Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

 
239 
inkişafı sahəsində  də bir sıra yenidənqurma işləri görüldü. 1944-cü 
ilin əvvəllərində 14-15 yaşlı uşaqların xalq təhsili ilə təmin edilməsi 
haqqında parlament qanun qəbul etdi. Bir çox ingilis fəhlələri 
müharibə dövründə kömür sənayesinin milliləşdirilməsini tələb 
edirdilər. Lakin həmkarlar ittifaqlarının və leyboristlər partiyasının 
rəhbərləri bu tələbə qarşı  çıxdılar. Avtomobil, dəmiryolu, daxili su 
nəqliyyatının milliləşdirilməsi məsələsi də  fəhlələr tərəfindən irəli 
sürülsə də öz real həllini tapmadı.  
Müharibənin sonuna yaxın  İngiltərənin özündə daxili siyasi 
problemlər meydana çıxdı.  Ən mühüm problemlərdən biri 
müharibədən sonrakı yenidənqurma problemi idi. Hələ 1943-cü ilin 
noyabrında  İngiltərənin sağ dairələri faşist Mas Şnin və onun 
tərəfdarlarının həbsdən azad olunmasına nail oldular. Lakin 
İngiltərənin xalq kütlələri ölkənin iqtisadi həyatının yenidən 
qurulmasını, iqtisadiyyatın demokratikləşdirilməsini tələb edirdilər. 
1945-ci ilin yanvarında həmkarlar ittifaqlarının dünya konqresi 
keçirildi. Bu konqresdə Ümumdünya həmkarlar ittifaqı 
konfederasiyası yaradıldı.  
Müharibə dövrünün şəraiti ilə  əlaqədar olaraq İngiltərədə 
parlament seçkiləri keçirilmədi və o, müharibənin sonuna qədər 
təxirə salındı. 1945-ci ilin  mayın 24-də Çörçill elan etdi ki, 
koalisiyalı hökumət istefaya gedir və  iyunun 15-də icmalar palatası 
buraxılır. 1945-ci ilin  iyulun 5-də parlamentə seçkilər elan olundu. 
Iyulun 26-da isə  nəticələr elan edilməli idi. Həmin seçkilər 
nəticəsində Leyboristlər partiyası  qələbə qazandı. Klement Ettlinin 
başçılığı ilə yeni hökumət təşkil olundu.  
 
BÖYÜK BRİTANİYA 1945 – 1951-ci İLLƏRDƏ 
 
              İkincə Dünya müharibəsində  İngiltərəyə  dəyən zərər SSRİ 
və Fransa ilə müqayisədə xeyli az idi. Hava bombardımanı 
İngiltərənin sənaye mərkəzlərinə böyük ziyan vursa da, onun sənaye 
potensialını o qədər də azaltmadı.  İngiltərənin insan itkisi 244 723 
nəfər oldu, 277 990 nəfər yaralandı, 50 039 nəfər itkin düşdü. İnsan 
itkisi Birinci Dünya müharibəsi ilə müqayisədə dörd dəfə az idi. 
              Bununla 
belə, 
İkinci Dünya müharibəsi ingilis 
imperializminin iqtisadi və siyasi mövqeyinin daha da zəifləməsi ilə 
nəticələndi.  İngiltərə müharibəyə 25,2 mlrd.f.st. xərc çəkdi. Onun 
 
240
dövlət borcları 1939-cu ildəki 7247,3 mln.f.st-dən 1945-ci ildə 
21 473,1 mln.f.st-ə çatdı. 
              İngiltərənin hərbi itkisi 3000 mln.f.st-ə bərabər idi. Bundan 
başqa,  İngiltərə müharibə dövründə ona Şimali Amerikadan 
göndərilmiş 1000 mln.f.st-dən artıq qiyməti olan hərbi materialların 
da xərcini ödəməli idi. Onun digər dövlətlərə də 3000 mln.f.st. borcu 
vardı. 
              Müharibə  nəticəsində  İngiltərənin sənaye məhsullarının 
ümumi həcmi 1937-ci il səviyyəsinin cəmi 90%-ni təşkil edirdi. İxrac 
69 %-ə qədər azaldı. O, Cənubi Amerika, Kanada və Uzaq və Yaxın 
Şərqdə Avropa və  Cənub-Şərqi Asiyada öz mövqelərini ABŞ-a 
verməli oldu. Bütün bunlar isə büdcə  kəsirinin müharibə  ərzində 
4000 mln.f.st. olmasına səbəb oldu. 
              Müharibə  nəticəsində bir sıra ölkələrin kapitalizm 
sistemindən qopub-ayrılması başlıca kapitalist dövlətlərinin, xüsusilə 
İngiltərənin dünya resurslarından istifadə imkanını azaltdı. Dünya 
bazarında İngiltərənin öz mallarını artırmaq imkanları çətinləşdi. 
              İkinci dünya müharibəsindən sonra müstəmləkələrdə 
başlanan milli-azadlıq hərəkatları  İngiltərəyə daha çox toxundu. 
Müstəmləkə  və dominionlarla  İngiltərənin  əlaqələri zəiflədi. 
Dominionların sürətli inkişafı, onların müstəqilliyini artırdı. 
Həmçinin, ABŞ-ın  İngiltərənin dominionlarına müdaxiləsi də 
gücləndi. 
              Xarici siyasət sahəsində də İngiltərənin beynəlxalq mövqeyi 
zəiflədi. İngiltərə ABŞ-a tabe vəziyyətə düşdü. 
              Müharibə illərində  İngiltərənin vəziyyətində ciddi hərbi-
strateji dəyişikliklər baş verdi. Müharibə dövründə ingilis xalqı 
faşistlərə qarşı igidliklə vuruşsa da, İngiltərə Avropada Hitlet 
təcavüzünə qarşı dayana bilmədi. Avstraliya və Yeni Zelandiyanı 
Yaponiyanın təcavüzü təhlükəsindən təkbaşına müdafiə etməyi 
bacarmadı. Sakit okeanda ingilis donanmasının hərbi əməliyyatlarına 
rəhbərlik ABŞ komandanlığının  əlində idi. Bir sözlə,  İkinci dünya 
müharibəsi nəticəsində  İngiltərənin hərbi-strateji mövqeyi ciddi 
şəkildə pisləşdi. Müharibə  İngiltərənin Avropada strateji mövqeyini 
zəiflətdi. Atom silahının kəşfi də onun Avropada mövqeyinə təsirsiz 
qalmadı. 
              Müharibə 
İngiltərədə istehsalın və kapitalın 
təmərküzləşməsini, yeni inhisar birliklərinin əmələ gəlməsi prosesini 


 
241 
gücləndirdi. Dövlət tam mənasında inhisarlardan asılı  vəziyyətə 
düşdü. Rəsmi məlumatlara görə İngiltərə inhisarçılarının gəliri 1938-
ci ildəki 1368 mln.f.st-dən 1945-ci ildə 2390 mln.f.st-ə çatdı. 
              Müharibə ölkədə sinfi qüvvələrin nisbətində də əhəmiyyətli 
dəyişikliklər yaratdı.  İri burjuaziyanın mənafeyini müdafiə edən 
mühafizəkarlar partiyasının nüfuzu bir qədər azaldı, leyboristlər 
partiyasının mövqeyi möhkəmləndi. 
              Müharibənin  İngiltərə üçün mühüm nəticələrindən biri də 
onun bu dövrdə SSRİ, ABŞ, Fransa və Çinlə mühüm beynəlxalq 
müqavilələr bağlaması idi. Bu sazişlər müharibədən sonra dünyanın 
ədalətli, demokratik quruluşunda birgə  səylərin birləşdirilməsini 
nəzərdə tuturdu. 
              Müharibədən sonra İngiltərənin xarici kapital qoyuluşundan, 
gəmiçilikdən və beynəlxalq maliyyə  əməliyyatlarından aldığı  gəlir 
onun xarici xərclərini ödəyə bilmirdi. Ölkənin gəliri azaldı, xərcləri 
isə çoxaldı.  Əgər  İngiltərə müharibədən  əvvəl xaricə kapital 
qoyuluşundan 175 mln.f.st. gəlir əldə edirdisə, 1946-cı ildə bu rəqəm 
73 mln.f.st-ə, 1951-ci ildə isə  120 mln f.st-ə endi. Ticarət gəmiçiliyi 
də müharibədən sonrakı illərdə az gəlir verməyə başladı.  Əgər 
müharibədən əvvəl bu sahədən 105,6 mln.f.st. gəlir gəlirdisə, 1946-cı 
ildə bu cəmi 29 mln.f.st. idi. Sonrakı illərdə bu gəlir yenidən bir 
qədər artdı. 
              Müharibədən sonrakı dövrdə büdcə  kəsiri ingilis 
iqtisadiyyatının xroniki xəstəliyi idi. Bunun da əsas səbəblərindən 
biri idxalın ixracı üstələməsi idi. Digər səbəblərdən biri İngiltərə 
hakim dairələrinin öz xərclərini daim xaricdən gələn gəlirin hesabına 
qurmaq istəmələri, istehsal avadanlığının təzələnməsinə diqqət 
verməmələri idi. Səbəblərdən biri də dolların çatışmamasının başlıca 
amil olması idi. Çünki müharibədən sonra dollar əsas valyutası olan 
ölkələrin İngiltərəyə idxalının həcmi kəskin surətdə artdı. Əgər 1938-
ci ildə  İngiltərəyə  Qərb yarımkürəsindən idxal 32% təşkil edirdisə, 
1947-ci ildə bu rəqəm 46% idi. 
              İngiltərə hökuməti vəziyyətdən çıxış yolunu xarici 
dövlətlərdən, ilk növbədə ABŞ-dan kredit almaqla görürdü. Bu isə 
ölkənin milli mənafeyinə uyğun deyildi. 
              Leyborist  hökumətinin siyasəti ingilis iri burjuaziyasının 
mənayefi nəzərə alınaraq aparılırdı. 1945-ci ilin avqustun 21-də ABŞ 
gözlənilmədən bildirdi ki, lend-liz  üzrə    İngiltərəyə mal 
 
242
göndərilməsini dayandırır. Bu, əslində İngiltərəyə qarşı ABŞ-ın dost 
kimi etmədiyi bir jest idi. Burada ABŞ-ın  əslində  əsas məqsədi 
başlıca beynəlxalq  bazarları öz nəzarəti altına almaq idi. 
              Leyborist  hökuməti dərhal ABŞ-la iqtisadi və maliyyə 
məsələləri ilə  əlaqədar danışıqlara başladı. 1945-ci ilin dekabrında 
İngiltərə ilə ABŞ arasında maliyyə sazişi bağlandı. Bu sazişə əsasən 
İngiltərə lend-liz əsasında mal göndərilməsinə görə ABŞ-a 650 
milyon dollar ödəməli idi. ABŞ-ın isə  İngiltərəyə 3750 mln.dollar 
formasında verirdi. Bu kreditin 5 il müddətinə – 1946-1951-ci illərdə 
kredit verməsi nəzərdə tutulurdu. Birinci altı il müddətində ABŞ-a 
İngiltərə heç nə verməməli idi. Sonrakı illərdə isə 2% əlavə verməklə 
50 il müddətinə krediti ödəməli idi. İngiltərə həmçinin funt sterlinqin 
dollara sərbəst dəyişməsinə də icazə verirdi. 
              Saziş  İngiltərənin nəinki mütərəqqi adamları, hətta hakim 
dairələrin  əksər nümayəndələri tərəfindən də narazılıqla qarşılandı. 
ABŞ-ın sazişi təsdiq etməyi uzatması  İngiltərə hökumətini məcbur 
etdi ki, kömək üçün Kanadaya müraciət etsin. İngiltərə ilə Kanada 
arasında 1946-cı ilin martın 7-də bağlanan sazişə əsasən İngiltərənin 
1939-cu ilin sentyabrın 3-dən 1946-cı ilin martın 1-ə qədər Kanadaya 
istiqrazla olan bütün borcları  ləgv edildi. Lakin İngiltərə aldığı 150 
milyon Kanada dollarını qaytarmalı idi. Kanada İngiltərəyə yenidən 
1250 mln.Kanada dolları  həcmində yeni istiqraz verməyi öhdəsinə 
götürdü. Kanadanın verdiyi istiqrazlar imkan verdi ki, ABŞ 
prezidenti Trumen ingilis-amerikan sazişini 1946-cı ilin  iyulun 15-də 
təsdiq edənə qədər öz büdcə kəsrini ört-basdır etməyi bacarsın. 
              1946-cı ilin yayında ABŞ-ın qiymətlər üzərində  nəzarəti 
götürməsi ABŞ mallarının qiymətinin qalxmasına səbəb oldu. Bu isə 
İngiltərə üçün ABŞ istiqrazlarının real qiymətinin 28% aşağı 
düşməsinə  səbəb oldu. 1947-ci ilin avqustun 21-də  İngiltərə 
hökuməti funtun dollara sərbəst mübadiləsini dayandırdı. 1947-ci ilin 
maliyyə böhranı  İngiltərə hökumətini məcbur etdi ki, idxalı ixtisar 
etsin. Ölkədəki maliyyə böhranı hökumətin təşkilində  də 
dəyişikliklərə səbəb oldu. Maliyyə naziri Dalton istefa verdi.  Kripps 
onun yerini tutdu. 
              1947-ci  ilin  iyunun  5-də ABŞ-ın dövlət katibi Marşall 
Harvard universitetindəki çıxışında bildirdi ki, Avropa ölkələrindəki 
iqtisadi çətinliklər ABŞ üçün də  təhlükəlidir və böhrana səbəb ola 
bilər. Bu plandan məqsəd həm də  Qərbi Avropada kapitalizmin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə