______________Milli Kitabxana_______________
117
Aslan süzür o xanı...
Geyinir ağ çuxanı,
Qalxır atın belinə.
At dönür dağ yelinə
Uçur düzdə quş kimi,
Dardan qurtulmuş kimi.
Sonra dönür geriyə,
Dik yeriyə-yeriyə
Duranlara baş əyir,
Xanın kefinə dəyir ki,
Üstün gəldi Aslan;
Səs çıxmadı xanlardan...
Sevinərək Mahniyar
Boylanır xumar-xumar.
Taleyindən küsür xan.
Onun qaş-qabağından
Bulud yağır eləbil!
Çünki qaytaran deyil
Verdiyi vədəsini:
"Çölün bir gədəsini"
Çağıracaq "kürəkən!"
Demək, bir səhər erkən
Qovuşdu sevgililər,
Doğan ətirli səhər
Öpdü, öpdü onları:
Dağların da ağ qarı
Hey əridi mum kimi.
Həyat bir zəqqum kimi
Görünürdü o xana,
İçindən yana-yana
Dedi: - Qızım! Mahniyar!
İndi nə muradın var?
Qaçaq Aslan sənindir,
Saray da vətənindir.
O gündon, oxucum, keçdi sənələr,
Keçdi bu dünyanın başından nələr!..
______________Milli Kitabxana_______________
118
Toplar guruldadı, saraylar yatdı,
Bunları insanın əli yaratdı.
Gəlinlər, qocalar, qızlar, qarılar,
Beşikdə çağalar, ömrü yarılar
Cidalar ucunda parçalandı hey,
Ölkə dağıdıldı, el talandı hey...
İnsanlar bezikib, cana dayandı;
Qurunun oduna höyüş də yandı.
Taladı elləri yırtıcı xanlar,
Günəşin altında göl kimi qanlar
Qaynaya-qaynaya buxara döndü.
Qapılar bağlandı, ocaqlar söndü,
Ay da buludlarda gizlənib yatdı,
Bunları insanın əli yaratdı!..
Günlərin birində əsən küləklər
Gətirdi Bakıya acı bir xəbər:
"Bakının hakimi Hüseynqulu xan
Səhər yuxusundan ayılan zaman
Bütün dövlətini, bütün varını,
Şəhər qalasının öz açarını
Knyaz Sisyanova təslim verməli!
Yoxsa, ordumuzun dağıdan əli
Sizin də ölkəni yandıracaqdır,
Yerdə padşahların dediyi haqdır".
Şəhər kənarında durmuş ordugah
İsti bir dumana bürünmüş sabah.
Sabahın qoynunda min sızıltı var,
Yorğun piyadalar, atlı ordular
Azacıq dincəlir...
Fəqət kənarda,
Düşünən gözləri bir intizarda
Bir saldat əyləşmiş, seyr edir onu,
Bağrına basaraq dilli qarmonu,
Dərdini söyləyir ötən dillərə:
______________Milli Kitabxana_______________
119
"Mən niyə gəlmişəm bu yad ellərə?
Görəsən neyləyir bizim tək qarı.
Yenə gözləyirmi uzaq yolları?
Mən evdən çıxanda boş qaldı anbar –
Bu ilki vergiyə getdi taxıllar...
Lap soyub taladı bizi mülkədar,
Böyük Rusiyada səadətmi var?
Nədir çəkdiyimiz bu ölüm, bu qan?
Qırıb tökdüyümüz deyilmi insan?
Neçin göz yaşına batsın analar,
Deyin, bu qanunda ədalətmi var?
Yox... düz atmayacaq əlim gülləri...
Qarı son nəfəsdə gözləyir məni.
Mən evdən çıxanda boş qaldı anbar –
Bu ilki vergiyə getdi taxıllar..."
Yayılır ətrafa qarmonun səsi,
Təmiz bir vicdanın saf zümzüməsi
Gəzir könülləri söz yaza-yaza...
Çuğul xəbər verir bunu knyaza.
Knyazın əlləri çox batmış qana,
Saldatı tutdurur gülləbarana.
Buna şahid olur hər dağ, hər dərə,
Bir cənub axşamı, mavi göylərə
Dikildi saldatın ala gözləri...
Sizə danışdığım o gündən bəri
İstisi sönməmiş o qardaş qanı
Oldu könüllərin şeir dastanı.
Başına and içir Sisyanovun çar;
Yorğun piyadalar, atlı ordular
Daşınır gecələr Qafqaza sarı.
Darğın bir ölkənin qara qaşları
Çatılmış yay kimi kinlərlə dolu,
Gözləyir yağının gəldiyi yolu.
Sisyanov - o döşü medallı knyaz!
O alçaq, o çəngli-cidalı knyaz...
Çarın sədaqətli, yaxın nökəri,
At üstündə qılınc vurandan bəri
______________Milli Kitabxana_______________
120
Yayılmış şöhrəti bütün Qafqaza.
Çar xeyli güvənir məğrur knyaza.
Almış sifarişi Hüseynqulu xan,
İldırım tökülür qaş-qabağından,
Qolları qüvvətsiz, Ömrü ixtiyar,
Oynayır gözündə qara buludlar.
Düşünür gecəni sabaha qədər,
Ağarır dan yeri, açılır səhər
Fəqət sahilləri döyür dalğalar,
Saray qarşısında bir izdiham var.
"Ah, zalım xan! Zalım xan!
Sən qorxub öz canından
Yurdu versən hər yada,
Kor olasan dünyada!
Bir xan da artsa əgər
Çoxalacaq vergilər.
Yorulduq işləməkdən,
"Allah, Allah" deməkdən
Tez çağırın Aslanı.
Yığsın eli, obanı,
Sel olsa da qanımız,
Qurban olsun canımız
Bu sünbüllü çöllərə -
Bu mehriban ellərə!
Ah, zalım xan! Zalım xan!
Sən qorxub öz canından
Yurdu versən hər yada,
Kor olasan dünyada!"
Knyazın ordusn yetişib həmən
Bürümüş şəhəri dörd bir tərəfdən.
Xansa fikirlərə qərq olub, naçar
Sorur nökərlərdən: -
Hardadır açar? Aparın!
Aparın, verin knyaza;
Güvənsin Rusiya böyük Qafqaza.
Selin qarşısını almaq olarmı?
Tüfəngli çıxmağın mənası varmı? -