165
Amma şair ruhlu bu insanın qanunlar çərçivəsində
özünə “Ümman” təxəllüsünü seçməsi heç də təsadüfi
görünmür. Cahana sığmayan ürəyinin bir ümman ki-
mi böyük, yeraltı çayları, dağları, cərəyanları, florası
və faunası ilə zəngin olması onun sərhədsizlik içəri-
sində özünə sonsuz bir sərhəd müəyyənləşdirməsin-
dən xəbər verir:
Mən əzəl üzdə fağır kənd balası Qanun idim,
Sən məni dalğası tüğyan edən Ümman elədin.
Düşünən insan müəyyən bir çərçivəyə heç bir za-
man sığa bilmir. Hələ burda vətən sevgisi, ilahi sevgi
ön planda olarsa, bu çərçivələrin olması heç mümkün
deyil. Öz ümman düşüncənin sərhədlərini müəyyən-
ləşdirmək isə böyük ürək tələb edir.
Onun təlatümlü məhəbbətiylə
Necə sakit durum, çağlamayımmı?
Qələmdən od düşür vərəqlərə də,
Odu söndürməkçün ağlamayımmı?
Onun azad ruhu kimisə incitmədən belə ürəklərdə
yaşamağı bacarır. Özünə qəlblərdə xanə müəyyənləş-
dirmək və orada yaşamaq cəsarət tələb edir.
Arzular içindən ən gözəl arzu
Seçib ürəyində yaşayacağam.
Nazlı baxışından, dəniz gözündən
Keçib ürəyində yaşayacağam.
166
Şeiriyyət tərənnüm üzərində köklənir. Tərənnüm
də nə qədər qəlblərə xitab edə bilirsə, deməli, şeirin
tələbləri bir o qədər artıq yerinə yetirilmişdir. Ürək
yanğısı ilə qələmə aldığı şeirlərin səmimiliyi, rənga-
rəngliyi və heyrətləndiriciliyi onun qələminin zaman-
zaman şahə qalxacağına insanda şübhə yaratmır.
Bir dəfə görüşdük, elə dondun baxışımda,
Açmaz donu, qəlbimdəki közlərdə kədər var.
Məcazlar o qədər zərgər dəqiqliyi ilə seçilib işlənir
ki, oxuyan hər kəs: istər ədəbiyyatçı olsun, istərsə də
orta savadı olan oxucu olsun, bu məcazın qurulması-
na heyrətlənməyə bilmir.
Şairin sözə orijinal yanaşma tərzi, kiməsə oxşa-
maq istəməməsi artıq ədəbi yolunun müəyyənləşmə-
sini bir daha göstərir.
Nə gözəldir!
Öz gücünlə yeriyəsən bu həyatda.
Qazandığın uğurla yox,
Bəxş etdiyin uğur ilə sevinəsən bu həyatda.
***
Şöhrəti yox, sərvəti yox,
İnsanlığı mənsəb bilib,
Vəzifəndə dayanasan sabitqədəm.
Göz süzülə,
Can tükənə,
Ömür bitə.
Daha nə qəm!
Daha nə qəm!
167
Öz ayaqları üzərində durmaq, hər şeyi unudub in-
sanı sevmək şairin borcudur. Şair insanlıq qarşısında
öz borcunu qurduğu oyun dolu misralarla, oxucunu
düşünməyə vadar etməklə yerinə yetirir.
Ruhundan biçəcəm özümə donu,
Canına qovuşmaq, hicranın sonu.
Sevgi ordum ilə, həsrət ordunu
Biçib ürəyində yaşayacağam.
Həsrətə sitəmlə yox, sevgi ilə son qoymaq ilahi
eşq sahibinə xas olan haldır.
Bir alov ol, ürəyimi isindir,
Qaragözlüm, gözlərimə qonaq gəl.
Baxışımı fərəhləndir, sevindir,
Qaragözlüm, gözlərimə qonaq gəl.
Şair xəyalları ilə belə xəyal dilində, incə, zərif və
xəfifcəsinə rəftar edir. Onu elə bir həya ilə səsləyir ki,
xəyal belə bu səslənişə, bu çağırışa baş əyməyə bilmir.
Daima özünü təsdiqləməyə cəhd edən, sözü qiy-
mətə mindirməyi bacaran şair vətən, millət sevgisinin
olmadığı yerdə bütün şöhrəti, ad-sanı rədd edir, saf
arzu və istəklərinin hamıda olması üçün sanki dualar
edir və şeirlərinin birində yazır:
Ümman, tam Vətənsiz gözləmə şöhrət,
Bütövü bölənə, kəsənə nifrət!
Kaş ola hamının köksünə qismət,
Vətən sevgisiylə döyünən ürək
168
Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı
Açığı indiyə qədər dostum Müşfiq XANın əsərləri
haqqında geniş bir yazı yazmamağımın iki səbəbi var:
biri bəyənmədiyim əsər haqqında nəsə yazmağın tə-
rəfdarı olmamağım, ikincisi isə dostun yaradıcılığı
haqqında yazacağın məqalənin cəmiyyətin birmənalı
qəbul etməməsi. Bizim ellərin “
qonşu qızı öpülmüş
olar
” kimi müdrik bir məsəli fikrimi ifadə etmək üçün
yararlı məsəldir, məncə.
Amma Müşfiq XANın son əsəri olan “
Qatil üçün
nekroloq
” romanı haqqında fikrimi bildirməyim həm
XANın qələminin püxtələşməyinə (və ya mənim zöv-
qümə uyğun yazmasına görədir, bəlkə də), həm bu
romanın nəşrinin Müşfiq XANın doğum gününə düş-
məyindən doğan məsələdir. 19 iyul Müşfiq müəlli-
min, əziz dostumun, müəllim məsləkdaşımın, vətən-
daş yazıçının, istedadlı gəncin doğum günüdür. Hə-
mişə qeyri-adiliyi ilə fərqlənən Müşfiq müəllim bu
dəfə də bizim üçün adi, amma əslində adiliyin özün-
də olan qeyri-adi hərəkəti ilə fərqləndi. Doğum gün-
lərində onun telefonunu da söndürüb səssizliyə çəkil-
məsi, öz dünyaya gəlişinin səbəblərini özüylə söhbət-
lərində araşdırması onu biz dostlardan fərqləndirirdi.
Bu dəfə isə öz romanını özünə hədiyyə edərək onu
sevənləri ətrafına yığdı və sözü ilə özünü təbrik etdi.
Bəlkə də, cəmiyyətimizdə bu istedadlı gənci çox adam
tanımır. Amma onu izləmək, onu tanımağın gənclərə
bir nümunə olacağına əminəm. Müşfiq XAN (İmzası
ilə də fərqlənir. Bu təxəllüsün açılışı “Xalqım
Azərbaycan Naminə”dir.) İxtisasca bioloqdur. Öz ixti-
Dostları ilə paylaş: |