Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə57/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

 
227 
“sanitar kardonu” təşkil edilməli idi. Lakin 1943-cü ilin noyabrında 
olan Tehran konfransında ABŞ və İngiltərə SSRİ qarşısında öhdəlik 
götürdülər ki, 1944-cü ilin mayın 1-dən gec olmayaraqonlar ikinci 
cəbhəni Şimali Fransadan açacaqlar.  
1943-cü ilin yayında ingilis-amerikan qoşunları Afrikanı 
faşist qoşunlarından azad etdilər və 1943-cü ilin  iyunun 10-da 
Siciliya adasına çıxdılar. 1943-cü il avqustun 18-də onu tutdular. 
İtaliyanın cənubunu tutduqdan sonra burada Bodulyonun başçılığı ilə 
yeni hökumət yaradıldı. 1943-cü il sentyabrın 3-ündə  İtaliya təslim 
oldu. 1943-cü ilin  oktyabrın 13-də İtaliya Almaniyaya müharibə elan 
etdi. 1944-cü il tarixə  həlledici qələbələr ili kimi daxil oldu. Sovet 
silahlı qüvvələrinin qələbəsi 1944-cü ilin  iyunun 6-da Şimali 
Fransada ikinci cəbhənin açılmasına gətirib çıxartdı. İngilis qoşunları 
Yunanıstanın, Belçikanın, Fransanın, və digər ölkələrin azad 
edilməsində iştirak etdilər.  
 
1944-cü ilin sonunda ingilis-amerikan qoşunlarının hücum 
əməliyyatının ləngidilməsindən istifadə edən alman komandanlığı 
Arden rayonunda əks hücuma keçərək, onları mühasirəyə aldı. Belə 
olduqda Çörçill SSRİ Ali baş komandanlığına kömək üçün müraciət 
etdi. 1945-ci ilin  yanvarın 12-də  Sovet ordusu 1200 km-lik Baltik 
dənizindən Karpat dağlarına qədər olan bir cəbhədə hücuma keçdi. 
Bu almanları məcbur etdi ki, Ardendəki qoşunların bir hissəsini şərq 
cəbhəsinə gətirsinlər. Bu müttəfiqlərin qoşunlarını xilas etdi.  
 1945-ci 
ilin 
fevralın 4-dən 12-ə  qədər Krımda Yaltada 3 
dövlət başçısının, yəni Çörçillin, Ruzveltin və Stalinin iştirakı ilə 
konfrans keçirildi. Konfransda əsas məsələ müharibədən sonra 
Almaniyanın taleyi məsələsi idi. Həmin konfransda İngiltərə və ABŞ  
çalışırdılar ki, alman xalqını öz təsirlərinə salmaq üçün Almaniya 
ərazisinin parçalanması haqqında qərar çıxarsınlar. Lakin SSRİ 
bunun qəti əleyhinə çıxdı.  
Krım konfransının qərarlarını 
İngiltərə hakim dairələri 
mürəkkəbləşmiş şəraitin təsiri altında qəbul etdilər. Onlar belə güman 
edirdilər ki, Çörçill Krım konfransının qərarları altından imza 
atmayacaq.  
Əslində Çörçill Krım konfranısının qərarları altından imza etməklə 
belə hesab edirdi ki, İngiltərə  və ABŞ, Almaniya və Yaponiyaya 
qarşı  axıra qədər uğurlu müharibə aparmaq üçün Sovet İttifaqının 
köməyinə ehtiyac hiss edirlər.  
 
228
 
1945-ci ilin  aprelin 16-da  Sovet ordusu Avropada 
müharibəni qurtarmaq üçün sonuncu əməliyyata başladı.  
 
Çörçill 1945-ci ilin aprel ayının 25-də Trumenə zəng edərək 
bildirdi ki, Hitler ona bildirmişdir ki, Almaniya  ABŞ  və  İngiltərə 
qarşısında təslim olmağa hazırdır. Onlar İsveç kralı Bernardın 
vasitəsi ilə danışıqlar aparmışdılar. 1954-cü ildə Çörçill özü açıq 
şəkildə etiraf etmişdi ki, müharibə qurtarqdıqdan dərhal sonra o, 
ingilis ordusunun baş komandanı Montohomeriyə  əmr etmişdir ki, 
diqqətlə  və  dəqiqliklə almanların silahını  yığıb anbarlarda 
yerləşdirsin. Bundan isə  məqsəd sovetlər hücuma yenidən keçəcəyi 
təqdirdə bu silahları almanlara təkrar paylamaq idi. 1945-ci il may 
ayının 2-də Berlin qarnizonu təslim oldu. 1945-ci ilin mayın 8-dən 9-
na keçən gecə  ABŞ, SSRİ,  İngiltərə  və Fransanın nümayəndələri 
qarşısında feldmarşal Keytel Almaniyanın danışıqsız təslim olmaq 
aktına qol çəkdi.  
Lakin müharibə Avropada sona yetsə  də, Sakit okean 
hövzəsində gedirdi. Uzaq Şərqdə müharbə 1945-ci il sentyabrın 2-də 
Yaponiyanın məğlubiyyəti ilə başa çatdı.  
Beləliklə altı il davam edən 61 dövlətin iştirak etdiyi 
müharibə antihitler koalisiyasının qələbəsi ilə başa çatdı.  


 
229 
 
İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ 
İNGİLTƏRƏNİN DAXİLİ VƏZİYYƏTİ 
 
İkinci dünya müharibəsinin başlanması    İngiltərə iqtisadiy-
yatının müharibə  şəraitinə uyğun  şəkildə qurulmasını  tələb edirdi. 
Lakin  İngilis inhisarları yenə çalışırdılar ki, nəinki öz əvvəlki 
gəlirlərini itirməsinlər, hətta daha çox qazansınlar.  Əmək  şəraiti 
kəskin şəraitdə pisləşdi. Hərbi sənaye ilə məшğul olan müəssisələrdə 
iş günü 12 saata çatdırıldı. Eyni zamanda iş həftəsi də uzadıldı. Yeddi 
günlük və 72 saatlıq iş  həftəsi tətbiq edildi. Lakin bütün bunlara 
baxmayaraq fəhlələrin məhsuldarlığı müharibədən  əvvəlkindən  də 
daha az idi, çünki onları bu ağır iş hədsiz zəiflədirdi.  
 1940-cı ilin birinci yarısından hərbi xərclər sürətlə artmağa 
başladı. Bu işsizliyin artmasına səbəb olurdu. 1939-cu ilin 
sentyabrında işsizlərin sayı 1 milyon 261 min nəfər idisə 1940-cı ilin 
birinci yarısında onların sayı 1 milyon 471 minə çatdı.  Topdansatış 
qiymətlər 1938-ci ildə 100 götürsək, 1939-cu ildə bu 101,4 idisə, 
1940-cı ildə 134,6, 1941-ci ildə 150,3 oldu.  Müharibənin başlanması 
digər ölkələrdə olduğu kimi İngiltərədə  də müxtəlif qanun və 
qərarların 1939-cu ilin avqustundan başlayaraq verilməsinə  səbəb 
oldu. Bu qanunlardan biri 1939-cu ilin avqustunda verilmiş fövqəladə 
səlahiyyətlər haqqında akt idi. Bu akt ictimai təhlükəsizliyi, ölkənin 
müdafiəsini, ictimai əsayişi təmin etməyi, müharibəni səmərəli 
aparmağı nəzərdə tuturdu. 1939-cu ilin 14 dekabrına qədər 60 akt və 
800 müxtəlif sərəncamlar verilmişdir ki, onlar ölkə  həyatının 
müxtəlif sahələrini nizama salmağa xidmət edirdi. Lakin bütün bu 
aktlardan  İngiltərə iqtisadiyyatını  hərbi istiqamətdə yenidən qurmaq 
üçün çox  zəif istifadə olunurdu  
 Ölkə daxilində Çörçillin əlində qeyri-məhdud hakimiyyət 
toplanmışdı. O, ilk anda hökumətin nəzdində beş  nəfərdən ibarət 
hərbi kabinet təşkil etmişdi. Hərbi kabinetin üzvləri Çörçill, Klementt 
Ettli, Artur Qrinvid, Nevil Çemberlen, Qalifaks idilər. Müharibənin 
gedişində hərbi kabinetin üzvləri artırıldı. Kabinet hər gün iclas edir 
və müharibənin gedişinə dair məsələləri müzakirə edirdi. Bundan 
başqa Çörçill 60-70 nəfərlik nazirlər heyətinə  də  rəhbərlik edirdi. 
Əslində Çörçill diktator kimi fəaliyyət göstərirdi. 1940-cı ilin  mayın 
22-də hökumət parlament vasitəsilə fövqaladə səlahiyyətlər haqqında 
 
230
qanun qəbul edildi  ki, bu qanuna görə baş nazir bütün səlahiyytləri 
öz  əlində toplayırdı, həmçinin hökumət ölkənin iqtisadi həyatına, 
insan və material ehtiyatına nəzarət etmək hüququ alırdı. 22 may 
qanunundan sonra bir sıra qanunlar qəbul edildi ki, bunlar əslində 
müharibə dövründə  İngiltərə konstitusiyasını  təxirə salmaq  demək 
idi. Məsələn: 18 B fəramanına görə daxili işlər nazirinə icazə verilirdi 
ki, istənilən şəxsi günahını elan etmədən və məhkəməsiz tutsun. 2 D 
fərmanına görə isə istənilən qəzet məhkəməsiz bağlana bilərdi. 
 1305-ci 
sərəncamə əsasən tətildə iştirak edən istənilən şəxsə 
cəza verilə bilərdi. O, cərimə oluna  və ya həbs oluna bilərdi. 
 
Çörçill 1941-ci ilin  yanvarın 22-də parlament qarşısındakı 
çıxışında fəhlə sinfinin ölkədə  əsas qüvvə olduğunu qeyd edirdi. 
Çörçill hökuməti 1940-cı ilin yayında qanun verdi ki, hərbi gəmilərin 
hamısı  hərbiyə  sərf edilməlidir.  İngiltərə hökumətinin ölkənin 
müdafiəsi üçün gördüyü tədbirlərdən biri də mülkü  özünümüdafiə 
dəstələrinin təşkili idi. Onları  dərhal qərb cəbhəsinə, alman 
qoşunlarına qarşı hücuma göndərirdilər. Bu dəstələrin tərkibində 17 
yaşdan 65 yaşına qədər Britaniya sakinləri iştirak edə bilərdi. 
Könüllülər hərbi forma və silahla təchiz edilirdilər. Könüllülərin 
dəstələrdə xidməti işdən ayrılaraq olmalı idi. 1941-ci ilin iyununda 
bu dəstələrin tərkibində 1 milyon 603 min döyüşçü var idi. Ölkənin 
iqtisadiyyatı müharibənin gedişinə uyğun qurulmağa başladı. Artıq 
ölkədə 1942-ci ildə 31 aviasiya zavodu fəaliyyət göstərirdi. 
Maşınqayırma zavodları hərbi zavodlara çevrildi.  
 
İngiltərə ilə eyni zamanda bütün Britaniya imperiyasına daxil 
olan dövlətlər də müharibə  vəziyyətində idi. Onların zəngin 
ehtiyatları  İngiltərənin apardığı müharibə üçün sərf olunurdu. 1939-
cu ilin  sentyabrın 3-də Yeni Zelandiya və Avstraliya, sentyabrın 5-də 
isə  Cənubi Afrika ittifaqı, sentyabrın 8-də Kanada Almaniyaya 
müharibə elan etdi. Lakin Cənubi Afrika ittifaqında bir sıra ixtilaflar 
meydana gəldiyinə görə Hersoq hökuməti istefaya getdi və 
hakimiyyətə Simesta hökuməti gəldi. Hindistanın vitse-kralı Lilint-
Qo  sentyabrın 3-də elan etdi ki, bu müharibədə İngiltərənin tərəfində 
iştirak edir. Dominionların iqtisadiyyatı da hərbi qaydada qurulmağa 
başladı.  Müharibə digər tərəfdən sənayenin inkişafını sürətləndirdi. 
Kanada sənayesinin istehsal indeksi 1935-1939-cu illə müqayisədə 
1941-ci ildə 177-yə çatdı. Avstraliyada hərbi xərclər əgər 1939-1940-
cı ildə 55 milyon funt idisə, 1940-41-ci ildə 410-414 milyon funta 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə