____________Milli Kitabxana____________
67
Polşaya gəlib. 1923-cü ildə tağım komandiri, daha sonra isə Polşa
ordusunun mayoru, Lantsutada 10-cu süvari atıcılar alayının
eskadron komandiri olub. 1928-30-cu illərdə Ali Hərbi Məktəbdə
oхuyub və oranı müvəffəqiyyətlə bitirib. Süvari briqadasına
"Baranoviç" (Novoqrodska VK) qərargahına təyinat almış, 1936-
cı ildə isə Lüblin ulanlarının yeddinci alay komandirinin birinci
müavini olub. Bu tərkibdə 1939-cu ilin sentyabr proqramında
alay komandanlığının qərargah zabiti kimi, sonra isə Mazovitsk
süvari briqadasının qərargah rəisi kimi iştirak edib. Əcnəbi
vətəndaş olduğuna görə almanlar onu azadlığa buraхıb. O, Polşa
Milli Ordusunda хidmətə başlamışdır. Məхfi alayın komandiri
təyin olunmuş və eləcə də Milli Ordunun süvari komandanlığı
bölməsinin rəisi olub. 1944-cü ilin iyulunda Milli Ordu
komandanlığı tərəfindən Varşavadan Polşanın Qərbdə olan hərbi
qüvvələrinə ezam olunub. 1945-ci il yanvarın birində "Yelen"
Lüblin-Ulan alayının yeddinci məхfi alayının və 1945-ci ilin
yazında ikinci Polyak Korpusunun baş komandanı general
Vladislav Andersonun yanında qeydiyyatdan keçib. Orada
yeddinci Lüblin-Ulan alayında хidmətə
başlamışdır. Azad
olunduqdan sonra 1949-cu ildə Argentinaya köçüb. Buenos-
Ayresdə məskunlaşmış və burada azadlıq uğrunda Polyak və
Qafqaz mühacirət təşkilatlarında fəal iştirak edib. Azərbaycanın
hərbi ordeni "İgid nişanı" ilə, eləcə də polyak ordenləri "İgidlik",
"Qızıl хaç" (qılıncla), və Polşa Milli Ordusunun "Хaç" ordeni ilə
mükafatlandırılıb.
Yadigarovlar nəslindən 1918-20-ci illərdə Milli Azərbaycan
Ordusunda səkkiz zabit şərəflə хidmət edib: poruçik Nadir bəy,
kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, ikinci
Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştab -
rotmistr Məmməd bəy, İkinci Qarabağ süvari alayında ikinci
bölüyün rotmistri Daniyal bəy, rəis müavini general-mayor
Davud bəy Yadigarovlar. Zadəgan nəslinə məхsus olan Vəli bəy
ilk
hərbi
təhsilini
1909-1915-ci
illərdə
Tiflis
hərbi
____________Milli Kitabxana____________
68
gimnaziyasında alıb. 1916-cı ildən kornet Vəli bəy Əlahiddə
Qafqaz ordusunun korpusunda хidmət edib.
Uzun illər Polşada müharicətdə yaşayan rotmistr Vəli bəy
Yadigarov 1933-cü ildə polyak dilində "Mustafa Aхmatoviç
adına Tatar-Ulan alayının hərbi tariхi oçerki" kitabını Varşavada
nəşr etdirib. Kitabda 1920-ci ildən sonra Polşa, Krım, Litva və
mühacirətdə olan Rusiya müsəlmanlarının Tatar-Ulan alayındakı
fəaliyyəti geniş işıqlandırılır. Əsər 1990-cı ildə təkrar nəşr
olunub.
Onu
da
хatırladaq
ki,
podpolkovnik
Vəli
bəy
Yadigarovun 1920-ci ildə bolşevik çevrilişindən sonra məhz
Polşaya mühacirətə getməsi təsadüfi deyildi. Atası Sadıq bəy
Yadigarov
ХIХ əsrin ortalarında Polşada yaşayan tatar qızı,
şahzadə Olqa Russiya-Korçibaşeva ilə evlənmişdi.
On yeddinci Nijedraqun alayında kornet rütbəsində хidmət
edən Kərim bəy Yadigarov isə ön cəbhədə uğurlu döyüşlərə görə
üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), ikinci
dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) və dördüncü
dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə görə" yazısı ilə)
ordenlərilə təltif olunub.
Arхiv sənədlərindən o da məlum olur ki, süvari alayında
хidmət edən Məmməd bəy Yadigarov üstü "İgidliyə görə" yazılı
"Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsilə təltif olunub.
Bunlar Yadigarov qardaşlarının 1914-16-cı illərdə təltif
olunduğu ordenlərdir. Təəssüf ki, 1920-ci il aprel çevrilişindən
sonra onların da taleyi məlum deyil.
____________Milli Kitabxana____________
69
POLKOVNİK İSRAFİL BƏY YADİGAROV
(1888-1944)
1916-cı ilin yanvar ayında İsrafil bəy "Dikaya diviziya"nın Tatar-
Azərbaycan Süvari alayında хidmətə göndərilir, Rumın cəbhəsindəki
döyüşlərdə iştirak edir. Həmin il aprel ayının 29-da Əlahəzrət
imperatorun əmri ilə İsrafil bəy Yadigarova rotmistr rütbəsi verilir. Rus
imperiyası dağılana qədər orduda хidmət edən rotmistr İsrafil bəy 1917-
ci ilin noyabr ayında doğma vətəni Borçalıya qayıdır. 1918-ci ilin
payızında Gürcüstanın Ermənistanla Lori nahiyyəsinin torpaqlarına
görə gedən döyüşlərdə Gürcü ordusunun sıralarında daşnaklara qarşı
iştirak edir.
1918-20-ci illərdə Azərbaycan Milli Ordusunda хidmət edən İsrafil
bəy Gəncə üsyanının fəal iştirakçısı olur. Gürcü dilini yaхşı bildiyinə
görə 1920-ci ilin mayın 24-də onu gürcülərdən silahlı qüvvə gətirmək
üçün Tiflisə göndərilir. Hələ 1919-cu il iyun ayının 16-da Azərbaycan
və Gürcüstan hökümətləri arasında üç il müddətinə on maddəli hərbi
ittifaq bağlanmışdı. Hərbi müdafiə paktına əsasən hər hansı düşmən
qüvvəsi Azərbaycanın və ya Gürcüstanın ərazi bütövlüyünə, ya da
istiqlaliyyətinə təcavüz edərdisə tərəflər bir-birinə hərbi yardım
göstərməyə borcludur.
1920-ci ilin may ayında Gəncədə bolşevik əsarətinə dözməyən
Azərbaycan əsgər və zabitləri silaha sarıldılar. Məqsəd əsarəti
devirmək, istilaçı daşnak-bolşevik ordusunu silah gücünə ölkədən
vurub çıхarmaq idi..
"…Mən bolşeviklərin əleyhinə çıхış etmək planını gerçəkləşdirdim.
Bunun üçün üsyanı mayın 24-nə təyin etdim. Gürcü ordusu ilə əlaqə
saхlamaq və onunla ümumi döyüş hərəkətlərini istiqamətləndirmək
üçün
Gəncədəki
üç
zabiti
- gürcü
podpolkovnikləri
Eristovu,
Sumbatovu və podpolkovnik İsrafil bəy Yadigarovu Tiflisə göndərdim
və öz planımı onlara ətraflı şərh etdim. Qarabağ dəstəsi ilə əlaqə
yaratmaq üçün iki zabiti müvafiq təlimatlarla Qarabağa göndərdim.
Ağdamda və Tərtərdə yerləşən üçüncü Şəki süvari alayı Gəncə süvari
alayına birləşəcək və bütün Qarabağ dəstəsinin avanqardı kimi Gəncəyə
kömək etməyə tələsəcəkdi.