ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə101/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   97   98   99   100   101   102   103   104   ...   154

Şəmistan Nəzirli

325


İbrahim qorxa-qorxa:

– Hə, – dedi. 

– Dilini bilirsənmi? Urusun deyirəm.

– Mampassatan Baqratdan bir-iki söz öyrənmişəm, qalanını 

da orda öyrənəcəm.

–  Ay  öyrəndin  ha,  axşama  kimi  gürcü  çobanlarıynan  bir 

yerdəyəm, qoqodan, bicodan artıq kəlmə bilənin dədəsi tünbətün 

olsun. Dil öyrənmək su içmək döyül, oğul.

İbrahim istədi desin ki, sənin savadın, fərasətin yoxdu, mən 

neyləyim. Qorxdu ki, dəli Pənah elə buradaca onu dəli atından 

düşürər, qalar dizinə döyə-döyə.

Meşə  yolu  qurtardı.  Onlar  sonu  görünməyən  Ceyrançöl 

düzünə çıxanda Ay Avey dağının bərabərində idi. Çöl bulud ar-

xasında girib-çıxan Aydan gah nurlanır, gah da qaralırdı. Xeyli 

uzaqda otlayan ilxı qəbirdaşları kimi qaralırdı. Onların mindiyi 

at ilxını görəndə bir neçə dəfə kişnədi. Atların bir neçəsi başını 

qaldırıb  fınxırdı.  Birdən  yaxındakı  kolun  dibindən  bir  adam 

qalxdı. Vahimələnən İbrahim atın yalmanından yapışdı. Pənah 

kişi bunu dərhal hiss edib:

– Qorxma, – dedi, – mənim ilxıçı yoldaşımdı, bunu gördüyü-

nü heç yerdə danışma ha, yazıq bir gürcüdü, xozeynini öldürüb 

qaçıb. Mənə pənah gətirib. Goda kəndində bir dəmirçi dostum 

var, onun qardaşı oğludu. Zalım oğlu qorxu nə olan şeydi bilmir. 

Deynən  get  qəbiristanda  yat,  yatajax,  eymənmək-zad  yoxdu. 

Bunda urusca qəzet də var, gündə çıxarıb oxuyur. Məni günorta-

dan gözləyir...

– Qatso, o kimdi, sənnən gələn?

– Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir.

Xeyir ola, bu uşağın Tiflisdə nə işi var?

– Nə bilim, Nikolaz, deyir gedib oxuyub, voyennidi, əfsərdi-

nədi ondan olajam.

Nikolaz qayğılı-qayğılı:

–  Qatso,  dəlisən-nəsən,  –  dedi.  –  Xalqın  uşağını  aparıb 

itirərsən.

Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərmi?



General Əli ağa Şıxlinski və silahdaşları

326


* * *

...İbrahim həmkəndlisi Mirzə Hüseyn Qayıbzadənin Şeytan-

bazar  yanındakı  evini  asanlıqla  tapa  bildi.  Çünki  o  vaxtlar 

Tiflisdə çoxlu azərbaycanlı yaşayırdı. Mirzə Hüseyn əfəndi də 

çox hörmətli və məşhur şəxs idi.

O, Tiflisdə rus-tatar məktəbində Şərq dilləri müəllimi, Zaqaf-

qaziya  Müftisi  vəzifələrində  işlədiyindən  böyük  nüfuza  malik 

olmuşdu. Oxumaq istəyən kasıb balalarına kömək əli uzatmağı, 

onların bu işıqlı arzularının həyata keçməsinə şərait yaratmağı 

Mirzə Hüseyn əfəndi ən nəcib, ən şərəfli vəzifə hesab edirdi.

Müftinin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə göz-

lərinə inanmadı. Bu gözəl və nəcib qadın heyrətdən, təəccübdən 

az  qala  qışqıracaqdı.  O,  İbrahimi  bağrına  basıb  doğma  balası 

kimi öpdü, oxşadı. Kəndi, qohumları soruşdu. Atası Paşa ağanın 

vaxtsız ölümünə heyfsiləndi. İbrahimin oxumaq dalınca gəlmə-

sini eşidəndə ona elə bil dünyanı bağışladılar.

Hüseyn əfəndi ağır-ağır soruşdu: 

– Səadət xanım, İbrahimin haraya qəbul olunmaq istədiyindən 

xəbərin varmı?

– Xeyr!


– Ot kökü üstə bitər. Praporşik Paşa ağanın oğlu hərbi qul-

luqçu olmaq istəyir.

– Hə, – qadın xeyli duruxdu, – demək mənim kəndimin, Sa-

lahlının ilk savadlı hərbi qulluqçusu olacaqsan. Çox yaxşı, çox 

gözəl, oğul! – Səadət xanım onu yenidən qucaqladı.

  –  Kadet  korpusunda  yer  yoxdur,  bir  az  gec  gəlib,  bu  gün 

sentyabrın altısıdır. Amma Hüseyn əmisi onu məyus qaytarmaz.

Mirzə ipək kimi yumşaq və dümağ saqqalını sığallayıb ani 

olaraq susdu: 

– Bəxtindən üçüncü Mejevoy Hərbi Gimnaziyasında bir yer 

var.  Bu  məktəbin  direktorunun  mənimlə  dostluğunu  bilirsən. 

Mənə belə gəlir ki, burda İbrahim üçün çətin olmayacaq. Direk-

tor  milliyyətcə  Kazan  tatarıdır.  Bizim  dilə  yaxşı  bələddir.  Ona 

həm rus dilini öyrədər, həm də təhsil verər.




Şəmistan Nəzirli

327


TOPOQRAF-GENERAL  

İBRAHİM AĞA VƏKİLOV

Şeirimiz, sözümüz, elimiz də var,

Arif yaşamışdır bizim babalar.

Lakin xoş olsa da, söz ilə sənət,

Böyük sərkərdələr yetirən millət

Yalnız qalibiyyət çələngi taxar,

Gələcək günlərə vüqarla baxar.

Səməd VURĞUN

Xalqımızın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına an-

caq  müxtəlif  mənbələrdə,  arxiv  sənədlərində  rast  gəlmək  olar. 

Yaşadığı dövrdə, illərdə bunların fəaliyyəti geniş işıqlandırılsa 

da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız 

üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin 

“müsavat generalı” damğası vurduğu onlarca belə qeyrətli sər-

kər dələrimiz  yaddaşlardan  qeyb  olub.  Böyüməkdə  olan  gənc 

nəslin,  demək  olar  ki,  adı  ara-sıra  çəkilən  bu  şəxsiyyətlərdən 

xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu 

gün bizim üçün böyük məktəbdir.

Topoqraf-general İbrahim ağa Paşa ağa oğlu Vəkilov da belə 

unudulmuş şəxsiyyətlərdən biridir.

1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax 

qəzasının Qıraq Salahlı kəndində anadan olan İbrahim ağa Və ki-

lov on bir yaşında atadan yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə 

vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban 

xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyü-

nür, qürrələnirdi.

General İbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv 

sənədi:



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə