ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə108/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   104   105   106   107   108   109   110   111   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

346


əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd verilmişdir. Uşaqla-

rın  adını  da  dəyişdirmişlər:  Boris  Faris  olmuş,  Qleb  isə  Qalib 

kimi rəsmiləşmişdir.

Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktu-

bun əslini oğlu Faris bəy 1978-ci ildə Moskvadakı Lev Tolstoy 

adına Muzeyə vermişdir. Surəti isə bu sətirlərin müəllifindədir.

Dahi Tolstoy müsəlman dininə etiqadını təkcə bu məktubla 

izhar etməmişdir. Onun çoxminli qələm və qəlb dostları Tolsto-

yun  İslam  dininə,  Məhəmməd  peyğəmbərin  şəxsiyyətinə  ülvi 

məhəbbəti barədə yazır, söhbət açırlar. Tolstoyun özünün birba-

şa etirafı isə, ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz aşa-

ğıdakı söhbətində aydın görünür. 

Milliyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun 

şəxsi  həkimi  olmuş  və  çoxsaylı  qonaqların  Tolstoyu  ziyarət 

etməsi  barədə  “1904-1910-cu  illərdə  Tolstoyun  yanında”  adlı 

monu mental bir əsər yazmışdır.

1979-cu ildə həmin dördcildlik “Yasno Polyana qeydləri” adı 

ilə Moskvada ilk dəfə nəşr olundu. Kitabın üçüncü cildinin üç 

yüz əlli altıncı səhifəsində Tolstoyun ailəvi söhbəti verilib. Oxu-

cu  orada  dahi  yazıçının  general  İbrahim  ağa  Vəkilovun  həyat 

yoldaşından  qayğısının  və  İslam  dinini  qəlbən  sevməsinin  bir 

daha şahidi olur.

Duşan Petroviç Makovitski yazır:

“1909-cu  il  martın  13-də  Lev  Nikolayeviç  söhbət  zamanı 

dedi: “Bir anadan məktub almışam, yazır ki, uşaqlarımın atası 

müsəlmandır, özüm isə xristianam. İki oğlum var: biri tələbədir, 

o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir”.

Sofya Andreyevna:  –  Yəqin  ki,  oğlanları  müsəlman  dininə 

çoxarvadlı olmaq xatirinə keçmək istəyir.



Lev  Nikolayeviç:  –  Nə  olar  ki...  Məgər  bizdə  çoxarvadlılar 

azdır?


Sonra  Lev  Nikolayeviç  dedi  ki,  bu  məktub  haqqında  fikir-

ləşərkən  mənim  üçün  çox  şey  aydınlaşdı.  Məhəmməd  həmişə 

Yevangelini  üstələyir.  O,  İsanı Allah  hesab  etmir  və  özünü  də 



Şəmistan Nəzirli

347


Allaha  bərabər  tutmur.  Müsəlmanların  Allahdan  başqa  Allahı 

yoxdur  və  Məhəmməd  onun  peyğəmbəridir.  Burada  heç  bir 

müəmma  və  sirr  yoxdur.  Hansı  yaxşıdır:  xristianlıq,  yoxsa 

müsəlmançılıq? Mənim üçün aydındır ki, müsəlman dini daha 

yaxşıdır, daha üstündür. Qısa müddət susduqdan sonra Lev Ni-

kolayeviç təkrar etdi: 

– Müsəlmançılıq müqayisəolunmaz dərəcədə xristianlıqdan 

üstündür. Müsəlmançılıq mənə çox kömək etmişdir.



Mixail  Vasilyeviç:  –  Zaporojyeli  nekrasovçular

1

  müsəlman 



dininə keçmişlər.

Lev  Nikolayeviç:  –  İnsan  inkişaf  etdikdə  dinin  əsasları  da: 

taosizm, buddizm, xristianlıq da inkişaf edir. Bunların da hamı-

sının  dini  əsasları  birdir.  Zaman  keçdikcə  bu  da  birliyə  və 

sadəliyə gətirib çıxardır”.



Gecikmiş cavab

Düz səksən iki il keçəndən sonra “Literaturnaya qazeta” yed-

di nömrəli dosyesində (1991-ci il) general İbrahim ağa Vəkilovun 

ailə məktubu haqqında məlumat verdi. Dosye İslam dininin bü-

tün doğmalarını özündə birləşdirən dahi kitab – Qurani-Kərimə 

həsr olunmuşdu. Bu təşəbbüs İslam dininin əsasları barədə çox-

milyonlu  rus  oxucularına  açıq,  mübaliğəsiz  məlumat  vermək 

üçün gözəl bir başlanğıc idi. +

Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı məktubdan 

hissələr dərc edən qəzet həm də sorğu vermişdi ki, çox təəssüf 

edirik,  Vəkilovanın  şəxsiyyəti  haqqında  heç  bir  məlumatımız 

yoxdur.


Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı – 

generalın yeganə nəvəsi, professor Leyla Qalib qızı Vəkilova. Ca-

vabında bu məsələni dəqiq açıqlayan Leyla xanım yazır:

1

  1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekra-



1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekra-

sovun rəhbərliyi ilə Türkiyəyə köçən Don kazakları. – Ş.N.




General Əli ağa Şıxlinski və silahdaşları

348


“Əhvalat belə olmuşdu: Qızlıq famili Yermolayeva olan Ye-

lena Yefimovna hərbçi-zadəgan ailəsində doğulmuşdur. Tiflisdə 

zabit toplanışlarının birində o, gənc zabit İbrahim ağa Paşa ağa 

oğlu Vəkilovla görüşüb tanış olur”. 

Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza şəhəri Qazaxdan-

dırlar. Zadəgan silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yüz 

əlli ildən çoxdur ki, davam edir. Bizim nəsil öz xalqına, vətəninə 

bir çox görkəmli hərbçi, alim, yazıçı və sair bəxş etmişdir ki, on-

ların  arasında  müasir  Azərbaycan  ədəbiyyatının  korifeyi  şair 

Səməd Vurğunun adını çəkməmək olmaz.

İki gənc – Yelena Yefimovna və İbrahim ağa Paşa ağa oğlu 

bir-birini  sevirlər.  Lakin  onların  birgə  səadətlərinə  din  ayrılığı 

mane olurdu. Azərbaycanlı İ.Vəkilov islam, Y.Yermolayevna isə 

pravoslav dininə məxsus idi. Rusiya imperiyasının o vaxtı qa-

nunlarına görə kəbin kəsdirmək üçün ikisindən biri öz dinindən 

imtina etməli idi. Ancaq onların heç biri tərbiyə olunduqları dini 

ehkamlara  qarşı  çıxa  bilmir.  Belə  olduğu  halda  mənim  babam 

İbrahim ağa Vəkilov imperatora müraciət edir. Əlahəzrətdən xa-

hiş edir ki, onların dinlərini dəyişdirmədən kəbin kəsdirmələrinə 

icazə versin. Uzun çəkişmələrdən sonra bu icazə verildi. Lakin 

Rusiya  imperiyasının  qanunlarına  görə  belə  kəbindən  sonra 

dünyaya gələn uşaqlar pravoslav dinində tərbiyə almalı idilər.

Beləliklə, Yelena Yefimovna hər üç uşağını – qızı Reyhanı, oğ-

lanları Boris və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və 

qohumlarının təsiri ilə uşaqlar islam dininə daha çox meyil və 

rəğbət göstərirdilər. Analarını çox sevən hər üç uşaq böyüyəndə 

ondan xahiş edirlər ki, onların müsəlman dininə keçmələrinə ra-

zılıq versin.

Məhz bu səbəbə görə də mənim nənəm onu üzən “nə etməli?” 

sualı  ilə  “xristian  dininin  vicdanı”  sayılan  yazıçı  Lev  Tolstoya 

müraciət etməyə məcbur olur.

Lev Tolstoy dördsəhifəlik geniş məktubla nənəmə cavab ya-

zır.  Həmin  məktubdan  bəzi  parçaları  Siz  qəzetinizin  yeddinci 

nömrəsində – dosyedə dərc etmisiniz.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə