xidmətə başlayan Ağası bəy nizami orduda şərəflə qulluq etmişdir. O,
ikinci
dərəcəli Müqəddəs Anna (1878-ci il), dördüncü dərəcəli müqəddəs Vladimir
(1883-cü il) və birinci dərəcəli müqəddəs Stanislav (1886-cı il) ordenləri ilə təltif
olunmuşdur.
General-mayor Ağası bəy Avşarovun harada anadan olmasını hələlik
dəqiqləşdirmək mümkün olmayıb. Şəxsi hərbi xidmət kitabçası tapılmayan Ağası
bəyin pərakəndə sənədlərə görə İrəvan şəhərində anadan olmasını güman etmək
olar. Onun təvəllüd ili Gürcüstan Dövlət Arxivindən əldə etdiymiz rəsmi sənədlərə
təxminən 1830-cu il göstərilir. Vəfatı isə məlum deyil. Yenə rəsmi sənədlərə görə
1902-ci ildə Baş Qərargahda süvari ordusunun
Baş Müfəttişi vəzifəsində
işləmişdir.
1886-cı ildə “Qafqazdaxidmətdə olan generalların siyahısı” illik
məcmuəsində general Ağası bəy Avşarovun adı və soyadı yanında, mötərizədə
onun Rusiyada “Aleksandr Aleksandroviç” kimi məşhur olması qeyd olunur.
General-mayor Ağası bəy Avşarov Yaxın Şərqdə döyüşkənliyi ilə adsan
qazanmış əfşarlar tayfasındandır. Bu nəsil qızılbaşlarla birgə Səfəvilər dövlətinin
yaranmasında fəal iştirak edib. Məşhur sərkərdə və dövlət xadimi Nadir şah Əfşar
da bu nəsildəndir.
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV
General-mayor Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov 1898-ci il noyabrın
28-də vəfat edib. O, Abbasqulu ağa Bakıxanovun qardaşı oğlu, general-leytenant
Cəfərqulu ağa Bakıxanovun böyük oğlu idi.
Cəfərqulu ağanın ölümündən sonra üç övladı qalmışdı: Həsən ağa (1833-
1898), Əhməd ağa (1837-1882) və qızı Nurcahan xanım (1831-1912).
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib. Böyük oğlu Həsən ağa general-
mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdi.
Polkovnik Əhməd ağa qırx beş yaşında - 1882-ci il aprelin 13-də nökəri Ocaqqulu
ilə birgə Gəncədə öldürülüb.
General Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada anadan olmuşdur. On
dörd yaşında Tiflis kadet məktəbini bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün
Peterburqdakı Paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən
sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir.
Dəfələrlə hərbi
yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunub.
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa
Bakrxanovun təltif olunduğu orden və medallar qeydə alınıb.
O, Üçüncü dərəcəli “Müqəddəs Vladimir, üzərində “igidliyə görə” yazısı
olan dördüncü dərəcəli “Müqəddəs Stanislav, bundan başqa yüz altı nömrəli ikinci
dərəcəli
hərbi fərqlənmə ordeni, Georgi lenti (üzərində qızıl medal), müqəddəs
hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci
il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazdakı əla xidmətinə
görə xaç ordenilə təltif olunub.
Bir müddət Irandakı Rusiya səfirliyində xidmət etdiyinə görə general-mayor
Həsən ağa Bakıxanov həmin ölkənin ali ordeni olan “Şire-Xorşid” ordeninin
üçüncü dərəcəsinə layiq görülüb.
Çar ordusunda belə yüksək ordenlərlə təltif
olunan zabit və generallara
kavaler kimi fəxri titul da verilirdi. Ona görə də arxiv sənədlərinin hamısında,
təltifat qrafasında general Həsən ağa Bakıxanovun adının yanında kavaler sözü
iftixarla qeyd olunmuşdur.
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba
Nisə bəyimlə (1831-1894) ailə qurmuşdur. 1879-cu ildə general-mayor rütbəsilə
təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb Quba qəzasındakı
dədə-baba torpaqlarını idarə etməklə məşğul olmuşdur.
Ömrünün son üç ilini Bakıda yaşamışdır.
1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz
vəsiyyətinə görə Bibi-Heybət məqrəbəsində atası Cəfərqulu ağanın yanında dəfn
etmişlər. Onun təntənəlı və şərəfli dəfni münasibətilə nekroloq dərc edən “Kaspi”
qəzeti dekabrın 1-də yazırdı:
“Noyabrın 28-də axşam saat doqquzda uzun sürən ağır xəstəlikdən sonra
Bakı şəhərində general-mayor Həsən ağa Bakıxanov altınış beş yaşında vəfat
etmişdir. Mərhum, Bakının keçmiş hakimi məşhur Mirzə Məhəmməd xanın nəvəsi
idi. Onun mərhum atası general-leytenant Cəfərqulu ağa Bakıxanov Mirzə
Məhəmməd xanın ikinci oğlu olmuşdur. Cəfərqulu
ağa Qafqaz ordusunda yerli
əhalidən ibarət süvari alayına komandirlik etmişdir. Mərhum Həsən ağa iyirmi il
bundan əvvəl vəfat etmiş qardaşı polkovnik Əhməd ağa ilə birgə süvari
qvardiyasında xidmət etmiş, şərəfli döyüş xidmətlərinə görə Rusiyanın və xarici
ölkələrin kavaler ordenlərilə təltif olunmuşdur. O, üçüncü dərəcəli “Müqəddəs
Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav”” və başqa
ali ordenlərə layiq gö-
rülmüş nizami ordu zabiti idi.
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu
Qubadakı şəxsi malikanəsində keçirmişdir. Son üç ili isə Bakıda yasamışdır. Həsən
ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi nümayəndəsi kəsildi.
General Həsən ağadan sonra bacısı Nurcahan xanım və qızı Reyhan xanım
qalmışdır.
Dünən, noyabrın 30-da dəfn mərasimi xüsusi təntənə ilə keçmişdir. Səhər
tezdən mərhumun həyətinə toplaşan çoxsaylı camaat axırıncı Bakı xanını son
mənzilə yola salmağa gəlmişdilər. Saat onda Bakının ali və aşağı rütbəli ruhaniləri,
həmçinin şəhərin adlı-sanlı bəyləri, tacirləri mərhumun yas mərasiminə
toplaşmışdılar. Həmin anlarda da mərhum xanın evi qarşısında Salyan alayının bir
batalyonu musiqi sədaları altında nizamla dayanmışdı.
Zəngin və bahalı parçaya bükülmüş tabut saat on bir də yaxın qohumlarının
çiynində Şamaxı küçəsindən Təzəpir məscidinə tərəf istiqamət götürdü. Arxada
sonu görünməyən Bakı əhalisi gedirdi. Qabaqda Salyan alayının qvardiyaçı
zabitləri ipək döşəkçələrdə mərhumun orden-medallarını,
bir zabit isə cilovundan
yapışdığı atın üstündə tabutun qapağını aparırdı. Onların dalınca Quba qəzasının
sakinləri yarım idarə şəklində müqəddəs Qurandan kədərli ayələri xorla oxuya-
oxuya gedirdilər. Quba dərvişləri azacıq fasilə verəndə ali ruhanilərin Qurandan