı ildə çörək, 1947-ci ilin noyabrında kartof  norması 
qoyulmuşdu ki, halbuki hətta müharibə illərində bu məhsullara 
norma qoyulmamışdı.  İngiltərə  zəhmətkeşlərinin geyimi, mənzil 
şəraiti müharibədən əvvəlki dövrlə müqayisədə xeyli pis idi. 
              Tətil iştirakçılarının sayı 1947-ci ildə 620 min nəfər idisə, 
tədricən bu rəqəm azalmış, 1951-ci ildə 379 min nəfərə enmişdi. 
1948-ci ilin sentyabrında tred-yunionların konqresi əmək haqlarının  
dondurulmasını  bəyəndisə  də, həmkarlar ittifaqında toplanmış 
kütlənin təzyiqi ilə 1950-ci ilin sentyabrında buna qarşı çıxmalı oldu. 
              İkinci Dünya müharibəsindən sonra dünya müstəmləkə 
sisteminin dağılması prosesi sürətləndi. Müharibə illərində  İngiltərə 
və ABŞ «Atlantika xartiyası» adlı imzaladıqları    sənəddə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə