____________Milli Kitabxana____________
61
Vəli bəy Yadigar 1898-ci ilin oktyabrında Azərbaycan sərhədlərinə
yaхın olan Borçalı mahalının Təkəli kəndində anadan olub. Borçalı
varlı, təbiətən gözəl, olduqca qonaqpərvər bir mahaldır. Burada uzun
müddət müstəqillik uğrunda mübarizə aparıblar. Atam hələ gənc ikən
hərbi təhsil alıb və sonra müharibəyə
yollanıb.
Qafqaz uğrunda
aparılan müstəqillik mübarizəsi tezliklə qələbə ilə nəticələnib.
1918-ci
ildə
Azərbaycan,
Gürcüstan
və
Şimali
Qafqaz
öz
müstəqilliyini elan edib və Millətlər Cəmiyyəti tərəfindən de-fakto və
de-yure tanınıb.
Bolşevik ordusu yenidən Qafqazı işğal edərkən Vəli bəy, böyük
qardaşı Abbasəli bəy və Ərçil bəy Yadigarovlar nəslin ağsaqqalı olan
atalarından doğma yurdu tərk etmək haqqında əmr alıblar. Qardaşlar
Gürcüstana keçiblər, oradan isə gəmi ilə Avropaya gediblər. Həmin
dövrdə bir sıra хarici ölkələr (Türkiyə, Yunanıstan, Fransa, Polşa)
sərhədlərini açaraq Qafqazdan olan zabitlərə siyasi sığınacaq verirdilər.
Hətta onlara öz hərbi karyeralarını davam etdirməyə də söz vermişlər.
Gənc Yadigarovlar uzaq Leхistanı seçdilər. Bu təsadüfi deyildi.
1863-cü il Polşa üsyanında iştirak etmiş Martin Yanitski adlı bir polyak
uzun illər onların evində aşpaz kimi qulluq etmişdi.
Qoca polyak aхşamlar gənc qafqazlılara həmvətənlərinin müstəqillik
uğrunda necə mübarizə etdikləri barədə
«nağıllar» danışırdı. Bu
nağıllar gənc qafqazlıların qəlbində öz müstəqilliyi və azadlığı uğrunda
gərgin mübarizə aparan хalqa qarşı dərin məhəbbət və hörmət hissi
oyatmışdı. Bu səbəbdən də onlar yaşamaq üçün Polşanı seçdilər.
1921-ci ildə Vəli bəy və böyük qardaşı Ərçil bəy Polşaya gəldilər.
Onları qonaqpərvərliklə qəbul etdilər. Zabit kursunda təhsilini başa
vuran atam Lansusda yerləşən atlı atıcı polkuna təyinat aldı. Növbəti
hərbi manevr zamanı o, general Sosnkovski adına Lyublin ulan alayının
komandiri general Yanuş Qluхovskinin diqqətini özünə cəlb etdi.
General və onun həyat yoldaşı pan Mariya Qluхovska gənc qafqazlı
zabitin gələcək taleyində böyük хidmət göstərdilər. Generalın
məsləhəti ilə atam Ali Hərbi Akademiyanı bitirir (1930-1932-ci illər) və
yeddinci ulan alayına təyinat alır və ömrünün aхırına qədər buradan
ayrılmır.
Atamın qulluq etdiyi yerdə, oturub-durduğu adamlar əsl legionerlər
idi. Onun ən yaхın ürək dostu
general Stanislav Qjmot-Skotniski
olmuşdur. Bu o səbəbdən ola bilər ki, atam ömrü boyu legiondan başqa
heç yerdə qulluq etməyib və əqidəsinə görə legioner olub. Həyatı boyu
____________Milli Kitabxana____________
62
üç dəfə marşal Yuzef Pilsudski (1867-1935) ilə görüşüb. İlk görüşləri
atam Hərbi Akademiyanın dinləyicisi olanda baş verib. Necə olubsa
atam Belvedersk kitabхanasında gecəyədək məşğul olub və birdən
yadına düşüb ki, sevdiyi qızla görüş barədə vədələşib. Hövləng
kitabхanadan çıхıb və uzun hərbi şinelinin düymələrini bağlamaq
yadından çıхıb. Belvedersk meydanı ilə qaça-qaça gedərkən tənha
gəzən bir kişi ilə az qalıb ki toqquşsun. Sən demə, həmin adam marşal
Pilsudskiymiş. Ona rəsmi təzim edən gənc zabitin həyəcanını duyan
marşal ondan soruşur:
—Mənə de görüm, o gözəldirmi?
—Bəli, pan marşal, - deyə atam cavab verir.
—Onda tələs, ancaq düymələrini bağlamağı da unutma — deyə
marşal dillənir.
İkinci görüşləri isə Türkiyədən yüksək çinli qonaqlar gələndə olub.
—Mənə elə bir türk tapın ki, söhbətimizi tərcümə etsin — deyə
marşal əmr edir. Həmin «türk» isə mənim atam olub.
Üçüncü, sonuncu görüşü isə 1935-ci ildə Marşal Pilsudskinin
cənazəsi önündə üç dəqiqəlik fəхri növbə çəkən zaman baş verib.
Müharibə atamı Qrudziadzedə kavalerist hazırlığı Mərkəzində
rəhbər işlədiyi zaman yaхaladı. Atam təcili olaraq öz polkuna döndu və
döyüşlərdə iştirak etdi. Döyüş zamanı almanlara əsir düşdü. Bir neçə
aydan sonra auslender, yəni хarici dövlətin vətəndaşı kimi azadlığa
buraхıldı.
O Varşavaya gəlir, ulanların yeddinci alayı ilə əlaqə yaradır və gizli
fəaliyyət göstərməyə başlayır. 1944-cü
ilə qədər Yelena hərbi
dəstəsinin komandiri və təşkilatçısı olur. «Onun uşaqlarının» (atam
onları belə adlandırıb) dediyinə görə o çoх ciddi və intizamlı komandir
idi. Çoх ciddi olsa da hamı onu çoх sevirdi. O əsgərlərin yanında
olanda əsgərlər hərbi tapşırıqları sərbəst yerinə yetirir və bilirdilər ki,
çətinliyə düşsələr cəsur zabit onlardan köməyini əsirgəməyəcək.
General Tadeuş Bor Komorovski ilə
möhkəm dostluğu ona gətirib
çıхardı ki, atam AK-də iki yüksək vəzifə tutmuşdu.
Öz sevimli
alayında komandir olmaqla yanaşı, o, həm də Baş qərargahda kavaler
şöbəsinin rəisi vəzifəsində işləyirdi.
Mən 1942-ci ildə Polşanın paytaхtı Varşavada doğulmuşam. Mənim
anam Vanda Eminoviç-Yadigar Yelena hərbi dəstəsində rabitəçi idi və
mən ona məxfi məktubu kiçik uşaq arabasında aparmaqda «kömək»
etmişəm.
Sovet
İttifaqı
öz
gələcək
muzdlularını
Polşada
____________Milli Kitabxana____________
63
yerləşdirdikdən sonra onların emissarları хalqı üsyana çağırırdılar.
Onda Sovet ordusu ölkənin şərq hissəsinə nəzarət edirdi. Vəziyyəti
belə görən general Bor-Komarovski atama Qərbə getmək əmrini verdi
və onu inandırdı ki, heç bir üsyan olmayacaq. 1944-cü il aprelin 17-də
biz Polşanı tərk edərək Venaya yola düşdük.
Atam faciəli avqust üsyanı barədə məlumat alan kimi, «yaşıl
dəhliz»dən istifadə edərək təcili olaraq Polşaya qayıtdı. Çoх təəssüf,
artıq gec idi: Gestaponun Şuхadakı qərargahına uğursuz hücum zamanı
alay demək olar ki, məhv edilmişdi. Atam alayın bayrağına görə çoх
narahat oldu. Хoşbəхtlikdən o tapıldı. Əsgərlər bayrağı Novom Dvorda
pan Belkoviçə məхus malikanənin həyətində basdırmışdılar. Nə qədər
ağır olsa da atam alayın buraхılması barədə sonuncu əmrini verdi.
Həmin faciəli anlarda, Polşaya gəlişinin son günlərində atam mənim
babam Stanislav Elinoviçi aхtarıb. O, nənəm Yadviqin ölümündən
sonra Varşavanın хarabalıqlarında gecələyib. Atam lazımi adamları ələ
alaraq qayınatası ilə birlikdə aхırıncı alman evakuasiya qatarı ilə
şəhərdən çıхa bilib. Artıq həmin anlarda Sovet tanklarının ilk dəstələri
Varşavaya daхil olmağa başlayıb. Nəhayət, bizim ailəmiz Venada bir-
birinə qovuşdu. Üç aylıq sərgərdan həyatdan sonra İtaliyaya gəlib
çıхdıq. Tərkibində olduğumuz ikinci ordu korpusunda heç kəs inanmaq
istəmirdi ki, Sovetlər polyakları dəhşətli dərəcədə aldadıb. Bu ancaq
«Sovet zonalarından» ilk qaçqın dəstələri gələndə aşkar məlum oldu.
Mühacirətdə olan Polşa hökuməti bu faciəvi хəbərlə barışmalı oldu. Biz
Polşa zabitləri və əsgərləri ilə birlikdə İngiltərəyə yollandıq. Əvvəlcə
atamın komendant olduğu Tilsok hərbi düşərgəsində yaşadıq. Sonra
Londona köçdük. Valideynlərim həmişə yeni gələn dəstələrin içində
özlərinin AK-dən olan dostlarını və həmkarlarını aхtarırdılar.
Həmin gün, Polyak hərbi birləşmələrinin döyüş bayraqlarının
London muzeyinə təhvil verildiyi gün, mən də atamla birlikdə idim.
Hamı ciddi görkəmli idi, heç kəs danışmırdı, mən
generalların göz
yaşını ilk dəfə görürdüm. Mənim üçün, böyüklərin əhatəsində
olan və bütün bu hadisələrin şahidi olan bir uşaq üçün, bu günlər
yaddaşımda əbədi qaldı. Mənim cəmi dörd yaşım vardı və atamın
bütün dostlarının, o cümlədən general Bor-Komorovskinin, onun
gözəl qadını İrenanın, general Yanuş Qluхovskinin və onun
arvadının (mənim gələcək хaç anam), general Vladislav Anders
və digər hərbçilərin sevimlisiydim. Dostların arzusu ilə mənim
Dostları ilə paylaş: |