General Əli ağa Şıxlinski və silahdaşları
370
O, heç vaxt “xalq düşməni” atasından üz döndərməmişdi. Nə
kor-koranə, fanatikcəsinə “ellər atası Stalinə”, nə də cəllad
M.C.Bağırova özünün pənahı kimi pərəstiş edə bilməmişdi.
O illərdə incidilmiş əlli bir min “gözükölgəli” azərbaycanlı ailə-
sindən biri kimi dərdini ürəyində çəkmişdi və bəlkə də Leyla xa-
nımın ağlına gəlməzdi ki, vaxt gələcək, aşkarlığın, demokratiya-
nın işığında hər şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar,
şübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz yerini tapa-
caq.
– Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az gör-
müşəm, – Leyla xanım söhbətinə general babasından başlayır. –
İlk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım
vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haq-
qında anamın söhbətlərindən yadımda qalanlar çoxdur.
– Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs
ediləndə sizə onun haqqında heç nə danışmayıb?
– Yox. Babam heç vaxt oğlunun günahsız həbs olunması haq-
qında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam
atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş.
Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin rifahı üçün
çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq
iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin
əyilməyini indi də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o
ağır illərdə qanadları qırılmış quş kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad
böyüyürdü. 1866-cı il iyunun 20-də tale bu ailəyə yeganə qız
payı – Rəna xanımı bəxş etmişdi. Xoşbəxt ailənin bircə nigaran-
çılığı vardı: ata müsəlman, ana isə xristian dininə mənsubdur.
Bəs övladları hansı məzhəbə qulluq etməlidir? – sualı ailəni
keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.
Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi
ilə Tiflis kadet korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı
üçüncü Aleksandr adına Ali Hərbi-Texniki İnstituta qəbul olun-
du. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin ins-
Şəmistan Nəzirli
371
titutu tərk etdi. Sonralar Moskvadakı Alekseev Hərbi Məktəbində
təhsilini davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin
rədd olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddət-
lənən xalq hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin
qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir
dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peter-
burqda təhsil alan böyük oğlu Borisi, Moskvada yunker mək-
təbində oxuyan Qlebi də bir sual düşündürdü. Mən kiməm, han-
sı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər
iki qardaş tez-tez ata-anaya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətindən: – Mənim on doqquz yaşım
tamam oldu. Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə
keçmək fikri də məni tərk etmirdi. 1904-1905-ci illərdəki şərait
bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli
Rusiya-Yaponiya müharibəsi, xalq kütlələri arasındakı inqilabi
əhvali-ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə
məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu.
Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə
yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi
ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll
olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəlişimin birinci ilində pravoslav dininin müdafiə-
çilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət
görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz
əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məq-
sədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefi-
movna Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç
Tolstoya məktubla müraciət etməli olub.
1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekse-
yev hərbi-texniki məktəbini bitirib xidmətə başladı. Birinci Dün-
General Əli ağa Şıxlinski və silahdaşları
372
ya müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis ala-
yında döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə
göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov
ikinci dərəcəli “Müqəddəs Georgi” xaç ordeni ilə təltif olundu.
Hərbi-texniki mütəxəssis kimi Qalib bəy Vəkilovun ən başlıca
vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə və keçidlərin möh-
kəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin
dəqiq yerləşdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və
fotoşəkillərin hamısı inqilabdan əvvələ məxsusdur. Onların ara-
sında çox da qalın olmayan bir kitab var. Bu, məşhur ədəbiyyat-
şünas Firidun bəy Köçərlinin ilk “Azərbaycan tatarlarının ədəbiy-
yatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla
Leyla xanımın general babasına hədiyyə verib. “Hörmətli İbrahim
ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori
şəhəri”.
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant
Əli ağa Şıxlinskiyə məxsusdur. İndiyədək heç kəsə məlum olma-
yan və heç yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir
qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə Əli ağa Şıxlinski
həyat yoldaşı Nigar xanımla birgə dayanıb.
– Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna
Vəkilovadır. Anam da atam Qaliblə birgə Birinci Dünya müha-
ribəsi illərində döyüşən orduda xidmət edib. Anamın rütbəsi
leytenant olub. O da Nigar xanım kimi hərbi səhra hospitalında
şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk
ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında koman-
dir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu da-
vam etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbay-
can Milli Ordusunda hərbi-mühəndislər idarəsinin rəisi təyin
olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqu-
tuna qədər işləyir. Sonra atam XI Ordunun Ənzəli şəhərin dəki
mühəndis qoşunları hissəsinin rəisi vəzifəsində qulluq edir.
Anam da bu yürüşdə atamla birgə olub. Atam bu yürüşdə ağır
xəstələnib. O, malta qızdırmasına tutulub. Xəstəliyinə baxmaya-
Dostları ilə paylaş: |