Səmayə MƏMMƏD qızı mustafayeva


partiyasında bu zaman qruplaşma mövcud idi



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə52/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

 
207 
Liberallar partiyasında bu zaman qruplaşma mövcud idi. 
L.Corcun tərəfdarları “Milli hökumət”lə  əməkdaşlıq ideyasını  rədd 
edirdilər. Con Saymonun milli liberalları hökumətlə  əməkdaşlıq 
etməyə, Herbert Samuelin tərəfdarları isə əməli müxalifətdə qalmağa 
üstünlük verirdilər. Partiyanın yeni ideoloji platforması tarixçi 
professor Ramsey Myuar və iqtisadçı Con Keyns Meynardın 1928-ci 
ildə çap olunmuş “Britaniyanın sənaye gələcəyi” (bu əsərə  bəzən 
“Sarı kitab”da deyilir) adlı kitabı oldu. Onlar dövlətin geniş sosial 
siyasət yeritməsinin, istənilən forma və  təzahürləri ilə sosializmin 
əleyhinə  çıxaraq fərdin azadlığını  və  rəqabəti irəli sürürdülər. Buna 
görə dövlət cəmiyyətin inkişafının mexanizmlərini işləyib hazırlamalı 
idi. Bütün bunlar əslində “Keyniz inqilabı” olub “yeni kurs” 
mahiyyətini daşısa da, liberalların proqramı geniş  tərəfdar 
qazanmadı. 
Bolduin hökumətinin daxili siyasəti başlıca olaraq ölkə 
iqtisadiyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin 
həyata keçirdiyi geniş iqtisadi və sosial tədbirlər nəticəsində 
iqtisadiyyat sağlamlaşmağa başladı. Sənaye və  kənd təsərrüfatında 
yüksəliş  əldə edildi. Əmək məhsuldarlığı 1932-37-ci illərdə 20% 
artdı. İqtisadi yüksəliş 1937-ci ilədək davam etdi. İşsizliyin səviyyəsi 
aşağı düşdü.  Əgər 1934-cü ildə ölkədə  işsizlərin sayı 2 mln. nəfər 
idisə, 1935-37-ci illərdə 1,7 mln. nəfər oldu. 
Parlamentin hələ 1934-cü ildə  qəbul etdiyi işsizlərə yardım 
verilməsi haqqında qanun uğurla tətbiq edildi. 1936-cı ildə isə ictimai 
qayda-qanun haqqında qanunlar qəbul edildi. Bununla belə, 
hakimiyyətin yuxarı dairələri arasında narazılıqlar da hökm sürürdü. 
1936-cı ildə ölkənin siyasi həyatı qalmaqallarla müşayiət olundu. 
Həmin ildə vəfat edən kral V Georqun yerinə VII Eduard kral olmalı 
idi. Lakin duyğusal,  əhlikef və subay olan VII Eduard 1937-ci ildə 
evləndikdən sonra kral olacağını  bəyan etdi. Onun sevgilisi bundan 
əvvəl iki dəfə ailə qurmuş və boşanmış Uellis Simpson idi. Hökumət 
kral ailəsinin şərəfi üçün alçaldıcı olan bu nigaha qarşı çıxdı. Bolduin 
yaranmış  vəziyyət haqqında VII Eduarda radio ilə  çıxış etməyi 
qadağan etdi. Onun qarşısına iki şərt qoyuldu: ya həmin qadından 
imtina edib kral taxt-tacına yiyələnsin, ya da onunla evlənib kral taxt-
tacından imtina etsin. VII Eduard kral taxt-tacından imtina etdi. Onun 
əvəzinə qardaşı VI GEorq kral oldu. Beləliklə, böhran aradan 
qaldırıldı. 
 
208
Bundan sonra ölkədə idarəçilik sisteminin daha da 
təkmilləşdirilməsi davam etdirildi. 1937-ci ildə nazirlər haqqında 
qanunun qəbul edilməsi ilə icra hökümətin səlahiyyətləri xeyli 
genişləndirildi və baş nazir üstün hüquqlar aldı. 
Bolduin hökumətində Makdonald da təmsil olunmuşdu. 
Nəşriyyat işləri naziri kimi o, 1937-ci ildə Latın Amerikasında 
səfərdə ikən vəfat etdi. 
Bolduin hökumətinin xarici siyasətində Avropa ölkələri ilə 
münasibətlər xüsusi yer tuturdu. İngiltərə Almaniya və  İtaliya ilə 
əlaqələrini sıxlaşdıraraq faşizmi «sakitləşdirmək» xəttini götürdü. 
1935-ci ilin iyununda Almaniya və İngiltərə hökumətləri hərbi dəniz 
sazişini imzaladılar. Bu sazişə görə Almaniyanın hərbi dəniz 
donanması İngiltərə donanmasının 35%-i qədər ola bilərdi. 
1935-ci ilin iyulun 15-də İngtiltərə Almaniya, İtaliya və Fransa 
ilə birlikdə Versal sülh müqaviləsi ilə Almaniya üçün nəzərdə tutulan 
məhdudiyyətlərə yenidən baxılmasını mümkün sayan «Razılıq və 
əməkdaşlıq paktı»nı imzaladı. 
İtaliya Həbəşistana hücum edərkən İngiltərə hökuməti Millətlər 
Cəmiyyətindən  İtaliyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını 
tələb etdi. Lakin bu tələb heç bir nəticə vermədi. 1935-ci ilin 
dekabrında Samuel Xor və Fransanın xarici işlər naziri naziri Laval 
Həbəşistanın bir hissəsinin  İtaliyaya verilməsini nəzərdə tutan saziş 
imzaladılar. 
Hökumət 1936-cı ildə yeni silahlanma proqramını  qəbul etdi. 
Həmin ildə Böyük Britaniya İspaniya işlərinə Avropa dövlətlərinin 
qarışmamasına dair sazişin işlənib hazırlanmasının iştirakçısı oldu. 
İngiltərə Sakit okeanda Yaponiya ilə digər dövlətlər arasında mövcud 
olan ziddiyyətlərdən məharətlə istifadə edərək Uzaq Şərqdə 
yaponların hərəkətlərini şirnikləşdirir və regionda yapon hökumətini 
sabitliyin təminatçısı kimi qəbul edirdi. 
İngiltərənin xarici siyasətində mühüm yerlərdən birini 
Hindistan tutdu. Milli azadlıq mübarizəsinin genişləndiyi bir vaxtda 
ingilis və hind ictimai-siyasi xadimlərinin nümayəndələri 1935-ci 
ildə yeni konstitusiyanı  qəti hazırlayaraq qəbul etdilər. Hindistan 
federasiya oldu. Hindistanlıların iştirakı ilə mərkəzi və yerli icraedici 
və qanunverici orqanlar yaradıldı. Beləliklə, Hindistanda qarşıdurma 
və antiingilis əhval-ruhiyyəsi zəiflədi. 
 


 
209 
İngiltərə İkinci dünya müharibəsi ərəfəsində 
1937-ci ilin iyununda «Milli hökumət»in tərkibində dəyişiklik 
edidi. Stenli Bolduin istefaya getdi. Yeni baş nazir N.Çemberlen 
(1869-1940) oldu. . O, aristokrat mənşəyinə  və qohumluq əlaqəsinə 
görə bu vəzifəyə gəlmişdi. O, İngiltərə ağır sənaye inhisarçıları ilə sıx 
əlaqəli adam idi, Birmingemdə silah istehsalı üzrə iri zavodlardan 
birinin sahibi idi. N.Çemberlen Sovet İttifaqına qarşı düşmən 
mövqedə dayanırdı. Almaniya faşizminin təcavüzü ilə razılaşan 
N.Çemberlen  əslində  İngiltərə üçün Balduinlə müqayisədə daha 
münasib fiqur idi. Ona görə də İngiltərə hakim dairələri onu baş nazir 
kürsüsündə  əyləşdirdilər. Bolduinin istefaya getməsi onun başlıca 
olaraq təcavüzkarı «sakitləşdirmək» siyasətinin iflasa uğraması ilə 
bağlı idi. Çemberlen hökuməti fəal daxili siyasət yeritməyə başladı. 
O, hökumətin içində «daxili kabinet» yaratdı. Bütün hakimiyyət 
məsələləri, demək olar ki, Çemberlen, Halifaks, maliyyə naziri 
Saymon və daxili işlər naziri Samuel Xor tərəfindən həll edilirdi. 
Hökumət aqrar bölmənin inkişafına kömək məqsədilə  əsas kənd 
təsərrüfatı  məhsullarının alınmasına təminatlı qiymətlər qoydu. 
Fermenlər Birlik ölkələrinə öz mallarını gömrük rüsumu olmadan 
satmağa başladılar. 30-cu illərdə kənd təsərrüfatına kapital qoyuluşu 
artırıldı. Çemberlen hökuməti 1937-ci ildə  İrlandiya parlamentinin 
qəbul etdiyi konstitusiyanı bəyəndi. 
Hökumət geniş xarici siyasət həyata keçirməyə başladı. 
1937-ciildə  İtaliya ilə  İngiltərə arasında saziş bağlandı. Bu sazişə 
görə  İngiltərə  Həbəşistanın  İtaliya tərəfindən tutulmasını  bəyəndi. 
Tərəflər Aralıq dənizi rayonunda bir-birlərinin mənafelərinə hörmət 
edəcəkləri barədə qarşılıqlı öhdəlik götürdülər. Ingiltərə və Fransanın 
hakim dairələri Hitler Almaniyasına öz güzəştləri ilə bu dövləti yeni 
işğallar yoluna istiqamətləndirmiş oldular. 1937-ci ildə  İngiltərə 
hökuməti Hitlerə bildirdi ki, o, bəzi üçüncü dünya ölkələrinin 
hesabına Almaniyanın işğalçılıq planlarını həyata keçirməsinə mane 
olmayacaq.1937-ci ilin 19 noyabrında portfelsiz nazir olan Qalifaks 
Hitlerlə görüşdü və ona belə bir təklf etdi ki, İngiltərəni, həmçinin 
Fransanı da Alman-İtlayan hərbi-siyasi ittifaqına daxil etsin. 
Cavabında Hitler bildirdi ki, Versal müqaviləsini tam ləğv etmək 
lazımdır. Qalifaks bu təkliflə razı olduğunu bildirdi. O, Hitlerlə 
görüşündə qeyd etdi ki, ingilislər realistdirlər, ona görə  də Versal 
müqaviləsinin səhvləri düzəldilməlidir.  İngiltərə keçmişdə  də realist 
 
210
fikrə öz müsbət münasibətini bildirmişdir. Qalifaksla Hitlerin 
danışıqlarında həmçinin Dansikə, Avstriyaya və Çexoslavakiyaya 
münasibətdə hitlerçilərin planına müsbət münasibət göstərildiyi qeyd 
edildi. Bir sözlə, həm Qalifaks, həm də Hitler belə  bir fikrə gəldilər 
ki, Avropanın quruluşunda dəyişikliklər baş verməlidir. Lakin 
İngiltərə maraqlıdır ki, bu dəyişiklik təkamül yolu ilə olsun. 
Həmçinin  İngiltərə belə hesab  edirdi ki, Hitler Almaniyası 
bolşevizmə qarşı  mübarizədə  ən yaxşı vasitədir.  Bununla belə, 
Almaniyanın hərbi-iqtisadi potensialının, onun hərbi qüvvələrinin 
sayının artması, ingilis-alman münasibətlərinin gərginləşməsinə 
doğru gedirdi. Təsadüfü deyildir ki, İngiltərənin maliyyə naziri 
Saymon parlamentdə fevralın 21-dəki çıxışında göstərmişdi ki, 
İngiltərə Avstriyanın təhlükəsizliyinin qorunması üçün xüsusi 
təminat verməmişdir. Çemberlen özü də göstərirdi ki, Avstriya 
ətrafındakı digər dövlətlərə Almaniyanın təcavüzü ilə razılaşa bilməz. 
Məhz İngiltərənin Avstriyanı işğal etməsi üçün Hitlerin tərtib etdiyi 
plana xeyir-duası Hitlerə kömək etdi ki, 1938-ci ilin martında 
Avstriyanı    işğal etsin. Bu məsələdə  Qalifaks dünya ictimaiyyəti 
qarşısında nüfuzunu itirməmək üçün 1938-ci ilin martın 14-дя icma 
palatası qarşısında elan etdi ki, Almaniyanın bu hərəkəti ciddi 
mühakimə tələb edir.  
Çemberlen hökumətinin siyasətinə qarşı xalqın  əsas 
təbəqələri içərisində narazılıq yarandı. Təkcə  İngiltərənin mütərəqqi 
adamları deyil, mühafizəkarlar partiyasının bir çox üzvləri də etiraz 
etdilər. 1938-ci ilin fevralında xarici işlər naziri  İden istefa verdi. 
Onun istefa verməsi bir daha sübut etdi ki, mühafizəkarlar 
partiyasının rəhbərliyində fikir müxtəlifliyi yaranmışdı.  İdenlə 
birlikdə onun xarici işlər üzrə müavini lord Kronborn, lordlar 
palatasında mühafizəkarlar fraksiyasının rəhbəri lord Sesil də istefa 
verdi. Həmçinin Çemberlenin siyasətinə qarşı tanınmış 
mühafizəkarlar olan Uinston Çörçill, Daff, Kuper müxalifətdə 
dayandılar. Müxalifətçilər Çemberlenin xarici siyasətinin antisovet 
istiqamətini müdafiə edirdilər. Lakin onlar belə hesab edirdilər ki, 
təcavüzkarlarla işə  gələndə ehtiyatla hərəkət etmək lazımdır, hədsiz 
dərəcədə Hitlerə  və Mussoliniyə etibar etmək olmaz. Ona görə  də 
İngiltərənin  hərbi mövqelərini möhkəmlətmək məqsədilə  zərurui 
tədbirlər görülməsini lazım bilirdilər.  Onların fikrincə, ancaq bu 
yolla təcavüzkar dövlətlərlə  İngiltərə üçün daha faydalı  şəraitdə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə