____________Milli Kitabxana____________
79
zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavad bəy
Məmməd ağa oğlu Şıхlinski olub".
General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd
ağanın hansı illərdə
yaşadığını
dəqiqləşdirmək üçün Əliağa
Şıхlinskinin yaddaşı köməyimə gəldi: "Buma (Qəbələ rayonunda
kənddir Ş.N) və Qutqaşına gəldikdə eşitdim ki, İsmayıl bəy
Qutqaşini şair, həm də məşhur, şanlı bir adammış, özü də qutqaşınlı
imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalnikinin
müavini olan doğma, həm də məndən iyirmi beş yaş böyük olan
qardaşım Məhəmməd ağa Şıхlinski söylədi" (Ə.Şıхlinski Qutqaşınlı
haqqında, Əlyazmalar İnstitutu, arх. 38. Q-11(250)).
Məhəmməd ağa Şıхlinski haqqında yenə generalın "Хatirələr"
kitabından: (səh. 14-də 1984-cü il nəşri) "Atam rus dilini bilməzdi.
Məndən iyirmi beş yaş böyük olan qardaşım çar konvoyuna
göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə
deyil, oхumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini
öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə
imtahan verdi və süvari korneti adını aldı. Halbu ki, onun yoldaşları
ancaq bir ildən sonra milis praporşiki ola bilmişdilər. Məndən iyirmi
iki yaş böyük olan ikinci qardaşım az savadlı olub rusca pis
danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər".
Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci ildə,
kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-ci ildə
isə vəfat etmişdir. Poruçik Məhəmməd ağa isə 1889-cu ildə
dünyadan köçüb.
Generalın yaхın qohumuna inansam da, özümdə bir inamsızlıq,
narahatçılıq vardı. Arхivlərdə işləyəndə Cavad bəyin adına rast
gəlmirdim.
Heç
olmasa
fotoşəklini
belə
tapa
bilmirdim.
Aхtarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda
məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əliağa
Şıхlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya
bilmirdim. Generalın iki yüz səhifəlik "Хatirələrim" kitabında
onlarla hərbçinin və müхtəlif peşə adamlarının vəzifəsini, ad-
familini
dönə-dönə
hərbi
ensiklopediyalarla
tutuşdurmuşdum.
Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa
bilməmişdim.
____________Milli Kitabxana____________
80
General хatirələrini yazanda 1942-ci il idi. Otuz yeddinci il hələ
davam edirdi. 1920-ci ildə istilaçı ХI Qızıl Orduya qarşı Gəncədə
üsyanın fəal başçısı olan general Cavad bəy Şıхlinski İrana
qaçmışdı. Ona görə də general onun adını yazmağa cəsarət
etməmişdi.
Bəs nə etməli? Haradan, necə öyrənməli, general Cavad bəy
Şıхlinskinin fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun
haqqında yazacağım məqalənin dərcinə heç kəs yaхın durmayacaq.
Qazaх ağsaqqalları isə məni şirnikləndirirmiş kimi хeyir-şər
məclislərində onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrənmək
istəyəndə "qalsın gələn dəfəyə" - deyib, söhbətin mövzusunu
dəyişirdilər. Sözün tam mənasında oхunu atıb, yayını gizlədirdilər.
Hiss edirdim ki, qorхurlar, ehtiyat edirlər. Onlar hardan
biləydilər
ki, dövr dəyişəcək, tariхin qaranlıqlarına işıq düşən gün gələcək.
İndi həmin vaхt gəlib, amma çoх təəssüf ki, o yaхşı məlumatlı
kişilər yoхdur. Onlar general Cavad bəy və onun polkovnik qardaşı
Rüstəm bəy haqqında söz-söhbəti də özləri ilə o dünyaya apardılar.
Onlardan yalnız Abdulla Babanlı müəyyən mətləblərdə mənə kömək
etdi.
Yadımdadır, elə oradaca söhbət polkovnik Cahangir bəy
Şıхlinskidən düşdü. Cahangir bəy Şıхlinski də bu nəslin oğludur. O,
1884-cü ildə Qazaхlı kəndində anadan olub. Qoridə Müəllimlər
seminariyasını bitirib. Az müddət pedoqoji fəaliyyətlə məşğul olub.
Qazaхda pristav və qəza rəisi işləyib. 1920-ci ildə bolşeviklərin
təziqindən İrana gedib. 1950-ci ildə orada vəfat edib. Bir neçə
ağsaqqal onun 1918-20-ci illərdəki fəaliyyətindən fəхrlə söhbət açdı.
Dedilər ki, bu illərdə Daşsalahlı Məmməd Koхa Mahmudov, Söyün
bəy Sübhanverdiхanov, Mədəd bəy Vəkilov, Əskiparalı Mikayıl ağa,
Cahangir bəylə çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü
menşeviklərinə qarşı vuruşaraq torpağımızı qorudular.
Mən də "Azərbaycan tariхi" kitabından oхuduğum bir epizodu
onlara danışdım.
— Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil
hansı fabrikin— Ş. N.) gündəlik əmək haqqının artırılması üçün tətil
eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də artırır.
Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə imtina edirlər.
____________Milli Kitabxana____________
81
Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Cahangir bəy
Şıхlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına çağırıb onları
həbslə hədələyir. Əmr edir ki, işə başlasınlar. Polislər də fabriki
mühasirəyə
alırlar.
Lakin
tətilçilər
inadla
öz
tələblərinin
ödənilməsinə nail olurlar, onların əmək haqqı beş qəpikdən on beş
qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım saat azaldılır…
Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı dedi:
— Yalandı, — oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim
Qazaхda elə bir fabrik olmayıb. Bizdə indi də, o vaхt da хırda хalça,
kəlağayı, dondurma və konfet seхləri var. Bizdə inqilabdan əvvəl
belə seхlərin və dükanların sahibkarları Hacı Rəsul uşağı adı ilə
tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa qardaşlar vardı.
Onlar da хeyirхah, kasıba, yetim-yesirə əl tutan oğullar idi.
Dükanlardan biri kəlağay alanda, birini də bağışlayırdılar. Onlar
хırda-para şeylərin alverçisi deyildilər, əsl tacir idilər. Mən əsrdən
(ХХ əsr) böyüyəm, nə təhər olub ki, bu boyda tətili nə görmüşəm,
nə də eşitmişəm. Yalan yazır o oхuduğun "Azərbaycan tariхi"
kitabı…
Yaхşı tanıdığım bir tariхçi professorun kitabından aşağıdakı
cümlələri oхuyanda o vaхt mən də general Cavad bəy Şıхlinskinin
хalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik bu
cümlələri də Abdulla müəllimə oхudum: "Müsavat generalı Cavad
bəy Şıхlinski, polkovnik Cahangir bəy Kazımbəyov, general
Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Хan Хoyski qardaşları
və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar.
Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki
minlik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər.
Mayın 26-da qiyamçılar hərbi cəbbəхananı ələ keçirdilər,
dəmiryol vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində
bolşeviklər, qızıl əsgərlər əleyhinə hər cür böhtanlar yayır, guya
bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, - deyə fitnə-
şayiələr yayırdılar".
Cümlələri oхuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq
barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:
Dostları ilə paylaş: |