ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə100/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   96   97   98   99   100   101   102   103   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

322


Şəmmətli  meşəsinin  bərabərində  bir  at  kişnədi.  Üstündəki 

adam ata acıqlandı. At şappıltı ilə suya girdi. Bir göz qırpımında 

payızın bulanıq sularını yarıb bu taya keçdi. 

İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Ürkək və zəif bir səslə: 

Pənah əmi, sənsənmi? – dedi. 

İlxıçı duruxdu. Qəfil zərbə dəymiş adam kimi əvvəlcə özünü 

itirdi. Sonra özünə gəlib:

– Mənəm, oğul, – dedi, – sən deyəsən getməyi lap doğrulamı-

san, yaxşı hazırsanmı? Burda gözlə, evə dəyib gəlirəm. 

Atını cığıra salıb, bir az aralandı. Birdən yarı yolda geri dönüb:

– Ayə, a İbi, – dedi, – barı evə bir söz demisənmi?

– Deməmişəm, Pənah əmi, amma əmioğlu Yusifə bərk-bərk 

tap şırmışam  ki,  işdi,  gördün  çox  axtarırlar,  anam  çox  ağlayıb-

sızlayır, onda deyərsən ki, dünən Qazaxda idim, eşitdim İbra-

him Tiflisə oxumağa gedib.

–  Onda  get  Bala  bərənin  yanında  gözlə,  birdən  buralara 

hərlənən olar, indi gəlirəm, bir az da orda fikirləş. 

Pənah kişi atını mahmızladı.

İbrahim qamışlıqda xeyli gözlədi. O, Pənah kişinin “bir az da 

gözlə” deməyindən şübhələndi. “Yəqin anamdan qorxur, qarğış 

sahibi olmaq istəmir”. Kür aşıb-daşanda gətirib sahilə çıxartdığı 

qarağac kötüyünün üstündə oturub, ağzı qaralan evlər arasın-

dan Pənah kişinin evini tapdı.

Gündüzlər ayaqyalın, başıaçıq oynadığı hay-küylü sahil gecə 

yuxusunda uyuyurdu. Səssizlik onun qulağını batırır, qorxusu-

nu artırırdı. Sakit çay da elə bil gündüzün haray-həşirindən yu-

xuya getmişdi. Daş atmasan, onun səsini eşitməzdin. Qamışlıq 

xışıldadı. İbrahim diksinib əlini yerə uzatdı. Qamışlığı yara-yara 

ona tərəf nəsə gəlirdi. Qaranlıqda iki göz od kimi yanırdı. İbra-

him “a kafir” – deyib qorxa-qorxa daş atdı. Çaqqal sivişib qamış-

lıqda yox oldu. “Yaxşı ki, dovşan deyil, nənəm deyərdi yola çaq-

qal uğurludu”.

İbrahim yenidən Pənah kişinin evini axtarıb tapdı. İlxıçının 

qara damının qapısı cırıltı ilə açıldı. Əvvəl Pənah kişi, sonra da 

əli xurcunlu arvadı çıxdı.



Şəmistan Nəzirli

323


– A kişi, uşaqlara tuman-köynək almağı unutma.

–  Rəhmətliyin  qızı,  mən  at  satmağa  gedirəm,  yoxsa  tuman-

köynək almağa, – deyə Pənah kişi arvadına hirsləndi: – Axşama 

kimi kor Baqrat tuman-köynək satır, ondan alsan, belin qırılarmı?

– Onda, sən atanın goru, bir az mampası al, uşaqlar neçə gün-

dü sevincək olublar ki, dədəmiz şəhərdən mampası alacaq. 

Pənah kişi könülsüz “yaxşı, yaxşı” deyib, xurcunu atın belinə 

aşırdı. Atı yedəkləyib xalxaldan çıxartdı. İbrahimin yanına qədər 

ata  minmədi. Atı  qamışlığın  arxasına  çəkib  sağrısını,  boynunu 

sığalladı, oxşadı. 

Əlimdən möhkəm tut, indi atıl min.

İbrahim bir göz qırpımında ata sıçradı.

– Geri otur, – Pənah kişinin səsində arvadla danışdığı əsəbilik 

qalmışdı. O, birdən fikrini dəyişib: – Yox, yox, a İbi, qabağa otur, 

bu üzülmüş xamdı, birdən çayın ortasında ürküb eləyər, yıxar 

səni. Yalmanından bərk tut, çətini çayı keçənə kimidi.

İlxıçı “ya Allah” deyib ata mindi. Xam at çayın dərin-dayaz 

yerinə baxmayıb suyu yarır, fınxıra-fınxıra o taya tələsirdi.

Sahilin  o  tayı  başdan-başa  meşə  idi.  Şəmkirdən  başlayan 

qədim Qarayazı meşəsi Kürün sahili boyunca yaşıl kəmər kimi 

Gürcüstan  sərhədlərinə  doğru  uzanırdı.  Çayın  sağ  sahilindəki 

Salahlı,  Şıxlı  obalarının  dolanacağı  da  bu  meşə  idi.  Əhali  otu, 

odunu buradan aparır, mal-qarasını burada otarırdı. Pənah kişi 

də  burada  ilxı  saxlayırdı.  Hər  ilin  payızında  beş-altı  dilibozu 

Tiflisə aparıb satır, pulunu dolanacağına sərf edirdi. 

O taya çıxan kimi at tanış cığırda yerişini artırdı. Meşə bir az 

seyrələndə duruxub kişnədi və birdən götürüldü. Pənah kişi atın 

başını çəkdi:

– Əyə, üzülmüşün boynunu sığalla, gecə vaxtı nə hay-küy salır. 

İbrahim atın yalmanını sığallaya-sığallaya:

– Pənah əmi, – dedi, – bu nə dəli atdı, bunnan heç oğurluğa-

zada getmək olmaz.

– Təzə tutmuşam, a bala, hələ, yaxşı öyrəşməyib. Sən niyə bu 

gecə  vaxtı  tərs  atın  üstündə  tərs  söz  danışdın.  Allaha  şükür, 




General Əli ağa Şıxlinski və silahdaşları

324


nəsil-nəcabətində oğurluq eləyən də yoxdur. Oğurluq haradan 

ağlına gəldi?

İbrahim nə ağ dindi, nə də qara. 

– A İbi, sən Mirzənin evini tanıyırsanmı?

Kişi İbrahimin yaralı yerinə toxundu. Odur ki, kefsiz-kefsiz:

– Yox, – dedi.

– Əyə, bə nə təhər gedib çıxacaxsan? Heç şəhərdə olubsanmı?

– Ötən yay Mirzə kəndə gələndə bir kağız yazıb verdi. Ünva-

nı da var orda.

– A  bala,  səndən  qorxuram,  gedib  o  dinsizlərin  içində  itib 

eləyərsən, mən qanda qalaram. Sonra anan Tükəzbanın əlindən 

qurtara bilmərəm.

– Qorxma, Pənah əmi, məndən sonra evdə anamın on balası 

var. Ürkütməsə, saya bilmir. Mən heç yada düşməyəcəyəm.

–  Elə  demə,  a  bala,  ana  ürəyidi,  yoxluğundan  əsim-əsim 

əsəcək. Bir də, nə var o şəhərdə, bilmirəm, qaçıb gedirsən ora. 

Gərək qalıb kənddə işləyəydin, evin də böyüyü sən idin, anana 

da kömək olardın.

–  Yox,  Pənah  əmi,  gedib  oxuyub  bir  sənət  qazanacağam, 

adam olacam.

– Burada, kəndimizdə Molla Mustafanın məktəbi səni adam 

olmağa qoymur? Oxu, molla ol, ya da Abbas ağa kimi özünnən 

şeir quraşdır. Elə o da molla kimi bir şeydi.

– Şairlik mollalıq döyül, Pənah əmi, Abbas ağa kişi şairdi.

– Niyə o boyda Vidadiyə, Vaqifə mollalıq yaraşdı, Abbas ağa-

ya yaraşmadı.

–  Pənah  əmi,  Vidadiynən  Vaqif  sən  deyən  o  Mustafa  kimi 

molla döyül ey. O vaxtlar babalarımız onlara savadlarına görə 

molla deyiblər.

– Yaxşı, bunlar bir yana qalsın, sən gedib şəhərdə nə olacax-

san, nə oxuyacaxsan? – Pənah kişi hirslə soruşdu. İbrahimin ca-

nına qorxu düşdü ki, birdən cavabımdan razı qalmasa, bu dəli 

Pənah məni qaytarar ha... Özünü ələ alıb:

Mən başqa şey oxuyacam, – dedi, – voyenni olacam.

– O nə sözdü, əyə, olmaya, əfsər olacaxsan?



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə