Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə58/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

 
231 
çatdı. Kanadadan 1941-ci ildə 470 min adam, Avstraliyadan isə 90 
min adam İngiltərənin tərəfində müharibədə  iştirak edirdi. 
Müharibənin ilk ilində Hindistanda insan və material ehtiyatlarının 
səfərbərliyə alınması  İngiltərənin siyasəti üzündən ciddi maneələrə 
rast gəldi. Bütün İngiltərənin iqtisadiyyatının müharibə üçün 
səfərbərliyə alınması inhisarçıların maraqlarına təsir etdi. İnhisarlar 
hökumətin sifarişlərini yerinə yetirməyə başladılar.  İngilis 
inhisarçıları bütün  güclərini ona sərf edirdilər ki, müharibədən 
maksimum qazanc əldə etsinlər. İngiltərə fəhlə sinfi müharibənin ilk 
ilində müharibə  ərəfəsində olduğundan daha pis yaşayırdılar.  Əmək 
şəraiti kəskin pisləşdi. 1940-cı ildə iş günü 12 saat və daha artıq oldu. 
İş həftəsi isə 72 saata və 7 günə çatdırıldı. İstirahətsiz işləmək fəhlə 
sinfinin qüvvəsini zəiflətdi. Ona görə  də daha az məhsul istehsal 
olundu. Bunun qarşısını almaq üçün hökumət bu işə qarışmalı oldu. 
Rəsmi hökumət orqanı – sənaye  fəhlələrinin sağlamlıq problemini 
öyrənən büro təşkil edildi. İş gününün uzadılması  və  əməyin 
insentifikasiya edilməsi fəhlələr arasında bədbəxt hadisələrin də 
sayını çoxaltmışdı.  Əgər 1938-ci ildə 179 min adam  istehsalatda 
bədbəxt hadisə ilə qarşılaşmış və ondan 944 adam ölmüşdüsə, 1941-
ci ildə 269 min adam bədbəxt hadisə ilə qarşılaşmış  və 1646 adam 
ölmüşdü. Fəhlə sinfi belə  şəraitdə  işləməsinə baxmayaraq onların 
əmək haqqı müharibə  ərəfəsində olduğuna nisbətən aşağı idi. 
İngiltərə iqtisadçısı Nikolson hesablamışdı ki, xalis əmək haqqı 
1938-ci ilə nisbətən 1940-cı ildə 4%, 1941-ci ildə isə 11% aşağı 
düşmüşdü.  İnhisarçılar ingilis fəhlə sinfinin vətənpərvərlik 
hisslərindən istifadə edərək öz gəlirlərini artırdılar və  fəhlə sinfinin 
real  əmək haqqına hücuma keçdilər. Rəsmi məlumata görə 
inhisarçıların gəlirləri 1938-ci ildəki 1368 min funt sterlinqlə 
müqayisədə 1941-ci ildə 2190 min funt sterlinq oldu.  
Fəhlə sinfinin əmək haqqının aşağı düşməsi və  iş gününün 
uzadılması müharibənin ilk günündə onun narazılığının artmasına 
səbəb oldu. İngiltərə  zəhmətkeşləri Hitler təcavüzünə qarşı 
mübarizəni ədalətli iş hesab edirdi. Məhz buna görə də İngiltərə xalqı 
igidliklə müharibənin bütün ağırlığını öz çiynində  çəkməyə razı idi. 
Bu xalq Hitlerə imkan vermədi ki, onun iradəsini sındıra bilsin. Bu 
xalqın iradəsini nə hava hücumları, nə Britaniya adasına soxulmaq 
təhlükəsi, nə də aclıq blokadası təhlükəsi sındıra bildi. Bununla belə 
ingilis zəhmətkeşləri görürdülər ki, İngiltərənin hakim dairələri 
 
232
müharibədə imperialist məqsəd güdür və Çemberlen və Çörçill 
hökumətinin siyasəti də buna xidmət edir. Həmçinin zəhmətkeşlər 
bunu da görürdülər ki, kapitalistlər müharibədən fəhlə sinfini istismar 
etmək üçün istifadə edirlər və  fəhlənin həyat səviyyəsini aşağı 
salmaqla öz gəlirlərini artırırlar. Belə şəraitdə İngiltərə fəhlə sinfi iki 
xətt üzrə mübarizə aparırdı: 
1.  Onlar faşistlərə qarşı mübarizəni kəsmək və Sovet 
İttifaqına qarşı mübarizəyə başlamaq haqqında  İngiltərə 
hakim dairələrinin mövqeyinə qarşı idilər.  
2.  Onlar inhisarların müharibədən istifadə edərək öz 
gəlirlərini artırmaq və müharibənin bütün ağırlığını fəhlə 
sinfinin üzərinə qoymaq məqsədinin əleyhinə idilər.  
Müharibənin 1939-1941-ci illəri əhatə edən birinci dövründə 
faşizmə qarşı  mübarizə xüsusən güclü vüsət aldı.  
1939-1941-ci illərdə 
tətillərin qadağan edilməsinə 
baxmayaraq fəhlə sinfi öz həyat səviyyəsini qorumaq uğrunda 
mübarizəni davam etdirirdi. İlk 3 ayda 40-a qədər yerli əhəmiyyət 
daşıyan tətillər oldu. 1940-cı ildə iş gününün uzadılması nəticəsində 
yenidən tətillər artmağa başladı. Həmkarlar ittifaqlarının və 
leyboristlər partiyasının üzvləri, tredyunionların liderləri hakim 
dairələrlə  əməkdaşlığa qarşı  çıxdılar. Onlar göstərirdilər ki, ingilis 
bujuaziyasının mənafeyini, fəhlə sinfinin həyat səviyyəsinin aşağı 
salmaq hesabına müdafiə etmək lazım deyildir. Leyboristlər partiyası 
1940-cı ildə olan konfransında aşağı  təşkilatların ona göndərdiyi 
qətnamə layihələrini müzakirə etdi. Həmin layihələrdə göstərilirdi ki, 
leyboristlər partiyası ölkədəki digər siyasi təşkilatlarla siyasi barışığa 
girməlidir. Yoxsullar komitəsi 1941-ci ilin yanvarında Londonda 
xalq konventi çağırmaq təşəbbüsü ilə çıxış etdi. Həmkarlar ittifaqının 
və kooperativ hərakatın 500 nümayəndəsi,  şop-stüartların 
nümayəndələri, yerli özünüidarənin üzvləri, alimlər, hüquqşünaslar 
və artistlər 1940-cı ilin sentyabrında “İngilis xalqına müraciət” adlı 
sənəd imzaladılar.  Həmin sənəddə xalq konventini təşkil etmək təklif 
olunurdu. 1941-ci ilin  yanvarın 12-də Londоnda 2234 nümayəndə-
nin iştirakı ilə xalq konventi açıldı. Konvent geniş xalq kütlələrinin, 
İngiltərə kökumətinin daxili və xarici siyasətinə qarşı güclü etirazın 
nümayişi oldu. Koventin proqramının yerinə yetirilməsi  İngiltərə 
hökumətinin fəaliyyətinə böyük təsir göstərdi. Təsadüfü deyildi ki, 
1941-ci ilin iyununda Londonda olmuş amerikalı jurnalist Ralf 


 
233 
İnqellas yazırdı ki, İngiltərə hökumətinin vəziyyəti elədir ki, o 
hadisələrə deyil, hadisələr ona istiqamət verir. Həm də bu sadəcə 
olaraq xarici siyasi hadisələr deyil, həm də  İngiltrənin özündə baş 
verən hadisələrdir. O zamanki hökumət üzvlərinin hər biri etiraf 
edirdi ki, onlara bunlar istiqamət verir.  
Müharibə dövründə  İngiltərənin istehsal qüdrəti xeyli 
dərəcədə artdı. Bir milyard funt kapital sənayeyə, başlıca olaraq isə 
hərbi sənayeyə qoyuldu. Fəaliyyətdə olan müəssisələrin bir çoxunda 
yeni sexlər təşkil edildi. Bu tədbirlər  ən çox maşınqayırma 
sənayesində  həyata keçirildi. Demək olar ki, bütün kapital 
qoyuluşunun 70%-i maşıınqayırma, aviasiya, gəmiqayırma, silah 
istehsalı, elektrotexnika sənayesinə qoyuldu. Həmçinin sənaye 
sahələrinin mərkəzləşməsi sahəsində də mühüm işlər görüldü. Mülki 
sənaye sahələri hərbi sənaye üzrə  mərkəzləşdi. Toxuculuq, kağız, 
ayaqqabı, şüşə sənayesi, fotoaparatura, oyuncaq, parfümeriya, idman 
ləvazimatı, zərgərlik məmulatı  sənayelərinin də  mərkəzləşməsi üzə 
çıxdı. Bu isə o sahədəki işçilərin bir çoxunun hərbi sənayeyə  cəlb 
edilməsinə imkan verdi. İngiltərədə silah istehsalı  ən yüksək 
səviyyəsinə 1943-cü ildə çatdı. Müharibə dövründə  İngiltərədə 131 
min təyyarə, 264 min aviamotor, 25 min tank, 300 mindən çox 
pulemyot, 160 milyon artileriya qurğusu, 8,3 milyard patron, 1 
milyona yaxın avtobomba istehsal edilmişdir.  
İngiltərə  sənayesi müharibə illərində son dərəcə qeyri-
bərabər inkişaf edirdi. Mexanikləşmənin rolunun son dərəcə artması 
maşınqayırma sənayesinin inkişafına son dərəcə diqqət yetirilməsinə 
gətirib çıxartdı. Xüsusi poladların buraxılışı artdı. Yüngül metallar, 
kimyəvi məhsullar daha çox istehsal edilməyə başladı. Elektirk 
enerjisinə  təlabat gücləndi. Eyni zamanda bu enerjinin əsas hissəsi 
sənayeyə  sərf olunmağa başladı. Maşınqayırma sənayesində  ən çox 
dəzgaqayırma, aviasiya sənayesinə, gəmiqayırma, nəqliyyat 
vasitlələri islehsalına diqqət verildi. Elektrosənaye və rabitə vasitələri 
istehsalı daha çox artdı. Müharibə illərində  İngiltərədə 15 min 
aviasiya sənayesi müəssisəsi vardı. Burada 2 milyon fəhlə  və 
qulluqçu çalışırdı. Gəmiqayırma sənayesinin işi müharibədən əvvəlki 
illə müqayisədə 60-70% artdı. 1939-cu ilə 1945-ci il arasında kimya 
sənayesinin inkişafı daha da sürətləndi. Bu sahədə işləyən fəhlələrin 
sayı 286 mindən 550 min adama çatdı. Elektrik enerjisi istehsalı 
1939-cu ildəki 27733 milyon kilovatt saatdan 1944-cü ildə 39649 
 
234
milyon kilovatt saata çatdı.  İngiltərə metallurgiyası öz məhsullarını 
İkinci dünya müharibəsi dövründə artırmadı. 1944-cü ildə çuqun 
istehsalı 6737 min ton idi ki, bu da 1937-ci il səviyyəsindən xeyli 
aşağı idi. 1937-ci ildə İngiltərənin çuqun istehsalı 8493 ton idi. Polad 
istehsalı da xeyli ixtisar edildi. Məsələn:  əgər 1939-cu ildə 13,2 
milyon ton polad istehsal edilirdisə, 1945-ci ildə 11,8 milyon ton 
polad istehsal edilirdi. Buna səbəb çuqun və lomun çatışmaması idi.  
Müharibə İngiltərədə dövlət-inhisarçı kapitalizmin inkişafını 
irəlilətdi. Müharibə dövründə dövlət aparatının  İngiltərə 
inhisarçılarından asılılığı gücləndi.  İnhisarçıların hakimiyyəti  həm 
iqtisadi cəhətdən, həm də ölkənin siyasi həyatında  əhəmiyyətli 
dərəcədə gücləndi. Bu isə  nəticədə istehsalın və kapitalın 
təmərküzləşməsini və  mərkəzləşməsini artırdı.  İri inhisarlar Ikinci 
dünya müharibəsində dövlətin təşkil etdiyi əsas ingilis iqtisadi 
orqanlarını öz əllərində saxlayırdılar.  İstehsalat Nazirliyi, Aviasiya 
sənayesi Nazirliyi, İqtisadi müharibə Nazirliyi, Təchizat Nazirliyi
Hərbi nəqliyyat Nazirliyi, İş  və quruculuq Nazirliyi müharibə 
dövründə xüsusi olaraq ölkənin iqtisadi həyatını idarə etmək üçün 
yaradılmışdı. Bu nazirliklərə  rəhbərlik edənlər – Oliver Lidltlon, 
Llevelis, Endro, Dunkan, Sandro, Biverbrik, Lord Vulton və 
başqaları, həm dövlət aparatının başçıları, həm də  İngiltərənin iri 
inhisarçılarının nümayəndələri idilər.  
İnhisarlar öz əllərində dövlət hakimiyyətinin olmasından 
istifadə edərək iqtisadi və siyasi mövqelərini möhkəmləndirərək, 
xırda və orta müəssisələri aradan qaldırmaq, istehsalı  və kapitalı 
təmərküzləşdirməyi gücləndirmək məqsədi daşıyırdılar.  İnhisarlar 
hərbi sifarişlər qəbul etməklə çoxlu gəlir  əldə edərək özləri üçün 
əlverişli  şərait yaratmış oldular. Bir sözlə, müharibədən gələn 
gəlirlər, ölkənin milli gəlirini artırmağa, xalqın vəziyyətini 
yaxşılaşdırmağa deyil, inhisarçıların cibinə axırdı.  
Bütün bunların  əvəzində isə  İngiltərənin dövlət borcları 
1938-ci ildəki 7,1 milyard funt sterlinqdən artaraq 1945-ci ildə 21,4 
milyard funt-sterliqə çatdı. Bu isə 1938 ci illə müqayisədə 3 dəfə çox 
idi.  İkinci Dünya müharibəsi köklü sürətdə  əmək bazarında da 
dəyişikliklərə səbəb oldu. Ordu və hərbi sənaye daha çox adam tələb  
edirdi.  İngiltərədə  fəhlə sinfi işçi qüvvəsi problemi vaxtı ilə  işdən 
azad edilmiş işsizlər, əvvəllər işləməmiş adamlar, ən əsas isə qadınlar 
hesabına həll edilirdi. İş günü, iş vaxtı uzadılırdı. Milyondan artıq 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə