Şəmistan Nəzirli
319
UNUDA BİLMƏRƏM
“Bizim Vurğunun dolaşdığı diyarları qarış-qarış
gəzib onun əfsanəvi hekayətlərini toplayıb əbədiləş-
dirən Şəmistana ən xoş arzularla”.
İsmayıl Şıxlı
“Xatirəyə dönmüş illər”
kitabına yazdığı avtoqraf
16 iyun 1980-ci il
Mən İsmayıl Şıxlının yoxluğuna inanmıram. O, cismən ara-
mızdan getsə də ruhən həmişə, hər an bizimlədir. Necə ki, “Dəli
Kür” var, onun səhifələrindən sərt baxışlı Cahandar ağanın zəhm-
li səsi gəlirsə, İsmayıl Şıxlı yaşayır və yaşayacaqdır.
Məgər onun biz gənclərə yetmişinci illərdə elədiyi kömək likləri,
yaxşılıqları unutmaq olarmı? Mənim cızma-qaralarımı səbir və
təmkinlə oxuyub verdiyi ağıllı məsləhətlərdən, göstərdiyi doğru
yoldan qazandığım nailiyyətlərin sevincini unuda bilə rəmmi?
O, qızıldan qiymətli vaxtını təkcə mən arxasıza, köməksizə
yox, Azərbaycanın onlarca gəncinə sərf etmişdir. Mənim kimi
onlarca azərbaycanlı indi iftixarla deyir ki, ədəbi aləmdə mənim
müəllimim İsmayıl Şıxlı olmuşdur. Onun yetirmələrinə heç kəs
irad tutub şübhə ilə baxa bilmir. Çünki İsmayıl Şıxlı adı saflıq,
təmizlik mücəssəməsidir.
Görkəmli yazıçı-alim Qulu Xəlilli İsmayıl Şıxlı saflığından
danışanda deyərdi: “Bizim çoxumuz ali məktəb müəllimləri za-
manın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl
Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”.
Bu gün şəxsi arxivimdə saxladığım onun mürəkkəbli qələmlə
yazdığı qeydlərinə baxır və istər-istəməz kövrəlirəm. Onun ağa-
yana, zəhmli səsi varlığımı titrədir: “Burda cızığından çıxdın”,
General Əli ağa Şıxlinski və silahdaşları
320
“Uydurmusan”, “Yenə deyirəm, obraz şişirdilib, özü də üfürməli
danışır”, “Qız, qadın yanında Səməd Vurğun belə danışa bil-
məzdi”. Onun bu qeydləri tənqid yox, mənim üçün iftixar idi,
baş ucalığı idi. Hələ neçə il əvvəl telefonda İsmayıl Şıxlının dedi-
yi sözlər mənim üçün nə qədər əziz və doğmadır: “Oxudum
əsərini, sabah səhər saat 12-də gəl kafedraya, bir neçə məsələdə
“dərsini verim”. Bəli, elə bu dərslər məni böyük şairimiz Səməd
Vurğun, məşhur generalımız Əli ağa Şıxlinski və Azərbaycan ge-
neralları haqqında kitabların müəllifi elədi. Bütün bunlar üçün
ancaq və ancaq xeyirxahım İsmayıl Şıxlıya ömürlük minnətdaram.
Ötənilki – 1994-cü il söhbətlərimizin birində deyəndə ki, İsmayıl
müəllim, general Əli ağa Şıxlinskinin hərbi elmi əsərlərini çapa ha-
zırlayıram, kitabda nələri verəcəyimi dinləyəndən sonra sevinə-
sevinə öz təkliflərini də əlavə etdi. Bu xoş xəbərdən xəstəliyini belə
unutdu. Onda kimlərin söhbətlərini xatırlamadı, atası Qəhrəman
əfəndinin, dayısı Qiyas bəyin, Alay bəyin və nüfuzlu Şıxlinskilərin
bir çoxunun... Mənim sevincimin üstünə bir sevinc də əlavə etdi
İsmayıl müəllim: “Allah qoysa, ayağa durum, yaranalın (bu sözü
deməyi yaman xoşlardı) kitabına mü qəddiməni özüm yazacağam”.
Ümidə xanım: “İsmayıl, çay buza döndü” – dedi, qalın qaşlar
gah çatılır, gah da yarğan kimi yarılırdı. Sanki yaraşıqlı üzündə
Kür nəhri axırdı. Belə anlarda adam ona baxmaqla doymurdu...
Xəyal İsmayıl Şıxlını hara aparmışdı, onu bir Allah bilirdi... Mən
də başımızın tacı, ömrümüzün varlığı İsmayıl Şıxlını sevindirə
bildiyimlə özlüyümdə iftixar edirdim. Handan-hana əlini kres-
lonun dirsəyinə vurub:
– Nə gözəl fikrə düşübsən. Generalın kitabını bu gün biz nəşr
etdirməsək, gələcəkdə heç kəs məşğul olub, tədqiqat aparmayacaq.
Bundan sonrakı söhbətlərimizdə, telefon zənglərində ilk sor-
ğusu general haqqında olardı:
– Yaranalın kitabı nə yerdədi? –soruşardı. – Tələs, bir az
tələsmək lazımdı, mən o kitabı görmək istəyirəm...
Ürəyinə nəsə daman İsmayıl Şıxlının “tələsmək lazımdı”
sözlərində dərin bir kədər vardı...
iyul, 1995-ci il
Şəmistan Nəzirli
321
Ü Ç Ü N C Ü H İ S S Ə
QƏRİBƏ TALE
Batan günəş soruşdu:
– Ehey, burda kim var, mənim işimi davam etdirsin?
Saxsı çıraq cavab verdi:
– Mən əlimdən gələni edirəm, ey hökmdar.
Rabindranat TAQOR,
məşhur hind yazıcısı
Topoqraf-general İbrahim ağa Vəkilov Zaqafqazi-
yada yeganədir – nə özündən əvvəl və sonra, nə də
müasirləri arasında bu sahə üzrə belə ali hərbi rütbəli
mütəxəssis olmayıb.
Müəllif
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam dü-
şürdü. Örüşdən qayıdan mal-qaranın mələşməsi kəsildi. Yal
gözləyən itlər zəncir gəmirir, dartınıb gah hirslə, gah da yazıq-
yazıq zingildəyirdi. Yenicə doğmaqda olan Ay Kürün sularında
“yuyunurdu”.
Salahlı obasına qərib bir axşam düşmüşdü. İbrahimin səbri
tamam kəsilmişdi. Tez-tez torpaq dama girib çıxır, dinclik tapa
bilmirdi. Gözü o tayda qalmışdı. Pənah kişi isə görünmürdü. İb-
rahim bir neçə dəfə gəlib Pənah kişinin xalxalına baxıb məyus
qayıtmışdı. Atasının dostu ilxıçı Pənah sözünə düz adam idi.
Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin böyüyü
İbrahimlə davam etdirdi. “Nə oldu, görəsən, Pənah əmi niyə
gəlmədi, bəlkə...” Öz-özünə verdiyi suallar İbrahimin intizarını
daha da artırırdı.