ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə116/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   112   113   114   115   116   117   118   119   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

370


O,  heç  vaxt  “xalq  düşməni”  atasından  üz  döndərməmişdi.  Nə 

kor-koranə,  fanatikcəsinə  “ellər  atası  Stalinə”,  nə  də  cəllad 

M.C.Bağırova  özünün  pənahı  kimi  pərəstiş  edə  bilməmişdi. 

O illərdə incidilmiş əlli bir min “gözükölgəli” azərbaycanlı ailə-

sindən biri kimi dərdini ürəyində çəkmişdi və bəlkə də Leyla xa-

nımın ağlına gəlməzdi ki, vaxt gələcək, aşkarlığın, demokratiya-

nın işığında hər şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, 

şübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz yerini tapa-

caq.

– Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az gör-



müşəm, – Leyla xanım söhbətinə general babasından başlayır. – 

İlk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım 

vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haq-

qında anamın söhbətlərindən yadımda qalanlar çoxdur.

–  Bəs  general  babanız  İbrahim  ağa  Vəkilov  atanız  həbs 

ediləndə sizə onun haqqında heç nə danışmayıb?

– Yox. Babam heç vaxt oğlunun günahsız həbs olunması haq-

qında  söhbət  salmazdı.  Sonralar  mənə  məlum  oldu  ki,  babam 

atamın  tutulmasını  ürəyində  sağalmaz  yara  kimi  gəzdirirmiş. 

Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin rifahı üçün 

çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq 

iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin 

əyilməyini indi də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o 

ağır illərdə qanadları qırılmış quş kimi gəzirdi.

General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad 

böyüyürdü.  1866-cı  il  iyunun  20-də  tale  bu  ailəyə  yeganə  qız 

payı – Rəna xanımı bəxş etmişdi. Xoşbəxt ailənin bircə nigaran-

çılığı vardı: ata müsəlman, ana isə xristian dininə mənsubdur. 

Bəs  övladları  hansı  məzhəbə  qulluq  etməlidir?  –  sualı  ailəni 

keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.

Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi 

ilə  Tiflis  kadet  korpusunu  müvəffəqiyyətlə  bitirib  Xarkovdakı 

üçüncü Aleksandr adına Ali Hərbi-Texniki İnstituta qəbul olun-

du. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin ins-




Şəmistan Nəzirli

371


titutu tərk etdi. Sonralar Moskvadakı Alekseev Hərbi Məktəbində 

təhsilini davam etdirdi.

Əsrin  əvvəllərində  fəhlə  sinfi  ayağa  qalxıb  mütləqiyyətin 

rədd olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddət-

lənən xalq hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin 

qanlı  cinayəti  nifrətlə  qarşılandı.  Belə  təlatümlü,  qarışıq  bir 

dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peter-

burqda  təhsil  alan  böyük  oğlu  Borisi,  Moskvada  yunker  mək-

təbində oxuyan Qlebi də bir sual düşündürdü. Mən kiməm, han-

sı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər 

iki qardaş tez-tez ata-anaya müraciət edirdilər.

Faris bəy Vəkilovun söhbətindən: – Mənim on doqquz yaşım 

tamam oldu. Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə 

keçmək fikri də məni tərk etmirdi. 1904-1905-ci illərdəki şərait 

bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli 

Rusiya-Yaponiya  müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi 

əhvali-ruhiyyə  çar  hökumətini  bəzi  liberal  qərarlar  verməyə 

məcbur etdi.

1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu. 

Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə 

yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi 

ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll 

olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim 

Peterburqa  gəlişimin  birinci  ilində  pravoslav  dininin  müdafiə-

çilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət 

görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz 

əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məq-

sədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli 

olduq.


Ona  görə  də  çıxılmaz  vəziyyətdə  qalan  anam  Yelena  Yefi-

movna Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç 

Tolstoya məktubla müraciət etməli olub.

1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekse-

yev hərbi-texniki məktəbini bitirib xidmətə başladı. Birinci Dün-



General Əli ağa Şıxlinski və silahdaşları

372


ya müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis ala-

yında döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə 

göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov 

ikinci dərəcəli “Müqəddəs Georgi” xaç ordeni ilə təltif olundu. 

Hərbi-texniki  mütəxəssis  kimi  Qalib  bəy  Vəkilovun  ən  başlıca 

vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə və keçidlərin möh-

kəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin 

dəqiq yerləşdirilməsi idi.

Leyla  xanımın  stolun  üstünə  qoyduğu  müxtəlif  sənəd  və 

fotoşəkillərin hamısı inqilabdan əvvələ məxsusdur. Onların ara-

sında çox da qalın olmayan bir kitab var. Bu, məşhur ədəbiyyat-

şünas Firidun bəy Köçərlinin ilk “Azərbaycan tatarlarının ədəbiy-

yatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla 

Leyla xanımın general babasına hədiyyə verib. “Hörmətli İbrahim 



ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori 

şəhəri”. 

Şəkillərdən  ikisi  daha  maraqlıdır.  Onlar  general-leytenant 

Əli ağa Şıxlinskiyə məxsusdur. İndiyədək heç kəsə məlum olma-

yan və heç yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir 

qrup  zabit  və  üç  nəfər  şəfqət  bacısı  ilə  birgə  Əli  ağa  Şıxlinski 

həyat yoldaşı Nigar xanımla birgə dayanıb.

– Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna 

Vəkilovadır. Anam da atam Qaliblə birgə Birinci Dünya müha-

ribəsi  illərində  döyüşən  orduda  xidmət  edib.  Anamın  rütbəsi 

leytenant olub. O da Nigar xanım kimi hərbi səhra hospitalında 

şəfqət  bacısı  işləyib.  Oktyabr  inqilabı  başlananda  onlar  Minsk 

ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında koman-

dir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu da-

vam etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbay-

can  Milli  Ordusunda  hərbi-mühəndislər  idarəsinin  rəisi  təyin 

olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqu-

tuna qədər işləyir. Sonra atam XI Ordunun Ənzəli şəhərin dəki 

mühəndis  qoşunları  hissəsinin  rəisi  vəzifəsində  qulluq  edir. 

Anam da bu yürüşdə atamla birgə olub. Atam bu yürüşdə ağır 

xəstələnib. O, malta qızdırmasına tutulub. Xəstəliyinə baxmaya-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə