ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə105/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   101   102   103   104   105   106   107   108   ...   154

Şəmistan Nəzirli

337


likdir. Saxtakar erməni tədqiqatçılarını ifşa etmək üçün bu xəritə 

tutarlı mənbə hesab oluna bilər.

İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə 

kartoqrafik əsəridir. Xəritənin tarixçi, dilçi, coğrafiyaçı alimlər 



və  siyasətçilərin  dərindən  təhlilinə  ehtiyacı  var.  İndiki  dövrdə 

bəzi  mübahisəli  məsələlərin  (ad,  sərhəd)  aydınlaşdırılmasına 

ondan  istifadə  etmək  vacibdir.  Xəritədə  göstərilmiş,  indi  isə 

unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin 

çox böyük rolu ola bilər.

Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhədlərinin 

xəritədə göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin 

Qafqazı yaxından tanımasından irəli gəlir.

İbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi 

və təbii xəritəsi” adlı məzmunlu kartoqrafik əsəri qəza sərhəd-

lərini (siyasi vəziyyəti) çox əyani göstərən bir xəritədir.

İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritə-

sinin üzərində kiçik əl gəzdirməklə yenidən çap olunması vacib-

dir. Mənə belə gəlir ki, İbrahim ağa Vəkilovun əlimizə gəlib çat-

mayan çoxlu əsəri hələ də müxtəlif arxivlərdə öz tədqiqatçısını 

gözləyir.

Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı ad-

dımlar bizi unutdurulmuş məşhurlarımızla daha yaxından tanış 

olmağa,  onların  əsərlərinin  toplanıb  çap  olunmasına  köməklik 

göstərəcəkdir.

İbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində 

apardığı işlər onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bu-

nun üçün gənclərə Vətən təəssübkeşliyi, milli hiss, keçmişimizə 

qayğı kimi mənəvi keyfiyyətlər aşılanmalıdır.

Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbay-

can Ensiklopediyasında bir sətir belə yoxdur.




General Əli ağa Şıxlinski və silahdaşları

338


AİLƏNİN BƏXT ULDUZU

Arvadla kişini bağlayır kəbin 

Bu işə yol verir şəriət, ayin.

Mənimsə kəbinim bir rübaidir,

Varmı bu kəbinə yol verən bir din? 

Məhsəti GƏNCƏVİ,

XII əsrin məşhur şairəsi

Arxiv sənədlərində general İbrahim ağa Vəkilovun hərbi to-

poqrafiya sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı 

sənədlər, rəylər vardır.

Bir şəhadətnamə də diqqətimi cəlb edir: o, 1928-ci il iyulun 

30-da Azərbaycan SSR Xalq İctimai Təminat komissarı Muxtar 

Hacıyev tərəfindən verilib:

“Bununla təsdiq edirəm ki, hərbi-topoqraf İbrahim ağa Vəki-

lov, mən Azərbaycan MİK-in sədri olarkən, bir neçə dəfə müxtəlif 

komissiyalara  üzv  seçilib,  eləcə  də Azərbaycan  və  Ermənistan 

respublikalarının sərhədi təyin ediləndə və ümumiyyətlə, Azər-

baycan  MİK  yanında  müxtəlif  işlərdə  iştirak  etmişdir.  Yoldaş 

Vəkilov ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla, 

ləyaqətlə və səliqəli yerinə yetirirdi”. 

Şair Mənsur Vəkilovun yaddaşından:

1952-ci  ildə  Azərbaycan  Respublikasının  Səhiyyə  nazirinin 

müavini işləyən atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağ-

lı  maraqlı  bir  hadisəni  indi  də  unuda  bilmərəm.  Gecə  yarısı 

qəfildən qəbuluna çağıran Stalinin qəddar silahdaşı Mircəfər Ba-

ğırov elə qapının astanasında sərt səslə atamdan soruşmuşdur: 

“General Vəkilov sənin qohumundur?” Bu qəfil çağırışdan yaxşı 

heç nə gözləməyən rəngi saralmış atam “bəli” cavabını verir. Bir 

az mülayimləşən Bağırov səsinin ahəngini yumşaldıb demişdir: 

“Niyə həyəcan keçirirsən? Belə qohumla ancaq fəxr etmək olar. 

Bu  yaxınlarda  bizim  sərhədlərimiz  haqqında  mən  ermənilərlə 



Şəmistan Nəzirli

339


mübahisə edirdim. Vəkilovun xəritəsini tapıb əyani olaraq onla-

ra sübut etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir”.

Bu, əlbəttə, o dövrün dəhşətli möcüzəsi idi: bunları o adam 

deyirdi ki, general İbrahim ağa Vəkilovun iki oğlundan birini – 

polkovnik Qalib bəyi güllələtmişdi, mühəndis Faris bəyi isə on 

səkkiz illik Sibir sürgününə göndərmişdi.

1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR 

Xalq Komissarlığı fərdi təqaüd kəsmişdir.

* * *


Ömrünün  çoxunu  Tiflisdə  yaşayan  və  işləyən  İbrahim  ağa 

Vəkilov 1884-cü ildə rus qızı Yelena Yefimovna Yermolayeva ilə 

ailə həyatı qurmuşdur. Bir-birini sevərək xoşbəxt ailə həyatı qu-

ran  gəncləri  imperator  Üçüncü  Aleksandrın  ədalətsiz  qanunu 

çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki, 

müsəlmanın rus qızına evlənməyi qəti qadağan olunur. Əks təq-

dirdə müsəlman oğlanı rus qızına evlənərsə, o, mütləq öz islam 

dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik hüququn-

dan  məhrum  olunur.  Vəziyyətdən  çıxış  yolu  axtaran  İbrahim 

ağa Vəkilov imperator III Aleksandrın müqəddəs Sinoduna, yəni 

ruhanilər  məclisinin  oberkuryerinə  –  məşhur  Pobedo nostyevə 

müraciət etməli olur. O, xahiş edir ki, xristian dinini qəbul etməyi 

ona məcbur etməsinlər və kəbini qanuniləşdirsinlər. Çarın sadiq 

nökəri Pobedonostyev qəti etirazını bildirir, hətta onun üzərinə 

hücum  edib  təqsirləndirərək  deyir  ki,  siz  rus  qızı  ilə  kəbin 

kəsdirməyi heç xəyalınıza belə gətirməyin. Biz sizdən uşaqları 

belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur.

Nəhayət,  1891-ci  ildə  bu  gənc  ailənin  bəxt  ulduzu  doğdu. 

Tale  sanki  özü  onların  xoşbəxtliyini  himayəçiliyinə  götürdü. 

Həmin ili kapitan İbrahim ağa Vəkilov çarın xüsusi əmri ilə ən 

yaxşı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə ezam olundu.

İki il sonra, 1893-cü ildə İbrahim ağa ilə Yelenaya bolqarıstan-

lı keşiş Georgi Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doq-

quz, arvad isə otuz iki yaşında idi. Artıq onun ailəsi də böyü-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə