ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə104/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   100   101   102   103   104   105   106   107   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

334


İstər  hərbi  topoqrafiya,  istərsə  də  tariximizin  ayrı-ayrı  zid-

diyyətli, mürəkkəb dövrünü öyrənmək üçün generalın məqalələri 

kifayət qədər material verir. Onun Azərbaycan Dövlət Tarix Mu-

zeyinin Arxivində mühafizə olunan əlyazmasında sovet döv rün-

dəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general İb-

rahim ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-1920-ci 

illərdə Milli Azərbaycan Ordusundakı misilsiz xidmətinin yalnız 

bir  hissəsidir.  Hətta,  onun  sovetlər  dövründəki  elmi-tədqiqi 

xidmətinin də tam əksi deyil:

1)  Hərbi  idarə  üzrə  3  dekabr  1922-ci  il  373

a

  nömrəli  əmrin 



surəti, 4-cü § təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurs-

larının fəxri kursantı seçilmişdim.

2) Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra 

Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamı-

şam.

3) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23.XI.1922-ci il 



tarixli jurnal qərarının çıxarışını yazmışam.

4) Azərbaycan Hərbi Komissarlığının 1923-cü il 8 may tarixli 

1347 nömrəli vəsiqəsini tərtib etmişəm.

5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 1 

aprel tarixli qətnaməsinin çıxarışını yazmışam.

6)  Köçərilər  haqqında  məqaləm  “Azərbaycanı  Tədqiq  Edən 

və  Öyrənən  Cəmiyyətin  Xəbərləri”  jurnalının  üçüncü  nömrə-

sində dərc edilib.

7) “Yeni kənd” jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə 

Texnikumunun yaradıcısı kimi mənim fotoşəklim verilib.

8) T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı” 

kitabı mənim tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub.

9) a) Azərbaycanın, b) bütün Qafqazın, c) Avropanın, ç) Asi-

yanın, d) Amerikanın (Şimali və Cənubi), i) Türk xalqlarının Asi-

ya və Avropada məskunlaşmasının xəritələrini tərtib etmişəm.



Şəmistan Nəzirli

335


Alim sözü

Qoca tarix ilham almış, mərd əllərin yazısından.

Səməd VURĞUN

Topoqraf-general İbrahim ağa Vəkilovun sərkərdəlik fəaliy-

yətindən başqa ayrı-ayrı sahələrdə də xalqımız qarşısında xid-

mətləri çox olmuşdur. “Azərbaycan Respublikasının siyasi və fi-

ziki xəritəsi”nin ilk tərtibçisi də İbrahim ağadır.

Bu dəyərli xəritənin taleyi necə olmuşdur? Bu milli xəritə nə 

az, nə də çox, yetmiş ildən artıq istifadə olunmamışdır. Yaddaş-

lardan  qeyb  olunan  xəritənin  yeganə  nüsxəsini  qeyrətli  alim, 

coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu 

günümüzə qədər saxlaya bilmişdir.

– Malik müəllim, general İbrahim ağa Vəkilovun kartoqrafik 

xəritəsi sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir? 

– Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi 

və təbii xəritəsi” kartoqrafik bir əsərdir. O, məşhur dünya alim-

lərinin və kartoqraflarının tərtib etdikləri xəritələrlə müqayisədə 

nəinki onlardan geri qalmır, hətta, onlardan çox-çox üstündür. 

Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki 

və s.) əks etdirməklə kifayətlənirlər. Bir xəritədə iki sahəni bir ləş-

dirmək ideyası ilk dəfə general İbrahim ağa Vəkilova müyəssər 

olmuşdur.  O,  bir  xəritədə  həm  siyasi,  həm  də  təbii  məkanları 

birləşdirmiş və nəticədə dərin məzmunlu, zəngin təfsilatlı, asan 

oxuna bilən orijinal kartoqrafik əsər yaratmışdır. Xəritənin təh-

lilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi 

axtarışlar  aparmış,  topoqrafiya,  toponimika,  tarix,  onomastika, 

eləcə də coğrafiya elmlərinin öyrənilməsinə xüsusi diqqət yetir-

mişdir. Xəritə qırmızı rəng çaları ilə işlənmiş, ay-ulduz bayrağı 

ilə birgə çap olunmuşdur. Onun üçün 1:420000 miqyas seçilmiş-

dir.  O  dövr  üçün  hər  yerdə  –  ölkədə  ondan  asanlıqla  istifadə 

etmək  üçün  ingilislərin  işlətdiyi  miqyasın  da  (verst)  verilməsi 

onun  praktik  əhəmiyyətini  xeyli  artırmışdır.  Xəritədə  verilən 




General Əli ağa Şıxlinski və silahdaşları

336


marşrut işlərinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir. Bunla-

rın sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. İnşa olunmuş, 

inşa olunan ensiz dəmir yolları, araba, şose yolları və axan çay 

aydın nəzərə çarpan şəkildə çəkilmişdir. Onun təhlili göstərir ki, 

müəllif  topoqrafiyanı  əla  bildiyindən  iri  yaşayış  məntəqələri 

ətrafında,  ayrı-ayrı  sahələrdə  bağları,  şoranlıqları,  bataqlıqları 

da  göstərmişdir.  Xüsusilə,  Xocavənd,  Lənbəran,  Kvartaboy-

Əhmədli ərazilərində bağlıq sahələr daha çox qeyd olunmuşdur.

– Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar 

rus xəritə və mənbələrindəki kimi dəyişdirilmiş, yoxsa türkcəsi 

saxlanılmışdır?

– General İbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer ad-

larının türkcə işlənməsidir. Məsələn, Kür-Araz ovalığında Mu-

ğan bozqırı, Mil bozqırı, Şirvan bozqırı kimi adlar saxlanılmış-

dır. Təbii coğrafi yer adları isə indikilərdən az fərqlənir. Məsələn, 

Dəli Məhəmmədli.

Xəritədən  kifayət  qədər  maraqlı  məlumatlar  almaq  olar. 

Xüsusilə, tarixi adların verilməsi onun dəyərini daha da artırır 

(Qarabulaq, Əbdəllər, Gorusu, Tərtər, İrəvan, Tiflis). Salyan və 

Sabirabad ərazisində bir çox qalaların adları (Mahmud qala, Ca-

vad qala, Şin qala, Əbul qala) tarixi məna kəsb edir. Xəritədə bu 

qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkil-

məsi, göstərilməsi də elmi cəhətdən çox maraqlıdır. Xəzər dənizi 

boyu  –  Dərbənddən Astaraya  qədər  çoxlu  burunların  və  ətək-

lərin hamısı türk – Azərbaycan adı ilə göstərilmişdir. Müəl

 

lifin 



silsiləni – sıralar, aşırımı – aşmaçölü – bozqırkəndi – köy kimi yaz-

ması da dilçilik baxımından çox maraqlıdır.

Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız ola-

raq  dəyişdirmiş  və  təhrif  etmişlər.  Həmin  başabəla  “tədqiqat-

çılara” İ.Vəkilovun xəritəsi tutarlı cavabdır. Oxçu, Ağstafa, Ala-

göl,  Qaragöl,  Bazarçay  və  s.  türk  mənşəli  adlar  bunlara  əyani 

misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər, 

hidronimlər, oykonimlər) hazırda böyük elmi əhəmiyyətə ma-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə