Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə49/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

 
195 
olmuş konfransı  səs çoxluğu ilə leyborist partiyasından çıxmaq 
haqqında qərar qəbul etdi.  
1932-ci ilin oktyabrında Artur Henderson rəsmi olaraq 
leyborist partiyasının rəhbəri vəzifəsindən getdi. Onun yerini 
nisbətən sol hesab edilən, sosializmin təbliğini dini ayinləri yaymaqla 
birləşdirən Corc Lensberi tutdu.  
Bu dövrdə Liberallar partiyasının öz mövcudluğunu itirməsi 
prosesi davam etməkdə idi. Bu partiyanın tənəzzülü prosesini iqtisadi 
böhran daha da dərinləşdirdi. Belə ki, bu dövrdə partiya bir-biri ilə 
düşmənçilik edən üç qrupa parçalandı
1
. Bu qruplardan biri 1932-ci 
ildə xüsusi partiya şəklində yaranmış  və milli liberallar partiyası 
adlanan “milli” hökumətin tərkibinə daxil olan Con Sayмonun 
tərəfdarları idi. İkinci qrup 1932-ci ilin sentyabrında  İngiltərədə 
proteksionizmin təbliğ edilməsi ilə  əlaqədar olaraq hökumətdən 
çıxmış Herbert idi. Üçüncü qrup isə Lyoyd Corcun başlıca olaraq ailə 
üzvlərindən ibarət olan tərəfdarlarından ibarət idi.  
İngiltərənin böhran dövründə maliyyə  vəziyyəti ölkədə 
hakim dairələri ciddi təşvişə saldı.  İngiltərə artıq çoxdan ticarətdə 
passiv balansa malik idi,  belə ki, idxal ixracı üstələmişdi.  İngilis 
malları bazarda azlıq təşkil dir, idxal isə artırdı. Dünya ticarəti 
İngiltərə üçün demək olar ki, dondurulmuşdu. Gəmiçilikdən gələn 
gəlir 130 milyon funt -  sterlinqdən 80 milyon funt - sterlinqə  qədər 
azalmışdı. Digər tərəfdən əgər 1929-cu ildə İngiltərənin xaricə kapital 
qoyuluşu 270 milyon funt - sterlinq idisə, bu rəqəm 1931-ci ildə 170 
milyon funt - sterlinqə endi.  Böhran tezliklə maliyyə sahəsini də 
əhatə etdi. İngilis banklarının beynəlxalq maliyyə əməliyyatları xeyli 
ixtisar edildi. İngiltərənin bu əməliyyatlardan  əldə etdiyi gəlirlər 
1929-cu ildə 65 milyon funt – sterlinq  idisə, 1931-ci ildə bu rəqəm 
30 milyon funt - sterlinqə  endi.  
1931-ci ildə  İngiltərənin büdcə defisiti 100 milyon funt-
sterlinq oldu. Funt-sterlinqin məzənnəsi xeyli aşağı düşdü. Bu dövrdə 
İngiltərə banklarında  xarici dövlətlərin əmanətləri var idi və İngiltərə 
bu əmanətlərdən istifadə edərək vəziyyətdən çıxa bilərdi. Lakin xarici 
dövlətlər funt-sterlinqin dəyərinin aşağı düşməsini gördükdə öz 
əmanətlərini London banklarından götürdülər ki, bu da ölkənin 
maliyyə vəziyyətinin daha da ağırlaşmasına səbəb oldu.  
Ölkədə mövcud olan maliyyə  vəziyyətini öyrənmək və 
Makdonald hökumətinin vəziyyətini yüngülləşdirmək üçün 
 
196
məsləhətlər aparmaq məqsədilə 1931-ci ilin martında bankir Corc 
Meyin başçılığı altında xüsusi komissiya yaradıldı.  
1931-ci ilin iyul ayında Meyin komissiyası göstərdi ki, 1932-
33-cü  büdcə ilində  İngiltərə büdcəsinin kəsiri lazımi tədbirlər 
görülməsə 120 milyon funt – sterlinq  olacaq. Bu miqdar ancaq 
vergilərin artırılması  və dövlət xərclərinin azaldılması yolu ilə 
ödənilə bilər. Komissiya məsləhət gördüki, yaxınlaşan 24 milyon funt 
– sterlinq ancaq vergilərin 96 milyon funt – sterlinqlə ödənilməsinə 
nail olar.  
Meyin iqtisadi komissiyası  məsləhət görürdü ki, işsizlərə 
verilən müavinət 20 % ixtisar edilsin. Belə ki, onlara verilməli olan 
66,6 milyon funt – sterlinq 53 milyon funt – sterlinqə endirilsin, 
müəllimlərin maaşı azaldılsın, ictimai işlər üçün ayrılan vəsaitin 8 
milyon funt – sterlinqə yaxını ixtisar edilsin.  
Beləliklə komissiya iqtisadiyyatda olan bütün çətinliklərin  
aradan qaldırmağın sosial xərcləri ixtisar etməklə mümkün olduğunu 
göstərdi. Hökumətin rəhbər üzvləri Meyin məruzəsindəki 
məsləhətlərlə razı idilər və onların həyata keçirilməsinə başlamağa 
hazır idilər. Lakin bu təklifin qəbul edilməsi fəhlə sinfinin üzərinə 
basqın etmək üçün kapitalistlər tərəfindən bir alət kimi istifadə edilən  
hökuməti xalqın gözündə ifşa edərdi. Buna görə də hökumət Meyin 
təkliflərini qismən həyata keçirməyi qərara aldı. Dövlət 
xidmətçilərinin maaşlarının azaldıması və ictimai xərclərin 56 milyon 
funt – sterlinqə endirilməsi hesabına qənaət etmək qərara alındı. 
Lakin mühafizəkarlar və liberallar, habelə ingilis bankirləri qənaətin 
həcminin artırılmasında təkid edirdilər.  
Mey komissiyasının məruzəsi bir çox xarici ölkələrin 
maliyyə dairələrində ingilis funt- sterlinqinin vəziyyətinin möhkəm 
olmadığının sübutu hesab edilirdi.  
Bir çox xarici əmanətlərin London banklarından çıxarılması 
bu məruzənin çap olnumasının bilavasitə  nəticəsi idi. İngiltərənin 
hakim dairələri ABŞ  və Fransadan borж almaq vasitəsilə  vəziyyəti 
düzəltmək istədilər. Avqustun 1-də amerikan və fransəz bankirləri 
İngiltərəyə 50 milyon funt – sterlinq borc verdilər. Bu pul 
xərcləndikdən sonra, hökumətin tapşırığına görə, ingilis bankı 
amerikan bankirlərinə müraciət edərək 80 milyon funt – sterlinq 
miqdarında yeni borc vermələrini xahiş etdi. Amerika bankirləri 


 
197 
bildirdilər ki, yalnız hökumət Mey komissiyasının  təklif etdiyi 
məsləhətləri qəbul etdiyi təqdirdə yeni borc verilə bilər.  
Leyborist hökuməti  əlavə  qənaət haqqında qərar qəbul etdi. 
Bu isə  işsizlərə göstərilən maddi yardımın 10% azaldılması demək 
idi. Fəhlələrin hiddəti o qədər artdı ki, Makdonald hökumətinin 
həmin qərarı bəyənmiş olan bəzi üzvləri tərəddüd  etdilər. Avqustun 
23-də kabinetin 10 üzvü bu təklifi müdafiə etməkdən boyun qaçırdı. 
Hökumətdə  təfriqə  əmələ  gəldi və Makdonalddın, bütün hökumətin 
istefaya çıxması təlяb edildi.  
Ertəsi gün Makdonald mühafizəkarların və liberalların 
iştirakı ilə koalisyon hökumət təşkil etdi ki, burada mühafizəkarlar 
rəhbər rol oynadılar.  Koalisиon hökuməti özünü “milli” hökumət  
adlandıraraq, iddia etdi ki, ingilis xalqının bütün əsas siyasi 
partiyalarını təmsil edir. “Milli” hökumətin tərkibinə ikinci leyborist 
hökumətinin sabiq üzvləri – Makdonald, Snouden, Tomas daxil 
oldular. Hökumətə mühafizəkarların  ən görkəmli nümayəndələri – 
Bolduin, Nevil, Çemberlen, Xor, liberallardan isə - Semuel və Lord 
Redine daxil edilmişdilər. “Milli” hökumətin yaradılması, 
mühafizəkarların, leyboristləri və liberalların arasında aparılmış gizli 
sövdələşmənin nəticəsi idi.  
Leyborist partiyasının rəhbərləri olan Makdonald, Tomas, və 
Snoudenin bu hökumətə daxil olmalar onların açıqdan – açığa ingilis 
burjuaziyası  tərəfinə keçməsi demək idi. Bu, leyborizmin rəhbər 
xadimləri tərəfindən fəhlə sinfinə edilmiş açıq xəyanət 
idi.Makdonald, Tomas və Snoudenin bu xəyanətindən sonra onları 
leyborist partiyası sıralarındaн xaric etdilər. Makdonaldın yeni – milli 
ardıcılları çox olmadı. Parlamentdəki 289 leyborist üzvdən cəmi 13 
nəfəri onun ardınca getdi.  
Leyborist partiyası  rəhbərliyinin başında Henderson qaldı. 
Partiyanın yeni rəhbərliyi Makdonald, Tomas və Snoudenə qarşı 
özünün düşmən münasibət bəslədiyini qeyd etdi və onları satqın 
adlandırdı.  Əslində isə bu, partiya rəhbərliyini öz əlində saxlamaq 
üçün  leyborist partiyasının rəhbərliyi tərəfindən boşboğazlıqla 
işlədilən kələkdən başqa bir şey deyildi. Yeni rəhbərlik suravi 
leyboristləri inandırmağa çalıçırdı ki, satqınlıqda yalnız Makdonald, 
Tomas və Snouden müqəssirdirlər, leyborizmin digər rəhbərləri sə 
partiyanın sıravi üzvləri kimi satqınlara qarşı nifrət bəsləyirlər.  
 
198
“Milli” hökumət öz fəaliyyətinə Mey komissiyasının 
məsləhətlərini həyata keçirməklə başladı. 1931-ci ilin sentyabrında 
işsizlərə verilən yardım 10% azaldı. “Miili” hökumət təkcə işsizlərin 
maddi yardımına deyil, hərbi dənizçilərin yaşayış  səviyyəsinə  də 
hücum etdi. İngiltərə hərbi donanmasında icbari hərbi mükəlləfiyyət 
olmadığı bir şəraitdə donanma könüllülər toplamaq əsasında təşkil 
edilir, həm də donanmanдан şəxsi müvafiq maaş alırdı.  Sentyabrın 
12-də  hərbi dəniz donanması naziri donanmanın  şəxsi heyətinin 
maaşlarının azaldıldığını elan etdi. Üç gündən sonra İngiltərənin 
manevr keçirmək üçün Şotlandiyanın  şimal sahilində,  İnverqordon 
limanında toplanmış olan Atlantik donanması  dənizə  çıxmaqdan 
boyun qaçırdı. Sentyabrın 17-də hökumət güzəştə getməyə  məcbur 
oldu və maaşların azaldıması məsələsinə dənizçilərin xeyrinə olaraq 
yenidən baxıldı.  
1931-ci ilin payızında “Milli” hökumət parlamentə vaxtından 
əvvəl seçkilər keçirdi. Mühafizəkarlardan, milli leyboristlərdən və 
liberallardan ibarət təşkil olunmuş koalisiya seçki kampaniyası 
zamanı seçiciləri iqtisadi böhranın nəticələri ilə qorxutmaq və 
leyboristləri hər vasitə ilə gözdən salmaq üçün var qüvvəsini 
toplamışdı. Seçkilərdə koalisiya, əslində isə nümayəndələr 
palatasında 472 yer almış olan mühafizəkarlar qalib gəldilər. Milli 
leyboristlər mühafizəkarların yardımı sayəsində parlamentdə 13 yer 
ala bildilər. Liberallar 72 yer aldılar. Leyborist partiyası ciddi 
məğlubiyyətə  uğradı. Onun parlamentdəki deputatlarının sayı 1929-
cu ildəki 289 – dan  46 – ya   endi.  
Seçkilərdən sonra ingilis burjuaziyasının fəhlə sinfinin 
yaşayış səviyyəsinə və siyasi hüquqlarına hücumu daha da gücləndi. 
Hökumət hələ leyboristlər hakimiyyət başında olan zaman qəbul 
olunmuş  və  işsizlərə maddi yardımı azaltmağa yönəldilmiş, sığorta 
məbləğlərinin verilişindəki xətalar haqqındakı qanunu amansızlıqla 
həyata keçirməyə başladı. Bundan başqa hökumət, noyabrın 12-də 
işsizlik üzrə verilən maddi yardımı daha da azaltmaq məqsədilə 
ehtiyacı yoxlamaq haqqındakı qanunu qüvvəyə mindirdi. İngilis 
burjuaziyası bu qanunun köməyilə  işsizlərə verilən onsuz da cüzi 
miqdar maddi yardımın ümumi məbləğindən 30 milyon funt – 
sterlinq kəsdi.  
İngiltərənin hakim dairələri fəhlə sinifi üzərinə hücum etmək 
yolu ilə öz gəlirlərini iqtisadi böhranın zərərlərindən  müdafiə etməyə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə