______________Milli Kitabxana_______________
112
Xan qızıdır Mahniyar
Odur ki, şöhrəti var.
Daha dilbər, daha xoş,
Yemişlər kimi meyxoş
Qızlarımız da varmış
"Böyüklər" almayarmış.
"Gəlin gərək xan olsun,
Böyük ocaqdan olsun.
Quşu tutun yuvadan" –
Bir məsəlmiş o zaman.
Örkən, çatı toxuyan,
Üstü qərinə qoxuyan
Qışın ayazlarında,
Boranında, qarında,
Çiynində yük daşıyan,
Daxmalarda yaşayan,
Gün altında ot bıçən,
Gölmələrdən su içən.
Qızlarımız da varmış –
Qocalıb qarıyarmış.
Xan sarayı... Qocalmış,
Xanda nə qüvvə qalmış,
Nə canında ixtiyar;
O, qızına can deyə
Başlamışdır hiyləyə: -
Qızım! Gülüm, Mahniyar!
Göz dikdiyim bircəsən,
Qocalmışam, görürsən;
Yoxdur əvvəlki halım –
Ağarmişdır saqqalım.
Nə qolumda qüvvə var,
Nə canımda ixtiyar.
Bax, bu cəlal, bu saray,
Yerdə büsat, göydə ay –
Nəyim varsa sənindir,
Bakı öz vətənindir.
Sənə vəsiyyətim var:
Yurdumuzda knyazlar
______________Milli Kitabxana_______________
113
At oynatmaq... Aman...
Ah! Göstərməsin qoy Allah!
Suların zümzüməsi,
Quranın Tanrı səsi
Keçməsin yad ellərə.
Qızını! Bizim ellərə,
Dünya kəsilmiş yağı.
Cəlladların ayağı
Kəsilməmiş bu yerdən;
Oğul kimi döyüş sən,
Atıl incik gecəyə,
Vuruş pəncə-pəncəyə!
Ananın doğma yurdu,
Bax, bu saray, bu ordu,
Tüfəng tutan bu ərlər,
Bəslədiyim pələnglər –
Nəyim varsa sənindir,
Bakı öz vətənindir...
Sənə yenə sözüm var:
Şöhrətli, şanlı xanlar
Elçi göndərir sana,
Rəhmin gəlsin atana.
Seç onlardan birini,
Həm də cahangirini,
Qoy qüvvəmiz çoxalsın,
Adım tarixdə qalsın.
Deməsinlər "bizim xan
Düşmənin qabağından
Qaçdı qoyunlar kimi".
- Düz deyirsən, atacan,
Bilirəm ki, atadan
Böyük dünyada nə var? –
Deyə gözəl Mahniyar
Düşünərək arabir
Atasına söyləyir:
- Mən, dəniz qizıyam, adım Mahniyar,
Ellər arasında şan-şöhrətim var.
______________Milli Kitabxana_______________
114
Bu torpaq, bu hava, bu zəngin Vətən –
Bunları duyduqca, düşündükcə mən
Həyata, varlığa məftun oluram,
Çöllər padşahı Məcnun oluram.
Bilirəm sənin də taxtın, tacın var,
Gözünü dikmişdir ona yağılar...
Fəqət şöhrət üçün, xaniman üçün,
Qanlarla yoğrulan bir zaman üçün
Qoparıb qəlbimi ata bilmərəm,
Çul kimi döşənib yata bilmərəm...
Çox da güvənməsin gücünə xanlar,
Mənim də qəlbim var, arzularım var:
Əlimlə tikdiyim bax bu ağ çuxa
Hansı bir igidin əyninə olsa,
Bir də ağ atımı kim minə bilsə,
O şah da deyilsə, xan da deyilsə,
Olsa da adi bir qapı nökəri
Onundur qəlbimin gizli telləri...
Ay dolanıb, il döndü,
Çox igidlər öyündü,
Güvəndi şöhrətinə,
Malına, dövlətinə,
Göz dikdi Mahniyara.
Yayıldı hər diyara
Bir gün yeni bir xəbər;
Dedilər ki, bir səhər
Başlanacaq imtahan,
Hansı igid bir oğlan
Ağ atın üstə minsə,
Ağ çuxanı geyinsə
Onunkudur Mahniyar.
Bu xəbəri alanlar
Şamaxıdan, Şəkidən,
Lənkərandan, Ləkidən,
Qarabağdan, Şirvandan,
Şahlar yurdu İrandan
______________Milli Kitabxana_______________
115
Bığıburma cavanlar,
İgidlər, pəhləvanlar
Bakıya üz tutdular.
Hey atdılar, tutdular –
Tüfəng tutan, ox atan,
Atın qarnına yatan,
Başı üstə mil duran,
Quşu dimdikdən vuran
Suyu balıq kimi tən
Yarıb içindən keçən
Yığışıb dəstə-dəstə
Gəldi Bakının üstə.
Sədd çəkildi dörd yana,
Ağ at gəldi meydana.
Əvvəlcə buğa bir xan
Ağ atın cilovundan
Tutub, bir şillə vurdu –
O, atı qorxuduran.
Ətraf baxırdı mat-mat,
Cilovu dartaraq al
Qulağını şəklədi,
Əlilə təpiklədi
Xanın qanını birdən,
Qışqırdılar dörd yerdən –
Yıxıldı torpağa xan,
O gəlmişdi İrandan.
Sonra bir dəliqanlı
Gözləri həyəcanlı,
Ürəyində fırtına,
Atın yastı sırtına
Sıçradı birdən-birə.
Ağ at yataraq yerə,
Ağnadı, basdı bunu,
Qan apardı burnunu...
Dağıstanlı pəhləvan
Yaxın gəldiyi zaman
Hamını heyrət aldı,
______________Milli Kitabxana_______________
116
Mahniyar da saraldı.
Tutub atın boynunu,
Burmaq istərkən onu
Ağ at öz vərdişini,
Kəmərindən dişilə
Yapışdı birdən-birə.
Onu da vurdu yerə.
Gəl, ey qaçaq Aslanım!
Gəl, ey qoçaq Aslanım!
Gəl ki, meydan sənindir,
Tülək tərlan sənindir!
Baş əymədin xanlara,
Sığındın ormanlara.
Yurdun oldu yaylaqlar,
Durna gözlü bulaqlar.
Adın düşdü dillərə,
Bayraq oldun ellərə.
Cütçülərin ağzında,
Aşıqların sazında
Dinlədik dastanım.
Ellər qahrəmanmı
Oxşar, sevər ürəkdən.
Sənə uğur deməkdən
Qüvvət aldı analar,
Elin böyük qəlbi var.
Aslan gəlir çaparaq,
Ağ at qulaq çırparaq,
Tanıyır qəhrəmanı.
Deyir o günlər hanı?
Aşıb dağdan, dərədən,
Uçardın üstümdə sən.
Bir gün tora saldılar
Məni səndən aldılar
Gəl, ey qaçaq Aslanım!
Gəl, ey qoçaq Aslanım!
Gəl ki, meydan sənindir,
Tülək tərlan sənindir.
Dostları ilə paylaş: |