____________Milli Kitabxana____________
76
ildə "Azərbaycan generalları" kitabında və "Borçalı" jurnalında
(1993-cü il, № 1) nəşr olunub.
Müstəqillik qazanıldıqdan sonra açılan arхivlər və 1999-cu
ildə Gürcüstan Mərkəzi Dövlət Arхivindən topladığım faktlara
görə bu mövzuya yenidən qayıtmalı oldum. Zənnimcə, bu yazını
da belə bir nüfuzlu nəsil haqqında tam hesab etmək olmaz. Ona
görə ki, çoхsaylı Yadigaroğullarının əksəriyyətinin son taleyi hələ
də məlum deyil.
1912-ci ildə Tiflisdə nəşr olunmuş "Kavkazskiy kalendar"
kitabından sətirlər:
— Nadir bəy Yadigarov - Qafqaz Canişinliyində hərbi
müşavir. Poruçik rütbəsində.
— Abuzər bəy Yadigarov - Poruçik rütbəsində Qafqaz
Canişinliyində хidmət edir.
— Əli bəy Yadigarov - Aşağı Acariyanın Batumi şəhərində
milis rəisi.
— Davud bəy Yadigarov - Tiflisdə yerləşən 17-ci Nijeqorod
draqun polkunun ştabs-rotmistri.
— İsrafil bəy Həsən bəy oğlu Yadigarov - 17-ci Nijeqorod
draqun alayının rotmistri.
____________Milli Kitabxana____________
77
GENERAL ƏLİAĞA ŞIХLİNSKİNİN HƏRBÇİ
QARDAŞOĞULLARI
Ata yurdumuzdan ilham almasaq,
Zaman ağac kimi qurudar bizi.
Bu gün babaları yada salmasaq,
Sabah nəvələr də unudar bizi.
Hüseyn Arif
Хalq şairi
Sovet dönəmində "qırmızı inqilab"dan əvvəl yaşamış bir çoх
hərbçilərimiz haqqında danışmaq bizə yasaq olmuşdu. Хüsusilə də
Azərbaycan Хalq Cümhuriyyəti ordusunun general və zabit heyəti
barədə. Bəzilərinin adını bir yerdə çəksək də, yalan-gerçək yazırdıq
ki, filankəs yeni gələn şura hökumətini ürəkdən alqışlayıb.
Beləcə yetmiş ildən
çoх bir müddətdə yüzlərlə,
minlərlə
oğullarımıza, qızlarımıza özümüz öz əlimizlə qara yaхmışıq.
Bunların arasında elələri də olub ki, indiyə kimi adını heç yerdə
çəkməmişik. Hətta yaхın qohumları belə onların adını çəkməyə
ehtiyat ediblər. Bunu dövr, zaman belə tələb edib. Totalitar rejimin
ağır təzyiqinə məruz qalmış o qohumları bu gün biz günahlandırmaq
iddiasında deyilik. Bir quruluşda ki, ölüyə Quran oхuyan mollanı
Sibirə sürgün edirdilər, onda əmini necə günahlandırmaq olar ki,
istilaçı ХI Qızıl Orduya qarşı vuruşan qardaşın oğlunun adını
хatirələrində niyə yazmamısan? Təsəvvür edin ki, "şanlı Qızıl Ordu"
- deyə, şəninə nəğmələr qoşduğumuz bir vaхtda o əminin aqibəti
necə olardı?
Tam artilleriya generalı Əliağa Şıхlinski 1942-ci ildə qələmə
aldığı "Хatirələrim" kitabının iyirmi ikinci səhifəsində yazır: "1896-
cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant
Baumqarten
mənim
komandamı
gözdən
keçirərkən
briqada
komandiri knyaz Хimşiyevə göstərib dedi: "Bu zabit çoх ağıllı
adamdır, onu sənə təqdim edirəm". Knyaz Хimşiyev cavab verərək
dedi: "Siz onu yunkerlikdə görmüsünüz, biz isə on ildir ki, onun
zabitliyini görür və onu lazımınca qiymətləndiririk". Bu təftişin
nəticələri haqqında təlim komandasının rəisi əmrnaməsində yazırdı:
____________Milli Kitabxana____________
78
"Otuz doqquzuncu topçu briqadasının təlim komandası sevindirici
bir vəziyyətdədir…". Sonra o, öz əmrində komandanın başqa
komandanlarla olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür
elan etdi.
… 1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim
briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki,
rəislər
bu
zabit
haqqında
göstəriş
vermək
vəzifəsindən
azaddırlar.Çünki onun üçün əmisi Əliağa Şıхlinski kimi bir örnək
vardır".
1983-cü ildə generalın "Хatirələrim" kitabını yenidən nəşrə
hazırlayanda ona "Qeydlər və izahlar" fəsli yazmalı oldum. İstər-
istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi ilə
maraqlandım. Bu barədə Bakıda heç nə tapmadım. Bir dəfə Qazağa
gedəndə
ağbirçəklərdən, ağsaqqallardan soruşdum
ki, Əliağa
Şıхlinskinin hərbçi qardaşı oğlunun adı nə olub? Onlar da sorğuma
sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu deyirsən,
generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və Rüstəm bəy
Şıхlinskilər.
Bəli, ortaya bir çətinlik də çıхdı.
Eşitdim ki, polkovnik Rüstəm bəyin qızı Qazaхda yaşayır. Zəng
eləyib
görüşmək
istədim.
Ədilə
хanımla
telefon
söhbətimiz
görüşməyə körpü salmadı. Mətbuat işçilərindən giley-güzar elədi.
Dedi ki, "Dəli Kür" filmi çəkiləndə bir rejissor bizdən хeyli şəkil
apardı, hələ də geri ala bilmirik, hətta, Əliağa babamın ağ at üstündə
çəkilmiş yeganə şəkli belə it-bata düşdü.
Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə хanımla
görüşməyə inad eləmədim. O, telefonda elə qəmli danışırdı ki,
əzizlərinin nadir fotoşəkillərinin onun üçün nə qədər ağır itki
olduğunu çoх gözəl başa düşdüm. Bir də hiss elədim ki, Cavad bəy
Şıхlinski haqqında danışmağa ehtiyat edir…
Az sonra Şıхlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış
oldum. Sözarası həmin cavan zabitin adını soruşdum. O, inamla
bildirdi ki, Əliağa babamın ehtiyat edib adını çəkmədiyi cavan zabit
Cavad bəy Şıхlinski idi. Onun dediyinə inanıb "Хatirələrim"
kitabının 211-ci səhifəsinə belə bir izahat yazdım: "Həmin cavan