Səmayə MƏMMƏD qızı mustafayeva


partnyorluq münasibətlərinin genişləndirilməsi  tədbirləri  haqqında”



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

 
155 
partnyorluq münasibətlərinin genişləndirilməsi  tədbirləri  haqqında” 
sərəncam imzalandı.  
Azərbaycan – ABŞ iqtisadi münasibətlərinin yaranması  və 
bütün  sonrakı  inkişafında  neft amili  həlledici rol  oynamışdır.  
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin  (ARDNŞ) xarici enerji kompaniyaları ilə 1994-cü il 
sentyabrın  20-də imzaladığı ilk neft müqaviləsində ABŞ-ın 4 iri neft 
şirkəti  aşağıdakı  mühüm pay faizləri ilə təmsil olunmuşdur.  
1.  Amoko – 17.01 % 
2.  Yunokal – 10.0489 % 
3.  Ekson – 8.0006 % 
4.  Penzoyl – 4.8175 % 
Azərbaycanın zəngin enerji ehtiyatlarına  malik olması  
ABŞ-ı respublikamızla sıx iqtisadi və siyasi  münasibətlər qurmağa 
vadar edən  olduqca əhəmiyyətli amil olsa da, hər halda yeganə cəhət 
deyildir. Azərbaycan – ABŞ əlaqələri iqtisadiyyatın digər sahələrində 
də qurulmuşdur.  
 
 
156
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BÖYÜK BRİTANİYA 
 1918 – 2007 – Cİ İLLƏRDƏ 
 


 
157 
Böyük Britaniya üçün Birinci dünya 
 müharibəsinin nəticələri 
 
1914-1918-ci illəri  əhatə edən Birinci dünya müharibəsinin 
başlıca iştirakçılarından biri də Antantanın  əsas təşkilatçılarından 
olan Böyük Britaniya idi.  Antanta dövlətlərinin canlı qüvvə  və 
maddi cəhətdən üstünlüyü onların, o cümlədən, Böyük Britaniyanın 
müharibədə qələbəsinə səbəb oldu. 1918-ci ilin noyabr ayının 11-də 
səhər saat 11-də  İngiltərədə birinci dünya müharibəsinin qurtardığı 
elan edildi. Müharibənin başa çatdığı  ərəfədə  İngiltərədə Lloyd 
Corcun koalision hökuməti dururdu ki, onun da tərkibinə üç 
partiyanın – liberalların, mühafizəkarların və leyboristlərin 
nümayəndələri daxil idi. İkipartiyalı sistem ingilis burjuaziyasının 
ənənvi xüsusiyyəti olsa da, müharibənin yaratmış olduğu  şərait 
ingilis burjuaziyasını koalisiyalı hökumət yaratmağa məcbur etmişdi. 
Leyborist partiyasının və tred-yunionların liderlərində koalisiyaya 
münasibət məsələlərində fikir ayrılığı mövcud idi. Leyborist 
partiyasının sadə üzvləri burjuaziya ilə  əməkdaşlığın qəti  əleyhinə 
idilər. Onlar liberallar və mühafizəkarlarla əlaqəni kəsməiyn tərəfdarı 
idilər. 
1918-ci ilin dekabrında keçiriləcək parlament seçkilərində 
koalisiya məhdud tərkibdə  çıxış etdi. Onun tərkibinə ancaq 
mühafizəkarlar partiyası  və Lloyd Corcu müdafiə edən liberallar 
partiyasının bir hissəsi daxil oldu. Onlar parlament sekilərini 
Almaniya üzərində  qələbə ilə  əlaqədar xalq kütlələrinin  əhval-
ruhiyyəsinin hələ yüksək olduğu üçün tez keçirmək istəyirdilər. 
Onlar parlamentdə  əksəriyyət qazanmaq və hakimiyyəti  əldə 
saxlamaq istəyirdilər. Həmçinin ölkədə inqilabi «əhval-ruhiyyənin 
qarşısını almaq üçün də seçkilərin tez keçirilməsində burjuaziya 
maraqlı idi. 
Koalisiya seçkilər  ərəfəsində demaqoq bir proqramla çıxış 
etdi. Onlar öz proqramlarında göstərirdilər ki, bütün xalqın, ilk 
növbədə isə fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq üçün mümkün 
olan bütün tədbirləri görəcəklər. Lloyd Corc belə bir şüar irəli 
sürmüşdür ki, «İngiltərəni döyüş səhnəsindən qayıtmış qəhrəmanlara 
layiq bir ölkəyə çevirmək lazımdır. Bunun üçün pulu haradan 
tapılacağı sualına isə Lloyd Corc cavab verirdi ki, «bütün vəsaiti 
almanlar ödəyəcəklər». 
 
158
1918-ci ilin parlament seçkilərində leyboristlər partiyası da 
geniş proqramla çıxış etdi. Bu proqramda göstərilirdi ki, həyat üçün 
vacib olan xidmət sahələrində demokratik nəzarət təmin edilməli, 
təxirə salınmadan millliləşdirmə aparılmalıdır. Milliləşdirmə ilk 
növbədə daş kömür sənayesini, dəmir yolları, ticarət gəmiçiliyini
silah istehsalını və elektrik enerjisini əhatə etməlidir. Minimum əmək 
haqqı təyin edilməli, işsizlik təhlükəsinə son qoyulmalıdır. 
Leyboristlər həmçinin vəd edirdilər ki, Rusiyaya hərbi 
müdaxiləyə son qoyulacaq, ingilis qoşunları Rusiyadan 
çıxarılacaqdır.  İrlandiya və Hindistana azadlıq verilməsi də onların 
proqramlarında öz əksini tapmışdır. 
Seçkilər ərəfəsində yeni parlament islahatı keçirildi. Bu islahat 
nəticəsində seçicilərin sayı 8 milyondan 21 milyon nəfərə qədər artdı. 
İlk dəfə olaraq 30 yaşına çatmış qadınlar parlamentə seçmək və 
seçilmək hüququ əldə etdilər.  Həmçinin 21 yaşına çatmış bütün 
kişilər də seçki hüququ qazandılar. Ordudan tərxis edilmiş əsgərlərə 
işlə təmin edilənə qədər yaşayış xərci ayrıldı. Hərbi istehsalın ixtisarı 
ilə əlaqədar işsiz qalan fəhlələrə də maddi yardım göstərildi. 
1918-ci ilin dekabrında parlament seçkiləri ölkədə  hərbi 
vəziyyətin qaldığı bir vəziyyətdə keçirdiyi üçün onu «Xaki» seçkiləri 
də adlandırırdılar. Bu seçkilərdə mühafizəkarlarla liberalların bloku 
əksəriyyət qazanaraq 484 yer tutdular. Mühafizəkarlar 338, liberallar 
isə 136 yer qazandılar. Leyboristlər partiyası 59 mandat qazandı. 
Yenə də koalisiyalı hökumət təşkil edildi və bu hökumətə Lloyd Corc 
rəhbərlik etdi. 1918-ci ilin parlament seçkiləri liberallar partiyasının 
necə  dərin böhran keçirdiyini göstərdi. Bunun səbəbi ilk növbədə 
onunla izah olunmalıdır ki, liberallar partiyası azad rəqabətin hökm 
sürdüyü dövrdə ticarət və sənaye burjuaziyasının mənafeyini müdafiə 
edən siyasi partiya kimi meydana gəlmişdi. Bu partiya XIX əsrin 
sonuna qədər  İngiltərənin siyasi həyatında mühüm rol oynamışdır. 
1900-1903-cü illərin dünya iqtisadi böhrana nəticəsində kapitalizm 
özünün yüksək mərhələsi olan imperializmə keçdi. Azad rəqabətin 
yerini inhisarlar tutdu. İqtisadiyyatda baş verən bu dəyişiklik 
siyasətdə  də öz təzahürü tapdı. Ona görə  də liberallar partiyası öz 
siyasi nüfuzunu itirməyə başladı.  İngiltərədə ikipartiyalı sistemdə 
liberallar partiyasının yerini tədricən leyboristlər partiyası tutmağa 
başladı. Leyboristlər partiyasının 1918-ci ildə  qəbul edilmiş 
nizamnaməsində partiyaya üzvlük məsələsində belə bir dəyişiklik 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə