Şəmistan Nəzirli
337
likdir. Saxtakar erməni tədqiqatçılarını ifşa etmək üçün bu xəritə
tutarlı mənbə hesab oluna bilər.
İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə
kartoqrafik əsəridir. Xəritənin tarixçi, dilçi, coğrafiyaçı alimlər
və siyasətçilərin dərindən təhlilinə ehtiyacı var. İndiki dövrdə
bəzi mübahisəli məsələlərin (ad, sərhəd) aydınlaşdırılmasına
ondan istifadə etmək vacibdir. Xəritədə göstərilmiş, indi isə
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin
çox böyük rolu ola bilər.
Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhədlərinin
xəritədə göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin
Qafqazı yaxından tanımasından irəli gəlir.
İbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi
və təbii xəritəsi” adlı məzmunlu kartoqrafik əsəri qəza sərhəd-
lərini (siyasi vəziyyəti) çox əyani göstərən bir xəritədir.
İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritə-
sinin üzərində kiçik əl gəzdirməklə yenidən çap olunması vacib-
dir. Mənə belə gəlir ki, İbrahim ağa Vəkilovun əlimizə gəlib çat-
mayan çoxlu əsəri hələ də müxtəlif arxivlərdə öz tədqiqatçısını
gözləyir.
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı ad-
dımlar bizi unutdurulmuş məşhurlarımızla daha yaxından tanış
olmağa, onların əsərlərinin toplanıb çap olunmasına köməklik
göstərəcəkdir.
İbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində
apardığı işlər onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bu-
nun üçün gənclərə Vətən təəssübkeşliyi, milli hiss, keçmişimizə
qayğı kimi mənəvi keyfiyyətlər aşılanmalıdır.
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbay-
can Ensiklopediyasında bir sətir belə yoxdur.
General Əli ağa Şıxlinski və silahdaşları
338
AİLƏNİN BƏXT ULDUZU
Arvadla kişini bağlayır kəbin
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?
Məhsəti GƏNCƏVİ,
XII əsrin məşhur şairəsi
Arxiv sənədlərində general İbrahim ağa Vəkilovun hərbi to-
poqrafiya sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı
sənədlər, rəylər vardır.
Bir şəhadətnamə də diqqətimi cəlb edir: o, 1928-ci il iyulun
30-da Azərbaycan SSR Xalq İctimai Təminat komissarı Muxtar
Hacıyev tərəfindən verilib:
“Bununla təsdiq edirəm ki, hərbi-topoqraf İbrahim ağa Vəki-
lov, mən Azərbaycan MİK-in sədri olarkən, bir neçə dəfə müxtəlif
komissiyalara üzv seçilib, eləcə də Azərbaycan və Ermənistan
respublikalarının sərhədi təyin ediləndə və ümumiyyətlə, Azər-
baycan MİK yanında müxtəlif işlərdə iştirak etmişdir. Yoldaş
Vəkilov ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla,
ləyaqətlə və səliqəli yerinə yetirirdi”.
Şair Mənsur Vəkilovun yaddaşından:
1952-ci ildə Azərbaycan Respublikasının Səhiyyə nazirinin
müavini işləyən atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağ-
lı maraqlı bir hadisəni indi də unuda bilmərəm. Gecə yarısı
qəfildən qəbuluna çağıran Stalinin qəddar silahdaşı Mircəfər Ba-
ğırov elə qapının astanasında sərt səslə atamdan soruşmuşdur:
“General Vəkilov sənin qohumundur?” Bu qəfil çağırışdan yaxşı
heç nə gözləməyən rəngi saralmış atam “bəli” cavabını verir. Bir
az mülayimləşən Bağırov səsinin ahəngini yumşaldıb demişdir:
“Niyə həyəcan keçirirsən? Belə qohumla ancaq fəxr etmək olar.
Bu yaxınlarda bizim sərhədlərimiz haqqında mən ermənilərlə
Şəmistan Nəzirli
339
mübahisə edirdim. Vəkilovun xəritəsini tapıb əyani olaraq onla-
ra sübut etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir”.
Bu, əlbəttə, o dövrün dəhşətli möcüzəsi idi: bunları o adam
deyirdi ki, general İbrahim ağa Vəkilovun iki oğlundan birini –
polkovnik Qalib bəyi güllələtmişdi, mühəndis Faris bəyi isə on
səkkiz illik Sibir sürgününə göndərmişdi.
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR
Xalq Komissarlığı fərdi təqaüd kəsmişdir.
* * *
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İbrahim ağa
Vəkilov 1884-cü ildə rus qızı Yelena Yefimovna Yermolayeva ilə
ailə həyatı qurmuşdur. Bir-birini sevərək xoşbəxt ailə həyatı qu-
ran gəncləri imperator Üçüncü Aleksandrın ədalətsiz qanunu
çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki,
müsəlmanın rus qızına evlənməyi qəti qadağan olunur. Əks təq-
dirdə müsəlman oğlanı rus qızına evlənərsə, o, mütləq öz islam
dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik hüququn-
dan məhrum olunur. Vəziyyətdən çıxış yolu axtaran İbrahim
ağa Vəkilov imperator III Aleksandrın müqəddəs Sinoduna, yəni
ruhanilər məclisinin oberkuryerinə – məşhur Pobedo nostyevə
müraciət etməli olur. O, xahiş edir ki, xristian dinini qəbul etməyi
ona məcbur etməsinlər və kəbini qanuniləşdirsinlər. Çarın sadiq
nökəri Pobedonostyev qəti etirazını bildirir, hətta onun üzərinə
hücum edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin
kəsdirməyi heç xəyalınıza belə gətirməyin. Biz sizdən uşaqları
belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur.
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu.
Tale sanki özü onların xoşbəxtliyini himayəçiliyinə götürdü.
Həmin ili kapitan İbrahim ağa Vəkilov çarın xüsusi əmri ilə ən
yaxşı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə ezam olundu.
İki il sonra, 1893-cü ildə İbrahim ağa ilə Yelenaya bolqarıstan-
lı keşiş Georgi Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doq-
quz, arvad isə otuz iki yaşında idi. Artıq onun ailəsi də böyü-