ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə107/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   103   104   105   106   107   108   109   110   ...   154

Şəmistan Nəzirli

343


olursa olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna 

görə də Sizin oğullarınızın islam dinini pravoslavdan üstün tuta-

raq qəbul etmələri, yəni bir dindən başqa dinə keçmələri barədə 

kiməsə məlumat vermələri gərək deyildir. 

Bəlkə bu, zəruridir, lakin mən bu haqda bir şey deyə bilmərəm, 

ona görə də Sizin övladlarınız bu haqda lazımi hökumət orqan-

larına xəbər verib-verməmələri barədə özləri qərar qəbul etmə-

lidirlər.

Müsəlmançılığın  pravoslavlıq  qarşısındakı  üstünlüyünə  və 

xüsusilə Sizin övladlarınızın xidmət etdikləri məqsədin alicənab-

lığına gəlincə, bu hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm.

Xristian idealı və təlimini onun həqiqi mənasında hər şeydən 

üstün tutan bir adam üçün bunu demək nə qədər qəribə olsa da 

deməliyəm  ki,  müsəlmançılığın  öz  xarici  formasına  görə  kilsə 

pravoslavlığından  müqayisəolunmaz  dərəcədə  yüksəkdə  dur-

ması məndə heç bir şübhə doğurmur. Belə ki, əgər bir kəsin qar-

şısında kilsə pravoslavlığına, yoxsa ki, islam dininə sitayiş etmək 

yollarından  hansını  seçmək  məsələsi  qoyularsa,  onda  hər  bir 

ağıllı adam, mürəkkəb və anlaşılmaz ilahiyyatın – üçsifətli alla-

hın,  günahın  bağışlanması  mərasiminin,  dini  ayinlərin,  İsanın 

anasına yalvarışının, müqəddəslər və onların şəkillərinə saysız-

hesabsız  ibadətlərin  əvəzinə  bir  ehkamı  vahid  Allahı  və  pey-

ğəmbəri olan islam dinini, şübhəsiz ki, üstün tutar. Bu, başqa cür 

ola da bilməz, çünki xristian təliminin mahiyyətini qaranlıqlaş-

dıran və kilsəyə daxil olan bir çox mövhumi mərasimlərin olma-

ması baxımından və xristianlıqdan 600 il sonra meydana çıxması 

baxımından  müsəlmançılıq  xristianlıqdan  üstün  durmaya  bil-

məz. Ayrı-ayrı  fərdlərin,  bütün  insanlığın  və  bütün  insanların 

həyatının  əsasını  təşkil  edən  dini  şüurun  təkmilləşdiyi  kimi, 

həyatda hər şey inkişaf edir və təkmilləşir. Dinin təkmilləşməsi 

isə onun sadələşməsindən, aydınlaşmasından və onu müəmmalı 

edən hər şeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu 

əmmalı edən hər vasitədən azad edilməsi ən qədim zamanlar-

dan bəri, bütün böyük dinlərin əsasını qoyan bəşər mütəfəkkirləri 




General Əli ağa Şıxlinski və silahdaşları

344


tərəfindən həyata keçirilmişdir. Beləliklə, bizə məlum olan bü-

tün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayışı Ve-

dının (Hindistanda) kitablarında, sonralar Moiseyin, Buddanın, 

Konfutsyanın, Lao-Tsenin, Xristian və Məhəmmədin təlimlərində 

verilmişdir.  Dini  onun  köhnə,  kobud  mənasından  azad  edib, 

daha  dərin:  sadə  və  həqiqətlərlə  əvəz  edən  bütün  bu  təzə  din 

xadimləri  böyük  adamlar  olublar,  lakin  məhz  böyük  adamlar 

olublar, lakin məhz böyük adam olduqlarındandır ki, həqiqəti 

olduğu kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə keçmiş yan-

lış fikirlərindən azad şəkildə ifadə edə bilməyiblər. Bu adamların 

səhv edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolun-

maz əsl həqiqət olduğu güman edilsə də, onların özlərindən çox-

çox  aşağıda  duran  şagirdləri  həqiqəti  bütün  dərinliyi  ilə  dərk 

etmədən, təbiidir ki, onu daha dəbdəbəli və hamı üçün mütləq 

etmək  arzusu  ilə  ona  çoxlu  lazımsız  əlavələr,  ələlxüsus,  əcaib 

ünsürlər daxil etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi 

ilə  görmək  çətin  olur.  Həqiqətin  din  tərəfindən  belə  təhrifi  nə 

qədər çox etiraf edilmişdirsə, bu təhriflər o qədər də çox artmış, 

nəticədə din xadimləri tərəfindən kəşf olunmuş əsl həqiqət qa-

ranlıqlaşmışdır.  Elə  buna  görə  də  ən  qədim  dinlərdə  həqiqəti 

gizləyən möcüzə və mövhumatlar hər şeydən çoxdur: bu, ən çox, 

ən qədim dində, Oramin dinində, ondan az yəhudi dinində, on-

dan da az Budda Konfutsiya, Taosist dinlərində, daha az Xristian 

dinində, nəhayət, lap az və axırıncı böyük din olan İslam dinin-

dədir. Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir.

İslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və 

öz bünövrəsinə Məhəmmədin dini – mənəvi təlimin əsaslarını 

qoysa, təbiidir ki, bütün böyük dinlərin əsasları, ələlxüsus, həqi

-

qəti  etiraf  edən  xristian  təliminin  əsasları  ilə  birləşir.  Sizə  belə 



uzun-uzadı ona görə yazıram ki, siz mənim fikirlərimi oğulları-

nıza  çatdıracaqsınız  və  bu  fikirlər  onların  gözəl  məramlarının 

həyata keçməsinə yarıya bilərlər. Dinin mahiyyətini təşkil edən 

həqiqətlərin  böyük  onu  qaranlıqlaşdıran  hər  şeydən  təmizlən-

məsinə təsir etmək insan fəaliyyətinin ən yaxşı növlərindən biri-



Şəmistan Nəzirli

345


dir. Əgər Sizin övladlarınız bu fəaliyyəti həyat məqsədləri hesab 

etsələr, onda onların həyatı dolu və tam olacaq.

Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqi-

qət ləri  gizlədən  yanlış  fikirlərdən  və  mövhumatlardan  azad 

edilməsinə xidmət edən iki təlim Sizə və Sizin övladlarınıza mə-

lu mdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb, indi 

də məruz qalır. Bu təlimlərdən biri İranda yaranmış, sonra Tür-

kiyəyə keçmiş və orada təqibə məruz qalan Babistlər təlimi indi-

ki Akkedə yaşayan Baqo-Ullanın oğluna səfərbər olub.

Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul 

edən bu təlim, ibadətin heç bir xarici formasını qəbul etmir. İkin-

ci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini bani-

lərinin adıyla, Allahın alayı və yaxud da Vaisovçular adlandırır-

lar. Bu adamlar da inamın mahiyyətini məhəbbətdə görürlər və 

məhəbbətə zidd gedən bütün tədbirlərdən kənarda qalırlar. Bu 

sekta  da  təqib  olunur  və  bu  günlərdə  onun  rəhbərləri  tutulub 

həbsxanaya salınıblar. 

Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasalar, Siz 

yaxud da Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqın-

da qərarlarını mənə bildirsinlər, çox şad olaram. 



Lev Tolstoy

1

.



Görünür böyük Tolstoyu ananın məktubu bərk həyəcanlan-

dırıb. Bunu dörd səhifəlik və demək olar ki, təcili yazılan cavab 

məktubundan da hiss etmək olur. Tolstoyun: “Müsəlmançılığın 

öz xarici formasına görə kilsə pravoslavlılığından müqayisəolun-

maz dərəcədə yüksəkdə durması məndə heç bir şübhə doğur-

mur” cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə 

hökm kimi oxunub, qanun kimi qəbul olundu.

Lev  Tolstoyun  məktubundan  sonra  Tiflisdəki  Zaqafqaziya 

Ruhani İdarəsi general-mayor İbrahim ağa Vəkilovun övladları-

nı müsəlmanlığa qəbul etmiş və bu barədə Müfti Mirzə Hüseyn 

1

  Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altın dan 



xətt çəkib və sonra “Lev Tolstoy” sözlərini öz dəsti-xətti ilə yazıb – Ş.N.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə