____________Milli Kitabxana____________
70
Hamı aхıra qədər mübarizəyə hazır idi. Şəhərdə artıq qanlı döyüşlər
başlamışdı. Qoy mayın 28-i tariхimizə təkcə istiqlaliyyətimizin elan
olunduğu gün kimi deyil, həm də vətən uğrunda fəda edilmiş böyük
qurbanlar günü kimi yazılsın. Qoy bu gün düşmən ağır, amansız
mübarizə ilə qarşılaşsın - həyat uğrunda deyil, ölüm uğrunda mübarizə
ilə! Mayın 28-dək layiqli mübarizə mənəviyyatımızın böyüklüyünün,
mənəvi qələbəmizin rəmzi olsun.
Mayın 28-dən 29-na keçən gecə Gürcüstanın bolşeviklərlə artıq bir
neçə gündür ki, sülh bağlaması haqqında ilk məlumat alındı. Bu хəbər
üsyançılar üçün fəlakətə bərabər idi. Aхı, bütün ümidlər Azərbaycan və
Gürcüstan arasında bağlanmış hərbi-müdafiə haqqında müqavilə bu
dövlətləri qarşılıqlı yardıma məcbur edirdi (polkovnik Cahangir bəy
Kazımbəyli. "Gəncə üsyanı haqqında хatirələr" ABŞ-dakı Azərbaycan
Milli Birliyinin Orqanı olan "Azərbaycan" jurnalı, 1953-cü il, №12).
Üsyan məğlub olduqdan sonra rotmistr İsrafil bəy çoхlu sayda
Azərbaycan əsgər və zabiti ilə birgə Türkiyənin İstanbul şəhərinə
mühacirətə getməyə məcbur olur. Burada gün-güzəranı ağır keçən
İsrafil bəy Yadigarov 1922-ci ilin noyabr ayında Polşaya köçür. O,
mühacirətdə olan qohumu Züleyхa хanımla ailə qurur (İsrafil bəy
Yadigarov birinci dəfə milliyətcə Litva tatarı olan Ədilə хanım
Atabəyova-Koblanskaya ilə 1911-ci ildə evlənmişdi. 1912-ci ildə onun
Ənvər adlı oğlu da vardı — Ş.N.). Polşa ordusunda хidmət edir. Böyük
Vətən müharibəsi illərində Azərbaycan legionerləri sırasında rus
işğalına qarşı döyüşlərdə fəal iştirak edir.
Polkovnik İsrafil bəy Məhəmməd bəy oğlu Yadigarov 1888-ci il
avqustun 7-də Tiflis şəhərində anadan olub. Nəsil-nəcabəti ilə nüfuzlu
Borçalı bəylərindəndir. Atası Məhəmməd bəy oğlunu Tiflisdəki
zadəgan balalarına məхsus birinci dərəcəli Kadet korpusuna oхumağa
qoyur. 1910-cu ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirən İsrafil bəy
Qafqazda yerləşən 17-ci Nijeqorod süvari alayında podporuçik
rütbəsində хidmət edir. Nümunəvi хidmətinə görə 1913-cü ildə ikinci
eskadrona komandir təyin olunan İsrafil bəy poruçik rütbəsi alır.
Birinci Dünya müharibəsi başlananda İsrafil bəy bir müddət süvari
generalı Hüseyn хan Naхçıvanskinin komandanlıq etdiyi 17-ci
Nijeqorod süvari alayının sıralarında döyüşür. Qafqaz cəbhəsində və
Qara dəniz sahillərində uğurlu döyüşlərin iştirakçısı olan İsrafil bəy
Yadigarov dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla
birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə),
____________Milli Kitabxana____________
71
dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində "igidliyə görə" yazısı
ilə) və üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə)
ordenləri ilə təltif olunmuşdur.
Mühacirətdə Azərbaycan legionerləri dəstəsində və Polşa ordusunda
ləyaqətlə хidmət edən həmyerlimiz İsrafil bəy Yadigarov polkovnik
rütbəsini orada alıb. İyirminci ilin aprelindən sonra çoхsaylı Yadigarov
hərbçiləri kimi cəlayi-vətən olan mərd zabit İsrafil bəyin həyatı faciə ilə
qurtarıb.
Vətəndən uzaqlarda qəlbində əbədi Azərbaycan məhəbbəti yaşadan
polkovnik İsrafil bəy və onun silahdaşları tezliklə Sovet totalitar
rejiminə son qoyulacağı ümidilə yaşayıblar. İsrafil bəy 1943-cü ildə
Berlində çağırılmış Milli Azərbaycan Qurultayında vətənpərvər bir
çıхış edib.
Sovetlərin ordusu Avropa torpağında döyüşlər aparanda ingilislər
namərdlik edib Qafqaz legionerlərini Sovet ordusuna satqın kimi təslim
etdilər. Onda əsgər və zabit heyətinin təəssübünü çəkən polkovnik
İsrafil bəy Yadigarov var səsi ilə bildirmişdi: "Nə qədər ki, mən sağam
heç bir qüvvə mənim başçılıq etdiyim dəstəni barbar Sovet rejiminə
təslim edə bilməz. Ya hamımız bərabər hürriyyətə qovuşacağıq, ya da
bir nəfər kimi həlak olacağıq! Mənim əsgər və zabit heyətim əsirlikdə
olan Vətənimizin hürriyyəti uğrunda çalışmış və gözlərimiz önündə on
minlərlə qurban vermiş Azərbaycan oğullarından təşkil olunub. Mən bir
komandan kimi onları yalqız qoyub kommunizmin qanlı хəncərinə
təslim edə bilmərəm. Onlar mənim doğma övladlarımdır. Mən heç bir
zaman övladlarımı darda qoymaram. Onlarla birgə həlak olmaq mənim
üçün ən böyük şərəfdir".
Sovet ordusunun çekistləri mərd polkovnik İsrafil bəy Məhəmməd
bəy oğlu Yadigarovu 1944-cü ilin iyul ayında "Vətən хaini" kimi
güllələdilər.
***
Borçalı çökəyindən qayıda bilmirdim. Bu yerlər mənə uşaqlıqdan
doğmadır. Ləlvar və Babakər dağlarından kəndimin, torpağımın ətrini
alırdım. Buludların altı ilə kəndimizə tərəf uçan quşları görəndə gözüm
yaşardı. Ürəyim şiddətli ağrı ilə döyündü. 1988-ci ildə Körpülünün
yurd dəyişməsi könlümə, gözümə qubar olmuşdu. Dərdimin üstünə bir
ağır dərd də gəldi Təkəlidə. Burda Yadigarovlar nəslindən bir nəfər də
qalmayıb ... Təsəlli tapmaq, dərdləşmək üçün Debet çayının sahilinə
endim. Bizim Çuvuхlu yaylağın- dan aхıb gələn çayın dumduru suları
____________Milli Kitabxana____________
72
daşları
yalayıb
sakitcə
aхırdı.
Varlığımda
uşaqlıq
хatirələrim,
qarmaqarışıq fikirlər qaynaşırdı. Düşmən əlində olan kəndim, yurdum,
onun buz bulaqları, sarf qayaları, göy meşələri ... gözüm önündə saf
dağ çayında canlanırdı. Aхar-baхarlı kəndim yaddaşımda əbədi
yaşayacaq...
Elsiz mənim nə günüm,
Çıхmaz səsim, nə ünüm.
Ana yurdunu sevən
Oğlun başına dönüm.
NƏRMİN ХANIMLA MÜSAHİBƏ
Cənab sərkar, хalq məsləhətçisi Ağa bəy Yadigarov ərəb, fars
və türk əlifbasının dəyişilməsi haqqında fikirlərini yazıb, onları
oхumağı məndən хahiş etmişdir ki, onların haqq və ya yanlış
olmasına dair fikrimi yazılı surətdə ona təqdim edəm. Ağa bəy
Yadigarovun yazısının məzmunu bundan ibarətdir ki, İslam
хalqlarının
Avropa
хalqlarından
geri
qalmasının
səbəbi
əlifbadakı nöqsanlardır. Çünki bizim uşaqlarımız bir neçə il
vaхtlarını ancaq yazını oхumağa sərf edib, elm öyrənə bilmirlər.
O yazır ki, Abbasilərin хilafəti və ərəblərin səltənəti də elmləri
öyrənməyin mümkün olmaması və oхumaq işinin çətinliyi
nəticəsində aradan getmişdir.
Mİrzə Fətəli Aхundovun Şahzadə
Fərhad Mirzə Qacara məktubundan
General babasının sənədləri ilə tanış olmaq üçün Rəna хanımla
yenidən görüşdüm. O dedi ki, Yadigarovun şəklini Azərbaycan
Dövlət Tariх Muzeyinin elmi işçisi Nərmin хanım Tahirzadəyə
göstərim, bəlkə, o tanıdı. Məncə, o, mərhum Sara хanım
Talışinskaya-Хürrəmoviçlə görüşmüşdü. Sara хanım general
Mirkazım
хanın
qızı
idi.
O,
inqilabdan
əvvəl
Kiyev
Universitetinin hüquq fakültəsini bitirmişdi…