|
SəMƏd vurğUN
______________Milli Kitabxana_______________
233
Saraldılar. Lakin yenə
Sığınaraq baxt deyənə,
Atıldılar bu dənizə,
Dalğalarda üzə-üzə.
Hansı səmtə! Deyin hara?
Deyin varmı istiqamət?
Xeyr! Xeyr! Bir qiyamət
Nəsib oldu qardaşlara...
Həyatda da beləyik biz.
Nə zaman ki, məqsədimiz,
Mənzilmiz deyil bəlli,
Çalışsaq da biz dörd əlli,
Kor-koranə bir zəhmətdən
Tez yorular başla bədən.
Lakin məqsəd dünyasına
Açıq gözlə baxan ərlər
Ömrün bütün mənasına
Şölə saçıb, şəfəq verər...
İşıq yolda göz yorulmaz,
Xəstə düşməz əsəblər də.
İnsan oğlu düçar olmaz,
Hər zülmətdən doğan dərdə...
Fəlsəfələr! Fəlsəfələr!
Bir əl çəkin yaxamdan siz!
Uzandıqca söhbətimiz
Şerin oxu daşa dəyər.
Üzür, üzür, iki qardaş,
Dəniz qara, axşam qara.
Döş vurduqca dalğalara
Kiçik qardaş yavaş-yavaş
Gücdən düşür... Gözü dolur...
Yarpaq kimi rəngi solur.
______________Milli Kitabxana_______________
234
Ölüm! Ölüm! De qarşında
Kimin rəngi saralmamış?
O balıqçı gənc yaşında
Öz eşqindən kam almamış
Yemmi olsun balıqlara?
Dəniz qara... Axşam qara...
Böyük qardaş - kömək əli,
Yaman günün yarağıdır...
Qardaşlığın pak əməli
Ömrümüzün növrağıdır!
O, kiçikdən yapışaraq
Alır onu döşü üstə;
Arxa üzür asta-asta.
Lakin kiçik deyir:
Burax! Burax məni, yoxsa bu an
Son özün də batacaqsan!..
Yarım saat! Yarım saat!
Onlar üzür bu minvalla.
Su üstündə iki həyat
Bir arzuyla, bir xəyalla
Öz-özünə axır, ancaq
Tale necə qurtaracaq?
Artıq, böyük də taqətdən
Düşdü, tamam bihuş oldu.
Bu dəm kiçik batdı birdən –
Gözdən itən bir quş oldu.
O, ah çəkib batdı suya,
Döşündə bir zərli Quran...
Son hicranı duya-duya
Köçüb getdi bu dünyadan,
Susdu külək! - Sevin ki, sən
Qaydasına düşdü dəniz.
______________Milli Kitabxana_______________
235
Nə tuıfandan, nə gəmidən
Su üstündə qalmadı iz.
Yaslı-yaslı baxdıqca ay
Deyir: dünya kimə qaldı?
Parçalandı bulud lay-lay,
Hər ulduz da şəfəq saldı.
Yanma səma!.. Çox da yanma!..
İşini gör, çox dayanma!
Artıq min il ağlasan da,
Min il qara bağlasan da
Neyləyəcək bizə matəm?
Öz atını çapır aləm,
Dəyişməzdir çünki məna...
Bir də sənin, qoca dünya,
Qəribə bir gərdişin var,
Yaman-yaman vərdişin var.
Bir əlinlə sən qurursan,
O birilə uçurursan.
Sən qıyırsan naşı-naşı,
Ömrün əziz bir vaxtına...
Sonra töküb min göz yaşı,
Yas tutursan öz baxtına!
Tale, belə olsan da sən,
Doğrudan da gülməlisən!..
Böyük qardaş nə oldu bəs?
Harda qaldı o qəhrəman?
Nə bir səs var, nə də nəfəs –
Yoxsa uddu onu tufan?
Doğur günəş, doğur səhər.
Gör nə deyir bu mənzərə:
Şırıl-şırıl göy ləpələr
Yüz naz satır sahillərə.
______________Milli Kitabxana_______________
236
Uzaq... Uzaq... Bizdən uzaq...
Bir sahildə qumlar üstdə,
Taqəti yox, bənizi ağ
Kim tərpənir asta-asta?
Aha! Qalxır o ayağa,
Bir səmadır, bir də dəniz.
Boylandıqca sola, sağa
O görməyir insandan iz.
Yerindədir hafizəsi –
Fəlakəti o andıqca
Haray salır ağlar səsi:
"Qardaş!.." deyib o yandıqca.
Lərzə düşür yerə, göyə...
Öz başına döyə-döyə
Məcnun kimi düşür çölə;
Arabir də gülə-gülə:
"Sənsən? Sənsən? Gəl öpüşək!"
Lakin xəyal bir kölgə tək
Axıb gedir bircə anda...
Ürək yoxmuş asimanda!
Dinməsə də yerin qəlbi
O qardaşın fəryadına,
Dünya görmüş səyyah kimi,
Ağıl yetir imdadına.
O ayılır xəyallardan
Nə qardaş var, nə də gəmi...
- Qurtarmadım onu dardan,
Görməyəydim bu aləmi.
Deyə, fikrə gedir yazıq
Nəfəs alır bir azacıq.
- Xeyr!
Xeyr!
Nə üzlə mən
Geri dönüm bu qürbətdən?
Hələ gəlin, ata, ana...
______________Milli Kitabxana_______________
237
Qohum-qardaş, dost aşina...
Ah! Nə deyim mən onlara?
Qaydımmı üzü qara?
Oxucular! O zamandan
Gelib keçmiş düz altmış il!
Bu günədək o insandan
Bir xəbər də məlum deyil!
O dözmədi bu möhnətə
Üz tutaraq bir qürbətə
Səyyah kimi mənzil aldı,
De öldümü, sağmı qaldı?
Bəs Zərnigar? Gəlin noldu?
Duvağını heç açmadan,
Öz ətrini o saçmadan
De, saralıb tezmi soldu?
Səhər, axşam bu eyvandan
O, dənizə azmı baxdı?
Qıfıllandı o zamandan
Zərnigarın gəlin baxtı...
Göz zillədi o min dəfə
Hər qayığa, hər gəmiyə.
Çox boylandı yar tərəfə,
"Bu gün sabah gələr" - deyə...
Arabir də hər gəmini
Bir gəmiyə çox oxşatdı...
O nə tapdı həmdəmini,
Nə bir şirin yuxu yatdı.
Ay dolandı, il dolandı.
Hicran odu alovlandı.
Dost-aşina, qohum-qardaş
Zərnigara çəkirdi baş.
Dostları ilə paylaş: |
|
|