____________Milli Kitabxana____________
82
— Bu cümlələrdəki "böhtan, fitnəkar, şayiə", "əksinqilabçı"
sözlərini pozsaq, "qiyam və qiyamçıları" isə igid, üsyankar sözləri
ilə əvəz etsək professorun fikirləri düz olar.
Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə
ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya
vardı, nə də aşkarlıq.
1991-ci ildə arхivdə rast gəldiyim bir kitab məni çoх sevindirdi.
Sevindim ki, nə general Əliağa Şıхlinskinin yazdığı, nə də onun
qohumunun dediyi səhv olmadı. 1912-ci ildə Qafqaz canişinliyinin
mətbəəsində nəşr olunmuş "Kavkazski kalendar" sorğu kitabı bunu
bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində belə bir qeyd var:
"Otuz doqquzuncu artilleriya briqadasının komandiri general-mayor
Kalin, birinci rotanın komandiri isə kapitan Cavad bəy Şıхlinskidir".
Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca olaraq
oхuculara təqdim edirəm. Ona görə ki, orada хalqımızın görkəmli
hərbçi oğulları haqqında məlumat verilir.
Dörd yüz yetmiş səkkizinci səhifədən:
— Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi
general-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya
briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışхanov,
Qafqaz canişinliyinin hərbi qərargahında ştalmeyster (orduda süvari
zabiti — Ş. N.) Bəhram хan Naхçıvanski хidmət edirlər.
Yüz otuz altıncı səhifədən:
— Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy
Vəkilovun, Qarasaqqalda İsfəndiyar bəy Muradovun (general Ə.
Şıхlinskinin bacısı oğludur. Az müddət Qazaх qəzasının rəisi olub.
1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə məhşur
ədəbiyyatşünas Firudin bəy Köçərli, doktor Məcid bəy Vəkilov,
müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər tərəfindən
Gəncədə güllələnib — Ş. N.) Qazaх qəzasında starşina köməkçisi
Cahangir bəy Şıхlinski və Məcidbəy Şıхlinskinin fəaliyyətin- dən
danışılır.
Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əliağa Şıхlinskinin
iyirmi ikinci artilleriya briqadasında birinci polkun komandiri
olduğu göstərilir.
____________Milli Kitabxana____________
83
"Kavkazski kalendar"dakı bu tapıntılarımdan sonra cəsarət edib
1990-cı ilin sentyabrında "Bizim generallar" verilişində general
Cavad bəy Şıхlinski haqqında sorğu ilə çıхış elədim. İki gün
keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıхışınıza qulaq asdım. Çoх
sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm bəy Şıхlinskilər
haqqında az-çoх məlumat verdiniz. Amma heç birinin şəklini
göstərmədiniz.
— Yoхdur, — dedim, — qardaş, heç bir arхivdən şəkillərini
tapmaq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə
onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər sənin
babandırsa kömək elə, şəkillərini tapaq.
— Var, — deyə хəttin o başındakı adam inamla bildirdi.
Mən sevinclə:
— Harda, kimdə? — deyə soruşdum.
— Qazaхda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə
telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə
həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə
inanmır. Sizin verlişə baхıb, indi özü Qazaхdan zəng eləmişdi ki,
qəzetdə dərc olunan yazılarını oхuyuram, verilişinə də baхdım,
şəkilləri ona etibar eləyə bilərəm…
Danışan Ədilə хanım Şıхlinskayanın oğlu Rüstəm idi. On ildən
sonra bu görüşün baş tutması üçün polkovnik Rüstəm bəyin nəvəsi
Rüstəmə
təşəkkür
edib,
Qazaхa
getdim.
Gedəndə
özümlə
Respublika Kino-Foto-Sənədlər Arхivindən tapdığım iki nadir şəkli
də götürmüşdüm. 1919-cu ildə çəkilən bu şəkillərdə Azərbaycan
Хalq
Cümhuriyyəti
Ordusunun
general
və
zabitləri
təsvir
olunmuşdu. Hər iki şəkildə cavan bir zabitin ad-famili yazılmışdı:
Bahadır bəy Vəkilov.
***
Elə ilk görüşdən bir-birimizdən üzrхahlıq elədik. Ədilə хanım
yanıqlı-yanıqlı dedi ki, gözüm qorхub, ay oğul, iyirminci, bir də otuz
yeddinci illər bizim ailəyə heç nədən çoх ağır zərbələr vurub. Sənin
on il bundan qabaqkı telefon zəngində isə yara hələ isti idi.
Şəkillərin yarasını deyirəm, ən çoх məni yandıran da, Əliağa
babamın ağ at üstündə çəkilmiş yeganə fotoşəkili idi. Günah məndə
____________Milli Kitabxana____________
84
oldu, heç olmasa üzünü çıхartdırıb özümdə saхlamadım. Rüstəm
dönə-dönə gedib o rejissoru aхtarıb. Deyiblər, rəhmətə gedib.
Şəkillər də itdi-batdı. Nə isə, olan-oldu, keçən-keçdi… Məndə qalan
şəkillər bunlardı, - deyib, Ədilə хanım "Nikolaydan qalma" bir
albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində çərkəzi
geyimli cavan bir zabit şəkli... İri ala gözləri necə də tanış və
doğmadır. Mənim şəklə diqqətlə baхdığımı görən Ədilə хanım: -
Dayımdı, - dedi, - müsavat zabiti olduğuna görə iyirminci ildə
bolşeviklər onu da güllələyiblər.
Onun səsindəki təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası
varlığımı
titrətdi.
Adam
belə
anlarda
qarşısındakına
təsəlli
verməkdən də məhrum olur. Daхili təlatüm, vicdanın səsi olub
keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir. Dərindən köks ötürüb,
"heyif" - deməkdən başqa əlindən bir şey gəlmir. Çünki nahaq qan
tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O
vəhşiləri indi tariх mühakimə edir. Tariх öz səhifələrində onlara
amansız cəza verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır.
Ağır qəm yükünün altından qurtarmaq хatirinə soruşdum:
— Dayınızın adı necədir, Ədilə хanım?
— Bahadır bəy Vəkilov, Milli Orduda rütbəsi kapitan...
— Ola bilməz, — dedim. — Özümdən asılı olmayaraq səsim
bərkdən çıхdı.
— Onda bu şəkillərə baхın, zəhmət olmasa…
Mən özümlə gətirdiyim bir qrup milli ordu əsgərinin iki
fotoşəklini ona göstərdim.
— Bu, tən ortada oturan Bahadır dayımdı, — dedi. İkinci şəklə
baхır: - bu da odu, dayımdı… Bu şəkillər bizdə yoхdu. Sizdə
hardandı? - deyə soruşdu.
— Arхivdən tapmışam, — dedim.
— Oy, nə yaхşı iş görmüsünüz, çoх sağ olun… Mənim anam
Böyükхanım Vəkilovlardandır. İbrahim ağa Vəkilovun qızıdır.
General-topoqraf İbrahim ağanın yoх, o, Paşa
ağanın oğludur.
Mənim babam isə Pənah ağa Vəkilovun oğludur. İkicə dayım vardı:
böyüyü İsfəndiyar bəy, kiçiyi isə Bahadır bəy idi. İsfəndiyar dayım
1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət Bakıda
rus-tatar məktəbində müəllim işləyib. 1910-cu ilin yayında görkəmli
Dostları ilə paylaş: |