Şəmistan Nəzirli
349
Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və İbra-
him ağa Paşa ağa oğlunun uşaqlarının üçü də müsəlman dinini
qəbul edir. Oğlanları adlarını belə dəyişdirirlər – Boris – Faris,
Qleb isə Qalib olur.
Yelena Yefimovna bütün həyatını sadiq ərinə və sevimli uşaq-
larına sərf etmişdir. Hərbi vəzifəsinə görə ərinin hara göndəril mə-
sindən asılı olmayaraq (babam qərargah generalı rütbəsinə qədər
yüksəlmişdi) nənəm həmişə onu müşayiət etmişdir. O, çox savad-
lı qadın olmuş, bir neçə dil bilmiş, ədəbi-bədii tərcü mələrlə məşğul
olmuş, maraqlı xatirələr yazmışdır. Nənəm 1923-cü ildə Tiflisdə
vəfat etmişdir.
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azər-
baycana böyük inam və sadiqliklə qulluq etmişlər. Xüsusilə,
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının
qurulmasında onların əvəzsiz xidmətləri olmuşdur.
Babam İbrahim ağa hərbi topoqraf idi. O, İran, Türkiyə və
Zaqafqaziyanın xəritəsini yaratmışdı. Azərbaycanın ictimai hə-
ya tında görkəmli yer tuturdu. Azərbaycanda Demokratik Res-
publika olduğu zaman o, Gəncənin general-qubernatoru idi.
Türk, İran və Rusiya ordenləri ilə təltif olunmuşdu.
Atam Qalib bəy İbrahim ağa oğlu Vəkilovun hərbi-texniki
təh sili vardı. Birinci Dünya savaşında iştirak etmişdi. Hərbi xid-
mətlərinə görə bir sıra ordenlərlə, o cümlədən “Müqəddəs Geor-
gi” xaçı ilə təltif olunmuşdu.
Əmim Faris bəy İbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra
patent qazanmış, istedadlı mühəndis idi. Təəssüf ki, bizim ailə-
miz də siyasi təzyiq tədbirlərindən kənarda qalmadı.
1931-ci ildə atam birinci dəfə həbs olundu, sonra səhhətinə
görə həbsdən azad edildi. 1937-ci ildə onu ikinci dəfə həbs etdilər
və günahsız olmasına baxmayaraq, keçmiş çar və müsavat zabiti
kimi noyabrın 15-dən 16-na keçən gecə güllələdilər...
Əmim isə on səkkiz il Karaqanda, Maqadan və Sibir sürgünü
çəkmişdi. Atamdan xatirə olaraq məndə yalnız onun (ölümündən
sonra) bəraət alması haqqında olan arayışlar qalmışdır.
General Əli ağa Şıxlinski və silahdaşları
350
Sizin dosyenin səhifəsində adını çəkdiyiniz Y.Y.Vəkilovanın
ailəsi haqqında mənim demək istədiyim bunlar idi.
Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən – Leyla
Qalib qızı Vəkilova – pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pe-
daqoji Rus dili və “Ədəbiyyatı İnstitutunun professoru, Azərbaycanın
ali və orta məktəbləri üçün rus dili üzrə bir sıra dərsliklərin müəllifiyəm.
Bütün şüurlu həyatımı gənclərin tərbiyəsinə və təhsilinə sərf etmişəm”.
Qürbətdən gələn məktub
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində iki qarda-
şın yeganə bacısı Reyhan xanım idi. Atasından və əmisindən
fərəhlə danışan Leyla xanım bibisi haqqında heç bir məlumat
vermir. Əlbəttə, bu, səbəbsiz deyil. 1919-cu ildə Azərbaycan
nümayəndəsi kimi Fransada işləyən Abbas bəy Ataməlibəyov
həyat yoldaşı Reyhan xanımı da özü ilə aparmışdı. 1920-ci il Ap-
rel çevrilişindən sonra onlar geri qayıtmadılar. Şübhəsiz ki, Rey-
han xanım “Vətən” deyib, bolşevik-daşnak rejimilə yaşayan o
vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, müsavat generalının
qızına da qardaşları Qalib bəy və Faris bəy kimi acı tale qismət
olardı. Yetmiş ildə Vəkilovlar kimi digər ziyalı nəsillərimizin
nümayəndələrinin nələr çəkdiyi hamımıza yaxşı məlumdur.
Otuz yeddinin qara, məşum günlərində doqquz yaşlı uşağa on
bir il həbs cəzası kəsən, ata-anasını, hətta uzaq qohumlarını
güllələdən sovet totalitar hakimiyyətinə etibar edib qayıtmaq
mümkünmü idi? Əlbəttə, yox. Bütün bunları – sürgün və gül lə-
lənmələri onlar Okeanın o tayında yaşasalar da, bilirdilər.
Yadımdadır, yetmişinci illərdə Faris bəylə tez-tez görüşəndə
bir neçə dəfə bacısı Reyhan xanımın adını çəkib ağladı.
– Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? – deyə so-
ruşdum.
– Ailəmizin ən kiçiyiydi, – dedi. – Şən, şıltaq bircə bacımız
vardı. O, 1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuşdu. İki
oğuldan sonra dünyaya gələn bacımın şərəfinə atam bir qoç qur-
Şəmistan Nəzirli
351
ban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə Qızlar Məktəbində
almışdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy Ataməlibəyov
əslən Şamaxıdan olan, lakin çoxdan Bakıda yaşayan Seyfulla
bəyin oğlu idi. Onlar varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir
nəsil idi. Abbas bəy Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli,
Əlimərdan bəy Topçubaşovla yaxın dost idi. Onlar Fransaya da
birgə getdilər, bir daha qayıtmadılar. Atamın sağlığında, qarda-
şım və mən həbs olunmamışdan əvvəl məktublaşırdıq. İndi isə
nə öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur...
Nə az-nə də çox, yetmiş yeddi ildən sonra general ailəsinin
yeganə varisi Leyla xanım Amerikadan məktub və fotoşəkil aldı.
Məktub və fotoşəkli ona bibisi oğlu Qalib göndərib. Təbii ki, belə
məktubu oxumaq nə qədər sevindirici olsa da, həyəcanı ondan
qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində
yazılmış məktubun mətni ilə məni tanış edir.
– Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna
mənim atamın, yəni kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə
uşaq vaxtı babam demişdi ki, sənin bibin oğlu var. Hətta onun
balaca vaxtı çəkilmiş iki fotoşəklini də göstərmişdi. 1934-cü ildə
babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xa-
nımdan, nə də onun oğlunun taleyi haqqında heç bir məlumatım
yox idi. İki min birinci ilin iyun ayında mənə xəbər verdilər ki,
bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonu-
mu və ünvanımı göndərdim.
– Leyla xanım, 1919-1920-ci illərdə Reyhan xanım və ailəsi
Fransada yaşayıb. Bəs necə olub ki, indi Amerikadan məktub
gəlib?
– Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox
çətin və əzablı günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib
yaxşı təhsil alıb, dünyanın bir neçə böyük ölkəsini dolaşıb. Hələ
Parisdə yaşayanda o, Sarbonna Universitetini bitirib. Müharibə
vaxtı fransızların işğalçı qoşunlarının tərkibində Almaniyada
hərbi qulluqda olub.
Dostları ilə paylaş: |