Nikahın müqəddəs və ləğvolunmazlığı barədə Rəbbin
əmrini Katolik Kilsəsi qoruyur və ötürür. Yer üzündə heç
bir hakimiyyət, hətta Roma Papası simasında olan Məsih
Kilsəsinin hakimiyyəti həqiqi nikahı ləğv edə bilməz.
Həqiqi nikah kişi və qadın arasında
könüllü bağlanır,
bir halda ki təbii və kilsə tərəfdən
maneə (məsələn,
yaxın qohumluq, ruhi xəstəlik, spirtli içkilərdən yaxud
narkotik maddələrdən asılılıq, tərəflərdən birinin
gizlətdiyi həqiqi nikahın mövcud olması) olmur. Əgər
nikah mərasimi zamanı bu nikahı həqiqi etməyən
maneələr olubsa, nikah birliyi bağlanmır. Nikah bağlama
zamanı belə maneələrin olub-olmaması barədə sual
Katolik Kilsəsində yeparxiya məhkəməsi araşdırır. Əgər
nikah bağlanma zamanı belə maneələr mövcud olubsa,
diqqətlə tədqiq edəndən sonra yeparxiya məhkəməsi
nikahı həqiqi olmayan (mövcud olmayan) nikah elan edir.
İsa Məsih Öz xidmətinin əvvəlində Qalileyanın Qana
şəhərində toyda iştirak edirdi, burada O, Bakirə
Məryəmin xahişi ilə birinci möcüzəsini etdi. Bununla da
Allah Oğlu hər bir ailənin Onun gözlərində əhəmiyyətli
olduğunu, hər bir ailənin Onun olmasını və ailələrə
xeyir-dua vermək arzusunu göstərdi.
Nikah ayininin səmərəsi Xilaskarın nikah cütünə
verdiyi xüsusi lütfdür. Onun sayəsində onlar bir-birini
dəstəkləyə, məhəbbətdə sədaqəti qoruya, övlad
dünyaya gətirə və imanda tərbiyə edə bilərlər. Bu lütfün
mənbəyi hər bir ailədə olmaq istəyən Məsih Özüdür. Hər
bir ailə
isə öz növbəsində, «balaca ev Kilsəsi» olmalıdır.
Ər-arvad məhəbbəti bütöv insanı, onun bədəninin arzu
və instinktlərini, hiss və məhəbbətini, qəlb və iradəsinin
cəhdlərini əhatə edir. Öz təbiətinə görə ər-arvad
~ 333 ~
333