167
bəzi islahatlar vəd etdi. 1919-cu ildə xalqın
inqilabi mübarizəsinə
mane olmaq üçün İngiltərə hökuməti bu müstəmləkələri idarə etmək
üçün islahatlar layihəsi ilə çıxış etdi. Ölkədə yenə müstəmləkəçilik
inzibati idarəsi hakim mövqeyini saxladığı üçün xalq bu layihədən
narazı qaldı. Bu zaman Hindistandakı ingilis hökumət orqanları
azadlıq hərəkatını amansızcasına yatırmağa başladılar. Bu özünü
1919-cu ilin aprelində Amritsarda baş vermiş üsyanın amansızcasına
ingilislər tərəfindən yatırılmasıda bir daha göstərdi. Bu üsyan zamanı
hindlilər Pəncab və digər əyalətləri tutub ingilis mallarını almaqdan
imtina edib baykot taktikası yeridərək mübarizəni 1921-ci ilə qədər
davam etdirsələr də, yenə də məğlub oldular.
Hindistan Milli Konqress partiyasının rəhbərləri kütləvi
hərəkatı ingilis hakimiyyət orqanlarına passiv, zor işlətmədən
müqavimət göstərmək çərçivəsində saxlamaq üçün var qüvvələri ilə
səy göstərirdilər. Bütün bunların nəticəsində azadlıq hərəkatı bir
qədər zəiflədi.
İngiltərənin müstəmləkə ağalığı Misirdə də,
çox kəskin böhran
yaratdı. Zəhmətkeş kütlələrin müharibə nəticəsində daha da
dərinləşmiş olan ağır vəziyyəti Misir xalqının azadlıq hərəkatını
gücləndirmişdi. Misirlilərin başlıca tələbi ölkənin tamamilə
injilislərin ağalığından azad edilməsi idi. Nümayişlər, tətillər, polis
ilə toqquşmalar 1919-cu ildə böyüyüb həm şəhər əhalisinin, həm də
kəndlilərin iştirak etdikləri silahlı mübarizəyə çevrildi. İngilis
müstəmləkəçiləri çıxışları yatırdılar, lakin 1921-ci ilin dekabrında
Misir xalqı yenidən üsyan qaldırdı. Misir xalqının inadlı mübarizəsi
İngiltərə hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi. O, 1922-ci
il fevralın 28-də Misir üzərində ingilis protoktorluğunun ləğv
edildiyini bildirdi və Misiri «müstəqil krallıq» elan etdi. Bununla
birilkdə İngiltərə hökuməti bildirdi ki, Misirin ingilis qoşunları
tərəfindən işğalı davam etdiriləcəkdir. Tam istiqlaliyyət əldə etməyə
çalışan Misir xalqı öz ölkəsini ingilis müstəmləkəçilərindən azad
etmək uğrunda mübarizəni davam etdirirdi.
Müharibədən sonrakı illərdə İngiltərənin xarici siyasəti bir-
birinin ardınca uğursuzluğa düçar olurdu.
Bunun əsas səbəbi isə ilk
növbədə onunla əlaqədar idi ki, ölkədə xarici siyasətə başçılıq
edənlər kifayət qədər təcrübəli və enerjili deyildilər. İngiltərənin
xarici siyasətində müharibədən sonrakı ilk dövrdə xarici siyasətdə
böhran ən çox Yaxın və Orta Şərqə münasibətdə özünü göstərirdi.
168
Əfqanıstan bildiyimiz kimi, 1878-1880-ci illər ikinci ingilis-əfqan
müharibəsindən sonra əslində İngiltərəyə tabe vəziyyətdə idi. 1919-
cu ilin fevralında İngiltərənin əlaltısı olan əmir Həbibullaya qarşı
üsyan baş verdi.Üsyanın gedişində Həbibulla öldürüldü. Taxta çıxan
onun oğlu Amanulla elan etdi ki, Əfqanıstan hökuməti müstəqil və
azad olmalıdır. Buna cavab olaraq İngiltərə hökuməti 1919-cu ilin
mayında Əfqanıstanda yenidən müharibəyə başladı. Əfqanıstanla
müharibə Hindistanda azadlıq mübarizəsi ilə bir vaxtda düşdüyünə
görə İngiltərə hökuməti güzəştə getməli oldu. 1919-cu il avqustun 8-
də Əfqanıstanla bağlanan sülh müqaviləsinə əsasən İngiltərə
Əfqanıstanın daxili və xarici siyasətinə nəzarətdən imtina etdiyini
bildirdi.
Oktyabr çevrilişindən dərhal sonra Rusiyanın öz qoşunlarını
İrandan çıxarmasından istifadə edən İngiltərə 1919-cu ilin avqustun
9-da İranın baş naziri Vöşüq-əd-Dövlə ilə «müqavilə bağladı ki,
həmin müqaviləyə əsasən İran əslində İngiltərənin himayəsinə
keçmiş oldu. Müqavilə İngiltərəyə imkan
verirdi ki, İranın ordusu,
iqtisadiyyatı, maliyyəsi, kömrük sistemi üzərində nəzarəti həyata
keçirsin. Tehranda fövqaladə vəziyyət elan edildi. İranın parlamenti
müqaviləni təsdiq etməmiş İngiltərə hökuməti onu həyata keçirməyə
başladığından bu İran xalqı tərəfindən çox böyük narazılıqla
qarşılandı. Belə olduqda İran məclisi müqaviləni təsdiq etmədi və
ondan imtina etdiyini bildirdi.
İngiltərənin xarici siyasətində ən böyük məğlubiyyət
Türkiyəyə münasibətində oldu. İngiltərə hökuməti belə güman»
edirdi ki, Yaxın Şərqdəki Türkiyə mülklərini ələ keçirməklə strateji
cəhətdən əlverişli, təbii sərvətlərlə zəngin yerlər onun sərəncamında
olacaqdır. O, Türkiyənin hesabına imperiyasını yaratmaq fikrində idi.
Həmçinin İngiltərə Türkiyənin ərəb mülklərindən başqa onun öz
ərazisinin də parçalanması tərəfdarı idi. Lakin türk xalqı bununla
barışmaq istəməyərək Kamal Atatürkün başçılığı altında azadlıq
müharibəsinə qalxdı və ingilis-yunan müdaxiləçilərini ölkədən
qovdu.
Bununla da, Sevr müqaviləsi qüvvədən düşmüş oldu.
İngiltərənin xarici siyasəti Uzaq Şərqdə də ciddi çətinliklərlə
üzləşdi ki, bünün da əsas səbəbi müharibədən sonrakı dövrdə Uzaq
Şərqdə İngiltərə ilə Yaponiya, İngiltərə ilə ABŞ və ABŞ-la Yaponiya
arasında zididyyətlərin kəskinləşməsi ilə əlaqədar idi.
169
Birinci dünya müharibəsi illərində İngiltərə və ABŞ əsas
diqqətlərini Almaniya ilə mübarizəyə sərf etmişdilər və müttəfiq
idilər. Bu vəziyyətdən istifadə edən Yaponiya Çində bir sıra yeni
ərazilər əldə etdi və Sakit okeanda mövqeyini gcüləndirdi ki, bu da
iNgiltərə və ABŞ-ın maraqlarına zərbə vurmaq demək idi. 1919-cu
ildə İngiltərə dünyada ən güclü hərbi-dəniz donanmasına malik idi.
Onun sərəncamında 2309 min s. sututumuna malik olan 737 gəmi var
idi, yaponiyanın sərəncamında isə 820 min m. su tutumu olan 192
gəmi var idi. Lakin müharibədən az sonra bu vəziyyət dəyişdi. Belə
ki, müharibədən sonra ABŞ və Yaponiya böyük miqyasda hərbi-
dəniz quruculuğuna başladılar. İngiltərə də müharibədən sonra ağır
iqtisadi vəziyyətinə baxmayaraq dənizdə əvvəlki hökmranlığını
saxlamağa çalışırdı. Belə bir şəraitdə 1921-ci ilin noyabrın 12-də
Vaşinqtonda Uzaq Şərq və dənizdə silahlanma probleminə həsr
edilmiş konfrans çağrıldı. Konfransda ABŞ, Britaniya imperiyası,
Yaponiya, Fransa, İtaliya, Belçika, Hollandiya, Portuqaliya, Çin
nümayəndələri iştirak ediridlər.
Hələ konfransa qədər 1902-ci ilə də bağlanmış və 1911-ci ildə
möhkəmləndirilmiş ingilis-yapon sazişi bir neçə dəfə müzakirə
edildi.Bu saziş təkcə Rusiyaya qarşı deyil, həm də ABŞ-a qarşı
çevrildiyi üçün ABŞ hər vəchlə bu sazişin ləğv edilməsinə çalışırdı.
ABŞ bildirirdi ki, əgər İngiltərə bu sazişin pozulmasına razılıq
verməsə, onda müharibə dövründə ona verdiyi borcların
dərhal geri
qaytarmasını tələb edəcək, İrlandiyanın müstəqililk uğrunda
mübarizəsini müdafiə edəcəkdir. Vəziyyətin mürəkkəbliyi onda idi
ki, İngiltərənin, dominionları da bu məsələdə ABŞ-ı müdafiə
edirdilər. İngiltərəni Uzaq Şərq və Çində müharibə illərində və
müharibədən sonrakı ilk illərdə güclənməsi də İngiltərəni güzəştə
getməyə məcbur edirdi. Belə ki, birinci dünya müharibəsi ərəfəsində
Çin sularında gəmiçiliyin 45%-i İngiltərəyə məxsus idi Çinlə Xarici
ticarətin 50%-i də İngiltərənin payına düşürdü. Çinə kapital
qoyuluşunun, 607,5 milyon dolları və ya 37,7%-i də İngiltərəyə
məxsus idi.
1921-ci ilin dekabrın 23-də Vaşinqtonda 1902-ci il ingilis-
yapon sazişini ləğv edən İngiltərə, ABŞ, Yaponiya və Fransanın
iştirakı ilə «dörd dövlət» sazişi bağlandı. İngiltərə 1922-ci ilin
fevralında «beş dövlət» sazişinə qol çəkməklə,
ABŞ-a dəniz
qüvvələrinin bərabərləşdirilməsində güzəştə getmiş oldu və dəniz
170
hökmranlığından yavaş-yavaş geri çəkilməyə başlamış oldu. Çinə
dair başlanmış «doqquz dövlət»i müqaviləsini imzalamaqla İngiltərə
əslində Çində öz hegemon mövqeyeni ABŞ-a güzüştə getmiş oldu
İngiltərə həmçinin Veyxoveyi limanını da Çinə qaytardı.
Bu dövrün ən mühüm xarici siyasət problemlərindən biri də
İngiltərənin Sovet Rusiyası ilə münasibətləri problemi idi. Belə ki,
Antantanın üç hücumunun Sovet Rusiyasında məğlubiyyətlə
nəticələnməsi İngiltərə hakim dairələrini, artıq dinc vasitələrlə Sovet
Rusiyasını məhv etmək planı haqqında düşünməyə vadar etdi.
İngiltərə ilk növbədə Sovet Rusiyası ilə ticarət əlaqələrini bərpa
etməyə çalışırdı. Bunun səbəbləri isə, İngiltərədəki iqtisadi böhran,
ingilis mallarının satılması üçün Rusiya bazarının əlverişli olması,
digər tərəfdən isə İngiltərənin özünün bir sıra malları, xüsusilə, meşə
materialları və buğda almaqda maraqlı olması idi.
Həmçinin
İngiltərənin fəhlə sinfi də Sovet Rusiyası ilə münasibətləri normal
məcrada qurmağı öz hökumətlərindən tələb edirdilər. Bütün bu
amilləri nəzrə alan Lloyd Corc hökuməti sovet nümayəndə heyəti ilə
ticarət sazişi bağlamaq üçün danışıqlar aparmağa başladı. Onu da
qeyd etmək lazımdır ki, İngiltərənin hərbi naziri Çörçill və xarici işlər
naziri Kerzon Sovet Rusiyası ilə ticarət danışıqlarının qəti əleyhinə
idilər. Onlar Sovet Rusiyası ilə danışıqların kəsilməsini və hərbi yolla
onunla mübarizənin davam etdirilməsini tələb edirdilər. Lakin bütün
bunlara baxmayaraq mühafizəkarların əksəriyyətinin koalisin
hökumətdə Lloyd Corcu müdafiə etməsi nəticəsində 1921-ci ilin
martın 16-da İngiltərə ilə Sovet Rusiyası arasında
ticarət sazişi
bağlanmış oldu.
İngiltərə ilə Sovet Rusiyası arasında bu sazişdən sonra ticarət
əlaqələri bərpa edilmiş oldu, əslində bu yarı ticarət, yarı siyasi bir
saziş idi. Bu sazişlə İngiltərə SSRİ-ni de-fakto tannımış oldu.
İngiltərə sovet sazişinin bağlanması əslində heç də o demək deyildir
ki, İngiltərə mövcud vəziyyətlə barışmışdır və Rusiyada kapitalizmi
bərpa etmək fikrindən əl çəkmişdir. İngiltərənin Rusiyaya qarşı
siyasəti yenə də sovet hakimiyyətinin yıxmağa yönəldilmiş
düşmənçilik siyasəti idi. Təkcə Sovet Rusiyası ilə danışıqların
əleyhinə olan Çörçill deyil, Sovet Rusiyası ilə ticarət sazişi bağlamaq
tərəfdarı olan Lloyd Corc da Sovet hakimiyyətinin düşməni idi. Fərq
bunda idi ki, Çörçill bunu silahlı yolla, Lloyd Corc isə iqtisadi təzyiq
yolu ilə həll etmək istəyirdi. Lloyd
Corc belə hesab edirdi ki, iqtisadi