179
elektromşınqayırmanın, kimyanın, avtomobil
və aviasiya sənayesinin
inkişafı hesabına mümkün olmuşdu.
İngiltərə iqitsadiyyatı inkişaf tempinə görə sabitləşmə illərində
başqa kapitalist ölkələrinin iqitsadiyyatından xeyli geridə qalırdı.
Dünya iqtisadiyyatında onun payı xeyli azalmışdı. Əgər 1911-ci ildən
1913-cü ilə qədər İngiltərənin ixracı dünya ixracının 15,2 %-ni təşkil
edirdisə, 1920-1928-ci ildə bu rəqəm 12,5 %-ə düşmüşdü.
1913-cü illə müqaiysədə 1926-cı ildə İngiltərədə kömür
çıxarılması 17% azalmışdı, halbuki bu dövrdə dünyada kömür
çıxarılması 6% artmışdı.
Həmçinin bu dövrdə İngiltərədə çuqun əridilməsi 55% aşağı
düşmüş, dünyada isə 12% artmışdı. Həmçinin toxuculuq məhsulları
üzrə payı da 39%-dən 34%-ə enmişdi.
İngiltərə istehsal apparatı kapitalizmin nisbi sabitləşməsi
illərində bütün gücü ilə işləməyi bacarmadı.
Daş kömür, gəmiqayırma, maşınqayırma sənayelərinin gücü
ilə işləyə bilməməsi kütləvi işsizlər ordusunun yaranmasına səbəb
olurdu. 1929-cu illərdə işsizlərin sayı, ölkə əhalisinin 10%-ni təşkil
edirdi.
Kapitalizmin nisbi sabitləşməsi illərində istehsalda işləyən
fəhlələrin sayı azalmağa, qeyri-istehsal sahələrində işləyənləri sayı
isə artmağa başladı. 1923-1930-cu illər arasındakı dövrdə kömür
sənayesində işləyən fhələlərin sayı 30,8%, toxuculuq sənayesində
işləyən fəhlələrin sayı 24,9%, qara metallurgiyada isə 21,2% azaldı.
Bu dövrdə
əvəzində ticarətdə
işləyənlərin sayı 40%
mehmanxanalarda işləyənlərin sayı 36% artdı.
Sabitləşmə dövründə İngiltərə kənd təsərrüfatı geridə
qalmaqda davam edirdi. Əkin sahələri xeyli ixtisar edildi. Dənli
bitkilər əkini sahələri 1923-cü ildə 7171021 akr təşkil edirdisə, bu
rəqəm 1929-cu ildə 613744 əkr təşkil edirdi. Nəticə kənd təsərrüfatı
məhsullarının istehsalını da xeyli azaltdı. Kənd təsərrüfatı
sahibkarlarının sayı əgər 1924-cü ildə 923 805 nəfər idisə, 1929-cu
ildə onların sayı 888 286-ya endi. Dövlətin kənd təsərrüfatına köməyi
tamamilə hiss edilmirdi.
1924-1929-cu illərdə İngiltərə iqtisadiyyatındakı durğunluq bir
daha
sübut etdi ki, İngiltərənin hakim dairələrinin kapitalizmin nisbi
sabitləşməsi sahəsində gördüyü tədbirlər əslində heç bir səmərəli
180
nəticə verməmişdir. İngiltərə hakim dairələrinin daxili, xarici və
müstəmləkə siyasəti də həmin nəticəni verirdi.
1924-cü ilin başlanğıcına yaxın İngiltərə hakim dairələri son
dərəcə fövqaladə mürəkkəb iqitsadi, daxili-siyasi və beynəlxalq
problemlər qarşısında durmuş oldular ki, bütün bu problemlər təcili
həllini tələb edirdi.
Ölkənin iqitsadi vəziyyəti ağır idi. Xarici ticarət və sənayedəki
durğunluq davam edir, işsizlər ordusu artırdı. Fransa qoşunlarının
Rur hövzəsini tutması Avropada siyasi
vəziyyəti gərginləşdirdi,
Avropa iqitsadiyyatının təşkilini pozdu, ingilis-fransız ziddiyyətləri
kəskinləçşdi ki, bunun da əsasında Avropada hegemonluq uğrunda
mübarizə dayanırdı.
Belə bir mürəkkəb şəraitdə hökumətin təşkili məsələsi xüsusi
əhəmiyyət kəsb edirdi. Bununla belə, 1923-cu ildə keçirilən
parlament seçkilərinin nəticəsi mühafizəkarların və liberalların
möhkəm hökumət təşkil edə biləcəklərinə ümidi азалтды. Ölkədəki
mürəkkəb şərait ölkənin hakim dairələri arasıdakı mübarizəni
kəskinləşdirdi. Bu şərait imkan vermədi ki, mühafizəkar və liberallar
ya koalisiyanı, ya da birpartiyalı hökumət təşkil etsinlər.
Mühafizəkarlar imkan vermək istəmirdilər ki,
liberallar Lloyd
Corcun başçılığı altında hökumət təşkil etsinlər. Lloyd Corc da
həmçinin öz növbəsində razı deyildi ki, mühafizəkarlar birpartiyalı
Bolduninin başçılığı altında hökumət təşkil etsinlər. Bundan başqa
liberalların tərkibindən çıxmış Askvit də vardır ki, o da çalışırdı ki,
özünün rəhbərliyi ilə hökumət təşkil etsin Askvit əslində arzu edirdi
ki, hökumət antiproteksianist siyasət yeridən leyborist partiyanın
üzvlərindən təşkil edilsin. Leyborist partiyasının üzvləri bu dövrdə
artıq özlərinin kapitalizmə sədaqətini sübut etmişdir. Partiyanın lideri
Ramsey Makdonald «Tayms» qəzetindəki məqaləsində göstərirdi ki,
leyboristlər partiyası İngiltərənin konstitusiya prinsipləri və
konstitusiya ənənələrinə sadiq qalan partiyalardan biridir.
1924-cü ilin yanvar ayının 23-də leyborist partiyasının lideri
Ramsey Makdonald İngiltərə tarixində ilk dəfə olaraq leyborist
hökumətini təşkil etdi. Baş nazir və xarici
işlər naziri Makdonald özü
oldu. Maliyyə naziri vəzifəsini Filipp Snouden tutdu. Tomas
müstəmləkə naziri oldu. Artur Henderson isə daxili işlər naziri
vəzifəsini tutdu. Bir qədər leyborist partiyası içərisində «sol»
mövqedə dayanan Con Uitli səhiyyə naziri porfelini aldı. Hərbi-dəniz
181
donanması naziri Celmsford təyin edildi ki, hansı ki, Hİnidstanın
keçmiş vitse-kralı idi. Birinci dünya müharibəsinin təşkilatçılarından
biri olan vəkil lord Xoldeyn Palmur lordlar palatasının sədri
oldu.
Lordlar leyborist hökumətinin tərkibinə ona görə daxil
olmuşdular ki, ingilis бurjuazisyasını sakitləşdirsinlər ki, bu hökumət
fəhlə sinfinin maraqları çərçivəsində fəaliyyət göstərməyəcəkdir.
İngilis burjuazisyası on illərlə fəhlə aristokratiyasının və leyborist
partiyasının sağ qanadının liderlərini və tred-yunanları burjua
ruhunda tərbiyə etmiş və ələ almışdır və bilirdi ki, bu hökumət ancaq
onun iradəsini yerinə yetirəcəkdir. İngilis burjuaziyası əmin idi ki,
leyborist hökuməti İngiltərə hakim dairələrinin maraqları
çərçivəsində fəaliyyət göstərəcək və bu çərçivədən kənara
çıxmayacaqdır. Lakin ingilis burjuaziyasının
ehtiyat edə biləcəyi bir
şey vardırsa, o da fəhlə sinfi tərəfindən leyboristlər hökumətinə
təzyiq göstərilməsi təhlükəsi idi. Belə bir təzyiqdən əslində
leyboristlərin liderləri də qorxurdu.
İngiltərədə təşkil edilən birinci leyborist hökuməti özündən
sonra təşkil edilən leyborist hökumətləri kimi əslində fəhlə hökuməti
deyil, burjua hökuməti idi. Leyboristlər hökumət təşkil etdikdən
sonra praktik olaraq ilk növbədə seçicilərə verdikləri bir neçə vədi
yerinə yetirməli oldular. Daxili siyasətdə onlar vəd etmişdilər ki, daş
kömür sənayesini, dəmir yolları
və elektrostansiyaları
milliləşdirəcəklər. Leyboristlər söz vermişdilər ki, kapital üzərinə
xüsusi
vergi qoyacaqlar, zəhmətkeşlərin çiynində dayanmış ağır
dövlət borclarını yüngülləşdirəcəkdir. Leyboristlərin proqramında
belə bir müddəa öz əksini tapmışdır ki, «Ancaq leyborist partiyası
işsizliyin ləğv edilməsi üçün etibarlı vasitə ola bilər». Makdonald
hökuməti təşkil edilidkdən sonra bu proqramın həyata keçirilməsinə
müəyyən diqqət yetirildi. Çünki leyborist hökuməti belə bir faktla
hesablaşmaya bilməzdi ki, onun üzvlərinin əksəriyyətini fəhlələr
təşkil edir. Ona görə də onlar fəhlələrin mənafeyini müdafiə edən bir
sıra tədbirlər keçirməyə məcbur oldular. Bu tədbirlər içərisində
birinci yeri «Uintlini mənzil planı» tuturdu ki, hansı ki burada mənzil
tikintisi üçün xüsusi təxsisat ayrılması nəzərdə tutulurdu. Leyborist
hökuməti işsizlər üçün sığorta sistemini yaxşılaşdırdılar, qocalara və
işsizləə verilən pensiyanı artırdılar.1924-cü
ilin avqustundan
başlayaraq kişilər üçün işsizliyə görə verilən müavinat 15 şilinqdən
182
18 şilinqə, qadınlar üçün isə 12 şilinqdən 15 şilinqə çatdırıldı.
Valideynləri işsiz olan ailələrdə yaşayan uşaqlar üçün müavinat
həftədə 1 şilinqdən 2 şilinqə çatdırıldı.
Bununla belə Snouden tərəfindən işlənib hazırlanmış dövlət
büdcəsi bütünlüklə və tamamilə ingilis burjuaziyasının maraqlarına
cavab verirdi, ona görə də liberallar və mühafizəkarlar tərəfindən
dərhal müdafiə edildi. Büdcə müharibə və müharibədən sonrakı ilk
illərdə təxirə salınmış proteksionizm siyasətini təkrar nəzərdən
keçirdi. Leyborist hökumətiin digər tədbirləri də kapitalizm
sisteminin möhkəmləndirilməsinə xidmət edirdi. Leyborist hökuməti
mühafizəkarlar hökumətinin silahlı qüvvələri artırmaq siyasətini
davam etdirirdi. O beş yeni kreyser tikintisinə başladı. O, cümlədən
əvvəlki illərlə müqayisədə hərbi-hava qüvvələri üçün ayrılan vəsait
2,5 milyon funt sterlinq artırıldı.
Müstəmləkə siyasəti sahəsində leyborist hökuməti yenə də
mühafizəkarların siyasətini davam etdirirdi. İraqda
üsyan edən
tayfalara qarşı təyyarələrlə bormbardmandan istifadə edildi.
Makdonald hökuməti dövründə Hİnidstanda terror davam
etdiridi. Bombeydə toxucuların üsyanı zamanı qoşun işə salındı,
hindlilər məhkəməsiz həmbsxanalara salındı.
Makdonald hökuməti fəhlə tətillərinə münasibətdə də həmin
mövqeyi tutdu. Doğrudur, bu hökumət ölkədə tətillərin miqdarını
xeyli azaltmışdı. Fəhlələr 1924-cü ildə tətilə çıxaraq belə ümid
edirdilər ki, onlar lyboristlər hökuməti tərəfindən müdafiə
ediləcəklər. Lakin tezliklə bunun xəyal olduğu aydınlaşdı. Hökumət
hər bir tətildə fhələlərin tərəfində deyil, sahibkarların tərəfində çıxış
edirdi. 1924-cü ilin yanvar ayının 21-də dəmiryolçular tətil etdilər ki,
iş şəraitləri yaxşılaşdırılsın və əmək haqları artırılsın. Hökumətin işə
qarışması ona səbəb oldu ki, dəmiryolçular
öz tələblərinin həyata
keçirilməsinə nail ola bilmədilər.
1924-cü ilin fevralında nəqliyyatçıların tətiлi başladı, onların
yekdil çıxışı hökuməti məcbur etdi ki, əmək haqları bir qədər
artırılsın. 1924-cü ili martında isə Londonda tramvay sürənlər tətil
etdilər ki, əmək haqları artırılsın. Metro işçiləri də həmrəylik tətili
edəcəklərini elan etdilər.
Makdonald hökuməti bildirdi ki, fəhlələr tətil etsə, lazım
gəlsə, tətili pozmaq üçün ştreyxbrexerlərdən istifadə edəcəkdir.
Hökumət tətillərin artdığını gördükdə hökumətin fövqaladə