155
inancı həmişə dostlarını qorxutmuşdu. Axı İslam adı al-
tında özləri belə bilmədən xarici qüvvələrə xidmət edən-
ləri çox görmüşdü. Müxtəlif dini təriqətlərə, məzhəblərə
qulluq edən insanlar və onların başında kimlərin durdu-
ğu məlum deyildi. Məsələ getdikcə qəlizləşirdi. Kim deyə
bilərdi ki, İranın ali dini lideri dünyanı idarə edənlərə xid-
mət etmirdi? Kim nə bilərdi ki, Fətullah Gülənə inanan
milyonlarla insan xəbəri olmadan bir mərkəzdən idarə
olunan qüvvələrə xidmət etmir? Bunların hamısı ehtimal
olduğu qədər həqiqətə də çox yaxın idi. Bu baxımdan Mə-
həmmədin də bu əməliyyatı pozmaq üçün yetişdirildiyi
arxa plana atıla bilməzdi. Onun nə qədər çılğın olduğunu
bilsələr də, dostlarının üstünə silah çəkəcəyini düşünməz-
dilər. Bu düşüncələr içində burulğana düşən Arslan onun
yeni bir əmri ilə üz-üzə qaldı:
– Xəritələri çıxar!
Arslan sakitcə xəritələri çıxarıb ona tərəf uzatdı.
– Gecəgörmə cihazını da ver!
Arslan artıq onun nəyə xidmət etdiyini anladı. Buna
görə də imkan yaranan kimi onu zərərsizləşdirmək lazım
idi.
Məhəmməd xəritəni açaraq, birini götürdü. Gecəgör-
məcihazını da boynuna keçirdi. Sonra da onlardan bir ad-
dım aralandı. Elçin artıq hər şeyin gec olduğunu hiss etdi.
Özünü açılacaq silahın qarşısına atıb Arslanı xilas etməyi
düşünürdü. Amma Məhəmmədin: – Mən Xankəndinə ge-
dirəm! – deməsi, alovlanmaqda olan közün üstünə su
səpdi. Onun cızıltısı ciyərlərini yandırdı. Çünki Məhəm-
mədə qarşı yanlış fikri ağıllarından keçirmişdilər. Arslan
isə özünü elə apardı ki, sanki elə belə də olacağını bilirdi.
Bu isə təcrübədən irəli gəlirdi.
156
– Mən nə Allahımı, nə də millətimi kiminsə tapşırığı
ilə sevməyə alışmamışam. Mən bura ideya, məslək, əqidə
uğrunda mübarizə aparmağa gəlmişəm. Kimlərinsə iy-
rənc oyunlarının “peşkası” kimi yox. Mən sizə inanmış-
dım, mənə verilən əhdə sədaqətlə yaşamışam. Gedin, özü
də məni unudun. Madam ki, komandir Xankəndinə get-
məyimizi əmr edib, mən onun son tapşırığına əməl edəcə-
yəm. Amma unutmayın ki, mən bunu öz iradəmlə edi-
rəm, kiminsə tapşırığıdır deyə yox. Planlar quran dövlət-
niz isə bundan sonra qəlbində vətən eşqi gəzdirən oğulla-
ra inanmağı öyrənsin, o qəlbləri qazana bilsin. Arxasın-
dan oyunlar çevirib başının altına yastıq qoymasın. Döv-
lətin silkələnib ayağa qalxmasını gözləyən oğullara həmi-
şə onların yanında olduğunu deməyə cəsarət etsin. Aşiq-
lərin, dostların bir-birindən sirri olmaz! Şəhid olmaq alnı-
ma yazılıbsa, şəhid olaram, yox əgər yazılmayıbsa, sabah
axşam burada görüşərik. Məhəmməd bunları dedikcə
hayqırırdı. Sevgilisindən gileylənən aşiqlər kimi titrəyirdi.
Ona xəyanət etmiş sevgilisini niyə sevdiyinə təəssüflən-
məsə də, elə bil, öz halına acıyırdı. O, – Sultanbəyli, tele-
fonu da mənə ver, – deyib susdu.
Arslan yenə sakitcə telefonu ona uzatdı. O, çox mə-
yus olmuşdu. Məhəmmədin tək getməsindən daha çox,
Elçinlə onun birgə qalması işi çox qəlizləşdirirdi. Məhəm-
mədlə bərabər burada Elçini də itirmək təhlükəsi vardı.
Elçin bilsəydi ki, Arslan da başqa məqsədlə bura gəlib,
onda daha böyük faciə olardı.
Məhəmməd telefonu yaxındakı daşa çırparaq parça-
ladı. Bunu görən Elçin də, Arslan da çox narahat oldu.
Deməli, Məhəmmədin yeganə amalı vardı: haqq yolunda
şəhid olmaq!..
157
Arslan Məhəmmədə tərəf bir addım atmaq istəyirdi
ki, o, lüləsi aşağı əyilmiş silahı bir az da qaldırdı: – Yaxın
gəlmə!.. – dedi.
– Hüseynov, sənə bu cür çılğınlıq yaraşmır. Axı sən
kəşfiyyatçısan, sənin dərin düşünmə qabiliyyətin var. Bə-
yəm dövlətin bütün planlarını bizim kimi sadə əsgərlər
bilməlidir? Bəyəm biz bu millətə hansısa məmura görə
xidmət edirik? Bu millət, bu vətən bütövdür, qardaş! İnad
etmə, silahı endir aşağı, necə deyirsən, elə də edək, amma
məsləhətləşək. Axı cığırları yaxşı tanımırsan, özü də indi
əsəbisən. Bu vəziyyətdə erməninin əlinə düşə bilərsən,
bütün planlarımız alt-üst ola bilər. Bir şeyə sevinməlisən
ki, səndən xəbərsiz, sənin dövlətin sənin ürəyindən keçə-
ni sənə tapşırıb. Bu isə qarşılıqlı məhəbbətdir. Bu, ürəklə-
rin eyni döyünməsi deməkdir.
– Arslan, bəsdir, mənə nağıl danışma. Mən “vətən”, –
deyib, – “sevgimiz” bağıranda sənin dediyin o dövlət har-
da idi? Olmazdı ki, komandir bizə bunu öncədən deyəy-
di? Yoxsa sənin də xəbərin vardı? Yoxsa sən də ikiüzlülük
edərək, başqa bir tapşırıq almısan? Bəlkə, sən də sürpriz
edəsən. Nə qədər ki, gec deyil, sən də de. Məhəmmədin
simasında acı bir gülüş vardı. Özünün də qəbul etmədiyi
günahkarı axtarırdı.
Elçin Məhəmmədin psixoloji durumunun yaxşı olma-
dığını hiss edirdi. Təsəlli edəcək söz tapa bilmirdi. Harda-
sa o da Məhəmmədlə razı idi və Məhəmmədi başa düş-
məyə çalışırdı.
– Məhəmməd, mən də sən deyənlərlə razıyam. Hər
şeyin əvvəlcədən bizə deyilməsi vacib idi. Əməliyyatın
planı eyni olsa da, mahiyyəti başqadır. Amma biz bir-biri-
mizi bu cür başa düşməsək, millət bundan ziyan görər.
158
Necə ki, görür də. Gəlin soyuq başla düzgün plan hansı-
dırsa, onu cızaq.
– Sizi bilmirəm, amma artıq mən planımı cızmışam.
Yolumdan da dönən deyiləm. Sizə uğurlar! Sabah axşam
burda gözləyəcəm sizi. Əgər gəlsəniz, onda plan cızarıq.
Yox, əgər gəlməyəcəksinizsə, sonuncu gülləmə qədər dı-
ğalara yedirdəcəyəm. Vətən sağ olsun! – deyib Məhəm-
məd bir neçə addım geriyə dalı-dalı gedərək sonra çevril-
di. Ağacların arası ilə yürüməyə başladı.
Arslanın dizləri titrədi. Gözlərini ondan çəkmədən
yerə oturdu. Dizlərini qucaqladı. Gözləri bir anlıq yol çək-
di. Qoca anası yadına düşdü. Düşündü ki, bu gedən igi-
din arxasınca su atıb, “sağ get, salamat qayıt”, – desin.
Məhəmməd birdən dayanıb, cəld arxaya çevrildi.
Gözləri alaqaranlıqda OdƏrləri axtardı. “Sabah, sabah ax-
şam sizi gözləyəcəyəm!” – dedi. Bu sözdə güclü bir inam,
bir güvən vardı. Atılan addımlar da bunu deyirdi. O, qısa
bir zamanda gözdən itdi. Bir daha görünməyəcək kimi
qeyb oldu. Elə bil, o yox idi. Sadəcə, arzuları, amalları
vardı! Bu arzu və amallar dağın arxasında qüruba gedən
günəşə bənzəyirdi: özü görünməsə də, işığı aləmi işıqlan-
dırırdı...
17
Boqomilla uzunboğaz, qara çəkməsini tələsik bağla-
yıb, ona xüsusi yaraşıq verən qara saçlarını başı ilə arxaya
ataraq, telefonunu götürüb hoteldən çıxdı. Qara rəngli
mini ətəyi onun uzun ayaqlarına xüsusi yaraşıq verirdi.
O, Kaliforniya ştatına yenicə gəlmişdi. Bir ilə yaxın idi ki,
görüşdüyü erməni əsilli iş adamı, gələcək senata seçilmə
Dostları ilə paylaş: |