Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

 
247 
göstərmişdilər ki, bütün xalqların öz idarə formalarını seçməsi, 
istədikləri kimi yaşaması hüququna hörmət edirlər. Müharibə 
qurtardıqdan sonra müstəmləkə xalqları  həmin ölkələrdən bu 
prinsipin reallaşmasını  tələb edirdilər. 1945-ci ilin sentyabr-oktyabr 
aylarında  İngiltərə  və Avstraliya qoşunları  İndoneziyanın Yava və 
Sumatra adasına  İndoneziya xalqdlarının demokratik hərəkatını 
yatırtmaq üçün qoşun çıxartdılar. 
              İngiltərəni qorxudan İndoneziyadakı demokratik hərəkatın 
onun Asiyadakı müstəmləkələrinə  təsir etməsi təhlükəsi idi. Bütün 
müstəmləkə sisteminin zəifləməsindən qorxan İngiltərə Fransa, 
Hollandiya, ABŞ-da milli-azadlıq hərəkatlarına qarşı  mübarizəyə 
kömək edirdi. Lakin milli-azadlıq hərəkatının təsiri altında  İngiltərə 
Hindistan, Birma və Seylonda siyasi hakimiyyətdən imtina etməyə 
məcbur oldu. 
              1947-ci  ilin  iyunun  17-də  İngiltərə  parlamenti Hindistanın 
müstəqilliyi haqqında qanun qəbul etdi. Hindistan dini əlamətlərə 
görə dominion statusu alan iki dövlətə – Hindistan və Pakistana 
bölündü. Lakin bu hadisədən sonra da İngiltərənin iqtisadi 
mövqeyinin Hindistanda qüvvədə olduğunu neft sənayesinin 97%-
ində, dağ-mədən və kömür sənayesinin 73 %-ində ingilis kapitalının  
ağalıq etməsi sübut edirdi. İngilis dili hər iki dominionda rəsmi 
dövlət dili oldu. 1947-ci il oktyabrın 17-də Birma da dövlət 
müstəqilliyi aldı. 1947-ci ildə Seylon da dominion hüququ aldı. Əgər 
İngiltərə bu ölkələrdə milli- azadlıq hərəkatının vüsətindən qorxaraq 
güzəştə getdisə də, Malayya xalqının azadlıq hərəkatını silahlı yolla 
yatırtmaq yolunu tutdu. Qızıl Sahil, Uqanda, Nigeriyada da İngiltərə 
bu yolla getdi, Afrikada öz müstəmləkələrini saxlamağı bacardı. 
              İkinci Dünya müharibəsindən sonra dünya sosializmi 
sisteminin yaranması dünya kapitalizm sisteminə böyük bir zərbə idi. 
İngiltərənin hakim dairələri də digər qabaqcıl kapitalist ölkələrinin 
hakim dairələri kimi bütün dünyada kapitalın ağalığını bərpa etməyə 
çalışırdılar. Ona görə  də xarici siyasətin  əsas vəzifəsi sosialist 
dövlətlərinə, xalqların demokratik və milli-azadlıq hərəkatlarına qarşı 
mübarizə idi. İngiltərə  və ABŞ bu sahədə  səylərini birləşdirdilər. 
1946-cı ilin martın 5-də Çörçillin ABŞ-ın Fulton şəhərindəki çıxışı 
ilə dünyada qütbləşmənin və «soyuq müharibə»nin  əsası qoyulmuş 
oldu. Bu çıxışla  İngiltərə- ABŞ  hərbi-siyasi ittifaqının təşkilinin 
 
248
proqramı  rəsmiləşdirilmiş oldu. Çörçill göstərdi ki, «ruslar hər 
şeydən çox güclə, qüvvə ilə hesablaşırlar».  
              Neft  uğrunda  İngiltərə  və ABŞ arasında mübarizə ilk 
növbədə Yaxın və Orta Şərq üzərində gedirdi. Dünyasının  mühüm 
neft ehtiyatlarının 2/3 hissəsi burada toplanmışdı. Bu rayonda neft 
uğrunda mübarizədə  tezliklə ABŞ üstünlüyü ələ aldı. Əgər 1937-ci 
ildə burada İngiltərənin payı 76,8%, ABŞ-ın payı isə 13,1% idisə, 
1952-ci ildə  vəziyət artıq başqa cür idi: İngiltərənin payı 26,6%-ə 
düşdü, ABŞ-ın payı isə 64,5%-ə qalxdı. 
              Digər xammal növləri: kauçuk, yun, miss, qalay uğrunda da 
ABŞ-la  İngiltərə arasında mübarizə gücləndi. Ticarət gəmiçiliyi 
sahəsində də rəqabət artdı. Kapital qoyuluşunda da İngiltərə təxminən 
2 dəfə geri qalırdı. Müharibədən sonrakı illərdə dominionlarda da bir 
sıra tədbirlər görüldü. Məsələn, Kanadada vətəndaşlıq haqqında 
qanun qəbul edildi. Xüsusi Kanada bayrağı  qəbul edildi. «Britaniya 
millətlər birliyi», «Millətlər birliyi» termini ilə  əvəz edildi. 1949-cu 
ildə  İrlandiya Britaniya imperiyasının tərkibindən rəsmi surətdə 
çıxdığını bildirdi və  İrlandiya respublikasının yaradılması haqqında 
qanun qəbul etdi. İngiltərənin dominionlarla əlaqələri zəifləsə  də, 
ABŞ-ın müdaxiləsi təhlükəsi və müstəmləkələrdən gələn gəlirdən 
pay almaq istəyi onları İngiltərə ilə əlaqələri axıra qədər kəsməməyə 
məcbur edirdi. 
              İkinci dünya müharibəsindən sonra Avropada sülhün təmin 
edilməsində əsas rol oynayan Almaniya problemi idi. Bu çox mühüm 
beynəlxalq problem idi. Müharibədən sonra Almaniyanın 
parçalanmasında  İngiltərə  də    iştirak etdi. İngiltərə intisarçıları Rur 
iqtisadiyyatına öz təsirlərini gücləndirməyə çalışdılar. 1946-cı ilin 
dekabrında  İngiltərə ilə ABŞ arasında bağlanan sazişə  əsasən 
Bizoniya yaradıldı ki, bunun nəticəsində ABŞ  və  İngiltərə  işğal 
zonaları birləşdi. 1948-ci ildə Bizoniyaya Fransa işğal zonası da 
birləşdirildi. 1949-cu ildə onlar Almaniya Federativ respublikasının 
yaradıldığını elan etdilər. 1949-cu ilin oktyabrın 7-də sovet işğalı 
zonasında ADR yaradıldı. Almaniya parçalandı.  İngiltərə  və ABŞ 
AFR-i silahlandırmaq yolunu tutdular. 1950-ci ilin sentyabrında ABŞ 
və İngiltərə Qərbi Almaniyanın yenidən silahlanması haqqında qərar 
qəbul etdilər. Çörçilin çıxışı Trumen doktorinası ilə daha da 
təkmilləşdirildi. 


 
249 
              1946-cı ilin iyul-oktyabr aylarında olmuş Paris sülh 
konfransında  İngiltərə  də böyük və aparıcı dövlət kimi iştirak etdi. 
İngiltərə  və ABŞ Avropada demokratik dövlətlərin yaranmasına 
mane olmağı bacarmadılar. 
              Müharibədən sonra Almaniya və 
İtaliyanın 
məğlubiyyətindən İngiltərə özünün Avropada rəhbər rolunu bərqərar 
etmək niyyətində idi. Müharibədən sonra Fransanın zəifləməsi də 
onun xeyrinə idi. Bununla belə Fransa ilə münasibətləri səhmana 
salmaq xarici  siyasətdə mühüm rol oynayırdı. 1947-ci il martın 4-də 
İngiltərə ilə Fransa arasında Dyunkerkdə iki ölkə arasında ittifaq 
haqqında müqavilə bağlandı. Bu müqavilədə alman təcavüzü baş 
verərsə, birgə  əməkdaşlıq etmək də  nəzərdə tutulurdu. Bu müqavilə 
Şimali  Atlantika paktının və Qərb ittifaqının yaradılması yolunda ilk 
addım oldu. 1948-ci ilin martın 17-də  Qərbi Avropanın beş dövləti 
Brüssel müqavilələrinə imza etdilər. Əslində bu hərbi-siyasi blok ilk 
növbədə SSRİ-yə qarşı çevrilmişdi. Onun üzvləri  İngiltərə, Fransa, 
Belçika, Hollandiya, Lüksemburq idi. 
              1949-cu  ilin  aprelin  4-də Çörçilin Fultonda qərb 
dövlətlərinin ABŞ-ın  rəhbərliyi altında hərbi-siyasi ittifaq yaratmaq 
haqqında təklifinin reallaşması nəticəsi olaraq Şimali Atlantika paktı 
(NATO) yaradıldı.  İngiltərə  də onun üzvü oldu. Bununla belə, 
müharibədən sonra İngiltərə – ABŞ ziddiyyətləri daha da kəskinləşdi. 
Hərbi-sənaye potensialı cəhətdən ABŞ daha güclü idi. ABŞ-İngiltərə 
iqtisadi ziddiyyətlərində kapital, xammal və satış bazarları  uğrunda 
mübarizə mühüm rol oynayırdı. Müharibədən sonra da ABŞ çalışırdı 
ki, müharibə dövründə  əldə etdiyi özünün ticarət mövqeyini bütün 
gücü ilə  əlində saxlasın. Bu mübarizədə  İngiltərə müəyyən qədər 
müharibədən  əvvəlki səviyyəyə çata bildi. 1951-ci ildə  İngiltərə 
parlamentinin qəbul etdiyi qanuna əsasən 1951-ci ildə demokratik 
ölkələrlə mal mübadiləsi 1937-ci illə müqayisədə 6 dəfə azaldıldı. 
              İkinci Dünya  müharibəsindən sonra beynəlxalq şəraitdə baş 
verən dəyişikliklər nəticəsində dünya siyasətində Uzaq Şərq və 
Cənub-Şərqi Asiyanın rolu artdı.  İngiltərənin bu regionda nüfuzu 
Birinci dünya müharibəsindən sonra düşməyə başladı,  İkinci dünya 
müharibəsindən sonra isə daha da zəiflədi.  Əvəzində ABŞ-ın bu 
regionda fəallığı daha da artdı. Bununla belə İngiltərənin burada həm 
təbii sərvətlərlə  zəngin müstəmləkələrinin olması, həm də buradakı 
 
250
ölkələrlə, ilk növbədə Çinlə ticarət və iqtisadi əlaqələri onu bu 
regionda  öz təsirini artırmaq uğrunda mübarizəyə cəlb edirdi.  
              Çin  Xalq  Respublikası  təşkil edildikdən sonra ABŞ-dan 
fərqli olaraq İngiltərə 1950-ci ilin yanvarın 6-da onunla diplomatik 
əlaqələr yaratdı  və onu tanıdı. Hər iki dövlət Çində öz ticarət 
mövqelərini saxlamağa çalışırdılar.  İngiltərə 1950-ci ildə Koreya 
Xalq Demokratik respublikasına qarşı müdaxiləsi zamanı ABŞ-ın 
tərəfində  çıxış etdi. 
              İngiltərə Yaponiyaya münasibətlərdə ABŞ-ın siyasətini 
dəstəklədi. Nəticədə ABŞ Potsdam bəyannaməsini pozaraq Yaponiya 
ilə 1951-ci ilin sentyabrında qeyri-bərabər San-Fransisko sülhünü 
bağladı  və Yaponiya Uzaq Şərqdə ABŞ-ın  əsas hərbi bazasına 
çevrildi. 
              İngiltərə 1951-ci ilin sentyabrında ABŞ, Yeni Zelandiya və 
Avstraliyadan ibarət ANZYUZ adlı  hərbi blokun yaranması ilə  də 
razılaşmalı oldu. 
              İkinci dünya müharibəsindən sonra İngiltərənin Yaxın və 
Orta  Şərqə dair siyasəti bu ölkələrdəki milli-azadlıq hərəkatını 
yatırmağa, strateji əhəmiyyəti və  təbii sərvətlərlə  zəngin olan bu 
regionda  ABŞ-ın nüfuzunu zəiflətməyə doğru  yönəldilmişdi. 
Müharibədən sonra burada zəngin neft yataqlarının tapılması 
Yaxın və Orta Şərqin əhəmiyyətini daha da artırdı. 
              İngiltərə 1946-cı ilin martın 22-də Transiordaniyanı müstəqil 
krallıq kimi tanıdı. 
              Fələstin məsələsinə gəldikdə isə SSRİ 1947-ci ildə BMT-də 
təklif etdi ki, Fələstində İngiltərənin mandatı ləğv edilsin və orada iki 
millət – yəhudilər və  ərəblər çoxluq təşkil etdiyinə görə, yəhudi və 
ərəb dövləti yaradılsın. 1947-ci ilin noyabrında BMT Fələstində 
İngiltərə mandatının fəaliyyətini dayandırdı.  İngiltərə Misirdə ciddi 
məğlubiyyətə uğradı. Müharibədən dərhal sonra Misir xalqı 1936-cı 
ildə Misirlə  İngiltərə arasında bağlanmış qeyri-bərabər müqavilənin 
ləğv edilməsini və ölkədən ingilis qoşunlarının çıxarılmasını  tələb 
etdi. İngiltərə güc tətbiq etmək istəsə də, alınmadı. Kütlələrin milli-
azadlıq hərəkatının təsiri altında  İngiltərə parlamenti 1951-ci ilin 
oktyabrın 15-də 1936-cı il İngiltərə – Misir müqaviləsini ləğv etdi. 
Həmçinin  Sudan haqqında 1899-cu il konvensiyası da öz qüvvəsini 
itirmiş oldu. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə