ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə106/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   102   103   104   105   106   107   108   109   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

340


müşdü: ailənin böyük oğlu Boris bəyin yeddi, kiçik oğlu Qleb 

bəyin isə altı yaşı vardı.

General İbrahim ağa Vəkilov böyük şairimiz Səməd Vurğu-

nun  əmisi  oğludur.  Şairin  qardaşı  Mehdixan  Vəkilov  “Mənim 

qardaşım” xatirə povestində yazır:

“Səməd  Vurğunun  general  İbrahim  ağa  ilə  axırıncı  söhbəti 

(general İ.Vəkilov 1934-cü il iyunun 2-də vəfat edib – Ş.N.) onun ar-

vadı  Yelena  Yefimovnanın  öz  oğlanlarının  islam  dinini  qəbul 

etmələrinin mümkünlüyü barədə L.N.Tolstoydan məsləhət istə-

məsi haqqında göndərdiyi məktub və aldığı cavab ətrafında ol-

muşdur”. 

 

Lev Tolstoya məktub



Qəlbimizdə Allahın nuru vardır.

Onun da adı vicdandır.

Lev Tolstoy

Aradan altı il keçdi. Ancaq nə İbrahim ağanın ata ürəyi sakit 

olur, nə də Yelena Yefimovnanın ana qəlbinin narahat döyüntüləri 

kəsilirdi.  Onların  intizarının  əsas  səbəbi  oğlanların  hansı  dinə 

qulluq etmələri idi. Tale onlara üçüncü övlad da bəxş etmişdi. 

Reyhanın artıq on üç yaşı vardı. Hara gedib, kimdən ağıllı bir 

məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxıl-

maz vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər.

Generalın Peterburq Texnologiya İnstitutunda təhsil alan bö-

yük oğlu Borisi, Moskvadakı Alekseev Hərbi Məktəbində oxu-

yan Qlebi də bir sual düşündürürdü: Mən kiməm, hansı millətə 

məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər iki qardaş 

tez-tez ana-ataya müraciət edirdilər.

Faris bəy Vəkilovun söhbətindən:

– Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri ilə 

bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 

1904-1905-ci  illərdəki  şərait  bu  niyyətimin  həyata  keçməsinə 

kömək etməli idi. Bədniyyətli Rusiya-Yaponiya müharibəsi, xalq 




Şəmistan Nəzirli

341


kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi 

liberal qərarlar verməyə məcbur etdi.

1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu.

Orada hər hansı bir səbəbdən ata-baba dinindən dönmüşlərə 

yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi 

ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll 

olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim 

Peter burqa  gəlişimin  birinci  ilində  pravoslav  dininin  müdafiə-

çilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət 

görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz 

əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məq-

sə dilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli 

olduq.

Ata – İbrahim ağa Vəkilov və ana – Yelena Yefimovna belə 



qərara gəldilər ki, müdrik yazıçı Lev Tolstoydan başqa heç kəs 

bu ciddi ailə məsələsinə ağıllı cavab verə bilməz. Ona görə də 

1909-cu il martın ikisində Tiflisdən Yelena Vəkilova yazırdı: 

Bizim dərin istəkli müəllimimiz

Lev Nikolayeviç!

Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarşınızda 

üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən 

məsləhət  almaq  istəyənlər  çoxdur,  bütün  bunlara  baxmayaraq 

mən də sizə müraciət edirəm. Çünki həyat mənim qarşımda gü-

cüm çatmaz bir məsələ qoymuşdur. 

Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli ya-

şım var, üç uşaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz 

qanunidir. Uşaqlarımız pravoslav (xristian) dininə etiqad edirlər. 

Qızım  on  üç  yaşındadır.  Oğlanlarımdan  birinin  iyirmi  üç  yaşı 

var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O birinin 

iyirmi  iki  yaşı  var.  Moskvadakı  Alekseyev  Hərbi  Məktəbinin 

yunkeridir.  Bax,  bu  oğullarım  atalarının  dini  etiqadına,  daha 

doğrusu,  müsəlmanlığa  keçmək  üçün  məndən  icazə  istəyirlər. 

Mən  nə  etməliyəm?  Mən  bilirəm  ki,  indi  bu,  mümkündür  və 



General Əli ağa Şıxlinski və silahdaşları

342


həmçinin  bizdə  yaşayan  yadellilərə  pis  münasibəti  də  bilirəm. 

Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər de-

yil: nə maddi təminat, nə də mənsəbpərəstlik onları bu işə təhrik 

edir. Ancaq qaranlıqda qalan tatar (Azərbaycan – Ş.N.) xalqına 

kömək etmək məqsədini güdürlər. Xalqa qovuşmağa, xalqa ya-

naşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu dar 

düşüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz 

dərdlərimlə tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi 

yaza  bilsəydim...  Mən  məktubumu  öz  övladlarını  dəlicəsinə 

sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlımı 

itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız 

Siz  öz  ağlınızla  həyatımızın  hazırkı  şəraitində  bunun  nə  ilə 

nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xır-

da görünə bilər. Ancaq bu, mənə dəhşətli əzablar verir.

Lev  Nikolayeviç,  Siz  bizə,  biz  balaca  adamlara  heç  vaxt 

ürəkdən  gələn  dəyərli  məsləhətlərinizi  əsirgəməmisiniz.  Bunu 

bildiyim üçün cəsarət edib Sizi öz xahişimlə narahat etdim. Məni 

təsəlli oduna atın.

Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu 

addımı atmağa məni məcbur edən dəlicəsinə analıq sevgisidir.



Bütün qəlblə Sizə sadiq olan

Yelena Yefimovna Vəkilova.

Tiflis şəhəri, Uçebnıy pereulok 1, ev 8

1

 



1909-cu il martın on beşində Yasnaya Polyanadan göndərdiyi 

cavab məktubunda dahi sənətkar yazırdı:

 

Yelena Yefimovna Vəkilovaya

Sizin  oğullarınızın  Tatar  xalqının  maariflənməsinə  kömək 

etmək  arzusunu  təqdir  etməyə  bilmərəm.  Belə  olduğu  halda 

Məhəmmədin dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu 

da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki, hökuməti 

etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə 

1

  Hazırda həmin küçə Uş.Çxeidze adlanır – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə