ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə109/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   105   106   107   108   109   110   111   112   ...   154

Şəmistan Nəzirli

349


Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və İbra-

him ağa Paşa ağa oğlunun uşaqlarının üçü də müsəlman dinini 

qəbul edir. Oğlanları adlarını belə dəyişdirirlər – Boris – Faris, 

Qleb isə Qalib olur.

Yelena Yefimovna bütün həyatını sadiq ərinə və sevimli uşaq-

larına sərf etmişdir. Hərbi vəzifəsinə görə ərinin hara göndəril mə-

sindən asılı olmayaraq (babam qərargah generalı rütbəsinə qədər 

yüksəlmişdi) nənəm həmişə onu müşayiət etmişdir. O, çox savad-

lı qadın olmuş, bir neçə dil bilmiş, ədəbi-bədii tərcü mələrlə məşğul 

olmuş, maraqlı xatirələr yazmışdır. Nənəm 1923-cü ildə Tiflisdə 

vəfat etmişdir.

Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azər-

baycana  böyük  inam  və  sadiqliklə  qulluq  etmişlər.  Xüsusilə, 

1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik  Respublikasının 

qurulmasında onların əvəzsiz xidmətləri olmuşdur.

Babam  İbrahim  ağa  hərbi  topoqraf  idi.  O,  İran,  Türkiyə  və 

Zaqafqaziyanın xəritəsini yaratmışdı. Azərbaycanın ictimai hə-

ya tında görkəmli yer tuturdu. Azərbaycanda Demokratik Res-

publika  olduğu  zaman  o,  Gəncənin  general-qubernatoru  idi. 

Türk, İran və Rusiya ordenləri ilə təltif olunmuşdu.

Atam  Qalib  bəy  İbrahim  ağa  oğlu  Vəkilovun  hərbi-texniki 

təh sili vardı. Birinci Dünya savaşında iştirak etmişdi. Hərbi xid-

mətlərinə görə bir sıra ordenlərlə, o cümlədən “Müqəddəs Geor-

gi” xaçı ilə təltif olunmuşdu.

Əmim Faris bəy İbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra 

patent qazanmış, istedadlı mühəndis idi. Təəssüf ki, bizim ailə-

miz də siyasi təzyiq tədbirlərindən kənarda qalmadı.

1931-ci ildə atam birinci dəfə həbs olundu, sonra səhhətinə 

görə həbsdən azad edildi. 1937-ci ildə onu ikinci dəfə həbs etdilər 

və günahsız olmasına baxmayaraq, keçmiş çar və müsavat zabiti 

kimi noyabrın 15-dən 16-na keçən gecə güllələdilər...

Əmim isə on səkkiz il Karaqanda, Maqadan və Sibir sürgünü 

çəkmişdi. Atamdan xatirə olaraq məndə yalnız onun (ölümündən 

sonra) bəraət alması haqqında olan arayışlar qalmışdır.




General Əli ağa Şıxlinski və silahdaşları

350


Sizin dosyenin səhifəsində adını çəkdiyiniz Y.Y.Vəkilovanın 

ailəsi haqqında mənim demək istədiyim bunlar idi.



Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən – Leyla 

Qalib qızı Vəkilova – pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pe-

daqoji Rus dili və “Ədəbiyyatı İnstitutunun professoru, Azərbaycanın 

ali və orta məktəbləri üçün rus dili üzrə bir sıra dərsliklərin müəllifiyəm. 

Bütün şüurlu həyatımı gənclərin tərbiyəsinə və təhsilinə sərf etmişəm”.

Qürbətdən gələn məktub

General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində iki qarda-

şın  yeganə  bacısı  Reyhan  xanım  idi.  Atasından  və  əmisindən 

fərəhlə  danışan  Leyla  xanım  bibisi  haqqında  heç  bir  məlumat 

vermir.  Əlbəttə,  bu,  səbəbsiz  deyil.  1919-cu  ildə  Azərbaycan 

nümayəndəsi  kimi  Fransada  işləyən  Abbas  bəy  Ataməlibəyov 

həyat yoldaşı Reyhan xanımı da özü ilə aparmışdı. 1920-ci il Ap-

rel çevrilişindən sonra onlar geri qayıtmadılar. Şübhəsiz ki, Rey-

han  xanım  “Vətən”  deyib,  bolşevik-daşnak  rejimilə  yaşayan  o 

vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, müsavat generalının 

qızına da qardaşları Qalib bəy və Faris bəy kimi acı tale qismət 

olardı.  Yetmiş  ildə  Vəkilovlar  kimi  digər  ziyalı  nəsillərimizin 

nümayəndələrinin  nələr  çəkdiyi  hamımıza  yaxşı  məlumdur. 

Otuz yeddinin qara, məşum günlərində doqquz yaşlı uşağa on 

bir  il  həbs  cəzası  kəsən,  ata-anasını,  hətta  uzaq  qohumlarını 

güllələdən  sovet  totalitar  hakimiyyətinə  etibar  edib  qayıtmaq 

mümkünmü idi? Əlbəttə, yox. Bütün bunları – sürgün və gül lə-

lənmələri onlar Okeanın o tayında yaşasalar da, bilirdilər.

Yadımdadır, yetmişinci illərdə Faris bəylə tez-tez görüşəndə 

bir neçə dəfə bacısı Reyhan xanımın adını çəkib ağladı.

– Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? – deyə so-

ruşdum.


– Ailəmizin ən kiçiyiydi, – dedi. – Şən, şıltaq bircə bacımız 

vardı. O, 1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuşdu. İki 

oğuldan sonra dünyaya gələn bacımın şərəfinə atam bir qoç qur-



Şəmistan Nəzirli

351


ban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə Qızlar Məktəbində 

almışdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy Ataməlibəyov 

əslən  Şamaxıdan  olan,  lakin  çoxdan  Bakıda  yaşayan  Seyfulla 

bəyin oğlu idi. Onlar varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir 

nəsil idi. Abbas bəy Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli, 

Əlimərdan bəy Topçubaşovla yaxın dost idi. Onlar Fransaya da 

birgə getdilər, bir daha qayıtmadılar. Atamın sağlığında, qarda-

şım və mən həbs olunmamışdan əvvəl məktublaşırdıq. İndi isə 

nə öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur...

Nə az-nə də çox, yetmiş yeddi ildən sonra general ailəsinin 

yeganə varisi Leyla xanım Amerikadan məktub və fotoşəkil aldı. 

Məktub və fotoşəkli ona bibisi oğlu Qalib göndərib. Təbii ki, belə 

məktubu oxumaq nə qədər sevindirici olsa da, həyəcanı ondan 

qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində 

yazılmış məktubun mətni ilə məni tanış edir.

–  Bibim  Reyhan  xanım  1923-cü  ildə  anadan  olan  oğluna 

mənim atamın, yəni kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə 

uşaq vaxtı babam demişdi ki, sənin bibin oğlu var. Hətta onun 

balaca vaxtı çəkilmiş iki fotoşəklini də göstərmişdi. 1934-cü ildə 

babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xa-

nımdan, nə də onun oğlunun taleyi haqqında heç bir məlumatım 

yox idi. İki min birinci ilin iyun ayında mənə xəbər verdilər ki, 

bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonu-

mu və ünvanımı göndərdim.

–  Leyla  xanım,  1919-1920-ci  illərdə  Reyhan  xanım  və  ailəsi 

Fransada  yaşayıb.  Bəs  necə  olub  ki,  indi Amerikadan  məktub 

gəlib?

– Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox 



çətin və əzablı günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib 

yaxşı təhsil alıb, dünyanın bir neçə böyük ölkəsini dolaşıb. Hələ 

Parisdə yaşayanda o, Sarbonna Universitetini bitirib. Müharibə 

vaxtı  fransızların  işğalçı  qoşunlarının  tərkibində  Almaniyada 

hərbi qulluqda olub.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə