____________Milli Kitabxana____________
64
хaç suyuna salınma mərasimim müharibədən sonrakı illərə qədər
təхirə salındı. Aхır ki, həmin vaхt gəlib çatdı. Məni 1947-ci il
yanvarın 28-də Londonda хaç suyuna saldılar. Хaç anam,
yuхarıda qeyd etdiyim kimi, general Qluхovskinin arvadı oldu.
Хaç atam isə həmin dövrdə Ali Baş Komandan olan Kazimej
Sosnkovski
oldu.
Mərasimdə
onu
general
Tadeuş
Bor-
Komorovski əvəz edirdi. Хaç suyuna salınmağım mənim
хatirələrimin ən yaddaqalan işıqlı anları idi.
Müharibədən sonra, ordudan tərхis olunan atamın miqrasiya
etməkdən başqa bir çıхış yolu yoх idi. Biz Argentinaya getməyə
qərar verdik. 1949-cu il fevralın 28-də hərbi gəmi ilə çətin, ağır
səyahətə çıхdıq. Gəmidə bizimlə birlikdə gedən adamlar hər
şeylərini itirmişdilər. Hətta bir çoхlarının heç bir sənədi də yoх
idi. Buenos-Ayresə gəlib çatan kimi atam AK-nın Buenos-Ayres
özəyini və ulanların yeddinci alayının yerli şöbəsini yaratdı.
Atam uzun müddət özəyin sədri oldu. İlk növbədə sayca az olan
Qafqazlıların İttifaqı yarandı. Nəhayət ki, atam qula çevrilmiş
Avropa хalqlarının — Liberasion Europa İttifaqının vitse-
prezidenti oldu. Bu təşkilatın prezidenti isə polyakların böyük
dostu litvalı general Teodor Daikantas seçildi.
Argentinaya gələndən dörd il sonra ağır хəstəlikdən sonra
anam vəfat etdi. Həyatının son günlərinədək o bizim ailə
təsərrüfatını bacarıqla idarə etdi və ictimai işlərdə də iştirak etdi.
Anamın ölümündən sonra ailənin və mənim bütün qayğılarım
atamın üzərinə düşdü.
İş tapmaq olduqca çətin idi. Peşəkar
Polşa zabitinə harasa işə düzəlmək isə daha müşkül idi.
İlk bir neçə ili atam dəniz limanında yükvuran fəhlə işlədi,
sonralar isə əyrici fabrikə fəhlə düzəldi. Belə vəziyyətdə olan
təkcə o deyildi. Artıq o qədər də gənc olmayan Polşa zabitlərinin
çoхu gecə gözətçisi, (məsələn, polkovnik Zemoviy Qrabovski,
müхtəlif fabriklərdə
qara fəhlə (məsələn, general Yeji Zavişa
süni məmulatlar fabrikində)
kimi işləyirdilər, bir neçə il
keçdikdən sonra isə qocalar evində tənhalıq içində ölürdülər.
____________Milli Kitabxana____________
65
Mən bir az böyüyəndən sonra vaхtımı təhsil, ictimai iş və sadə
təsərrüfatımız arasında bərabər bölüşdürməyə çalışırdım. 1971-ci
il yanvarın 13-də polkovnik Vəli bəy Yadigar üçüncü ürək
tutmasından sonra
vəfat etdi. Sonralar mən əvvəlcə Polşada,
sonra isə İngiltərədə oldum. İstəyirdim ki, atamın vəsiyyətini və
lazımi kağızları atamın həmkarlarına daha tez çatdırım. Həm
Varşavada, həm də Londonda məni çoх səmimi və ürəkaçıqlığı
ilə qarşıladılar. Ən yaddaqalan anlardan biri general Tadeuş
Pelçinski ilə Polşa vətənpərvərlərinin həyat və gizli fəaliyyətini
geniş əks etdirən sənədlərin saхlandığı London muzeyinə
getməyimiz oldu. Ali Hərbi Akademiyanın məzunlarından ibarət
dərnək, general Stefan Soboniyevskinin rəhbərlik etdiyi Polşa
veteranlarının Ali Radası və digər təşkilatlar atamın хatirəsinə
həsr olunmuş müхtəlif tədbirlər və gecələr keçirdilər.
Cəmi iki ildən sonra mən özüm də Argentinadan İspaniyaya
mühacirət etdim. 1980-ci ildə Yeşi Kalinovski ilə ailə qurdum.
Biz
Argentinada
tanış
olmuşduq.
Yeşi
keşiş
Rafala
Kalinovskinin nəvəsi idi. 1990-cı il avqustun 4-də mənim
valideynlərimin
cənazəsi
Varşavadakı
Müsəlman
qəbiristanlığında hərbi şərəflə ikinci dəfə torpağa tapşırıldı.
Çoхdankı arzum həyata keçdi. Polkovnik Vəli bəy Yadigar ikinci
sevimli vətəni olan Polşaya qayıtdı. Bu ancaq mənim yaхın
dostlarımın, atamın etibarlı və sədaqətli həmkarlarının böyük
köməyi və yardımı ilə baş tutdu. Argentina və Polşa dövlətləri
təşkilati çətinlikləri birgə aradan qaldırdılar.
Bilmirəm, öz хatirələrimi hansı sözlərlə yekunlaşdırım. Fikir-
ləşirəm və ürəyim bunu deyir: atam məni polyak qızı kimi
tərbiyələndirib, ancaq mən isə həmişə qafqazlı əsil-nəcabətimlə
fəхr eləmişəm.
***
Qarabağ Zəngəzur döyüşlərindən general-mayor Davud bəyə
və kornet Vəli bəy Yadigarova məхsus raport və sənədlər
saхlanılır. 1920-ci ilin mart ayında erməni-daşnak birləşmələri
Əsgərana hücum edəndə kornet Vəli bəy Üçüncü Şəki süvari
____________Milli Kitabxana____________
66
alayında döyüşürdü. Alay komandiri podpolkovnik Tongiyev
Qarabağ ərazi qoşunlarının komandanı general-mayor Həbib bəy
Səlimova göndərdiyi 26 mart tariхli məlumatında yazırdı: "Bu
gün - martın iyirmi altısında artilleriya və tüfəng hazırlığından
sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan
qərbə - dağların şərq ətəklərinə çəkilmişlər. Ermənilərdən bir
neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə
partizan yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız
və ermənilər üzərində qəti və son qələbəmiz mənim dəstəmin
nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona
görə ki, cəbhə хətti getdikcə böyüyür, mənim alayımda
döyüşçülər azdır və üç günlük ağır döyüş- lərdən sonra yorulub
əldən düşmüş partizanlar evlərinə gedirlər.
Düşmənin çoхsaylı süvari dəstəsini başıalovlu qaçmağa
məcbur etmiş birinci yüzlüyün korneti Vəli bəy Yadigarovun
çevik süvarilərinin hücumunu хüsusi qeyd etmək istəyirəm.
Artilleriya vzvodunun komandiri praporşik Seyidzadənin dəqiq
atəşi ilə düşmən mövqeyi susdurulmuşdur"— Podpolkovnik
Tongiyev. ("Azərbaycan Dövlət Arхivi, f. 2894, siy.2, iş 5, vərəq
6")
Vəli bəy Sadıq bəy oğlu 1898-ci il sentyabrın 31-də anadan
olub.
Borçalının
Təkəli
kəndindəki
nüfuzlu
Yadigarovlar
nəslindəndir. 1916-cı ildə Tiflisdə gimnaziyanı bitirdikdən sonra
könüllü surətdə Rus ordusunun Birinci Dağıstan süvari alayında
döyüşüb. General Brusilovun ordusunda "Brusilov cəbhəsi"nin
yarılmasında
iştirak
edib.
Kiyevdəki
Artilleriya
Zabitləri
Məktəbində təhsilini davam etdirmək üçün хidmətə göndərilib.
Bolşevik çevrilişindən sonra imperiya-dağıldığına görə məktəbi
bitirə bilməyib. Vətəni Azərbaycana qayıdıb, tağım komandiri
dərəcəsinədək yüksəlib və Azərbaycanın
azadlığı uğrunda
eskadron komandiri kimi Qarabağ döyüşlərində iştirak edib.
Sonralar isə Şəki süvari alayında хidmətini davam etdirib.
Bolşeviklərin Azərbaycanı və Gürcüstanı istilasından sonra 1922-
ci il noyabrın 19-da Qafqazdan köçüb, Türkiyə və Rumıniyadan
Dostları ilə paylaş: |