Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

 
251 
              Müharibədən sonra İranda da antiimperialist hərəkat 
gücləndi. Bui lk növbədə  İngiltərə – İran neft kompaniyasına qarşı 
çevrilmişdi. Bu dövrdə ABŞ-ın da bu ölkəyə müdaxiləsi gücləndi. 
Lakin 1951-ci ildə neft sənayesinin  İranda milliləşdirilməsi burada 
həm İngiltərə, həm də ABŞ-ın mövqeyinə ciddi zərbə vurdu. 
              Atom silahının kəşfindən sonra bu silah vasitəsi ilə dünyada 
hegemonluqlarını həyata keçirmək istəyən ABŞ və İngiltərə «Barux 
planı»nı bəyəndilər. Bu plan atom silahı və atom enerjisi üzrə nəzarət 
qoymağı lazım bilirdi. 1946-cı ildə BMT nəzdində xüsusi komissiya 
yaradıldı. Müharibədən sonra İngiltərə  iqtisadiyyatı dərhal dinc xəttə 
keçdi. Lakin tezliklə ingilis hakim dairələri hərbi bloklar təşkil 
etmək, sürətlə silahlanma və  Silahlı Qüvvələrin sayını artırmaq 
yolunu tutdular. İngiltərə tarixində ilk dəfə olaraq dinc dövrdə  də 
məcburi hərbi mükəlləfiyyət saxlanıldı.  Əsgəri xidmət ayrı-ayrı 
hissələrdə 18 aya qədər uzadıldı. Əgər 1938-ci ildə ingilis ordusunda 
199 min əsgər və zabit vardırsa, 1950-ci ildə 364 min, 1951-ci ildə 
isə 439 min var idi. Əgər 1938-ci ildə  İngiltərə  hərbi xərclərə 254 
mln.f.st. xərcləyirdisə, 1950-ci ildə bu rəqəm 801 mln.f.st-ə, 1951-ci 
ildə isə 1129 mln.f.sterlinqə çatdı. Ölkənin silahlanması ilə əlaqədar 
1951-ci ildə üçillik proqram qəbul edildi. İkinci dünya 
müharibəsindən dərhal sonra İngiltərə SSRİ ilə əməkdaşlıq siyasətini 
kəsdi. 
              Müharibədən sonrakı ilk illərdə  İngiltərə xalqlarının sülh 
uyğunda mübarizəsi genişləndi. 1949-cu ildə İngiltərə sülhü müdafiə 
komitəsi, 1951-ci ildə sülhü müdafiə təşkilatı yaradıldı. 
              Müharibədən sonrakı dövrdə leyboristlər partiyası daxilində 
ziddiyyət gücləndi. Bu hökumət İngiltərəni iqtisadi böhrandan çıxara 
bilmədi.  Əhalinin həyat səviyyəsi ağırlaşdı. Yenidən silahlanma 
vəziyyəti daha da ağırlaşdırdı. «Demokratik sosializm» siyasəti iflasa 
uğradı. Ölkədə iri kapitalın ağalığı maraqlarına cavab verən siyasət 
yeridildi. Bütün bunlar isə leyboristlər partiyasının sıravi üzvlərini 
narazı saldı. 
              1945-ci  il  parlament  seçkilərində  məğlubiyyətdən sonra 
mühafizəkarlar öz partiyalarında iki istiqamətdə yenidənqurma təşkil 
etdilər.  Birincisi partiyanın təşkilat quruluşuna yenidən baxıldı və o, 
yaxşılaşdırıldı. Elə proqram işlənib hazırlandı ki, növbəti seçkilərdə 
mühafizəkarların qələbəsini təmin etsin. 
 
252
              1950-ci  ilin  fevralın 23-də keçirilən seçkilərdə leyboristlər  
icmalar palatasında – 315, mühafizəkarlar 298, liberallar 9 yer 
aldılar. Mühafizəkarlar icmalar palatasında öz yerlərini 85  mandat 
artırdılar, leyboristlər isə 78 mandat itirdilər.Leyboristlər icmalar 
palatasında mütləq əksəriyyəti itirdilər. 1949-cu ilin sonu 1950-ci ilin 
əvvəllərində funt-sterlinqin devalvasiyasının ölkənin iqtisadi 
vəziyyətini daha da pisləşdirdiyi məlum oldu. Növbədənkənar 
seçkilərin keçirilməsi günün vacib məsələsi oldu. Leyboristlər 
hökuməti parlamenti buraxmağa və 1950-ci ilin aprelin 23-də 
növbədənkənar parlament seçkiləri keçirməyə  məcbur oldu. 
Seçkilərdə  leyboristlər 13,3 milyon, mühafizəkarlar isə 12,4 milyon 
səs topladılar. Yenidən onlar hakimiyyətə  gəlsələr də, icma 
palatasında üzvlərinin sayı azaldı. Dördüncü leyboristlər hökuməti il 
yarım daha hakimiyyətdə qala bildi. Bu dövrdə ölkə Koreya ilə 
müharibədə  iştirak etdi, İranla münaqişə  kəskin xarakter aldı. 
Leyboristlər parlamenti buraxdılar və «Bizim birinci dərəcəli 
vəzifəmiz – sülhdür» şüarı altında növbədənkənar seçkilər elan 
etdilər. Leyboristlər partiyası daxilindəki fikir ayrılığı onlara sosial-
iqtisadi islahatlarla əlaqədar kompleks proqram təqdim etməyə imkan 
vermədi. Ölkənin gələcək inkişaf yolları haqqındakı diskussiyalar sağ 
və sol leyborist qruplaşmaları arasındakı münasibətləri daha da 
kəskinləşdirdi. NATO  ilə  həmrəylik siyasəti də parçalanmanı 
sürətləndirdi. Sollar sosial islahatlara daha çox diqqət verilməsini 
tələb edirdilər. Leyboristlər hökuməti yenidən silahlanmağa  xərcləri 
artırdı, sosial xərcləri isə azaltmağa başladı. Bu hökumətin üzvləri 
arasında narazılıq  əmələ  gətirdi. Sosial xərclərin azalmasına etiraz 
əlaməti olaraq 1951-ci ilin  aprelində ticarət naziri Harold Vilson, 
əmək naziri Enyurin Biven və təchizat nazirinin müavini Coq Frimen 
istifaya getdilər. Bivenin  tərəfində olan parlamentin 25 üzvü də 
hökumətin siyasətinə qarşı çıxdı. Leyboristlər hökuməti vəziyyətdən 
çıxmaq üçün 1951-ci ilin oktyabrında 25-də yeni seçkilər təyin etdi.              
1951-ci ilin oktyabrında mühafizəkarlar «Britaniya – güclü və 
müstəqildir» manifesti ilə  çıxış etdilər. Bu isə artıq «yeni 
mühafizəkarlığ»ın məlum ideyası idi. 
              Sülh haqqında məsələ seçki kompaniyasında başlıca məsələ 
idi. Mühafizəkarlar 13,7 milyon səs leyboristlər 13,9 milyon səs 
yığса  да,  İngiltərə seçki qanununa görə  мцщафизякарлар  qələbə 
qazanmış oldular. Çörçill mühafizəkarlar hökumətini təşkil etdi. 


 
253 
Hökumətin tərkibinə daxil olan 33 nazirdən 19-u o dövrdə olan 75 
kompaniyanın direktorlarından idilər. Xarici işlər naziri A.Uden, 
mənzil təsərrüfatı naziri isə Harold Makmillan oldu. 
 
Mühafizəkarların idarəsi: «13 havaya sovrulmuş illər» 
və ya «Fasilə  küləyi» 
 
              1945-ci  il  parlament  seçkilərində  məğlubiyyətdən sonra 
Britaniya mühafizəkarlar partiyasının ideoloji və  təşkilati cəhətdən 
yenidən qurulması prosesi sürətləndi. Hələ 30-cu illərdə 
N.Çemberlenlə U.Çörçilin mübarizəsi fonunda tədricən yeni 
 
«texnokrat» qanadı yaranmışdı. Məhz onun əsasında Harold 
Makmillanın rəhbərliyi altında «gənc mühafizəkarlar» qrupu təşkil 
edildi. Onlar «mütəşəkkil kapitalizm» qurmaq ideyasını irəli sürdülər 
ki, bu sistemdə istər istehsal, istərsə  də sosial sahədə dövlətin 
tənzimləmə rolu artmalı idi. «Gənc mühafizəkarlar» Dizraeli 
dövrünün «sosial mühafizəkarlıq» ideyasına qayıtmağı üstün 
tuturdular. Onlar belə hesab edirdilər ki, həmkarlar ittifaqıları ilə 
səmərəli dialoq qurulsun və ictimai inkişafın «qarışıq modeli» 
tanınsın. U.Çörçill 1940-cı ildə baş nazir olduqdan sonra «gənc 
mühafizəkarların» bu mövqeyi daha da gücləndi. Bu mövqeyi 
bəyənməsə  də, Çörçill torilərin «keçmiş qvardiyası» ilə mübarizə 
üçün islahatçıların fəallığından istifadə etməyə çalışdı. 1945-ci il 
siyasi məğlubiyyətindən sonra partiyanın daxili həyatını yenidən 
qurmaq partiyanın yeni sədri lord Vultonun qarşısında bir vəzifə kimi 
qoyuldu. O, öz fəaliyyətində siyasi rəhbərlikdən deyil, ilk növbədə 
partiyanın idarə aparatının potensialından istifadə etməyə çalışdı. 
Vulton xüsusilə mühafizəkarların siyasi mərkəzi və partiyanın 
mərkəzi bürosunun tədqiqat şöbəsinə bu məsələdə böyük əhəmiyyət 
verirdi. Geniş kitab mağazaları, yaxşı  nəşriyyat bazası, aylıq və 
həftəlik jurnal və bülletenlərin çıxması mərkəzinin olması partiyanın 
fəallığını yenidən artırmaq üçün mükəmməl sistemin təşkilinə şərait 
yaratdı. Partiya rəhbərliyi  gənclərin mühafizəkar və Birlik 
 
assosiasiyasına xüsusi diqqət və qayğı göstərdi. Bu təşkilatın 
prezidenti Antoni İden idi. «Keçmiş torilər» arasında etiraz dalğası 
olmasına baxmayaraq Vulton inadkarlıqla təklif etdi ki, partiyanın 
hər il keçirilən konfranslarında və partiya rəhbərliyində kişilər və 
qadınların eyni səviyyədə  iştirakı prinsipinə  əməl edilsin. 1947-ci 
 
254
ildə ilk dəfə partiyanın tarixində  Mərkəzi  Şuranın agentliyi postuna 
qadın təyin edildi. Çörçill partiya maşınını yenidənqurma 
təşəbbüsünü irəli sürərkən öz ətrafında partiyanın gələcək 
ideoloqlarını toplamağa çalışırdı. Onun seçimi H.Makmillan və 
R.Batleri qurban verdi. Gənc «torilər»in liderləri də Çörçilin 
ətrafında rəhbərlikdə öz mövqelərini möhkəmləndirməyin tərəfdarı 
idilər. 1946-cı ildə mühafizəkarların konfransında  əsas məsələ 
partiyanın proqramını  təzələməyin prinsipləri haqqında idi. Çörçilin 
təsiri altında «yeni mühafizəkarlar» daha çox barışdırıcılıq yolunu 
seçdilər. Çörçill müasir cəmiyyətin reallıqları baxımından çıxış 
edərək partiyanın strateji quruculuğunu  əsaslandırdı.O, qətiyyətlə 
dövlət tənzimlənməsi  əsasında leyborist islahatçılığına qarşı  çıxdı. 
Bütün cəmiyyətin rifahı üçün məsələləri həll etməkdən ötrü «xüsusi 
mülkiyyətin demokratiyası» sisteminin daha səmərəli olduğu 
göstərildi. Sonrakı iki ildə «yeni mühafizəkarlar»ın barışdırıcı variant 
ideyaları mühafizəkarlar partiyasının bütün proqram sənədlərində öz 
əksini tapdı. Onların hazırladıqları «Sənaye xartiyası»nda xüsusi 
mülkiyyətin və bazar münasibətlərinin daim qiymətliliyi 
əsaslandırılırdı. Bununla bərabər iqtisadiyyatın dövlət 
tənzimlənməsinin də praktikasının qismən saxlanılması  məqsədə-
uyğun hesab edilirdi. Xartiyada bir sıra müəssisə və sahələrin dövlət 
mülkiyyəti kimi saxlanılmasının məqsədəuyğunluğu göstərilməklə 
yanaşı, leyboristlərin geniş miqyasda həyata keçirdikləri 
milliləşdirməyə yenidən baxılmasının zəruriliyi qeyd edilirdi. 
İqtisadiyyatın milliləşdirilmiş sahələri ilə xüsusi formaları arasında 
ədalətli rəqabətin təmin edilməsi  şəraitində bu məsələyə yenidən 
baxılmalı idi. Partiyanın imicinin uğurla dəyişməsi, bütün təşkilat 
imkanlarının səfərbərliyə alınması, 
ən başlıcası ideoloji 
platformadakı əsaslı düzəlişlər mühafizəkarlara favorit rolunda 1950-
ci il seçkilərinə getməyə  şərait yaratdı. 1950-ci ilin yanvarında  
onların «uzun yol budur» adı altında seçki manifesti nəşr edildi. O, 
«yeni mühafizəkarlığ»ın  əsas prinsiplərini özündə  əks etdirirdi. 
Mühafizəkarların mühüm qələbələrindən biri 1950-ci il seçkiqabağı 
kampaniyada liberallarla yaxınlaşmaları oldu. 60-a qədər seçki 
dairəsində onlar birgə mühafizəkar-liberal hərəkat komitələri 
yaratdılar. Onlar icmalar palatasına əlavə seçkilərdə iki partiyadan bir 
namizəd irəli sürdülər. Leyboristlər partiyası bu iki partiyanın 
əməkdaşlığına əsaslanan müxalifətə qarşı dayana bilmədi. 1945-ci il 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə